Məhkəmə qərarları › İş №2(102)-1123/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1123/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1123/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: borcun qaytarılması, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1759/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qə bul etdi. İşin halları

1. Cavabdeh (bundan sonra – cavabdeh) tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdə (iltizam) onun İddiaçı (bundan sonra – iddiaçı) 5000 manat məbləğində borc aldığını, həmin pulu 2 ay müddətinə qaytaracağını qeyd edilmişdir.

2. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdə (iltizam) iddiaçıdan 6000 manat pulu borca təhvil aldığı, həmin pulu xx.xx.2023-cü tarixədək qaytaracağı qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11.000 manat pulun və 123 manat dövlət rüsumunun alınaraq, ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi 5 ildən ar tıqdır ki, tanıyır. Tanışlıqlarının əsas səbəblərindən biri ortaq dostluqları və qonşuluq münasibətlərinin olmasıdır. Belə ki, iddiaçı 10 may 2022-ci il tarixində 5000 manat, 22 oktyabr 2022-ci ildə isə 6000 manat pulu cavabdehə borc vermişdir ki, özü üçün şirniyyat sexi açsın və müəyyən müddətdə pullarını geri qaytarsın. Cavabdeh bu pulları alarkən iddiaçı ilə aralarında borc müqaviləsi belə bağlanmışdır. Lakin cavabdeh iddiaçıya vermiş olduğu heç bir vədinə əməl etməmiş, özünə şirniyyat sexi açmamış, əksinə həmin pulları iddiaçıdan alaraq aldatmış, özü isə başqa hotelə şirniyyatçı olaraq işə düzəlmişdir. Bunu təsdiq edən şahidləri var. İddiaçının dəfələrlə zənglər etməsinə baxmayaraq, cavabdeh heç bir cavab verməmiş, vermiş olsa da intihar edəcəyini bildirmişdir. Sonuncu dəfə cavabdeh id diaçıya bildirmişdir ki, 05 mart 2022-ci il tarixində bütün pulları qaytaracaqdır, lakin bu dəfə də vədinə əməl etməyərək, pulu ödəmək üçün vaxt istəmişdir.

5. Cavabdehin adından məhkəməyə daxil olmuş teleqramda onun iddiaçıdan 11.000 manat pul götürdüyü, lakin borcdan 3000 manat ödədiyi və iddia tələbinin 8000 manat hissəsində təmin olunması barədə qətnamə qəbul olunmasının məhkəmədən xahiş edildiyi qeyd olunmuşdur.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçı ilə tələbə yoldaşı olmuş və pul cavabdehə verilən zaman o da iddiaçının mənzilində olmuşdur. İddiaçı pulu cavabdehə verən zaman cavabdeh borcu təsdiq edən əlyazma yazmışdır. İddiaçı ilə cavabdehin söhbətlərinin mahiyyətindən aydın olmuşdur ki, cavabdeh əvvəl də iddiaçıdan borc götürmüşdür.

7. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-2629/2023 nömrəli, 04 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia təmin edilmiş, cavabdehdən 11.000 manat məbləğində pul və ödənilmiş 123 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh iddiaçıdan ayrı-ayrı vaxtlarda ümumilikdə 11000 manat borc pul almışdır. Həmin borc məbləğinin alınması iş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən yazılmış iltizamlarla, şahid ifadəsi ilə sübut olunur. Cavabdeh iddiaçıya olan borcunu qaytarmağı öz üzərinə öhdəlik götürməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə cavabdeh tərəfindən göndərilmiş teleqrama münasibətdə qeyd etmişdir ki, cavabdeh 11000 mana t məbləğində pul götürdüyünü, lakin o borcdan 3000 manat ödədiyini qeyd etsə də, həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 324, 331, 385, 442, 739 və 740-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1,76.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını, ondan 2185 manat məbləğində pulun alınaraq, iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin olunmamasını xahiş etmişdir

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan cəmi 5000 manat borc almış, iddiaç ı isə alınmış borca faiz hesablayaraq, cavabdehə borcunun 6000 manat olduğunu bildirmiş və xx.xx.2022-ci il tarixdə cavabdehə bununla bağlı qəbzə imza etdirmişdir. Bundan əlavə cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı məhkəməyə teleqram göndərməmiş, həmin teleqramın kimin tərəfindən göndərilməsindən xəbərsiz olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən işin yuxarıda qeyd edilən halları üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamışdır.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1759/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və S.A.Qafari) apellyasiya şikayətini qismən təmin edilmiş, birinci instansiya məhkəməsini n qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək, cavabdehdən 5485 manat pul və ödənilmiş 61 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

13. Məhkəmə eyni tarixdə cavabdehin adından məhkəməyə teleqram göndərilməsi ilə bağlı iddiaçının və ya digər şəxslərin əməllərində cinayət tərkibinin olub-olmaması barədə Xüsusi qərardad çıxarmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla da ədalət mühakiməsinin çəkişmə prinsipini pozmuşdur.

15. Məhkəmə birinci instansiya məhkəməsinin gəld iyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə daxil olmuş teleqramın həqiqətən cavabdeh tərəfindən göndərilməsini araşdırmamış, teleqramı iddianın etirafı kimi qəbul edərək, iddianı təmin etmişdir.

16. Halbuki, iş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yazışmaların fotosurətlərindən görünür ki, yazışmalar xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında aparılmış, həmin yazışmalarda borcun məbləği 6600 manat göstərilmiş, ödənişlərin xx.xx.2023-cü il tarixdən gündəlik 10 manatdan aparılması qeyd olunmuşdur. İş materiallarında ümumi borc məbləğinin 11000 manat olmasına dair hər hansı yazışma mövcud deyil.

17. Məhkəmə nəzərə almışdır ki, cavabdeh tərəfindən 5000 manat pulun alınmasına dair qəbz xx.xx.2022-ci il tarixdə, 6000 manatın alınmasına dair qəbz isə x x.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Bir halda ki, xx.xx.2022-ci il tarixli qəbzlə alınmış 5000 manat məbləğində pul cavabdeh tərəfindən qaytarılmamışdır, həmin məbləğ qaytarılmadığı halda yenidən 5 ay sonra təkrar 6000 manat məbləğində borcun verilməsi ağlabatan hesab edilə bilməz. Həmçinin tərəflər arasındakı 09 yanvar tarixli yazışmadan görünür ki, iddiaçı yazışmada “6000 manatı vermək lazım olduğunu” qeyd etmişdir. Qeyd olunanlara əsasən cavabdehin iddiaçıdan aldığı borcun məbləğinin 6000 manat olması müəyyən edilir.

18. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış teleqrama münasibətdə qeyd etmişdir ki, məhkəmənin sorğusu əsasında daxil olmuş xx.xx.2023-cü il tarixli, 11/100 nömrəli məktubda teleqramın cavabdeh tərəfindən xx.xx.2023-cü il, saat 10:46-da göndərildiyi göstəri lsə də, teleqramın tərtibinə dair sənədin cavabdeh tərəfindən imzalanmadığı qeyd edilmişdir.

19. Həmçinin məhkəməyə təqdim edilmiş "xxxx" Estates MMC-nin xx.xx.2023-cü il tarixli arayışında cavabdehin xx.xx.2023-cü il tarixində saat 09:08:33-dən 17:58:57-ə qədər həmin müəssisədə fəaliyyət göstərdiyi qənnadıçı vəzifəsində işdə olduğu təsdiq olunmuşdur. Bununla da iddianın etirafı kimi məhkəməyə ünvanlanmış qeyd edilən teleqramın cavabdeh tərəfindən məhkəməyə ünvanlanması təkzib edilir.

20. İddiaçı cavabdehin ona 11.000 manat borclu olmasını qeyd etsə də bunu təsdiq edəcək sübutları təqdim etməmişdir.

21. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçıdan 6000 manat məbləğində borc alması iş materiallarında olan yazışmalarla təsdiq edi ldiyindən, həmin borcdan 515 manat ümumi ödənişin edilməsi iddiaçı tərəfindən ünvanlanmış ərizədə, o cümlədən, ödəniş qəbzlərində qeyd edildiyindən həmin məbləğ çıxılmaqla cavabdehin iddiaçıya 5485 manat borcunun olduğu müəyyən edilir.

22. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385, 425, 445, 442, 448 və 739-cu maddələrinə və MPM-in 14.2, 77.1,76.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər

23. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnaməni iddia tələbinin təmin olunmaması hissəsində ləgv etməklə, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin öz xətti ilə yazdığı iltizamlara deyil, cavabdehin iza hatına istinad etməklə nəticəyə gəlmişdir. Halbuki iddia tələbini təsdiq edən sübut cavabdehin müxtəlif vaxtlarda yazmış olduğu 2 iltizamdır ki, həmin iltizamda ümumi borc 11.000 manat təşkil edir. Bundan başqa, tərəflər arasında votsap yazışması olmuş və bu yazışmada da iddiaçı cavabdehdən 11.000 manat borcunu qaytarmasını tələb etmiş və cavabdeh də ona vaxt verməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı teleqramında iddiaçıya olan 11.000 manat borcdan 3000 manatını qaytarması ilə razı deyil, cavabdeh aldığı 11.000 manat puldan 515 manat qaytarmasını iddiaçı məhkəmədə də etiraf edib. Belə olan halda və iddiaçıda 11000 manat borcla bağlı qəbzlər olduğu halda cavabdehin adından məhkəməyə ünvanlanan teleqram hazırkı mübahisədə hər hansı bir sübut əhəmiyyət daşımır və birinci inst ansiya məhkəməsi də iddiaçının təqdim etdiyi qəbzlərə və cavabdehlə aparılmış votsap yazışmalarına istinad etməklə qanuni və ədalətli qətnaməni qəbul etmiş, lakin apellyasiya məhkəməsi qarşı tərəfin ifadəsinə istinad etməklə iddiaçının təqdim etdiyi mötəbər sübutlara düzgün qiymət vermədən hazırkı qətnaməni çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə (tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan redaksiya)

26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, b elə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

27. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

28. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

30. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

31. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllə

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya ins tansiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

43. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması il ə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

44. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1759/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar