Məhkəmə qərarları › İş №2(102)-1125/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1125/2020

21.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1125/2020 21.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxx 2019-cu il tari xli qətnaməsi ilə(hakim E.Kazımov) iddia təmin olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ş.Abasov, hakimlər A.Abbasov və T.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçü n əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MKnın xx xxxxxxxx 2019-cu il tarixliqətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 34.000 (otuz dörd min) manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materia llarından görünür ki, “Podratçı” “xxxx” MTK-nın direktoru X6 ilə “Sifarişçi” arasında xx xxxx 2009-cu il tarixli Çoxmərtəbəli yaşayış binasının tikintisi haqqında, fərdi müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən podratçı Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “xxxx” MTK-ya məxsus yaşayış komleksi, bina 1, 1-ci blok, 19 saylı mənzili 34.000 (otuz dörd min) manat ödəmək şərtilə sifarişçiyə verməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumi sahəsi 72,8 kv.metr təşkil edir. Həmçinin “xxxx” MTK tərəfindən verilmiş xx xxxx 2015-ci il tarixli maliyyə arayışından görünür ki, müqaviləyə əsasən X5 rayonu, Masazır qəsəbəsində yerləşən “xxxx” MTK-ya məxsus yaşayış komleksi, bina 1, 1-ci blok, 19 saylı mənzili almış və onun tərəfindən 34.000 manat məbləğində ödəniş edilmişdir. Bundan başqa iddia çı tərəfindən “xxxx” MTK-ya ünvanlanmış xx xxxxx 2016-cı il tarixli ərizədən görünür ki, iddiaçı ona məxsus “xxxx” MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş, 1 nömrəli yaşayış binasında, 1-ci blokda, 4-cü mərtəbədə 2 otaqlı, sahəsi 72.8 kv.m olan 19 saylı mənzilin müqaviləsinin və ödədiyi məbləğin payçı qismində X2 adına keçirilməsinə etiraz etmədiyini və gələcəkdə “xxxx” MTK-ya qarşı heç bir iddia və maddi tələbinin olmadığını bildirmişdir. Onun arvadı X1 da həmin ərizənin aşağı hissəsində mənzilin satılmasına və ya dəyişilməsinə etiraz etmədiyini bildirmişdir. Eyni zamanda “xxxx” MTK-nın üzvlərinin ümumi iclasının xx.xx.2016-cı il tarixli protokolundan görünür ki, ona məxsus ünvan 1 ünvanında inşa edilmiş, 1 nömrəli yaşayış binasında, 1-ci blokda, 4-cü mərtəbədə 2 otaqlı, sahəsi 72.8 kv.m olan 19 saylı mənzilin X2 adına keçirilməsinə dair ərizəsi səsə qoyulmuş və 45 səslə (100%) mənzilin X4 verilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı cavabdehlər “xxxx” MTK-ya və X4 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmiş, bu qərar yuxarı instansiya məhkəmələrində də qüvvədə saxlanılmışdır. Hər şeydən əvvəl, nəzərə alınmalıdır ki, iş üzrə iddiaçı mülki qnunvericilikdə nəzərdə tutulmuş qaydada pay haqqı ödəyərək “xxxx” Mənzil Tikinti Koperativinin üzvü olmuş, sonra isə ərizə verərək payının dəyərini X2 adına keçirərək MTK-dan üzvlükdən çıxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1-ci maddəsinə əsasən, Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyy ət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin mühasibat balansı təsdiq edildikdən sonra həyata keçirilir. Həmin Məcəllənin 112.2-ci maddəsinə əsasən, kooperativin üzvü kooperativin nizamnaməsi ilə ona hə valə olunmuş vəzifələri icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə kooperativin nizamnaməsi ilə nəzərdə tutulan başqa hallarda ümumi 5 yığıncağın qərarı ilə kooperativdən çıxarıla bilər. Kooperativdən çıxarılmış kooperativ üzvünün bu Məcəllənin 112.1-ci maddəsinə uyğun olaraq, payını və kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişləri almaq hüququ vardır. Qeyd edildiyi kimi istinad olunan maddi hüquq normalarına əsasən iddiaçı Quliyev Səbahət Yunis oğlu ərizə verərək payının dəyərini və mübahisəli mənzili X2 adına keçirərək MTK-dan üzvlükdən çıxmış və onun yerinə mübahisəli mənzili əldə etməklə X8 MTK-ya üzv qəbul olunmuşdur. Başqa sözlə, qeyd edilən əqd istinad olunan maddi hüquq normalarının dispozitiv şərtlərinə yuğun olmuşdur. Bütün hallarda kooperativdəki payı nın dəəyəri barədə İddiaçı sərəncam vermək hüququndan istifadə etmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. xx xxxxxxxx 2019-cu il

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar