Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1128/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi nəticəsində yaranmış zərərin ödənilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 və vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 04 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbu l etdi. İşin halları
1. Tərəflər cavabdehin yaşadığı evin həyətyanı torpaq sahəsinin 261 kv. metr hissəsinin 4700 manata iddiaçıya satılması barədə müqavilənin rəsmiləşdirilməsi barədə razılaşmışlar. İddiaçı, bu məqsədlə cavabdehə 12.07.2015-ci il tarixli notarial müqavilə əsasında 2.350 manat beh vermişdir. Cavabdeh torpaq sahəsinin müvafiq hissəsini ölçərək naturada iddiaçıya təhvil vermiş və sonradan alınan vəsaitlərlə birlikdə iddiaçıdan ümumilikdə 4.200 manat pul qəbul etmişdir.
2. İddiaçı tərəfindən həmin torpaq sahəsində bünövrə qoyulmuş və qazıntı işləri aparılmışdır. Lakin, sonradan cavabdeh sözügedən torpaq sahəsinin iddiaçıya satılmasını təmin edə bilməmişdir.
3. Bununla əlaqədar iddiaçı düşdüyü zərərin əvəzinin ödənilməsi ilə bağlı aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə q əbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ərizə ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh torpaq sahəsində fundamentin tökülməsinə xərclənmiş 1250 manat pulun, əldən çıxan kimi 4200 manat pulun, mənəvi zərərin əvəzi kimi 5000 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehdən Xaçmaz rayon prokurorluğuna və polis şöbəsinə şikayətlər edəndən sonra 4200 manat pulu qaytarmış, lakin bünövrə salınması üçün xərclənmiş 1250 manat pulu qaytarmır. Cavabdeh ona vurduğu ziyanı könüllü ödəmir. Aralarında razılaşma 2015-ci ildə baş vermiş, ötən bu müddət ərzində dəfələrlə cavab dehin gedib-gəlmiş, pulunu tələb etmiş, yaxud da torpağı adına rəsmiləşdirməsini xahiş etmiş, ötən 3 il ərzində cavabdeh onu get-gələ salmış, bu müddət ərzində əsəbləri pozulub, ciddi sarsıntılar keçirmiş, cavabdehin hərəkətləri nəticəsində sağlamlığına zərər dəymişdir. Cavabdehin hərəkətləri nəticəsində ona dəymiş zərərin məbləği 5000 manatdır. Cavabdeh həmin məbləği də ona ödəməlidir. Bundan başqa 3 il ərzində 4200 manat pulunu saxlamaqla adi mülki dövriyyə şəraitində götürə biləcəyi gəlirdən də məhrum etmişdir. 4200 manat pulu ən azından iki dəfə artıra bilərdi. Cavabdeh əldən çıxan fayda kimi 4200 manat pulu ödəməlidir.
6. Cavabdehin nümayəndəsi və vəkili X2 birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, iddiaçının cavabdehə verdiyi 4200 manat məbləğində pulu iddiaçının təl əbi ilə ona qaytarmışdır. İddiaçıdan birinci razılaşmalarına görə aldığı 3.000 manat pulu da torpaq sahəsinin sənədləri düzəlmədiyinə görə vaxtında qaytarmaq istəmişdir. Lakin, iddiaçı pulu istəməmiş və torpaq sahəsini ona verməsini xahiş etmişdir. O və qardaşı X3 onlara həmin sahədə qeyd olunan sənədlər düzəlməyənə qədər bünövrə atmamasını bildirmişlər. Bundan sonra iddiaçının qohumu torpaq sahəsinin mülkiyyət sənədlərini düzəldə biləcəyinə onları əmin etmiş və etirazlarına baxmayaraq, iddiaçı həmin torpaq sahəsində bünövrə atmışdır. İddiaçının ona verdiyi pulun vaxtında qaytarılmaması və bünövrənin qoyulması iddiaçının öz təqsiri ucbatından baş vermişdir.
