Məhkəmə qərarları › İş №2(102)-1124/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1124/2019

11.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1124/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1124/2019 11 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı vəkili ***ştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2018-ci il tarixli, 2(107)2123/2018 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “350 000 (üç yüz əlli min) manat pulun alınaraq ona ödənilməsi barədə” qətnamə qəbul edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (hakim E.Məmmədov) 28 avqust 2017-ci il tarixli, 2(024)-618/2017 nömrəli qətnаməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 287.250 (iki yüz səksən yeddi min iki yüz əlli) manatın və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissəsinin əsassız hesab edilərək rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) 12.02.2018-ci il tarixli, 2(107)-217/2018 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməmiş, Qax Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Ə.İsgəndərov, Ə.A.Əhmədov və İ.K.Dəmirov) 29.06.2018-ci il tarixli, 2(102)4374/2018 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş,Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.02.2018-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.R.Rəfiyev, G.Q.Abbasov və E.Ş.Hüseynov) 13.09.2018-ci il tarixli, 2(107)-2123/2018 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş,Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Qax Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli qətnaməsi idd ianın təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə də iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili *** iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili *** iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən müəyyən edilmir ki, məhkəmə iddiaçı tərəfindən cavabdehə 350 000 manat pul verildiyini qəbul etməyərək iddianı təmin etmirmi, yo xsa pul verildiyini qəbul edir, amma bu pulun borc kimi yox, ortaqlığa (şərikliyə) qoşulmaq üçün verildiyindən iddanın əsasını borc tələbi kimi qoyulmasının prosessual pozuntu olduğundanmı iddianı təmin etmir? Belə çıxır ki, Namik Növbərov cavabdehdən həmin pulu borc qismində yox, şərik pulu kimi tələb etməlidir. Bundan başqa, Cavabdeh Qax Rayon Məhkəməsində verdiyi izahatla Namik Növbərovdan pul almasını 3 formada etiraf etmişdir. Birincisideyir ki, o şərik olduqları müddətdə Namik Növbərovdan aldığı pulları obyektlərin tikintisinə, tikintidə işləyən ustalara, fəhlələrə və digər ehtiyaclara xərcləmişdir. İkincisietiraf edir ki, o, Namikdən 30 min manat bir dəfə, 8 min manat da bir dəfə almışdır. 38 min manata görə də evinə dair Allahverdiyə etibarnamə vermişdir. 38 min manatı da ödəmişdir. Üçüncüsüo, 320 min manat ustalara pul ödəmişdir. Məhkəmə qətnaməsindən görünür ki, məhkəmə kollegiyası cavabdehin məhkəmədə verdiyi izahatına ümumiyyətlə toxunmamışdır. Aydınlaşdırmamışdır ki, şəriklik vaxtı iddiaçı cavabdehə nə qədər pul vermişdir. Cavabdeh ustalara ödədiyi 320 000 manat iddiaçının tələb etdiyi 350 000 manatın bir hissəsidirmi, yoxsa Cavabdeh onu şərikliyin qazancındanmı xərcləmişdir. Məhkəmənin borcu idi ki, əvvəlcə bu məsələni aydınlaşdırsın, ondan sonra həmin pulun Cavabdeh borc kimi, yoxsa şəriklik pulu kimi verilməsinə hüquqi qiymət versin. Prosessual pozuntu məhz budur ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Məhkəmə aydınlaşdırmamışdır ki, əgər 38 min manat borc deyildirsə niyə Elşən evini borcun təminatı kimi Allahverdi Əlibəyova evinə dair bir illik etibarnamə vermişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili *** kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 13.09.2018-ci il tarixli qətnaməsi ilə Qax Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli qətnaməsini iddianın təmin edilmiş hissəsində ləğv edərkən haqlı olmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Reyestr nömrəsi **********60-12301, inventar nömrəsi 419 olan fərdi yaşayış evinin texniki pasportunun surətinə əsasən, Qax şəhəri, Azərbaycan prospektində yerləşən fərdi yaşayış evinin hüquq subyekti Cavabdehdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Seriya MA *** **** saylı çıxarışına əsasən, Qax şəhəri, Azərbaycan prospektində 00.8095 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 1447.4 kv.m olan, fərdi yaşayış evinin ½ hissəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. Qax DNK tərəfindən 08 oktyabr 2013-cü il tarixdə verilmiş AR-İ № 162729 saylı baş etibarnamənin surətinə əsasən, həmin etibarnamə ilə Cavabdeh İddiaçı Zaqatala rayonu Aşağı Tala kənd sakini X1 özünə məxsus Qax rayonu Ağçay kəndində yerləşən yaşayış evi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka qoymağı, onun əvəzindən alqı-satqı müqaviləsinə imza etməyi, DƏDRX idarəsindən on çatası arayışı, sənədləriu almağı, imza etməyi, ərizə verməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan digər hərəkətləri etməyi etibar etmişdir. Cavabdeh və onun etibarna mə üzrə nümayəndəsi X2 məhkəməyə təqdim etdiyi etiraz ərizəsinə əsasən, o etiraz ərizəsində İddiaçı iddiasının tam əsassız olduğunu və sadəcə şəxsi mülahizələrdən ibarət olduğunu İddiaçı tələbində Cavabdeh Namikə 350 000 (üç yüz əlli min) manat borcu olması ilə bağlı heç bir sübut təqdim etmədiyini bildirərək, həm Cavabdeh həm də özünün iddia tələbi ilə razılaşmadığını göstərərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsaslarını aşağıdakı kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006cı il tarixli qərarında göstərmişdir ki, “...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir...”. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçının dəlilləri işin faktiki halları ilə təsdiq olunmur və birinci instansiya məhkəməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında, o cümlədən iddia tələbinin hüquqi əsasına qanuni hüquqi qiymət verərək məhkəmə qətnaməsi çıxarmalı olduğu halda, i şin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, nəticədə iddia tələbini qismən təmin edərək, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməli olduğu halda əks yanaşma nümayiş etdirmişdir. Apellyasiya instansiyası məhkəməsi işin hallarını və Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü tələb bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının məyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçıla rının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddia ərizəsinin məzmunundan və tərəflərin məhkəmə kollegiyasında verdiyi izahatlarından müəyyən edilir ki, iddiaçının cavabdehə qarşı tələbi şəriklik (ortaqlıq) payı kimi verdiyi 350 000 manatın tutulması barədədir. Nə iddiaçı, nə də onun təqdim etdiyi şahidlər 350 000 manat pulun cavabdehə borc verildiyini göstərməmişlər. Onlar həmin pulun cavabdehə şəriklik (ortaqlıq) payı kimi verildiyini bildirmişlər. İddiaçı Qax şəhəri, Azərbaycan prospektində yerləşən ümumi dəyəri cəmi 700 000 (yeddi yüz min) manat, ümumi sahəsi 1447.4 kv.m, torpaq sahəsi 0.8095 hektar olan bina, müxtəlif avadanlıqlar və materiallardan ibarət əmlakın ½ hissəsi üzərində ortaq (şərik) kimi mülk iyyət hüququ təmin olunmadığına, yəni ortaqlığın baş tutmaması səbəbindən cavabdehdən 350 000 (üç yüz əlli min) manat pulun tutulmasını tələb edir. Cavabdeh isə onların aralarında heç bir borc münasibətinin olmadığını, iddiaçıdan heç vaxt borc almadığını və ona borcu olmadığını bildirir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin hüquqi əsası yoxlanılarkən müəyyən edildi ki, tərəflər arasında yaranmış mübahisə borc münasibətlərindən irəli gələn mübahisə deyildir və birinci instansiya məhkəməsi həmin mübahisəyə Mülki Məcəllənin borc münasibətlərini nizamlayan 739.1, 740, 741, 742.1-ci maddələrini tətbiq etməkdə səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddənin məzmunundan da göründüyü kimi, borc müqaviləsi konsensual müqavilə olmaqla borc verənin üzərinə pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirmək vəzifəsi qoyur. Real borc müqaviləsində isə borc verənin üzərinə belə vəzifə qoyulmur. Belə ki, real borc müqaviləsi pulun və ya əşyanın borc alana təhvil verildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə b ilər. Sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə borc müqaviləsinə görə borc alana hansı məbləğdə borc verilməsini sübut etmək vəzifəsi borc verənin üzərinə düşür. Lakin həmin borc müqaviləsi üzrə borcun borc verənə hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi borc alanın üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 nömrəli qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, baxılan iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən etdiyi faktlardan irəli gələn qəti nəticə şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallar ına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, qeyd edilən prosessual hüquq normaları Konstitusiya da nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun realizəsini özündə ehtiva edir. Belə ki, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Lakin iddiaçı cavabdehə qarşı bor c müqaviləsindən irəli gələn pul tələbini irəli sürsə də tələbinin qanuni əsası kimi heç bir sübut növü təqdim etməmişdir. Bundan başqa, qanunvericlik öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasını nəzərdə tutmuşdur. Yalnız bu halda kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilə olmadığı halda isə tərəflərdən hər hansı birinin üzərinə öhdəlik qoyulması (qaytarma öhdəliyi) mülki qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilə bilər. Hazırda iddiaçının borc pul tələbi barədə iddia qaldırması məhkəmədə belə bir daxili inam yaradır ki, heç də iddiaçı iddia tələbində haqlı olmamış və məhkəməyə təqdim etdiyi sübutlar tələbin təmin edilməsi üçün kifayət etməmişdir. İşdən göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə borc verilməsini təsdiq edən hər hansı yazılı sübut yoxdur. Cavabdeh isə iddiaçı ilə aralarında hər hansı borc münasibətinin olmasını etiraf etmir. İddiaçının izahatı ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçının təqdim etdiyi birinci instansiya məhkəməsində dindirilən 3 nəfər şahidin ifadəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin şahidlərin özlərinin izahatlarından müəyyən olunduğu kimi onlar iddiaçının uzun illər yaxın dostluq münasibətində olduğu, yaxud onun bilavasitə tabeliyində çalışan şəxslərdir və məhkəmə kollegiyası onların ifadələrinə tənqidi yanaşaraq, həmin ifadələri dostluq və yoldaşlıq münasibətlərinin təsiri altında verilmiş ifadə kimi qiymətləndirir və sübut növü kimi qəbul etmir. İddiaçının cavabdehə qarşı tələbi şəriklik (ortaqlıq) payı kimi verdiyi 350 000 manatın tutulmasından ibarət olduğundan, şahidlərin 350 000 manat pulun cavabdehə borc verildiyini göstərmədiklərini qeyd etdiklərindən, onlar həmin pulun cavabdehə şəriklik (ortaqlıq) payı kimi verildiyini bildirdiklərindən və iddia tələbinin bu kimi faktiki hallarının şərtləri istinad olunan qanuni əsasın dispozisiya əlamətləri ilə uzlaşmadığından məhkəmə kollegiyası əlavə araşdırılma aparılmasını da zəruri hesab etmədi. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin yuxarıda gəldiyi nəticə ilə razıl aşmayaraq, aşağıldakıları qeyd edir. Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 29.06.2018-ci il tarixli, 2(102)4374/2018 nömrəli qərarında tərəflər arasında yaranmış mübahisənin borc münasibətlərindən irəli gələn mübahisəyə aid olmamasını qeyd edilməklə, aşağı instansiya məhkəməsinin mübahisəyə Mülki Məcəllənin 739, 740, 742, 742-ci maddələrini tətbiq etməklə səhvə yol verdiyini bildirilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, işə yenidən baxılarkən iddiaçının tələbi üzrə hüquqi dəyərləndirilmənin aparılaraq, həmin tələbin qanuni əsasının tapılması, istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozitiv şərtlərinə uyğun olub-olmamasının yoxlanılması və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normaları tətbiq edilməklə mübahisəli hüququ münasibətinə qiymə tin verilməlidir. İcrası məcburi olan göstərişləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi iddia tələbinin qanuni əsasının borc deyil, şəriklik payının geri qaytarılmasından ibarət olduğunu qeyd etsə də, qiymətləndirməni iddiaçının borc tələb etməsi əsası ilə yenidən borc münasibətlərinə uyğun apararaq, iddianı iddiaçının tələb etdiyi məbləğdə borcun cavabdehə verilməsinin sübuta yetirilə bilməməsi əsası ilə rədd etmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı pul tələbinin qanuni əsası kimi borc münasibətlərinə əsaslansa da, həmin tələb üzrə düzgün qanuni əsasın müəyyən edilməsi məhkəmənin üzərinə düşən vəzifədir. Belə ki, tərəflər adətən tələb etdikləri pulun hüquqi əsasının başqa olmasına baxmayaraq, geri qaytarılmalı pulu hər bir halda “borc” qismində qiymətləndirirlər. Tə ləb edilən pulun hüquqi əsasının, yəni borc, zərərdən və yaxud digər əsasdan irəli gəlməsini isə işin faktiki hallarına uyğun olaraq məhz məhkəmə müəyyən etməlidir. Elə, Mülki Prosessual Məcəllənin 372.3-cü maddəsindən də göründyü kimi iddiaçı iddiasının hüquqi əsası ilə bağlılığı mütləq olmayıb, onun apellyasiya instansiyasında işə baxılarkən dəyişə bilməsi imkanı qanunvericiliklə nəzərdə tutulmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 372.3-cü maddəsinə əsasən tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Odur ki, apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin göstərişlərinə uyğun olaraq tərəflər arasında olan münasibətlərin şərikliklə bağlı olan birgə fəaliyyətdən irəli gələn münasibətlərdən ibar ət olması qənaətinə gəldiyi halda, işin faktiki hallarına da borc deyil, məhz birgə fəaliyyət üzrə qarşılıqlı öhdəliklərin pozulmasından irəli gələn zərər tələbi kontekstində qiymət verməli idi. Bu baxımdan, kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normasının tətbiqində səhvə yol verilməsi səbəbindən ləğv edilməlidir. İşin faktiki hallarının araşdırılması zərurəti baxımından kassasiya kollegiyası iş üzrə yelkun qərarın qəbul edilməsini mümkünsüz hesab edərək, belə nəticəyə gəlir ki iş yeni apellyasiya baxışına göndərilməlidir. Yeni apellyasiya baxışı zamanı isə mübahisə aşağıdakı maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəx s (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyən ləşdirilir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Göründüyü kimi, mübahisənin həlli baxımından məhkəmə yenidən işə baxılarkən tərəflər arasında birgə fəaliyyət üzrə qarşılıqlı öhdəliklərin nədən ibarət olmasını, həmin öhdəliklərin tərəflərdən hansının pozmasını və bu pozuntu nəticəsində tərəfin məruz qaldığı zərərin həddini müəyyənləşdirməlidir. Kollegiya kassasiya şikayətinin dəlillərinə uyğun olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol verməklə yan aşı, prosessual qanunvericiliyin tələblərini də pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin6 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə v ə yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. İstinad edilən prosessual hüquq normalarından göründüyü kimi, iş üzrə tərəflərin izahatları başqa obyektiv sübutlarla (şahid ifadələri, maddi sübutlar və s.) təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Prosessual qanunvericiliyin istinad edilən tələblərinin olmasına rəğmən, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin birinci instansiya məhkəməsində etirafedici izahatları üzrə hər hansı araşdırma aparmamışdır. Halbuki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallardan g örünür ki, cavabdeh iddaya münasibət bildirərkən iş üçün əhəmiyyətli olan aşağıdakı etirafedici ifadələri səsləndirmişdir: Namikdən 30 min manat bir dəfə, 8 min manat da bir dəfə vəsait almışdır; 38 min manata görə də evinə dair Allahverdiyə etibarnamə vermişdir; 320 min manatı ustalara pul ödəmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlarında nümayiş etdirilmiş mövqeyə əsasən məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o va xt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman yuxarıda qeyd edilənlər nəzərə alınmaqla mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2018-ci il tarixli, 2(107)-2123/2018 nömrəli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar