Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1122/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARİ iş № 2(102)-1122/2023 Açar sözlər: hüquqların həyata keçirilməsinə maneələrin qadağan edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X5 və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “hasarın bir hissəsinin bərpa olunmasına və bir hissəsinin tikilməsinə maneçilik törədən hərəkətlərin qadağan olunması” tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı “qanun suz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-170/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 03 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 01 aprel 1994-cü il tarixdə verilmiş 04/1372 nömrəli Qeydiyyat vəsiqəsinə və 1994-cü ilin aprel ayında işlənmiş Texniki pasporta əsasən Şamaxı şəhəri, Qədirli küçəsi61 A ünvanda yerləşən yaşayış evi İddiaçı mülkiyyətindədir, evin həyətyanı torpaq sahəsi 477 kv metrdir. 2. 31 mart 1994-cü il tarixdə verilmiş 04/1370 nömrəli Qeydiyyat vəsiqəsinə və 1994-cü ilin mart ayında işlənmiş Texniki pasporta əsasən Şamaxı şəhəri, Qədirli küçəsi61 ünvan da yerləşən yaşayış evi Cavabdeh1 mülkiyyətindədir, evin sənəd üzrə faktiki həyətyanı torpaq sahəsi 600 kv metrdir. Bundan başqa Şamaxı rayon İcra hakimiyyəti başçısının 28 mart 1997-ci il tarixli sərəncamı ilə Cavabdeh1 istifadəsinə yol kimi istifadə üçün daha 35 kv metr torpaq sahəsi verilmişdir.
3. İddiaçı X1 ilə Cavabdeh1 qonşudurlar. Cavabdeh1 evinin divarı əvvəllər İddiaçı həyəti ilə onun həyətin bir-birindən ayırmış, hasar rolunu oynamışdır. Zəlzələdən sonra Cavabdeh1 evi yenidən inşa olunmuş, yeni ev əvvəlki yerləşdiyi yerdən öz həyətinə tərəf çəkilməklə tikilmişdir. Tərəflərin evləri arasında əvvəllər hasar mövcud olmuş, lakin cavabdehin evi zəlzələ nəticəsində zədələndiyinə görə yenidən tikilən zaman texnikanın rahat hərəkəti üçün hasar sökülmüş və hazırda cavabdeh həmin hasarın bərpasına etiraz edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan “iddianın dəqiqləşməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, əvvəllər evləri arasında mövcud olmuş hasarın yerində 8 metr uzunluğunda, təxminən 1,8-2 metr hündürlükdə yeni hasarın bərpa edilməsi və hasarın öz vəsaiti hesabına inşa olunmasına cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının evi Mərkəzi Rayon Xəstəxananın həyətində yerləşir. 1984-cü ildən həmin evdə yaşayır. Onun həyəti cavabdehin evinin arxasında yerləşir, evin arxa divarı cavabdehlə onun həyətini birbirindən ayırır. Cavabdehlərin həyətyanı torpağı evinin aşağı hissədədir. Cavabdehin evi sökülənə kimi onun evi ilə cavabdehin evinin arasında 2,30 metr məsafə var idi. Həmin yer onun həyətinə aid olduğundan oranın hasarını vaxtilə o, öz vəsaiti hesabına tikmişdir. 2020-ci ilin yayında cavabdehlərin evi zəlzələdən ziyan çəkmiş, ev kimi sökülmüş, traktor rahat işləmədiyinə görə FHN-nin işçiləri ondan 2,30 metrlik hasarı sökməyi xahiş etmişlər. Traktor rahat işlədikdən sonra iş qurtaran kimi hasarı bərpa edəcəklərini bildirmişlər. O, buna razı olmuşdur. Hasar sökülmüş, cavabdehin evi əvvəlki yerindən 1,5 metr həyətə tərəf çəkilməklə inşa edilmşidir. Evin tikintisi qurtardıqdan sonra cavabdehlər hasarın bərpası zamanı ustalara maneə yaratmışdır. Bu səbəbdən də o, hasarını bərpa etdirə bilməmişdir. Nəticədə xəstəxananın həy ətində olan küçə itləri gecə-gündüz onun həyətində gəzirlər. Evin 1,50 metr geri çəkilməsi nəticəsində cavabdehlərlə onun evinin arası açıq qalmış, bu da qonşular arasında mübahisə və münaşişəyə səbəb olmuşdur.
6. Cavabdeh1 qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək iddiaçının evinin arxa tərəfində ona aid olmayan onun divarının yaxınlığındakı zəbt etdiyi sahədə qanunsuz və əsassız olaraq inşa etdiyi tikilinin (hinin) onun öz hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında onun xüsusi mülkiyyətində olan ev və torpaq sahəsi vardır. Onun evi Şamaxı Mərkəzi Rayon Xəstəxanasının yaxınlığında yerləşir. İddiaçı isə illər öncədən xəstəxananın həyətinin bir hissəsində özünə ev tikmişdir. Xeyli müddət əvvəl ondan icazə alaraq evinə yaxın yerdən kiçik hasar hörmüşdür. Şamaxıda baş verən məlum zəlzələdən sonra evi qəzalı vəziyyətdə olduğundan müvafiq orqanlar tərəfindən sökülərək yerində yeni ev tikilmişdir və bu zaman da həmin hasar qanunsuz olduğundan sökülmüşdür. İddiaçının həmin hasarı hörmək üçün hər hansı qanuni əsası olmamışdır. Hazırda ilkin iddiaçının məqsədi onun evinə işıq düşən pəncərəni də bağlayaraq köhnə kiçik hasarın bərpası adı ilə orada hündür hasar hörmək və heyvanlarını saxlamaqdır. İlkin iddiaçı neçə illərdir evinin arxa tərəfində ona aid olmayan divarının yaxınlığındakı sahəni zəbt edərək, orada toyuq hini inşa etmiş və çoxlu sayda toyuq-cücə saxlamaqdadır ki, bunun da nəticəsində uzun müddətdir dincliyi pozulmuşdur.
8. Cavabdeh1 ilk iddia tələbinə dair etiraz təqdim edərək göstərmişdir ki, onun evinin arasında olan hasarın hündürlüyü təxminən 1,2-1,3 metr, uzunluğu isə 1,5 metr olmuşdur. Hər iki evin arasındakı məsafə 3,5 metr olmuşdur. Əvvəlki hasar bir qat qara daşla tikilmişdir. Əvvəlki hasarın bərpasına və yeni hasarın tikilməsinə qəti etiraz edir.
9. Şamaxı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 aprel 2021-ci il tarixli, 2(074)-256/2021 saylı qətnaməsi ilə (hakim N.Hüseynov) ilk iddia qismən təmin edilmiş, cavabdehlərin torpaq sahəsinə daxil olmadan iddiaçının hesabına onun evi ilə cavabdehin evi arasında 8 metr uzunluğunda 1,8 metr hündürlüyündə yeni hasarın tikilməsinə və əvvəl mövcud olmuş 2,3 metr uzunluğunda 2 metr hündürlüyündə hasarın bərpa edilməsinə maneçilik törədən hərəkətlərin cavabdehlərə qadağan edilməsi, qarşılıqlı iddia tələbinin rədd olunması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı əvvəllər mövcud olmuş və uçurulmuş hasarın bərpa edilməsinə və onun həyətyanı torpaq sahəsi ilə cavabdehin evini ayıracaq yeni hasarın tikilməsinə dair tələbi əsaslıdır.
11. Eyni zamanda əvvəlki hasarın bərpa edilməsi və yeni hasarın tikilməsi ilkin iddia üzrə cavabdehin ona məxsus evdən istifadə hüquqlarını pozmur. Ona görə də cavabdehin torpaq sahəsinə daxil olmadan öz hesabına onun evi ilə ilkin iddia üzrə cavabdehin evi arasında 8 metr uzunluğunda 1,8 metr hündürlüyündə yeni hasarın tikilməsinə və əvvəl mövcud olmuş 2,3 metr uzunluğunda 2 metr hündürlüyündə hasarın bərpa edilməsinə maneçilik törədən hərəkətlər ilkin iddia üzrə cavabdehlərə qadağan edilməlidir.
12. Məhkəmə qeyd etmişdir ki, tərəflər qonşu olduqlarından, cavabdehlərin isə qanunvericiliklə qonşu təsirinə dözmək vəzifəsi müəyyən edildiyindən iddiaçının öz həyətində toyuq hini tikib orada ev quşları saxlaması, yəni toyuq hinindən adi qaydada istifadə etməsi cavabdeh X3 öz sahəsindən istifadə etməsinə heç bir maneçilik yaratmır, toyuq hininin İddiaçı torpaq sahəsində yerləşməsi Cavabdeh1 hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Belə ki, tərəflərin izahatlarından aydın olur ki, İddiaçı artıq bir neçə ildir öz həyətində toyuq hini tikərək ev quşlarını saxlayır. Əgər bu qarşılıqlı iddia üzrə iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozmuş olsaydı onun bununla bağlı məhkəmədə əvvəllər də iddia qaldırmaq imkanı var idi, bu imkandan istifadə etməməsi hüquqlarının pozulmaması a lnamına gədir. Cavabdehin qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi də ilk iddia üzrə iddiaçı məhkəməyə müraciət etməsindən sonra təsadüf etməsi də bu halı təsdiq edir.
13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5,157.4, 157.8, 158.1.2, 170.1, 171.1, 176.1, 176.2, 176.3, 180.1 və 180.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayə ti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tədqiq olunmuş sübutlar əsasında mülki işin ədalətli həllinə imkan verə biləcək əsas hallara tələb olunan hüquqi qiymət verməmiş və nəticədə mahiyyətcə və qəbul olunma qaydası ilə zidd olan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçı yazır ki, guya evlərinin arasında əvvəldən hasar olmuşdur. Halbuki hər iki evin xarici divarları təxminən 3-3,5 metr məsafə qalmışdır və bu sahədə guya əvvəllər hasarın olması məntiqsizdir. Birinci instansiyada məhkəmə baxışı zamanı təqdim etdiyi həmin yerin fotoşəkillərindən də görünür ki, ona tikilən yeni evin çöl divarı təxminən 1,5 metr içəri çəkilmişdir və əvvəlki evin fundamentini təxminən 60 sm hündürlükdə kubiklə qaldırmışdır. Çünki Səhrabın evi hündürlükdə, onun evi isə təxminən 60 sm aşağıda yerləşir və köhnə evin fundamenti üzərində təxminən 60 sm hündürlükdə kubiklə qaldırmaqda məqsəd odur ki, yuxarıdan yağış sularının evə axmasının qarşısını ala bilsin. İddiaçı isə əvvəlki evin fundamenti üstündə hasar çəkmək istəyir. Halbuki bu ərazi onun torpaq sahəsinə aiddir. Məhkəmə baxışı zamanı təklif elədiyi kimi, texniki ekspertiza keçirilsəydi, sorğular verilsəydi, iddiaçının hasar tikmək istədiyi ərazinin onun torpaq sahəsinin koordinatları daxilində olması müəyyən olunacaqdı. Lakin məhkəmə bu faktı araşdırmadan qanunsuz olaraq ilk iddianı təmin etmişdir. Bundan əlavə, evin bir otağının pəncərəsi həmin hissəyə açılır. Əgər orada 2 metr hündürlükdə hasar çəkilərsə və faktiki olaraq evinin yerləşdiyi sahədən hasarın hündürlüyü 2,6 metr olmuş olur. Halbuki evinin xarici d ivarının hündürlüyü 3,4 metr təşkil edir. Göründüyü kimi tikinti normaları pozulmuş olur və otağa pəncərdən işıq düşməsinin qarşısı alınır.
16. Apellyasiya baxışında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 sentyabr 2022-ci il tarixli, 10/4305 saylı ekspertiza rəyində göstərilmişdir ki, iddiaçı və Cavabdeh1 məxsus yaşayış evlərinin yerləşdiyi və faktiki istifadə etdikləri torpaq sahələrinin döngə nöqtələrinin koordinatları müəyyən edildi. Texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş, 04/1372 nömrəli, xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən iddiaçıya məxsus fərdi yaşayış evinin ətrafında olan torpaq sahəsi 477 kv metr qeyd olunduğu halda, faktiki istifadəsində olan torpaq sahəsi 524 kv metr təşkil edir. Cavabdeh1 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş, 04/1370 nömrəli, xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinə və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 600 kv metr təşkil edir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin onun mülkiyyətində olmasını təsdiq edən sənəd mülki iş materiallarında mövcud olmadığı və ekspert tədqiqatına təqdim edilmədiyi üçün sonuncunun tikdiyi toyuq hininin (faktiki anbar kimi istifadə olunur) və inşa etmək istədiyi hasarın ona məxsus torpaq sahəsinin sərhədləri daxilində yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün deyil. Baxış zamanı toyuq hini olaraq iddia olunan tikilinin faktiki vəziyyətdə anbar kimi istifadə olunduğu və iddiaçıya məxsus fərdi yaşa yış evinin pəncərələrindən 6,8 metr və 11,2 metr məsafədə inşa edildiyi müəyyən olundu. Cavabdeh1 məxsus fərdi yaşayış evinin hündürlüyünün (mübahisəli ərazi istiqamətində) 3,6 metr, fərdi yaşayış evinin xarici divarı ilə həmin evin inşa olunduğu torpaq sahəsinin (sənəd üzrə mülkiyyətə verilmiş) sərhədinə qədər ən yaxın məsafənin 1,97 metr (norma 1,08 metr) olduğunu nəzərə alaraq, tikili ilə tikilinin inşa olunduğu torpaq sahəsinin sərhədinə qədər olan məsafənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 7-ci və 9-cu bəndlərinin tələblərinə uyğun olduğu müəyyən olundu. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin sənəd üzrə dəqiq sərhədlərini müəyyən etmək mümkün olmadı ğı üçün ona məxsus fərdi yaşayış evinin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar’’ın 7ci və 9-cu bəndlərinin tələblərinə uyğunluğunu təsdiq etmək mümkün deyil. Cavabdeh1 evinin həyətyanı sahəsinin iddiaçının həyətyanı sahəsi ilə müqayisədə aşağıda yerləşdiyini, habelə 2-ci sualda əhatə olunmuş məsələlər nəzərə alınaraq, gələcəkdə mübahisəli yerdə hasarın inşa olunması Cavabdeh1 məxsus yaşayış evinin pəncərəsinə təbii işığın və havanın daxil olmasına məhdudiyyət yaradacaqdır. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin sənəd üzrə dəqiq sərhədlərini müəyyən etmək mümkün olmadığından onun tərəfindən iddia olunan yerdə hasarın tikilməsi tikinti norma və qaydala rına uyğun hesab oluna bilməz. İddiaçı ilə cavabdehə məxsus evlər arasında mişar daşından mövcud olan hörgünün Cavabdeh1 məxsus olan və sökülmüş evin bünövrəsində olan divarın qalığı olub-olmaması, sökülmüş evin ilkin layihə sənədləri təqdim edildikdən sonra dəqiqliklə müəyyən oluna bilər. Həmçinin qeyd olunur ki, baxış zamanı iddiaçı və cavabdeh, onlara məxsus evlər arasında mövcud olan mişar daşından olan hörgünün Cavabdeh1 məxsus olan və sökülmüş evin bünövrəsində olan divarın qalığı olduğunu bildirmişlər. 13 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən iddiaçının naturada istifadə etdiyi, toyuq hini tikdiyi və hasar çəkmək istədiyi torpaq sahəsinin Şamaxı Mərkəzi Rayon X2 Şəxsə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmədiyi, lakin həmin torpaq sahəsinə gediş-gəliş yolunun Şama xı Mərkəzi Rayon X2 Şəxsə aid torpaq sahəsindən keçdiyi müəyyən olundu.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-170/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsiin qətnaməsi qismən, ilkin iddia tələbinin təmin edilməsinə dair hissədə ləğv edilmiş, iddia tələbi rədd olunmuşdur.
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın rədd edilməsinə dair gəldiyi nəticə ilə razılaşsa da, ilk iddianın təmin edilməsi barədə gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, Cavabdeh1 evinin həyətyanı sahəsinin İdd iaçı həyətyanı sahəsi ilə müqayisədə aşağıda yerləşdiyi nəzərə alınmaqla iddiaçının iddia etdiyi kimi mübahisəli yerdə hasarın inşa olunması Cavabdeh1 məxsus yaşayış evinin pəncərəsinə təbii işığın və havanın daxil olmasına məhdudiyyət yaradacaqdır ki, bu da qanunvericiliyin tələblərinə ziddir.
19. Bundan başqa İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin sənəd üzrə dəqiq sərhədlərini müəyyən etmək mümkün olmadığından onun tərəfindən iddia olunan yerdə hasarın tikilməsi tikinti norma və qaydalarına uyğun hesab oluna bilməz. Ekspertiza keçirilən zaman iddiaçı və cavabdeh, iddiaçı ilə cavabdehə məxsus evlər arasında mövcud olan mişar daşından olan hörgünün Cavabdeh1 məxsus olan və sökülmüş evin bünövrəsində olan divarın qalığı olduğunu bildirmişlər.
20. Apellyasiya məhkəməsi hesab etm işdir ki, apellyasiya şikayəti ilkin iddia tələbinin təmin edilmiş hissəsinin ləğv olunmasına dair hissədə əsaslı olduğu üçün təmin edilməlidir.
21. Apellyasiya şikayətinin qarşılıqlı iddia tələbinin təmin edlməsinə dair dəlilini əsassız hesab edən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının qanunsuz və əsassız olaraq inşa etdiyi tikilini, yəni toyuq hinini sökülməsini xahiş etmişdir. Habuki iş materialları ilə, o cümlədən ekspertiza rəyi ilə iddiaçının həyətində toyuq hini inşa etməsi təkzib olunur. Belə ki, iddiaçı həyətində toyuq saxlamadığını, həmin tikilidən əşyaların saxlanılması üçün istifadə etdiyini bildirdi. Ekspertiza rəyində də qeyd edilmişdir ki, cavabdehin sökülməsini tələb etdiyi tikilidən faktiki anbar kimi istifadə olunur.
22. Apellyasiya insta nsiya məhkəməsi qətnaməsini Mülki Məcəllənin 170.1 və 171.1-ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1, 69.4 və 69.5-ci, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli, 72 saylı qərarı ilə təsdiq edilmiş "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydaların" 5-ci bəndinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (vəkil X4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə həyətləri arasında, son 3 il istisna olmaqla, həmişə hasar olmuşdur və bu hər iki tərəfin hüquqlarını və qanunla qorun an mənafelərini heç zaman pozmamışdır. Yəni, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməkdə məqsədi hasarla bağlı hər hansı bir təzə iddiada olmadığı, əvvəlki vəziyyətin bərpa olunmasını istəyidir. Lakin məhkəmə bu hala düzgün qiymət verməmişdir. Apelyasiya məhkəməsi iş üzrə keçirilmiş ekspertiza rəyinə hüquqi qiymət verərkən Cavabdeh1 xeyrinə subyektiv mövqe tutmuşdur. Belə ki, iş üzrə keçirilmiş 29 sentyabr 2022-ci il tarixli, 10/4305 saylı ekspertiza rəyindən görünür ki, Cavabdeh1 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş, 04/1370 nömrəli, xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinə və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, 0,06 ha olduğu halda, faktiki olaraq 0,0960 ha təşkil edir. La kin apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən qətnaməsində Cavabdeh1 faktiki istifadəsində artıq torpaq sahəsinin olduğunu qeyd etməyərək, yalnız sənəd üzrə istifadə etdiyi torpaq sahəsini həcmini göstərir. Beləliklə, məhkəmə Cavabdeh1 evinin artıq istifadə etdiyi torpaq sahəsində yerləşib-yerləşmədiyini araşdırmamış və bununla da bərpa etmək istədiyim hasarın Cavabdeh1 məxsus evin əslində yerləşməli olduğu xarici divarından müvafiq texniki normalara uyğun məsafədə olacağını müəyyən etməmişdir. Apelyasiya məhkəməsinin qətnaməsinin qəbul edilməsinə əsas olmuş 29 sentyabr 2022-ci il tarixli, 10/4305 saylı ekspertiza rəyində qeyd olunur ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin sənəd üzrə dəqiq sərhədlərini müəyyən etmək mümkün olmadığından onun tərəfindən iddia oluna n yerdə hasarın tikilməsi tikinti norma və qaydalarına uyğun hesab oluna bilməz. Apelyasiya instansiya məhkəməsi bu halı araşdırmamış, sənəd üzrə dəqiq sərhədlərini müəyyən etmək mümkün olmayan sahədə niyə hasar tikilə bilmədiyini əsaslandırmamışdır. İddia olunan yerdə hasarın tikilməsinin tikinti norma və qaydalarına uyğun hesab oluna bilməməsi üçün həmin sərhədlər dəqiq müəyyən olunmalıdır. Halbuki, sözügedən ekspertiza rəyində birbaşa göstərilir ki, iddiaçıya və Cavabdeh1 məxsus yaşayış evlərinin yerləşdiyi və faktiki istifadə etdikləri torpaq sahələrinin döngə nöqtələrinin koordinatları müəyyən edildi. Başqa sözlə, torpaq sahələrinin müəyyən edilmiş döngə nöqtələrinin koordinatlarına əsasən hasarın çəkilməsinin tikinti norma və qaydalarına uyğunluğunu aydınlaşdırmaq mümkün idi ki, bu d a məhkəmə tərəfindən edilməmişdir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi 29 sentyabr 2022-ci il tarixli, 10/4305 saylı ekspertiza rəyi ilə müəyyən edilərək təsdiq olunmuş mübahisəli evlərin arasında faktiki olaraq 60 sm hündürlüyündə daş hasarın mövcudluğunu da nəzərə almamış və mübahisənin obyektiv həll üçün əhəmiyyət daşıyan bu vacib hala hüquqi qiymət verməmişdir.
25. Kassasiya şikayətində daha sonra göstərilmişdir ki, apelyasiya məhkəməsinin araşdırmadığı daha bir hal ondan ibarətdir ki, 29 sentyabr 2022-ci il tarixli, 10/4305 saylı ekspertiza rəyində Cavabdeh1 məxsus evin 120 kv metr həcmində olması qeyd olunur. Ekspertin özü tərəfindən həmin sahə dəqiqləşdirilməmiş, sadəcə olaraq 01 iyun 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda göstərilənlər təkrar edilm işdir. Halbuki, adi gözlə baxdıqda da həmin evin sahəsinin 120 kv metrdən dəfələrlə çox olduğu görünür. Bu faktın araşdırılaraq ona hüquqi qiymət verilməsi də hasarın çəkilməsinin müəyyən edilməsində həlledici əhəmiyyətə malik olmasına baxmyaraq apelyasiya nstansiyası məhkəməsi tərəfindən bu məsələ də araşdırılmamışdır. b)
26. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
28. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
29. Maddə 176.1. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın.
30. Maddə 176.2. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mü lkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz.
31. Maddə 176.3. Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikası nın Şəhərsalma və Tikinti Məcəlləsi
32. Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafələri nəzərdə tutulmalıdır.
33. Maddə 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.
34. Maddə 69.5. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir.
35. Maddə
80. Yaşayış evlərinin tikintisi barəsində məlumatlandırma icraatı tədqiq edilən, yəni mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 m-dən çox olmayan yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsini təşkil etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ara məsafəsi ilə bağlı müfəssəl qaydaların təsdiq edilməsi haqqında” 11 mart 2914-cü il tarixli Qərarı. 36. 5-ci bənd: Ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində olmalıdır. 37. 6-cı bənd: Ara məsafələri bir-birinin üzərinə düşə bilməz. Beləliklə də hər iki evin arasında tikinti normalarına əsasən 2.2-5 m ara məsafəsi qalmalıdır. 38. 9-cu bənd. Ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi n əticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə ilk ididanın rədd olunması hissədə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edi r ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlilidir.
46. Belə ki, işdən görünür ki, apellyasiya məhkəməsi ilk iddianı rədd edərkən tərəflərin təqdim etdikləri və məhkəmənin təşəbbüsü ilə əldə olunmuş sübutlara, o cümlədən iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə tam və hərtərəfli baxmamış, sübutların qiymətləndirilməsində və maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
47. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 evinin həyətyanı sahəsinin İddiaçı həyətyanı sahəsi ilə müqayisədə aşağı səviyyədə yerləşməsi nəzərə alınmaqla iddiaçının göstərdiyi yerdə hasar tikilməsi Cavabdeh1 məxsus yaşayış evinin pəncərəsin ə təbii işığın və havanın daxil olmasına məhdudiyyət yaradacaqdır ki, bu da qanunvericiliyin tələblərinə ziddir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin sənəd üzrə dəqiq sərhədlərini müəyyən etmək mümkün olmadığından onun tərəfindən iddia olunan yerdə hasarın tikilməsi tikinti norma və qaydalarına uyğun hesab oluna bilməz. Tərəflərə məxsus evlər arasında mövcud olan mişar daşından olan hörgü isə Cavabdeh1 məxsus olmuş və sökülmüş evin bünövrəsində olan divarın qalıqlarıdır ki, bu da əvvəllər orada hasarın mövcud olmasına təsdiq edən fakt kimi dəyərləndiriə bilməz.
48. İş üzrə təyin edilmiş Məhkəmə Ekespertizası Mərkəzinin 29 sentyabr 2022-ci il tarixli, 10/4305 saylı rəyinə görə iddiaçının sahibliyində və istifadəsində 477 kv metr sənəd üzrə və 524 kv metr faktiki, cavabdehi n sahibliyində və istifadəsində olan 600 kv metr sənəd üzrə torpaq sahəsi vardır. Hər iki tərəfin sənəd üzrə torpaq sahələrinin döngə nöqtələrinin koordinatları müəyyən edilmiş, lakin iddiaçının faktiki istifadəsində olan 524 kv metr torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Ona görə iddiaçının inşa etmək istədiyi hasarın tikinti norma və qaydalarına uyğun olub-olmadığını aydınlaşdırmaq mümkün olmadı.
49. Lakin iş mateillarından görünür ki, Cavabdeh1 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş, 04/1370 nömrəli, xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinə və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, 0,06 ha göstərildiyi halda, ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyest ri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən rəylərə və rəylərə əlavə olunmuş yerquruluşu Planlarına görə Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi 0,0965 ha təşkil edir. Cavabdehin adına 1994-cü ilin mart ayında işlənmiş Texniki pasportun kserosurətinə əsasən Şamaxı şəhəri, Qədirli küçəsi-61 ünvanda Cavabdeh1 faktiki istifadəsində 951 kv metr həyətyanı torpaq sahəsinin olması göstərilmiş, sonradan həmin rəqəmin üzərindən xətt çəkilməklə düzəliş edilmiş, bu düzəlişin olunma tarixi, düzəlişi edən şəxsin kimliyi və vəzifəsi göstərilməmişdir.
50. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində cavabdehin faktiki istifadəsində 965 kv metr torpaq sahəsinin olduğunu qeyd etməmiş, yalnız sənəd üzrə istifadə etdiyi 600 kv metr torpaq sahəsinin olması g östərilmiş, tərəflər arasındlakı mübahisənin həlli üçün onların faktiki istifadəsindəki torpaq sahələri üzrə tədqiqat aparılmasının mühüm əhəmiyyət kəsb etməsini diqqətdən qaçırmışdır.
51. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, İddiaçın cavabdehlərə hasarın bərpa edilməsi və hasarın öz vəsaiti hesabına inşa olunması, bununla əlaqədar cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması barədə iddiasının rədd edən apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 176.1, 176.2 və 1763-cü maddələrinin tələblərini nəzərə almamışdır. Həmin maddələrin məzmununa görə qonşu torpaq sahələri arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkmək hüququ təkcə torpaq sahəsinə üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış şəxslərə deyil, torpaq sa həsində faktiki istifadə edən şəxslərə də aiddir. Bu zaman torpaq sahələrinin dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir.
52. Göründüyü kimi qonşu torpaq sahələri arasında hasarın inşa olunması və sərhəd kimi istifadə edilən başqa qurğu quraşdırılması hazırkı iş üzrə iddiaçının hüququdur, bu hüquq yalnız cavabdehin yaşayış evindən və torpaq sahəsindən istifadə ilə əlaəqdar hüququnun əhəmiyyətli dərəcədə pozulması ilə məhdudlaşdırıla bilər, lakin məhrum oluna bilməz. İddiaçının göstərdiyi y erdə daş hasarın tikilməsi Cavabdeh1 məxsus yaşayış evinin pəncərəsinə təbii işığın və havanın daxil olmasına məhdudiyyət yaratdığı halda isə daş hasar əvəzinə işığın və havanın qarsını kəsməyən digər qurğuların quraşdırılmasının (dəmir tor və sair) mümkünlüyü müzakirə edilməmişdir.
53. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, sübutları tam, hərtərəfli, obyektiv və əqrəzsiz araşdırmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-170/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.