7. Xaçmaz Rayon Məhkəməsinin (hakim İ.Xəlilov) 14 iyun 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabde h 1250 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı torpaq sahəsinə görə cavabdehə cəmi 4200 manat pul vermişdir. İddiaçı tərəfindən həmin torpaq sahəsində bünövrə qoyulmuş və qazıntı işləri aparılmışdır. Lakin, sonradan tərəflər arasında torpaq sahəsinin alqı-satqısı barədə razılaşma cavabdehin qardaşlarının həmin sahəni satmaq istəməmələri səbəbindən baş tutmamışdır. İşdə olan mütəxəssis rəyindən müəyyən olunur ki, mübahisəli yarımtikilinin hazırki bazar dəyəri 1250 manat təşkil edir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Məmmədov (sədrlik edən və mər uzəçi), Z.Məmmədov və F.Zeynallı) 04 avqust 2020-ci il tarixli, 2(105)-261/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi işə baxarkən, onun iştirakı olmadan, xəstəliyi ilə əlaqədar işdə iştirak edə bilm ədiyi ilə əlaqədar məhkəmə iclasının başqa günə keçirilməsi ilə bağlı xahişini nəzərə almadan, Xaçmaz rayon məhkəməsinin qətnaməsinə qarşı onun apellyasiya məhkəməsinə yazdığı etiraz ərizəsində göstərdiyi əsasları nəzərə almadan, heç bir əlavə araşdırma aparmadan, iddiaçının yazdıqlarını əsas götürməklə iş üzrə əsassız, tələsik qərar qəbul etmişdir. Cavabdeh birinci instansiya məhkəməsində də, apellyasiya məhkəməsinə göndərdiyi etiraz ərizəsində də göstərmişdir ki, torpaq sahəsini o, İddiaçı satmamışdır, beh pulunu torpaq sahəsinin sənədlərini düzəltmək üçün aldı ki, gələcəkdə sənədlər qaydaya salınandan sonra satmaq fikri var və sənədlər düzəlmədiyinə görə də o, pulu iddiaçıya qaytarmaq istəmişdir, lakin iddiaçı pulu qəbul etməyib. Cavabdeh iddiaçıya dəfələrlə iradını da bildirmişdir ki, onun torpaq sahəsində heç bir tikinti işi aparmasın. İddiaçı özbaşına olaraq torpaq sahəsindəki bar verən meyvə ağaclarını qanunsuz kəsərək orada özbaşına ev tikmək məqsədi ilə fundament atmışdır. Cavabdeh iddiaçıya qanunvericiliyə əsasən torpaq sahəsinin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi xərclərinin alıcı kimi onun üzərinə düşməsini, hətta bu əməliyyatı yerinə-yetirməyə kürəkəni Ziyad adlı şəxsin öz üzərinə götürərək yerinə-yetirməyə söz versə də, buna əməl etməmişdir. İşin iddiaçının günahı üzündən uzanmasına səbəb olmuş, cavabdeh ona alqı-satqının rəsmiləşdirilməsindən sonra tikinti işlərinin aparmasını tələb etsə də o, qanunsuz olaraq tikinti işlərini aparmış, öz qanunsuz əməllərini ört-basdır etmək üçün hüquq mühafizə orqanlarına müraciət etmişdir. İşə baxmış məhkəmələr nədən sə onun belə qanuna zidd əməllərinə qiymət vermədən Cavabdeh hüquqlarını pozmaqla qətnamə qəbul etmişdir. Bununla bağlı dəfələrlə Polis və Prokurorluq orqanlarında da araşdırmalar aparılmış, iddiaçının verdiyi beh pulu da zorla, polis orqanının iştirakı ilə qəbzlə qaytarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkə mə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icr a edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
20. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
23. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası he sab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
27. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsinə dair 21 iyun 2018ci il tarixli qərardan müəyyən olunur ki, İddiaçı Cavabdeh pul tələbinə dair ərizəsi mülki xarakterli olduğundan baxılması üçün məhkəməyə müraciət etməsi tövsiyə edilərək, cinayət işinin başlanmas ı rədd edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh araşdırma zamanı verdiyi izahatda iddiaçıdan ümumilikdə torpaq sahəsinə görə 4200 manat aldığını etiraf etmişdir.
28. İşdə olan “xxxx” MMC-nin 22 may 2019-cu il tarixli, 113 saylı rəyindən müəyyən olunur ki, mübahisəli yarımtikilinin hazırki bazar dəyəri 1250 manat təşkil edir.
29. İş materiallarından görünür ki, tərəflər arasında 12.07.2015-ci il tarixdə yazılı beh müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 261 kv.m torpaq sahəsini 12.12.2015-ci il tarixədək notariat qaydasında rəsmiləşdirmək şərti ilə 4700 manata satacağı və bunun müqabilində ilkin olaraq İddiaçı 2350 manat pul məbləğini beh olaraq almışdır.
30. Göründüyü kimi cavabdeh ünvan 1 ünvanında yerləşən 261 kv.m to rpaq sahəsinin özünə məxsus olduğunu bildirməklə iddiaçıya satmasına razılıq verib beh almış, sonradan müxtəlif vaxtlarda da pul vəsaiti almaqla ümumilikdə 4200 manat iddiaçıdan almışdır.
31. İş materiallarında olan Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi Hafiz Əliyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21.06.2018-ci il tarixli qərarından görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, o, ailəsi ilə biclikdə Xaçmaz şəhəri, Qələbə küçəsi, ev 15-də yaşayır. Onunla qonşuluqda yaşayan İddiaçı təxminən 30 il olar ki tanıyır. 2015-ci ilin iyul ayında pula ehtiyacı olduğu üçün həyətyanı torpaq sahəsinin bir hissəsini satmaq qərarına gəlmişdir. Səadət həyətyanı torpaq sahəsinin bir hissəsini satmaq istədiyini bilib ona demişdir ki, qızı Rəna ev tikmək istəyir, torpaq sahəsini ona s atsın. Həyətyanı torpaq sahəsinin 0,26 hektarını 4700 manata Səadətə satmağa razılaşmış və 12 iyul 2015-ci il tarixdə Səadət beh olaraq ona 2350 manat, bir neçə gündən sonra isə əlavə olaraq 650 manat pul vermişdir. Sonrakı müddətdə Səadət ona pul verməmiş və 2017-ilin mart ayında Səadət ona 1200 manat pul vermişdir ki, torpaq sahəsini onun adına keçirsin. Lakin sonradan qardaşları onun torpaq sahəsinin bir hissəsini satmaq istədiyini bilmişlər və ata evindən onlarada pay çatdığını iddia edərək torpaq sahəsini Səadətə satmasına razılıq verməmişlər. Çünki həmin torpaq sahəsinin Səadətin adına keçirilməsi üçün qardaşlarınında razılığı tələb olunmuşdur. Bu səbəbdən də, o, satdığı torpaq sahəsini Səadətin adına keçirə bilməmiş və aldığı 4200 manat pulu Səadətin özünə qaytarmışdır.
32. Apellyas iya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında torpağın alğısatqısına dair razılaşmanın olması, bir neçə ildən sonra bu razılaşmanın cavabdehin təqsirindən pozulması işin mübahisəsiz halıdır. İddiaçı cavabdehlə razılaşmasına əsasən torpaq sahəsində bünövrə işləri görmüş və dəmir lövhələrdən hasar çəkmişdir. Həmin işlərin qiymətinin 1250 manat dəyərində olması mütəxəssis rəyi ilə müəyyən olunmuşdur. Belə olan halda, iddiaçı tərəfindən çəkilmiş həmin xərcin, yəni 1250 manatın cavabdehdən tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
33. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, cavabdeh, iddiaçıya torpaq sahəsinin satılmasına dair müqavilə bağlamaq barədə öhdəliyini icra etmədiyi üçün iddiaçının düşdüyü zə rərin əvəzini ödəmək vəzifəsi mülki qanunvericiliyə uyğundur (§ 16-20). Ona görə də kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
34. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. x nömrəli iş üzrə 04