Məhkəmə qərarları › İş №2(102)-1123/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1123/2019

15.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1123/2019 15.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 15 fevral 2019-cu il İş № 2(102)-1123/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi ilə, Cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)2090/2018 nömrəli iş üzrə 27 sentyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: İsmayıllı rayon məhkəməsinin (hakim Rəfayel Şirinov) 31 may 2018-ci il tarixli 2(037)03/2018 saylı qətn aməsi ilə iddia qismən təmin edilərək Cavabdeh “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4292,16 ABŞ dolları əsas borc, 371,99 ABŞ dolları faiz borcu, 18,60 ABŞ dolları cərimə borcunun ödəniş gününə tətbiq olunan dərəcədə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla cəmi - 4682,75 ABŞ dolları və dövlət rüsumunun əvəzi kimi 30 manatın tutulması, tələbin girov predmeti olan, Cavabdeh məxsus “Shevrolet Aveo minik” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, avtomobilin ilkin satış qiymətinin 11000 manat müəyyən olunması, girov (ipoteka) predmetinin satışından əldə olunan vəsaitin 4682,75 ABŞ dolları və 30 manat məbləğin ödənilməsinə yönəldilməsi, Cavabdeh ilə “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti arasında b ağlanmış 114929-1-7646 saylı 08 iyul 2013-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət edilmiş, iddia tələbi ipoteka predmeti olan avtomobilin aşkar edildiyi yerdə dayandırılması və avtomobilin saxlanması üçün Azırbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasına yerləşdirilməsinə dair hissədə rəd edilmişdir. İş üzrə 50 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi və iş üzrə 120 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Mahir Əsədli - sədrlik edən və məruzəçi, Ələddin Məcidov, İnşallah Quliyev) 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı rayon məhkəməsinin 31 may 2018-ci il tarixli qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4300,17 ABŞ dolları məbləğində əsas borc, 463,61 ABŞ dolları faiz borcu, 18,60 ABŞ dolları cərimə - cəmi 4782,38 ABŞ dolları borcun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi, tələbin girov (ipoteka) predmeti olan “Shevrolet Aveo minik” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi və avtomobilinin açıq hərracda satılaraq satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun ödınilməsi, qeyd edilən avtomobilin aşkar edildiyi yerdə dayandırılması və avtomobilin saxlanması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasına yerləşdirilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 114929-1-7646 saylı 08.07.2013-cü il tarixli “Avtomobil kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən ba xılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassa siya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 08 iyul 2013-cü il tarixli 114929-1-7646 saylı avtomobil krediti müqaviləsi və həmin tarixli 114929-16-10593 saylı ipoteka müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə avtomobilin satın alınması məqsədi ilə illik 16 % olmaqla 36 ay müddətinə 13535 ABŞ dolları məbləğində kredit verilmiş, cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə və ödəniş qraf ikinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi cavabdehin aldığı “Shevrolet Aveo” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili bankın xeyirinə girov (ipoteka) qoymuşdur. Cavabdeh müqavilə müddəti ərzində hər ay əsas borcu və faiz borcunu ödəniş cədvəli əsasında ödəməklə cəmi 17115,35 ABŞ dolları kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehə məxsus olan “Shevrolet Aveo” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddiaçının xeyrinə girov qoyulması ilə bağlı həmin orqanda müvafiq qeydiyyat aparılmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdalıqlar edilməsinə baxmayaraq borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini icra etmədiyi üçün borcun ipoteka predmetinə yönəldilməsi prosedurunun başlanacağı barədə müvafiq bildiriş cavabdehə rəsmi qaydada verilmiş və həmin bildiriş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin müvafiq Şöbəsində qeydiyyata alınmışdır. Keçirilmiş mühasibatlıq ekspertizasının 27 dekabr 2017-ci il tarixli 20745 saylı rəyi ilə 29 iyun 2016-cı il tarixə cavabdehin banka 4292,16 ABŞ dolları əsas, 371,99 ABŞ dolları faiz - cəmi 4664,15 ABŞ dolları borcu olduğu, hazırki tədqiqatla cərimə hesablanmadığını göstərilmişdir. Bundan başqa keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 may 2018-ci il tarixli 7903 nömrəli ekspert arayışı və eksretiza xərclərinə dair bildirişi ilə “Shevrolet Ave o minik” markalı, 2012-ci il buraxılışlı, heçbek tipli mühərrik gücü 1400 sm. kub olan normal vəziyyətdə saxlanılmış istifadəyə yararlı avtomobilin nəzəri orta bazar qiymətinin təxminən 11000 manat olduğu, aparılmış tədqiqatın dəyərinin 120 manat olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirak çıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realiz ə edilir (satılır). Həmin Məcəllənin 298-ci mаddəsinə görə girov qoyulmuş əşyаnın sаtılmаsı nəticəsində götürülmüş məbləğdən, tutmаnın həmin əşyаyа yönəldilməsinə və onun sаtılmаsınа çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdаn sonrа, girov qoyаnın tələbləri ödənilir, qаlаn məbləğ girov qoyаnа verilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etib arsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpotekа hаqqındа” Qаnunun 1.0.6-cı mаddəsinə görə ipotekа hüququ borclu əsаs öhdəliyi icrа etmədikdə, ipotekа sаxlаyаnın ipotekа predmetinə tutmаnın yönəldilməsi hüququdur. Həmin Qаnunun 34.1.1-ci mаddəsinə görə ipotekа predmetinə tutmаnın yönəldilməsi hüququnun əsаslаrındаn biri əsаs öhdəliyin, yаxud onun bir hissəsinin vаxtındа icrа olunmаmаsıdır. “İpotekа hаqqındа” Azərbаycаn Respublikаsı Qаnununun 39.1-ci mаddəsinə əsasən ipotekа sаxlаyаn ipotekа müqаviləsi üzrə tələbinin ödənilməsi ü çün iddiа ilə məhkəməyə mürаciət edə bilər. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsaasında qeydə alınmalıdır. Həmin Qanunun 41.1-ci mаddəsinə əsаsən məhkəmənin qərаrı əsаsındа tutmа yönəldilməsi proseduru məhkəmə icrаçısı tərəfindən həyаtа keçirilir və ipotekа predmeti hərrаcdа sаtılır. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq, iş üzrə keçirilmiş ekspert rəyinə və sadalanan normalara istinad edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Apellyasiya şikayətinə əsasən qətnaməni apellyasiya qaydasıda yoxlayan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində göstərilən dəlillərə münasibət bildirərək qeyd etmişdir ki, cava bdeh birinci instansiya məhkəməsinin qətnaməsindən cərimə məbləğinin azaldılmaması hissəsində narazı qalsa da, birinci instansiya məhkəməsi iddiaçının əmlak mənafelərini nəzərə almış və haqlı olaraq cərimə məbləğini azaltmamışdır. İpoteka predmeti olan avtomobil ekspertiza tədqiqatına təqdim edilmədiyindən baxış keçirilmədən avotomobilin hazırki istismar nəticəsində hansı vəziyyətdə olmasını müəyyən etmək mümkün deyildir. Ona görə də istismarda olan avtomobilin qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq müəyyən edilmişdir. Qeyd edilənlərə əsasənməhkəmə bu qənaətə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisləndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırıl ması ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2090/2018 nömrəli iş üzrə 27 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsı n. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar