Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1123/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1123/2025 (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6661/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 15 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qa ydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh (AA*******) İddiaçı 9.000 AZN borclu olması və bu borcu 20 iyul ayında qaytaracağına, qaytarmazsa İddiaçı heç bir söhbətsiz onu şikayət edə biləcəyi və söz verdiyi müddətə bu borcu qaytaracağına dair xx.xx.2024-cü il tarixli qəbz imzalamışdır.
2. Bakı şəhəri Sabunçu payon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə, vətəndaş Şahid2 şikayət ərizəsi əsasında topanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 9.000 man at məbləğində pulun və ödənilmiş 110 manat dövlət rüsumunun, cəmi 9.110 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixində 9.000 manat məbləğində pul borc vermişdir. Cavabdeh yazdığı ərizədə (qəbzdə) həmin borcu xx.xx.2023-cü il tarixində qaytaracağını bildirmişdir. Lakin bu günə kimi cavabdeh iddiaçıya olan 9.000 manat borcunu ödəməmişdir. İddiaçı borcunu ödəməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq cavabdeh borcunu ödəməkdən yayınır.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı qızı üçün cavabdehdən ev almışdır. Evin pulu iddiaçıya məxsus olsa da, Nail adlı şəxs pulu aparıb cavabdehə özü verirdi. Nail Cavabdeh polisə şikayət etmişdir. Cavabdeh Şahid3 Nail adlı şəxsin ondan şikayət etdiyini, ona problem yarandığını, ona görə də ona köməklik göstərməsini, borcu öz aralarında həll edəcəyəni bildirib və aralarında razılaşma əldə edilmişdir. Ona görə də, polisdə olan izahatlarla hazırkı izahatlar arasında fərq yaranır. İddiaçının ev üçün Cavabdeh borcu olub, borcu ödəyə bilməyib. Cavabdeh evi satmasını deyib və iddiaçının qızı Şahid3 cavabdehə evlə bağlı etibarnamə verib. Cavabdeh evi ucuz və ya baha satacağının öz işi olduğunu bildirmişdir. Cavabdeh qarşı tərəfdən evə nə qədər xərc çəkdiklərini soruşub və həmin məbləği qaytaracağını bildirmişdir. Cavabdeh evi satandan sonra qarşı tərəfə 28.000 manat pul qaytarıb, 9.000 manat borclu qalıb, həmin məbləği ödəyəcəyini bildiri b və bu barədə qəbz yazıb. Əgər Cavabdeh pul borclu deyildisə, niyə 9.000 manat borclu olması barədə qəbz yazıb. 9.000 manat pul evin təmirinə çəkilən xərclərdir. Cavabdeh polisə Nail şikayət edib. Şahid3 Nail adlı şəxsdən ayrılandan sonra həmin şəxs Şahid3 təyziq etmək üçün Cavabdeh polisə şikayət edib. İddiaçıya sonradan edilmiş 500 manat ödəniş, evdən əşyaların çıxarılması üçün idi. Məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş videogörüntülər natamamdır. Videogörüntülərdə iddiaçıya qaytarılan pulun dəqiq məbləği müəyyən edilmir.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib izahatında bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 36.000 manat pul qaytarılıb. Bundan 32.000 manat kamera çəkilişi ilə, 2.000 manat kart vasitəsi ilə, 800 və 1.000 manat isə şahidin iştirakı ilə qaytarılıb. Cavabdeh ona bildirib ki, İddiaçı qızı ailəsi və uşaqları ilə gələrək ondan ev alıb, sonradan bilib ki, İddiaçı qızının Nail adlı şəxslə qeyrirəsmi münasibətləri olub. Cavabdeh bildirmişdir ki, ona 32.000 manat pul ödənilib, artıq pul yoxdur, varsa, sübut olunsun. Həm Nail adlı şəxs, həm də İddiaçı qızı pulun özünə məxsus olduğunu deyirdi. Cavabdeh bildirmişdir ki, müqavilə İddiaçı qızı ilə bağlanılıb, xanımı tanıdığını, pulu da xanıma qaytarmışdır. Cavabdeh bildirmişdir ki, nə qədər pul verilibsə, bütün pullar qaytarılıb, İddiaçı qızı ev tapa bilməyəcəklərini bildirib, onlara köməklik göstərməsini xahiş edib, amma ondan sonra cavabdeh ödəniş edib, onlara borcu qalmayıb. Nail adlı şəxs Cavabdeh polisə şikayət edəndə, İddiaçı qızı Cavabdeh ona bo rclu olmadığını bildirmişdir. Cavabdehla müqavilə bağlayan, Cavabdeh etibarnamə verən Sevil xanımdır, hüquq münasibətləri Cavabdehla Şahid3 arasındadır. İddiaçının məqsədi cavabdehdən artıq pul almaqdır.
7. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, iddiaçını tanımır, Şahid3 isə tanıyır. Şahid3 cavabdehdən ev alıb, sonra ev üçün ödənişləri edə bilmədiyini və evi qaytardığını deyib. Ev üçün pulları kimin ödədiyini bilmir. Şahid3 tərəfindən ev alınarkən o iştirak etməyib. Ev üçün Şahid3 35.800 manat pul qaytarılıb, 32.000 manatın qaytarılmasını cavabdeh videoyazıya alıb, 2.000 manat karta mədaxil edilməklə, 800 və 1.000 manatı o, özü qaytarıb. Videoçəkiliş aparılarkən o, tərəflər və Şahid3 iştirak edib.
8. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 if adəsində göstərilmişdir ki, iddiaçı onun atasıdır. O, evin ödənişlərini həmişə pulu Şahid2 verirdi. 73.000 manat evin qiyməti idi, ev üçün 18.000 manat ilkin ödəniş etmişlər. İlkin ödənişi əri aparıb vermişdir. Hər ay ev üçün 1.500 manat ödəniş edirdilər. O, evi alan Murad adlı şəxsin yanına gedib, ev üçün hər ay Cavabdeh ödədiyi məbləği onun kartına göndərməyini xahiş edib, o da həmin ödənişləri Cavabdeh bildirəcəyini demişdir. Murad adlı şəxs ona belə etsə, Cavabdeh 9.000 manat əvəzində 19.000 manat alacağını bildirmişdir. Şahid2 Cavabdeh pul verəndə onu avtomobildə əyləşdirib, kişilər olduğu üçün onu qısqandığını, avtomobildən enməməyini, səsi yazacağını bildirmişdir. O, Şahid2 ayrılıb, Nail onla barışmaq istəyirdi, onunla barışmayıb, o da başına oyun açacağını demişdir. Bəlkə də, Şahid 2 ilə Cavabdeh biriləşib iş görüblər. Şahid2 ev üçün heç bir ödəniş etməyib. Cavabdeh evin aşağısında 28.000 manat pulu sayıb verib, özü videoya çəkib, Məhəmməd də orada olub. Murad adlı şəxs evini 40.000 manat ödəməklə Cavabdeh alıb, hər ay Cavabdeh 1.000 manat pul ödəyirdi. Cavabdeh pulu ödəyə bilmədiyini, ona Murad adlı şəxsdən pulu istəməyini bildirmişdir. O, Murad adlı şəxsdən Cavabdeh hər ay ödədiyi 1.000 manatı onun kartına göndərməsini xahiş etmiş və beləliklə də Cavabdeh borcu Murad adlı şəxsin vasitəsi ilə ödənmiş olacaqdı. Son 8 rəqəmi 65090405 olan "xxxx" ASCyə məxsus kartı yoxdur. Onun belə bir kartı olmayıb. 18.000 manat pulu əlbəəl, 37.000 manat hissə-hissə verib, qızıllarını lombarda girov qoyub, kredit götürüb və evi təmir edib. Hər ay Cavabdeh 1.500 manat pul ödəyib. Ayrı landan sonra evin pulunu ödəyə bilməyib, evi qaytarıb və evin pulunu tələb edib. Onlar polisdə verdiyi izahatdan sonrakı pulu tələb edir. Cavabdeh atasına olan ümumi borcdan onun kartına 500 manat pul göndərmiş, evi Leyla adlı xanıma satdığını demiş, Leyla adlı xanımın ərinin adı Muraddır. Cavabdeh onun kartına 800 və 1.000 manat pul göndərməyib. Ümumilikdə ödədikləri pul onların dəftərində 57.000 manat idi, Cavabdeh isə 37.000 manat olduğunu bildirmişdir. Cavabdeh 37.000 manat puldan atasına 28.000 manat vermiş, 9.000 manat borcu qalmışdır. O, Xırdalan şəhərində xadimə işləyirdi, Cavabdeh ona Qara Qarayevə gəlməyini, Şahid2 səs yazısı ilə ondan polisə şikayət etdiyini və 18.000 manat pulu tələb etdiyini bildirmişdir. O, Şahid2 bunu soruşanda, belə olmadığını demişdir. Cavabdeh onu Sabunçu rayonunda polisə aparıb, polis ondan ərinin Cavabdeh pul tələb etdiyini soruşduqda, Cavabdeh onu çölə çıxarıb, ondan ərizədə onun 37.000 manat məbləği qaytardığını yazmağını xahiş etmişdir. O, Cavabdeh bu formada ərizə yazsa, pulunu qaytaracağını soruşub, Cavabdeh ona bildirib ki, “ərizəni yaz, sizin pulu qaytarmasam, nakişiyəm”. O, savadsız olduğundan cavabdehə inanıb. Bu hadisə avqust ayının 3-4-ü olmuşdur. Avqust ayının 3-dən fevral ayının 8-ə qədər Cavabdeh ona zəng edərək demişdir ki, “xahiş edirəm, mən qısnama, məni sıxma”. Cavabdeh bir dəfə kartına 500 manat pul göndərmişdir. Cavabdeh ona bildirmişdir ki, qalan məbləği göndərməsə, nakişidir. 2023-cü ilin sentyabr ayının sonlarında Cavabdeh 9.000 manat puldan 500 manat pulu kartına göndərmiş, onlara 8.500 manat pulu qalmışdır. Ev üç ün ödənilən pullar atasının pulu olub, pulu atası ona verib, o, özü xadimə olduğu üçün ev üçün ödənişləri özü edə bilməzdi. Şahid2 cavabdehə evin ilkin ödənişi olan 18.000 manatı özü versə də, pul onun ailəsinə məxsus pul idi. Şahid2 polis orqanında verdiyi izahatında ev üçün edilən ödənişlərin onun olduğunu desə də, həmin pullar atasının olub. O, Şahid2 həqiqətən pulların ona məxsus olduğu iddia edirsə, onu məhkəməyə verməyini deyib, lakin məhkəməyə müraciət olunmayıb.
9. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, tərəfləri tanıyır və İddiaçılə 1983-cü ildən dostluqları var. Tərəflərlə birlikdə Qara Qarayevdə çayxanada oturublar. Cavabdeh öz xətti ilə iddiaçıya pul verəcəyini və dəqiq tarixini bilmədiyi müddətdə qaytaracağını yazıb. Cavabdeh həmin yaz ını yazarkən üçü, yəni İddiaçı, Cavabdeh və o var idi, başqa heç kim yox idi. Cavabdeh ev üzrə qalan borcu iddiaçıya qaytarmalı idi. O, da həmin razılıqda iştirak edib. Cavabdeh iddiaçıya 9.000 manat pul qaytarmalı idi, özü də yazıb. Cavabdeh həmin yazını 2023-cü ilin payız aylarında yazıb. 2023-cü ilin payız aylarından sonra cavabdeh iddiaçıya pul qaytarmayıb.
10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(007)-1433/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia qismən təmin edilərək, cavabdehdən 8.500 manat məbləğində pulun və ödənilmiş 104 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi, ödənilmiş dövlət rüsumunun 6 manatının iddiaçıya aid edilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
11. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıya 35.800 manat pulun qaytarıldığını deməklə, ev üçün iddiaçıya həmin məbləğdə borcu olduğunu etiraf etmişdir, lakin həmin pulların hamısının iddiaçıya qaytarılmasını təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
12. Bundan başqa, Bakı şəhəri Sabunçu rayonu RPİ-nin İstintaq Şöbəsində Şahid2 müraciəti əsasında araşdırma aparılmış və onun şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır. Şahid2 müraciətində cavabdehə ev üçün 41.500 manat ödənildiyi, sonradan cavabdehin həmin evi satmasına baxmayaraq ev üçün edilmiş ödənişləri qaytarmadığını, cavabdeh isə ev üçün edilmiş ödənişlər üçün İddiaçı və qızı Şahid3 34.000 manat pul qaytardığını, Şahid3 isə cava bdehin izahatında göstərdiyi hallarla razılaşaraq, atasının pulundan onlara 34.000 manat pulun qaytarıldığını qeyd etmişdir.
13. Məhkəmə iclasında aparılmış araşdırma zamanı ev üçün cavabdehə verilmiş ödənişlərin iddiaçıya məxsus olması öz təsdiqini tapmışdır. Həmçinin cavabdeh Bakı şəhəri Sabunçu rayonu RPİ-nin İstintaq Şöbəsində araşdırma aparıldıqdan sonra iddiaçıya 9.000 manat borcunun olmasına dair iltizam tərtib etmiş və məhkəməyə təqdim edilmiş videogörüntlülərdə cavabdeh tərəfindən qaytarılmış pul vəsaitinin məhz iddiaçı tərəfindən təhvil alındığı müşahidə edilmişdir (lakin qeyd edildiyi kimi videogörüntülərdə qaytarılmış pulun miqdarını dəqiq müəyyən etmək mümkün olmamışdır).
14. Məhkəmə işin faktiki hallarına əsasən hesab etmişdir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərə flər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh həmin öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, aldığı pulu iddiaçıya qaytarmalıdır.
15. Qeyd edilənlərə əsasən, məhkəmə cavabdeh tərəfindən edilmiş ödənişləri nəzərə alaraq, hesab etmişdir ki, iddia tələbi 8.500 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində təmin edilməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.2, 385.1, 386.1, 389.1, 425.1, 427.3, 442, 443.1, 448.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 19.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
17. Qətnamədən cavabdehin nüm ayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunan hissəsində rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdeh tərəfindən məhkəməyə dəvət olunan Şahid4 göstərdiyi faktları kölgə altına almışdır. Belə ki, məhkəmədə şahid kimi dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Şahid3 cavabdehdən ev alıb, sonra ev üçün ödənişləri edə bilmədiyini və evi qaytardığını deyib. Ev üçün pulları ödədiyini bilmir. Şahid3 tərəfindən ev alınarkən o iştirak etməyib. Ev üçün Şahid3 35.800 manat pul qaytarılıb, 32.000 manatın qaytarılmasını cavabdeh videoyazıya alıb, 2.000 manat karta mədaxil edilməklə, 800 və 1.000 manatı o, özü qaytarı b. Video çəkiliş aparılarkən o, tərəflər və Şahid3 iştirak edib. Məhkəmənin sorğusu əsasında Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsindən daxil olan materialda Şahid3 göstərdikləri hallar da iş üzrə düzgün qiymətləndirməmişdir. Belə ki, Sabunçu rayon Polis İdarəsinə verdiyi izahatda Şahid3 evin alınması üçün Cavabdeh 34.000 manat pulun ödənildiyini qeyd edərək “02 may 2023-cü ildə isə Mətləb yaşadığımız evə gəldi və 34.000 manat məbləğində pulu sayaraq atama təhvil verdi, bir ay müddətində həmin evdə qaldıqdan sonra evi Mətləbə təhvil verdik”. Məhkəmə araşdırması zamanı da məlum olur ki, hazırda iddiaçı, yəni Şahid3 atası İddiaçı cavabdehdən tələb etmiş olduğu pul məbləği mənzilin alınmasına görə ödənilmiş puldur. Bununla yanaşı Şahid3 məhkəmədə verdiyi izahatı da ziddiyyətlidir. Bel ə ki o məhkəmədə verdiyi izahatında bildirir “ümumilikdə ödədikləri pul onların dəftərində 57.000 manat idi, Cavabdeh isə 37.000 manat olduğunu bildirdi. Cavabdeh 37.000 manat puldan atasına 28.000 manat verdi, 9.000 manat borcu qaldı”. Maraqlıdır Cavabdeh 28.000 manat pul qaytarmışdırsa, göstərdikləri həqiqətdirsə, onda nə səbəbə görə 57.000 pulun qalığının əvəzinə 9.000 tələb etməklə kifayətlənmişlər?! Şahid3 izahatında Cavabdeh ona Qara Qarayevə gəlməyini, Şahid2 səs yazısından polisə şikayət etdiyini və 18.000 manat pulu tələb etdiyini bildirdi. O, Şahid2 bunu soruşanda, belə olmadığını demişdir. X4 rayonunda polisə aparıb, polis ondan ərinin Cavabdeh pul tələb etdiyini soruşduqda, Cavabdeh onu çölə çıxarıb, ərizədə onun 37.000 manat məbləği qaytardığını yazmağını xahiş etmişdir. Amma polisə verdiyi izahatında isə 34.000 manat evin alınmasına ödədiklərini bildirmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-6661/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Səadət Səlimova və Vahid Sadıqov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisə 9.000 manat pulun qaytarılması ilə bağlıdır. Cavabdeh bu məbləğdə borcunun olduğu və onu qaytaracağına dair yazılı öhdəlik götürmüşdür. Hazırkı iş üzrə iddiaçı məhkəmə iclasında evin dəyəri kimi, təmir pulu da daxil olmaqla, cav abdeh tərəfindən ona 37.000 manat pul ödənilməli olmasına baxmayaraq, cəmi 28.000 manatın qaytarıldığını və 9.000 manatın borc qaldığını, buna dair qəbz tərtib edildiyini bildirmişdir. Cavabdehin nümayədəsi və vəkili isə iddiaçı tərəfə ümumilikdə 35.800 manat pulun ödənildiyini, bundan 32.000 manatın qaytarılmasının məhkəməyə təqdim edilmiş videogörüntülərlə, 2.000 manatın iddiaçı tərəfə məxsus karta köçürmə etməklə, 8.000 manat və 1.000 manatın isə məhkəmədə dindirilmiş Şahid4 vasitəsi ilə qaytarıldığını qeyd etmişdir.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə borc müqaviləsinə görə borc alana hansı məbləğdə borc verilməsini sübut etmək vəzifəsi borc verənin üzərinə düşür. Lakin həmin borc müqaviləsi üzrə bor cun borc verənə hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi borc alanın üzərinə düşür.
22. Məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh iddiaçıya 35.800 manat pulun qaytarıldığını deməklə, ev üçün iddiaçıya həmin məbləğdə borcu olduğunu etiraf etmiş, lakin həmin pulların hamısının iddiaçıya qaytarılmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş üzrə araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, iddiaçı 37.000 manat məbləğində pul vəsaitini cavabdehə verdiyini sübut etmişdir. Eyni zamanda iddiaçı həmin puldan 28.000 manatın cavabdeh tərəfindən ona qaytarıldığını da etiraf etmişdir.
24. Məhkəmənin kollegiyasının qənaətinə görə, cavabdeh iddiaçıya 28.000 manatın qaytarılmasını sübut etmə yükündən azaddır. Bakı şəhəri Sabunçu rayonu RPİ-nin İstintaq Şöbəsində Şahid2 müraciəti əsasında araşdırma aparılmış və onun şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır. Şahid2 müraciətində cavabdehə ev üçün 41.500 manat ödənildiyini, sonradan cavabdehin həmin evi satmasında baxayaraq ev üçün edilmiş ödənişləri qaytarmadığını, cavabdeh isə ev üçün edilmiş ödənişlər üçün İddiaçı və qızı Şahid3 34.000 manat pul qaytardığını, Şahid3 isə cavabdehin izahatında göstərdiyi hallarla razılalaşaraq, atasının pulundan onlara 34.000 manat pulun qaytarıldığını qeyd etmişdir.
25. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, məhkəmədə dindirilmiş Şahid4 qeyd edilənləri təsdiq etmişdir. Məhkəməyə təqdim edimiş bir ədəd diskdə bir ədəd səs yazısı və b ir ədəd video yazı qeydə alınmışdır. Səs yazısında bir nəfər şəxsin Mətləbə ümumilikdə 32.000 manat pul verdiyi qeyd edilmiş, lakin məhkəmə iclasında həmin səs yazısının iddiaçıya məxsus olduğu öz təsdiqini tapmamışdır. Videogörüntüdə isə iddiaçının, iddiaçının qızı Şahid3 və cavabdehin görüntüləri əks olunub, onlar söhbət edən zaman iddiaçı stul üzərində yerləşdirilmiş pulları saymışdır. Məhkəmədə cavabdehin nümayəndəsi və vəkili videogörüntüdə əks olunan pulların miqdarının 32.000 manat olduğunu qeyd etsə də, həmin hal məhkəmədə öz təsdiqini tapmamış, pulların dəqiq miqdarı müəyyən edilməmişdir. İddiaçı tərəf isə cavabdeh tərəfindən 28.000 manat məbləğində pulun qaytarıldığı və video görüntülərin natamam şəkildə məhkəməyə təqdim edildiyini qeyd etmişdir.
26. Məhkəmə kollegiyası cavabdehi n dəlillərini, o cümlədən borcun tam qaytarılması, 9.000 manat borcun mövcud olmaması ilə bağlı bildirdiklərini əsassız sayaraq qeyd etmişdir ki, cavabdeh bununla bağlı mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə haqlı olaraq həmin dəlilləri rədd etmişdir.
27. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, cavabdeh hazırda hər hansı borcu qalmadığını bildirsə də, cavabdehin nümayəndəsi hələ birinci instansiya məhkəməsində izahat verərkən borc məbləğinin 9.000 manat deyil, 4.000 manat olduğunu göstərmişdir (i.v.51). Yəni, cavabdeh iddia tələbini rəsmi olaraq qəbul etməsə də, faktiki olaraq onu qismən etiraf etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi məhkəmə iclas protokolunda yazılmış bu ifadənin həqiqəti əks etdirmədiyini bildirsə də, işdən göründüyü kimi onun tərəfind ən həmin protokola dair hər hansı qeyd verilməmişdir. İddiaçı özü isə 9.000 manatdan cəmi 500 manatın 2023-cü ilin sentyabr ayında kart hesabına köçürülməklə ona qaytarıldığını və cəmi 8.500 manat borcun qaldığını bildirmişdir (i.v.111).
28. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, cavabdeh nəticə etibarilə borcun 8.500 manat hissəsinin qaytarılmasını sübut edə bilməmişdir və ona görə də birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi həmin hissədə əsaslı sayılaraq təmin olunmuşdur.
29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 329.2, 385.1, 386.1, 389.1. 425.1, 427.3, 442-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 384.0.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəl illəri:
30. Qətnamədən cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsində də cavabdeh tərəfindən pulların iddiaçıya ödənilməsi (qaytarılması) faktı təstiq edildiyindən məhkəmə qətnaməsi tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Sabunçu rayon Pİ-nin İŞ-dən məhkəməyə daxil olmuş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda və həmin araşdırma materiallarında olan sübutlara, yəni iddiaçının qızı Şahid3 və onunla qeyri rəsmi mün asibətlərdə olmuş Şahid2 və Cavabdeh izahatlarının xüsusatlarına məhkəmə kollegiyası qiymət verməmişdir.
32. Bundan başqa, məhkəmə iddia ərizəsində iddiaçının tələbini pərdələyərək guya Cavabdeh 9.000 manat borc pul verməsini və bununla bağlı sadə yazılı qəbz yazmasını tərəflərin, eyni zamanda şahid kimi izahatı alınmış Şahid3 atasının Cavabdeh tələb etdiyi pul qalığının video çəkilişdə qeydə alınmış evin pulunun natamam qaytarılması barədə xüsusatlarına düzgün qiymət verməyərək iddianı qanunsuz olaraq qismən təmin etmişdir. İddiaçının nümayəndəsi Vəkil1 daha ziddiyyətli izahat verərək tələb olunan 9.000 manat pulun evin təmirinə çəkilən xərcin olmasını göstərmişdir. Belə olan halda, iddianın hüquqi əsası da dəyişmiş olur. İddiaçı MM-nin 157.6-157.7-cı maddələrinə əsasən yaxşılaşdırmanı (e və çəkilən xərci) tələb etməli idi.
33. Bundan başqa məhkəmə etirazın əsasları kimi halları təsdiq edən cavabdeh tərəfindən məhkəməyə dəvət olunan Şahid4 da izahatında göstərdiyi faktları da kölgə altına almışdır.
34. Məhkəmənin sorğu əsasında Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsindən daxil olan materiala, xüsusən də həmin materialda iddiaçının qızı və iş üzrə izahatı alınmış Şahid3 göstərdikləri halları iş üzrə düzgün qiymətləndirməmişdir. Bununla yanaşı Şahid3 məhkəmədə verdiyi izahatı da ziddiyyətlidir.
35. Birinci instansiya məhkəməsində iddiaçı tərəfindən dindirilmiş şahid də təsdiq etmişdir ki, tələb olunan pul evin alınmasına ödənilmiş pulun qalıq hissəsidir. Belə ki, məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, cavabdeh öz xətti ilə iddiaçıya pul verəcəyini və dəqiq tarixini bilmədiyi müddətdə qaytaracağını yazıb. Cavabdeh həmin yazını yazarkən üçü, yəni İddiaçı, Cavabdeh və o var idi, başqa heç kim yox idi. Cavabdeh ev üzrə qalan borcu iddiaçıya qaytarmalı idi. O, da həmin razılıqda iştirak edib. Cavabdeh iddiaçıya 9.000 manat pul qaytarmalı idi, özü də yazıb. Cavabdeh həmin yazını 2023-cü ilin payız aylarında yazıb. 2023-cü ilin payız aylarından sonra cavabdeh iddiaçıya pul qaytarmayıb.
36. Cavabdeh həmçinin qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəflərin çəkişmə prinsipini də pozmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
37. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
38. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
39. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
40. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
41. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
42. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
43. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
44. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adət ən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
45. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
46. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi hallar ı sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qa nuni və əsaslı olmalıdır.
52. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şi kayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
58. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qə tnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edildiyi hissəsində mübahisələndirdiyindən, məhkəmə aktı iddianın təmin olun duğu hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
64. Bu baxımdan kassasiya instans iyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
65. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndir mək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
66. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
67. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
69. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnam əsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6661/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.