Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1126/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, iddiaçı ləğv prosesində olan “İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun vəkili Əzizli Nəvazi Vidadi oğlunun iştirakı ilə, iddiaçı ləğv prosesində olan “İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun və vəkili Əzizli Nəvazi Vidadi oğlunun Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdi kləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki rayon məhkəməsinin 11 iyun 2018-ci il tarixli qətnaməsi ilə (K.Ş.Süleymanov, iş 2(075)87/18) iddiaçı ləğv prosesində olan “İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia tələbi qismən təmin edilərək cavabdehlərdən borcun icra edildiyi günə Azərbaycan manatına olan məzənnədə hesablanmaqla 2663,57 ABŞ dolları əsas borc, 1581,92 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4245,59 ABŞ dolları borcun müştərək qaydada alınaraq iddiaçının xeyrinə tutulması, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövət rüsumunun 15,90 manatının iddiaçının özünə aid edilməsi, 14,10 manatının cavabdehlərdən müşt ərək qaydada alınaraq iddiaçıya ödənilməsi, 50 manat ekspertiza xərcinin 26,50 manatının cavabdehlərdən müştərək qaydada, 23,50 manatının iddiaçıdan alınaraq AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesabı AZE 41 NABZ **********000003944 SWİFT. BİK: CTREAZ 22 hesabına ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (R.Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.M.Hüseynov və İ.H.Şükürov, iş 2(107)-2356/2018) Şəki rayon məhkəməsinin 11 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ləğv prosesində olan “İddiaçı” Açıq Səhmdar Cəmiyyəti və vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiya şikayəti verib qətnamənin ləğv edilməsi və iddianın təmin edilm əsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan “İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı “İddiaçı” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən “İddiaçı” ASC-nin xeyrinə 02 fevral 2012-ci il tarixli kredit müqaviləsi üzrə 2663,57 ABŞ dolları əsas borc, 3108,88 ABŞ dolları faiz borcu və 2178,84 ABŞ dolları cərimə borcu olmaqla cəmi 7951,29 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı ləğv prosesində olan “İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması fondu və vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, iddiaçının vəkili Əzizli Nəvazi Vidadi oğlunu dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması va cibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarında olan 02 fevral 2012-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsi əsasında iddiaçı «İddiaçı» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 18 ay müddətinə illik 30 faizlə 5200 ABŞ dolları məbləğində kredit verilməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş 02 fevral 2012-ci il tarixli məxaric orderindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 Azərbaycan manatının 02 fevral 2012-ci il tarixə ABŞ dollarına olan məzənnəsi ilə 4080,90 manat verilmişdir. İşdə olan 02 fevral 2012-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 bank qarşısında yaranmış öhdəliyinin icrası ü çün Cavabdeh2 ilə birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2018-ci il tarixli, 29985 nömrəli ekspert rəyində göstərilmişdir ki, iş materiallarında olan 02 fevral 2012-ci il tarixli kredit müqaviləsinin qeyd edilən şərtləri, 02 avqust 2013-cü ildən 12 dekabr 2016-cı il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh2 iddia ərizəsinin məhkəməyə daxil olduğu 12 dekabr 2016-cı il tarixə iddiaçı «İddiaçı» Açıq Səhmdar Cəmiyyətinə 2663,67 ABŞ dolları əsas və 1581,92 ABŞ dolları faiz borcu olmaqla cəmi 4245,59 ABŞ dolları, müqavilə müddətinin bitdiyi 28 mart 2013-cü il tarixə 2663,67 ABŞ dolları əsas borc, 1134,28 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3797,94 ABŞ dolları borcun olduğu, cərimə borcunun ümumiyyətlə hesablanmadığı müəyyən edilmiş, ekspertizanın qiyməti 50 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən Cavabdeh2, onun zamini Cavabdeh1 ünvanlanmış 04 avqust 2016-cı il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlərə borcun 3 gün ərzində ödənilməsi və borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının Şəki filialı ilə Cavabdeh2 arasında bağlanmış 02 fevral 2012-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 əsas vəsaitinin alınması məqsədi ilə 18 ay müddətinə illik 30 faizlə 5200 ABŞ dolları məbləğində bank tərəfindən kredit verilmiş və bununla bağlı kreditin qaytarılması üçün qr afik tərtib edilmişdir. Həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq iddiaçının Şəki filialı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış və o, Cavabdeh2 bank qarşısında öhdəliyini lazımi qaydada icra etməyəcəyi təqdirdə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin Cavabdeh2 müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Bununla bağlı cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunsa da, cavabdehlər xəbərdarlıqlara məhəl qoymamışlar. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuş, işin faktiki hallarına və tərəflərin qaşılıqlı münasibətlərinə uyğun olan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci mad dəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə əsasən öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. -445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. -739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verə n) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Şəki Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 02 oktyabr 2018-ci il tarixli, 2(107)-2356/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1126/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1126/2019
27.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver