Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1126/2021 25.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1126/21 (Açar sözlər: Konstitusiya Məhkəməsinin müvafiq qərarına əsasən zaminə aid hissədə iddia rədd edilib.) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2081/2020 nömrəli, xx xxxxxx 2020-ci il tar ixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2009-cu il tarixli, 04L000002240 saylı kredit xətti müqaviləsi əsasında 120 ay müddətinə 100.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü tarixli, 027R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Sonradan həmin kredit müqaviləsi üzrə bir neçə dəfə əlavə sazişlər bağlanmışdır. Kredit müqaviləsinin təminatı kimi digər cavabdehlə zaminlik müqaviləsi bağlanmışdır. Borclu müqavilə öhdəliklərini vaxtında icra etmədiyi üçün hazırkı mübahisə başlanmış, iddiaçı borcun tutulması iddiasını irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2009-cu il tarixli, 04L000002240 saylı kredit xətti müqaviləsi əsasında 120 ay müddətinə 100.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması il ə müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 027R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 027R**********S saylı, xx.xx.2015-ci il tarixli, 027R**********SA saylı, xx.xx.2015-ci il tarixli, 027R**********SB saylı, xx.xx.2015-ci il tarixli, 027R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit borcu və faiz borcundan ibarət vəsaiti xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 4913,53 ABŞ dolları ödəniş etmiş və onun banka 15086,47 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Hazırda cavabdehin kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə hesablanmış 1032 gün üçün hesablanmış faiz borcu 7422,47 ABŞ dolları təşkil edir. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada bankın xeyrinə 027R********** saylı kredit razılaşması üzrə 15086,47 ABŞ dolları məbləğində kredit borcu, 7422,47 ABŞ dolları məbləğində faiz borcu və 17784,49 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 40293,43 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-997/ 2020 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 027R********** saylı kredit razılaşması üzrə 15086,47 ABŞ dolları məbləğində kredit borcu, 5112,56 ABŞ dolları məbləğində faiz borcu, 150 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 20349,03 ABŞ dolları məbləğində borcun qətnamə icra olunan vaxtın ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə pul və iddia ərizəsinin verilməsinə görə 20 manatın İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1, 462.1, 463.1, 467, 470.2, 477.0.4-cü maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməs indəki İ icraat Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- T.Quliyev (sərlik edən və məruzəçi) G.Tağızadə və L.Məmmədova) Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-997/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə İddiaçı QSC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı QSC kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işin mübahisələndirilən hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə zaminə münasibətdə iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Lakin məhkəmə instansiyaları tərəfindən iddia müddəti tətbiq edilən zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin pozuntusuna yol verilmiş, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair yazılı ərizəsi mövcüd olmamışdır. Mühüm şərtlərin zaminlik müqaviləsində qeyd edilməməsinə münasibətdə qeyd edilməlidir ki, zaminCavabdeh2 kredit öhdəliyi üzrə bütün mühüm şərtlər barədə məlumatlı olmuş və bunu öz imzası ilə təsdiq etmiş, ödəniş qrafikinə imza atmışdır. b) Kass asiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Hazırkı iş üzrə xx xxxxxx 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil bildirmişdir ki, bank qətnaməni iddianın zaminə aid hissədə rədd edilməsi ilə bağlı mübahisələndirir. Zamin xətt müqaviləsinə zamin dursa da, sonrakı kredit sazişi üzrə tərtib edmliş ödəniş qarfiki ilə tanış olmuşdur. Həmin ödəniş qrafikində faiz dərəcəsi qeyd edilmiş, sonrakı sazişlərdə faiz dərəcəsi artmamış, müqavilənin müddəti isə xətt müqaviləsindəki müddəti ötməmişdir. Ona görə zaminin məsuliyyəti artmamışdır. Cavabdeh tərəf məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmi ş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxxx 2012-ci il tarixli qə rarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məb ləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 40 5.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır… Zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir… Kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər... Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddin də olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir.» Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İlk növbədə qeyd olunur ki, iddiaçı qətnaməni zaminə aid hissədə mübahisələndirdiyindən məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır. İddiaçı QSC və Cavabdeh1 arasında xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsi bağlanmış və 120 ay müddətinə 100.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh2 İddiaçı QSC ilə xx xxxxx 2012-ci il tarixli zaminlik müqaviləsi bağlamış və yuxarıda qe yd olunan kredit xətti müqaviləsinə zamin durmuşdur. Bundan sonra xx xxxxx 2009-cu il tarixdə borcalanla kredit razılaşması bağlanmış və ona 20.000 ABŞ dolları, 24 aylıq kredit verilmişdir. Həmin vaxt zamin kredit xətti müqaviləsinə də zamin durmamışdı. Yuxarıda qeyd olunduğu kimi zamin kredit xətti müqaviləsinə xx xxxxx 2012-ci il tarixdə zamin durmuşdur. Sonradan həmin kredit razılaşmasına bir neçə dəfə-xx xxxxxxx 2014-cü il tarixdə, xx xxxx 2015-ci il tarixdə, xx xxxxxxxx 2015-ci il tarixdə, xx xxxxxx 2015-ci il tarixdə, xx xxxxxx 2015-ci il tarixdə, xx xxxxx 2016-cı il tarixdə dəyişiklər edilmişdir. Hər dəfə ödənişlərin vaxtı müəyyən müddətə uzadılmışdır. Qeyd olunan müqavilələrlə bağlı zaminlə heç bir müqavilə bağlanmamışdır. Tək bir müqavilə ilə bağlı-xx xxxxxxx 2014-cü il tarixli kr edit razılaşması üzrə verilmiş kreditin ödəniş qrafikinə zamin imza atmışdır. Zamin xətt müqaviləsindən sonra kreditin verilməsinə dair (hansı müqavilə əsasında pul verilmişdir) xx xxxxx 2009-cu il tarixli kredit razılaşmasına razılıq verməmişdir. Bundan sonra bağlanmış kredit sazişinə edilmiş dəyişikliklə bağlı ödəniş qrafikinə zaminin imza atması zaminliyin statusunu yaratmır. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi yanaşmaya görə, zaminlik müqaviləsində zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi zəruri şərt kimi nəzərdə tutulmuşdur. Müqavilədə hansı əsas müqaviləyə dair zaminliyin yaranması və əsas öhdəliyin həddi barədə göstərişlər olmalı, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləği göstərilməlidir. Həmçinin, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə olduğundan, müvafiq olaraq həmin müqavilədə zaminliklə təmin edilmiş əsas öhdəliyin bütün mühüm şərtləri, əsasən də faiz dərəcəsi göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə həmin müqavilə çərçivəsində bağlanan kredit razılaşmasında faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğuladığı kimi, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. 2009-cu ildə kredit verilərkən zaminin razılığı alınmamış dı. O, kreditin müddəti və faizi barədə məlumatlı deyildi. 2014-cü ildə bağlanmış sazişin ödəniş qrafikinə imza atmışdı. Nəzəri olaraq (onunla ayrıca müqavilə bağlnmasa da, kreditin ayrılması ilə bağlı 2009-cu il tarixli razılaşmaya razılığı olmasa da) hesab etsək ki, zamin həmin qrafiki imzalamaqla kreditin verilməsi şərtləri (müddəti, məbləği və faiz dərəcəsi) ilə tanış olmuşdur, yenə də sonrakı dəyişikliklərə görə zaminin kreditor qarşısında öhdəlikləri yaranmır. Çünki yuxarıda sadalandığı kimi həmin sazişdən sonra borclu ilə bir neçə saziş bağlanmış kreditin verilmə müddəti hər dəfə artırılmışdır. İddiaçının müddətlə bağlı dəlili ondan ibarətdir ki, zamin kredit xətti müqaviləsinə zamin durarkən ümumi müddətin 120 ay olduğunu bilirdi. Məhkəmə kollegiası həmin dəlillə razılaşmır. Ona gö rə ki, Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi yanaşmaya görə zaminlik müqavilənin mühüm şərtləri ilə bağlı zaminin razılığı alındığı vaxtdan yaranır. Kredit müqaviləsinin mühüm şərtləri sonradan bağlanmış kredit razılaşmaları və sazişləri ilə konkretləşdirildiyi və bunlara zaminin razılığı olmadığı üçün həmin 120 aylıq müdət zaminə şamil edilə bilməz. Yenə də nəzəri olaraq qəbul etsək ki, 2014-cü ildəki sazişin qrafikinə zamin imza atmışdı, onda həmin sazişin müddəti 24 aylıq idi və zamin ancaq həmin müddətə razılıq vermiş hesab olunur. Çünki həmin sazişlə zaminin məsuliyyəti konkretləşdirilmiş olur. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunma malıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC-nin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2081/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (zaminə aid hissədə) dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.