Məhkəmə qərarları › İş №2(102)-1128/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1128/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1128/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3, X14, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, X13, Cavabdeh3tariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız sayılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əliyev Zaur Əli (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X7 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1916/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, X1 4 və İddiaçı4 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Xanlar Rayon Notariat Kontorunda qeydiyyata alınmış (xx.xx.1993, reyestr № 1172), “Xanlar rayonunun Yeni Zod kəndində sabiq Xanlar Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sərəncamına götürülmüş yaşayış evlərinin 28 dekabr 1993-cü il tarixli 11-72 saylı alğı-satqı müqaviləsi”-nin təsdiqlənmiş surətinə əsasən, Xanlar rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsi, 105 saylı ünvanda 0,2254 ha torpaq sahəsində yerləşən 36,5 kv.m yaşayış sahəsi, 49,0 kv.m örtülü eyvan, 14,1 kv.m hamam, 68,2 kv.m tövlə, 54.5 kv.m zirzəm idən ibarət fərdi yaşayış evi Xanlar Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı1 satılmışdır.

3. Xanlar rayon Notariat Kontorunda qeydiyyata alınmış (xx.xx.1999, reyestr № 3m36) 22 iyun 1999-cu il tarixli alğı-satqı müqaviləsinin təsdiqlənmiş surətinə əsasən Xanlar rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsi, 105 saylı ünvanda 0,2254 ha torpaq sahəsində yerləşən 36,5 kv.m yaşayış sahəsi, 49,0 kv.m örtülü eyvan, 14,1 kv.m hamam, 68,2 kv.m təsərrüfat sahəsindən (“saray”) ibarət fərdi yaşayış evi İddiaçı1 tərəfindən X1.

4. Xanlar rayon Notariat Kontorunda qeydiyyata alınmış (xx.xx.1999, reyestr № 3m36) 22 iyun 1999-cu il tarixli alğı-satqı müqaviləsinin təsdiqlənmiş surətinə əsasən Xanlar rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsi, 105 saylı ünvanda 0,2254 ha torpaq sahəsində yerləşən 36,5 kv.m yaşay ış sahəsi, 49,0 kv.m örtülü eyvan, 14,1 kv.m hamam, 68,2 kv.m təsərrüfat sahəsindən (“saray”) ibarət fərdi yaşayış evi İddiaçı1 tərəfindən X1.

5. Kəlbəcər rayon Notariat Kontorunda 04 iyun 2**4-cü il tarixdə təsdiqlənmiş (reyestr № 4Ə-İ-01) 04 iyun 2**4-cü il tarixli alğı-satqı müqaviləsinin təsdiqlənmiş surətinə əsasən Xanlar rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsi, 105 saylı ünvanda 2254,0 kv.m torpaq sahəsində yerləşən 2 (iki) yaşayış otağından ibarət fərdi yaşayış evi X15 tərəfindən Cavabdeh1 satılmışdır.

6. Xanlar rayon X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş “Qeydiyyat vəsiqəsi”-nin təsdiqlənmiş surətinə əsasən Xanlar rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsi, 105 saylı ünvanda yerləşən, 36,5 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi Cavabdeh1 adına qe ydə alınmışdır (reyestr kitabı: 6/1217; inventar işi: 220).

7. Xanlar Rayon İcra Hakimiyyəti başçısının 18 may 2**7-ci il tarixli 198 saylı sərəncamından çıxarışın təsdiqlənmiş surətinə əsasən Cavabdeh1 müraciəti nəzərə alınaraq, Xanlar rayonu, Yeni Zod kəndində yerləşən fərdi yaşayış evində əlavə aparılan ümumi sahəsi 94,4 kv.m, o cümlədən yaşayış sahəsi 83,0 kv.m olan 4 yaşayış otağı, 11,4 kv.m mətbəx, 41,4 kv.m açıq eyvan, 9,0 kv.m sanitar qovşağının adına rəsmiləşdirilməsi qərara alınmışdır.

8. Xanlar Rayon İcra Hakimiyyəti başçısının 18 may 2**7-ci il tarixli 198 saylı sərəncamından çıxarışın təsdiqlənmiş surətinə əsasən Cavabdeh1 müraciəti nəzərə alınaraq, Xanlar rayonu, Yeni Zod kəndində yerləşən fərdi yaşayış evində əlavə aparılan ümumi sahəsi 94,4 kv.m, o cümlədən yaşayış sahəsi 8 3,0 kv.m olan 4 yaşayış otağı, 11,4 kv.m mətbəx, 41,4 kv.m açıq eyvan, 9,0 kv.m sanitar qovşağının adına rəsmiləşdirilməsi qərara alınmışdır.

9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 adına verilmiş MH № **1**29 saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”-ın (reyestr nömrəsi: 508013**1289-10301; qeydiyyat nömrəsi: 150704736; qeydiyyat tarixi: 03 iyul 2**7) təsdiqlənmiş surətinə əsasən Xanlar rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsində 0,2254 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 119,5 kv.m yaşayış, 60,4 kv.m köməkçi sahədən ibarət 105 saylı fərdi yaşayış evinə mülkiyyət hüququ 2 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində qeydiyyata alınmışdır.

10. Xanlar rayon Notariat Kontorunda 17 oktyabr 2**7-ci il ta rixdə təsdiqlənmiş (reyestr № 4Ə/3-529) 17 oktyabr 2**7-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan, ünvan 1 ünvanda 583,0 kv.m torpaq sahəsinin üzərində yerləşən, dörd yaşayış otağından ibarət 83,0 kv.m yaşayış sahəsi, 20,5 kv.m köməkçi sahədən, ümumi sahəsi 103,5 kv.m olan yaşayış evindən ibarət hissəsini X2.

11. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 adına verilmiş MH № **14443 saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”-ın (reyestr nömrəsi: 508013**1998-10301; qeydiyyat nömrəsi: 150709273; qeydiyyat tarixi: 19 dekabr 2**7) təsdiqlənmiş surətinə əsasən Xanlar rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsində mülkiyyətində olan 0,167 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36,5 kv.m yaşayış, 49 kv.m köməkçi sahədən ibarət 105 saylı fərdi yaşayış evinə tam mülkiyyət hüququ 3 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır.

12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X8 adına verilmiş MH № **14444 saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”-ın (reyestr nömrəsi: 508013**1997-10301; qeydiyyat nömrəsi: 150709272; qeydiyyat tarixi: 19 dekabr 2**7) təsdiqlənmiş surətinə əsasən Xanlar rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsində mülkiyyətində olan 0,0583 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83 kv.m yaşayış, 20,5 kv.m köməkçi sahədən ibarət 105A saylı fərdi yaşayış evinə tam mülkiyyət hüququ 3 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır.

13. Daşınmaz Əmlakın D övlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 adına verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”-ın (reyestr nömrəsi: 508013**1289-10301; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi:27 iyul 2021) təsdiqlənmiş surətinə əsasən Göygöl rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsi, ev 105 ünvanında 0,167 ha torpaq sahəsi və ümumi sahəsi 85,5 kv.m olan daşınmaz əmlakın tam mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. 14. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin 27 iyul 2021-ci il tarixli (reyestr № 2V-620) “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-sinin təsdiqlənmiş surətinə əsasən 24 dekabr 2020-ci il tarixdə vəfat etmiş X10 məxsus olmuş, Göygöl rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsi, 105A saylı fərdi yaşayış ev inin miras əmlak şəklində tam qəbul edilməsi üçün vərəsə X13 müvafiq hüquq tanınmışdır.

15. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X12 adına verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”-ın (reyestr nömrəsi: 508013**1997-10301; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi:27 iyul 2021) təsdiqlənmiş surətinə əsasən Göygöl rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsi, ev 105 ünvanında 0,167 ha torpaq sahəsi və ümumi sahəsi 85,5 kv.m olan daşınmaz əmlakın tam mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır.

16. DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 28 yanvar 2022-ci il tarixli 22332****682 nömrəli məktubunda göstərilir ki, Xanlar rayon Notariat Kontorunda qeydiyyata alınmış, Xanlar rayonunun Yeni Zod kəndindəki sabiq Xanla r Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sərəncamına götürülmüş yaşayış evlərinin 28 dekabr 1993-cü il tarixli 11-72 saylı alğı-satqı müqaviləsinə əsasən, Xanlar rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsi, 105 saylı ünvanda 0,2254 ha torpaq sahəsində yerləşən 36,5 kv.m yaşayış sahəsi, 49,0 kv.m örtülü eyvan, 14,1 kv.m hamam, 68,2 kv.m tövlə, 54.5 kv.m zirzəmidən ibarət fərdi yaşayış evi İddiaçı1 satılmış, alıcıya 03 iyun 1994-cü il tarixli 1217 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Xanlar rayon Notariat Kontorunun 22 iyun 1999-cu il tarixli 3M-36 saylı alğı-satqı müqaviləsinə əsasən, bu əmlak X3, alıcıya 22 iyun 1999-cu il tarixli 1217 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Kəlbəcər Rayon Notariat Kontorunun 04 iyun 2**4cü il tarixli 4Ə-1-01 saylı alğı-satqı müqaviləsinə əsasən, bu mülk Cavabdeh1 satılmış, alıcıya 11 iyun 2**4-cü il tarixli 1217 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Xanlar Rayon İcra Hakimiyyəti başçısının 18 may 2**7-ci il tarixli 198 saylı sərəncamından çıxarışa əsasən, Cavabdeh1 məxsus bu fərdi yaşayış evində əlavə inşa edilmiş 83,0 kv.m sahəsi olan dörd yaşayış otaqları, 11,4 kv.m mətbəx, 41,4 kv.m açıq eyvan, 9,0 kv.m sanitar qovşağının onun adına rəsmiləşdirilməsinə dair qərar qəbul edilmişdir. Cavabdeh1 Yeni Zod kəndi, Səmədağa küçəsi, 105 saylı fərdi yaşayış evinə (0,2254 ha torpaq sahəsində yerləşən tikili “A”-da 36.5 kv.m iki yaşayış otağı, 49,0 kv.m köməkçi sahə, 54,5 kv.m y/zirzəmi, tikili “D”-də 83.0 kv.m dörd yaşayış otağı, 20,5 kv.m köməkçi sahə, tikili “B”-də 14,1 kv.m hamam, tikili “V”-də 68,2 kv.m tövlə) 03 iyul 2**7-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Xanlar rayon Notariat Kontorunun 17 oktyabr 2**7-ci il tarixli 4Ə/3-529 saylı alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 bu əmlakın 0,05833 ha torpaq sahəsini və üzərində yerləşən 83,0 kv.m dörd yaşayış otağı, 20,5 kv.m köməkçi sahəsi olan yaşayış evindən ibarət hissəsini X2. Bundan sonra Cavabdeh1 Göygöl rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsi, 105 saylı fərdi yaşayış evinə (0,167 ha torpaq sahəsində yerləşən tikili “A”-da 36,5 kv.m iki yaşayış otağı, 49,0 kv.m köməkçi sahə, 54,5 kv.m yarımzirzəmi, tikili “B”-də 14,1 kv.m hamam, tikili “V”-də 68,2 kv.m tövlə) 19 dekabr 2**7-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Daha sonra bu çıxarışın əvəzinə Cavabdeh1 27 iyul 2021-ci il tarixli ********** qeydiyyat nömrəli ç ıxarış verilmişdir. X10 Göygöl rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsi, 105A saylı fərdi yaşayış evinə (0,0583 ha torpaq sahəsində yerləşən tikili “A”-da 83,0 kv.m dörd yaşayış otaqları, 20,5 kv.m köməkçi sahə) 19 dekabr 2**7-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin 27 iyul 2021-ci il tarixli 2V620 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, Göygöl rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsi, 105A saylı fərdi yaşayış evi X8 adından X12 adına keçmişdir. X13 bu əmlaka 09 avqust 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

17. DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 28 fevral 2022-ci il tarixli 22332**01284 nömrəli məktubunda göstərilir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin a rxiv qovluğunda saxlanılan ünvan 2 ünvanlarında yerləşən daşınmaz əmlaklara dair hüquqmüəyyənedici və texniki sənədlərin, həmçinin Göygöl rayonu, Yeni Zod kəndində yerləşən 4N-120F, KOD 50802038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”-nin təsdiq edilmiş surəti məhkəməyə göndərilir. Qeyd: Göygöl rayonunun Yeni Zod kəndində yerləşən 4N120F, KOD 50802038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin verilməsinə əsas olmuş sənədlər ləğv edilmış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 3 saylı Gəncə Ərazi İdarəsinə təhvil verilməmişdir. 18. 03 fevral 2**3-cü il tarixdə verilmiş “JN-120F, KOD 50802038” saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”-nin təsdiqlənmiş surətinə əsasən Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tari xli 16 saylı qərarı ilə İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 birgə mülkiyyətlərinə 0,22 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

19. İddiaçılar İddiaçı1, İddiaçı3, X14, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, X13, Cavabdeh3tariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı birgə iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh3tariat Kontorunda bağlanmış 03 iyun 2**1-ci il tarixli və 17 oktyabr 2**7-ci il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmçinin cavabdeh X8 adına verilmiş 19 dekabr 2**7-ci il tarixli “150709272” qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və Cavabdeh1 adına verilmiş 19 dekabr 2**7-ci il tarixli “150709273” qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

20. İddiaçılar işin yuxarıda qeyd edilən hallarına istinad etməklə tələblərini belə əsaslandırmışlar ki, İddiaçı1 və digərləri Cavabdeh1 qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 qanunsuz olaraq zəbt etdiyi onlara məxsus “Azərbaycan Respublikasının torpağın mülkiyyətə verilməsinə dair “JN-120F, kod50802038” saylı şəhadətnamə ilə qeydə alınan 0,22 hektar torpaq sahəsindən çıxarılması, torpaq sahəsində qanunsuz aparılmış işlərin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmi ş, Göygöl Rayon Məhkəməsinin 2(066)-707/2021 saylı mülki iş üzrə 03 avqust 2021-ci il tarixli qətnaməsi ilə onların birgə iddiası təmin edilməmişdir. Göygöl Rayon Məhkəməsinin qətnaməsindən onlar Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və həmin mülki iş hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Hazırkı iddiaları isə tamamilə başqa iddiadır- Göygöl Rayon Məhkəməsinin əvvəlki mülki iş üzrə istinad etdiyi əsassız sübut və dəlillərin ləğv edilməsi və etibarsız hesab edilməsi ilə bağlı olan iddiadır. İddiaçıların-paylı mülkiyyətçilərin razılığı olmadan və heç bir notariusda iştirakları təmin edilmədən, alğı-satqı müqaviləsinə onlar tərəfindən imza edilmədən, ümumi birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsi qanunsuz səkildə Cavabdeh1 adına göstərilmiş və bu nunla da ilk növbədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qanunsuzluğa yol verilərək, iddiaçıların mülkiyyətində olan torpaq sahəsi əsassız şəkildə cavabdehin adına verilmiş mülkiyyət hüququna dair çıxarışda cavabdehin mülkiyyəti kimi göstərilmişdir. Hansı ki, həmin torpaq sahəsi “JN 120F, kod-50802038” saylı şəhadətnamə ilə hal-hazırda da onların - iddiaçıların mülkiyyətindədir və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “DJV” məlumatlarında həmin torpaq sahəsi birmənalı olaraq iddiaçilarin adına çıxır və iddiaçıların mülkiyyəti kimi göstərilir. Ona görə də məhkəmə “DJV” məlumatlarını əldə etməli və çıxarışların əsassız olması qənaətinə gələrək iddialarını təmin etməlidir. Digər mübahisəli məsələ bundan ibarətdir ki, yalnız ev cavabdehə satılmışdır və evin altındakı torpaq sahəs i heç bir notariat orqanının satış predmeti olmamışdır və heç bir halda torpaq sahəsi cavabdehə satılmamışdır. Yəni cavabdehə satılan yalnız ev və evin altındaki torpaq sahəsidir. Digər torpaq sahələri Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə onun və ailə üzvlərinin, o cümlədən arvadının mülkiyyətində olmuşdur. Ona görə də ümumi payların və ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin bir adamın razılığı ilə başqa adamın mülkiyyətinə verilməsi qanunsuz və əsassızdır və bu səbəbdən də DƏDRX-in Gəncə ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinin cavabdehlərin adına qeyd edilməsi və hər hansı əsasla göstərilməsi müəyyən edilməmişdir. Hesab edirlər ki, Cavabdeh1 adına əsassız olaraq 27 iyul 2021-ci il tar ixli çıxarış verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Mülki Məcəllənin 218.2-ci maddəsində göstərilir ki, payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Həmçinin məhkəmənin nəzərinə onu da çatdırırlar ki, yalnız bir vahid yaşayış sahəsi cavabdehə satılsa da, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iki vahid yaşayış sahəsi iddiaçıların torpaq sahəsində göstərilir: yəni “Göygöl rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsi, ev 105” saylı və “ünvan 3 ünvanlar göstərilir, hansı ki, əvvəldən alğı-satqı predmeti yalnız bir yaşayış evi və köməkçi tikili göstərilmişdir. Digər yaşayış sahəsinin satılması, həmçinin torpağın bölünüb satılması da tamamilə qanunsuz olmuşdur və iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin bölünüb satılması tamamilə saxtakarlıq yolu ilə edilmişdir və burada həm Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, həm də n otariat orqanı saxtakarlığa və qanunsuzluğa yol vermişdir. Ona görə də qeyd olunan qanunun pozuntularına görə hesab edirlər ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Gəncə Ərazi İdarəsi cinayət hərəkətinə - saxtakarlığa və özbaşınalığa yol vermişdir. Çünki iddiaçıların ümumi birgə mülkiyyətində olan torpaq sahəsini, iddiaçıların adını “DJV” məlumatlarından silmədən iddiaçıların həmin koordinatlarda olan torpağı başqa şəxslərin mülkiyyəti kimi göstərmişdir və bu barədə cavabdehlərə çıxarışlar verilmişdir. Buna görə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi barəsində məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmalı və eyni zamanda araşdırma zamanı dövlət notariat orqanının da hər hansı cinayət pozuntularına yol verdiyi aşkar edilərsə, müvafiq notariusun da barəs ində xüsusi qərar çıxarılmalıdır. “JN-120F, kod 50802038” saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”-nin surətindən görünür ki, Xanlar (indiki Göygöl) Rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli 16 saylı qərarı ilə Xanlar rayonunun Yeni Zod kəndi ərazisindən 0,22 ha torpaq sahəsi beş nəfərin-İddiaçı1 Həmin oğlu, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 birgə mülkiyyətinə verilmişdir. “AN-1 № 0138267” nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”-nin surətindən görünür ki, 583,0 kv.m torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 yaşayış otağı, ümumi sahəsi 103,5 kv.m, yaşayış sahəsi 83,0 kv.m, köməkçi sahə 20,5 kv.m-dən ibarət olan Xanlar rayonu, Yeni Zod kəndi,105 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin satıcı Cavabdeh1 tərəfindən alıcı X10 1**** (on mi n) manata satılması (alıcının mülkiyyətinə verilməsi) qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş “MH № 014444” nömrəli, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrtrindən çıxarış”-ın (qeydiyyat nömrəsi: 15070972, qeydiyyat tarixi: 19.12.2**7-ci il) surətindən görünür ki, Göygöl rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsində 0,0583 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83 kv.m yaşayış, 20,5 kv.m köməkçi sahədən ibarət 105 A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. DƏDRX-in Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş MH № **14443 nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında d aşımaz əmlakın dövlət reyestrindən çıxarış”ın (qeydiyyat nömrəsi 150709273, qeydiyyat tarixi: 19.12.2**7-ci il) surətindən görünür ki, Göygöl rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsində 0,167 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36,5 kv.m yaşayış 49 kv.m köməkçi sahədən ibarət 105 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əqd-mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çox tərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi və ya 3 və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Hesab edirlər ki, mübahisə predmeti olan həmin alğı-satqı müqaviləsi yalan əqd) olduğuna, birgə mülkiyyətçilərin mülkiyyət hüquqlarını əlindən aldığına və sair çoxsaylı hüquq pozuntularına yol verilərək bağlandığına görə etibarsız hesab edilməli və ləğv edilməldir. İddiaya əlavə edilmiş müqavilədən görünür ki, alğı-satqı müqaviləsində satıcı kimi bir şəxs çıxış etmiş və müqavilə bir şəxsin adından bağlanmışdır. Belə olan halda dövlət notar iusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2**0-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” ın (bundan sonra: Təlimat) 39-cu bəndinin tələblərini pozmaqla tərəflər arasında əqdi bağlamışdır. Həmin Təlimatın 39-cu bəndində göstərilmişdir ki, notarius əqd iştirakçılarının fəaliyyəti qabiliyyətini aydınlaşdırarkən əqd iştirakçılarının yaşı göstərilən sənədi tələb edir. Əgər valideynlər hər hansı səbəbə görəsə (ezamiyyətdə olmaq, başqa yerdə yaşamaq və.s) əqdi təsdiq etmək üçün razılıq verə bilmirlərsə, əqd qəyyumluq və himayə orqanı nümayəndəsinin iştirakı İlə təsdiq edilə bilər. Təlimatın 6-cı bəndinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün kömək göstərməli, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir. Təlimatın 20-ci bəndində göstərllmişdir ki, notariat qaydasında təsdiq edilən ərizələr və başqa sənədlər notariusun iştirakı ilə imzalanır, əgər ərizə və ya başqa sənəd notariusun iştirakı olmadan imzalanmışsa, onu İmzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digə r tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək nəqsədi ilə bağlanan əqddir, yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

21. Kəlbəcər Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli 2(040)-147/2022 nömrəli (hakim H.Qəniyev) iddia rədd edilmişdir.

22. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəf öz tələblərini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması nəticəsində iddia tələbinin təmin edilməsinə əsas ola biləcək hallar aşkar edilməmiş, iddianın predmeti olan daşınmaz əmlak Cavabdeh1 tərəfindən tam qanuni əsaslarla əldə edilmişdir: Mübahisəli daşınmaz əmlak İddiaçı1 tam mülkiyyətində olmuş və İddiaçı1 özü tərəfindən qanuni əsasla-notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında X3, X15 həmin əmlakı qanuni əsasla-notariat qaydasında təsdiq edilmiş müqavilə ilə Cavabdeh1 satmış, Cavabdeh1 tam mülkiyyətində olan həmin daşınmaz əmlakın bir hissəsini qanuni əsaslarla X5, qanuni əsasla X8 mülkiyyətinə keçmiş həmin əmlak qanuni əsasla-qanun üzrə vərəsəlik hüququ qaydasında övladı X4. Məhkəmə araşdırması nəticəsində cavabdehlər tərəfindən hər hansı normativ aktın pozulmas ı halı aşkar edilməmişdir. Mübahisə predmeti olan, İddiaçı1 qanuni sahibliyində olmuş 2254 kv.m həyətyanı torpaq sahəsi 28 dekabr 1993-cü il tarixli alğı-satqı müqaviləsinin predmeti olmasaydı belə, 16 iyul 1996-cı il tarixdə qəbul edilmiş və 02 avqust 1996-cı ildə qüvvəyə minmiş “Torpaq islahatı haqqında” Qanunun qüvvəyə minməsi ilə qanuni istifadədə olan həyətyanı torpaq sahələrinə mülkiyyət hüququ tanınır. Həmçinin, iddia tələbinin tərkib hissəsi ilə bağlı olmasa da, iddia ərizəsinin əsaslandırıcı dəlillərindən biri də ondan ibarətdir ki, iddianın predmeti olan daşınmaz əmlakın alğı-satqı müqavilələrini (o cümlədən 22 iyun 1999-cu il tarixli müqavilə də nəzərdə tutulur) təsdiq edən notariat orqanı “Notariat əməliyyatlarının aparılması qaydaları haqqında təlimat”-ın tələblərinə əməl etmə mişdi. Halbuki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu 26 noyabr 1999-cu ildə qəbul edilmiş və 30 yanvar 2**0-ci ildə qüvvəyə minmiş, “Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2**0-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmişdir. Hər iki normativ hüquqi akt 22 iyun 1999-cu il tarixli alğı-satqı müqaviləsindən sonra qəbul edilmişdir və sözügedən müqaviləyə şamil edilə bilməz, müqavilənin bağlandığı 22 iyun 1999-cu il tarixdə notariat əməliyyatlarının aparılması hal-hazırda qüvvədə olmayan, 1973cü ildə qəbul edilmiş “Dövlət notariatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənmişdir. Mübahisəli daşınmaz əmlakı iddiaçı tərəfin birbaşa özündən deyil, son rakı mülkiyyətçi X9 notariat qaydasında təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında əldə etmiş Cavabdeh1 hər bir halda əmlakı vicdanlı əldə edəndir.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 60-cı maddələrinə, 127-ci maddəsinin 7-ci hissəsinə, Azərbaycan Respublikasının 11 sentyabr 1964-cü il tarixli qanunu ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının 28 dekabr 1999cu il tarixli 779-İQ nömrəli Qanunu ilə qüvvədən düşmüş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1**, 1**-1-ci maddəsinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9 və 10-cu maddələrinə, Azərbaycan Respublikası Ali Sovetinin 9 noyabr 1991-ci il tarixli 255-Xİİ nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nöm rəli Qanunu ilə qüvvədən düşmüş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 139.3, 149.2, 152.1-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 13.11-1, 13.11-2, 13.12-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 81, 82 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. İddiaçılar İddiaçı1, X14 və İddiaçı4 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişlər.

25. İddiaçılar apellyasiya şikayəti onunla əsaslandırılmışlar ki, on lar alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və sair tələblərə dair iddia qaldırmışdılar. Daha sonra isə onlar əldən çıxmış fayda və pul tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizə vermişlər və digər tələb irəli sürməmişlər. Lakin Kəlbəcər Rayon Məhkəməsi qanunsuz və əsassız şəkildə iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Onların məhkəmə müdafiə hüquqları məhkəmə tərəfindən əllərindən alınmışdır. Vəsatət vermə hüququ əsassız arqumentlərə görə əllərindən süni şəkildə alınmış və birinci instansiya məhkəməsi tərəfindən maneəçilik törədilmişdir. Hansı ki, birinci instansiya məhkəməsi məhkəmə iclası təyin edib onları iclasa dəvət etməmişdir və onların iştirakları olmadan və məhkəmə torpaqşünaslıq texniki-tikinti ekspertizası təyin etmədən qətnamə qəbul etmi şdir.Kəlbəcər Rayon Məhkəməsi heç bir hüquqi və qanuni əsas gətirmədən Azərbaycan Respublikası Mülki qanunvericiliyinin və Azərbaycan Respublikası Konstitusiyasının mülkiyyətlə bağlı olan müddəalarının tələblərini pozmuşdur. Mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olmayaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətindədir. Mülkiyyət hüquqları vicdanlı olmayan alıcılar tərəfindən əllərindən alındığına görə cavabdehlər onlara birmənalı şəkildə torpağı geri qaytarmalıdır. Birinci instansiya məhkəməsi onların iştirakları olmadan və üzrlü səbəb olub-olmamasına hüquqi qiymət vermədən və gələ bilməməklərinin səbəbini araşdırmadan, ən əsası isə məhkəmə baxışına keçmədən, məhkəmənin hazırlıq mərhələsində qətnamə qəbul etməklə və nəticə verməklə kobud prosessual pozuntuya yol vermişdir. Ən əsası isə qanuni qüvvəsini almış məhkəmə qərardadı olduğu halda, yəni apellyasiya instansiya məhkəməsində ekspertiza ilə bağlı iş üzrə icraatın dayandırılması barədə qərardada belə münasibət bildirmədən və bu barədə verdikləri vəsatətə də hüquqi qiymət vermə dən nəticə verməklə qanunsuzluğa və kobud pozuntuya yol vermişdir.

26. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1916/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi) Əlizamin Abdullayev və Aygül İsgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Məhkəmə birinci instansiyasının gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsassızdır.

28. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçılar birinci instansiya məhkəməsinin onların iştirakı olmadan və iştirakının təmin edilməməsini əsas gətirərək prosessual pozuntuya yol veri ldiyini bildirir. Halbuki, iş materialına əlavə edilmiş məhkəmə qəbzindən görünür ki, digər iddiaçıların da nümayəndəsi olan İddiaçı1 və onun vəkili Vəkil xx.xx.2022-ci il tarixə təxirə salınmış məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Dəlil əsassızdır.

29. Apellyasiya şikayətinin vəsatət vermək hüquqlarının əsassız arqumentlərə görə əldən süni şəkildə alınması kimi dəlili ilə razılaşmayan məhkəmə qeyd etmişdir ki, dəlil iddiaçılar göstərilən xüsusatı təsdiq edən mötəbər sübut təqdim etmədiklərinə görə əsassızdır.

30. Məhkəmə mülkiyyət hüququnun vicdanlı olmayan alıcılar tərəfindən əlindən alındığına görə cavabdehlərdən birmənalı şəkildə torpağın geri qaytarılmalı olmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfi n birbaşa özündən deyil, sonrakı mülkiyyətçi X9 notariat qaydasında təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında əldə etmiş Cavabdeh1 hər bir halda əmlakı vicdanlı əldə edəndir.

31. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 60-cı maddələrinə, 127-ci maddəsinin 7-ci hissəsinə, Mülki Məcəllənin 6, 14.1,144.1, 406.1, 152.1, 157.2, 157.4-cü maddələrinə, MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçılar İddiaçı1, X14 və İddiaçı4 (Vəkil) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini və ya iddia tələbinin təmin edilməsinə dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

33. Kas sasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinin, Mülki Məcəllənin 152.1-ci maddəsinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin, MPM-in 82.3, 389-cu maddələrinin tələbləri pozulmuşdur. Belə ki, mülkiyyət hüququna dair dövlət aktından və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Göygöl rayonu, Yeni Zod kəndində yerləşən həyətyanı və təsərrüfat təyinatlı torpaq sahələri hələ də iddiaçıların mülkiyyətindədir və həmin sənədlər ləğv edilməmiş,etibarsız hesab edilməmişdir və mülkiyyət hüququ əllərindən alınmamışdır. Cavabdeh tərəfindən iddiaçılara külli miqdarda maddi ziyan vurulmuşdur və həmin zərər birmənalı şəkildə tam həcmdə iddiaçılara ödənilməlidir. Birinci instansiya məhkəməsi pozuntuya yol vermiş və qanunla qorunan və qeydə alınmış iddiaçılara aid mülkiyyət hüquqlarını və eyni zamanda birgə nikah dövründə əldə olunmuş əmlak kimi iddiaçılara aid olan mülkiyyət üzrə mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu hallara qiymət vermədən qətnaməni dəyişdirmədən saxlamışdır. Məhkəmələr işdə olan sübutlarla kifayətlənməməli, daha mötəbər sübutlara istinad etməli idi. Məhkəmə iddiaçılar tərəfindən verilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçıların iştirakı təmin edilsə də sənədlər ardıcıllıqla və düzgün formada tədqiq edilməmiş və pozuntulara səbəb verilmişdir. Birinci instansiya məhkəməsi iddiaçıların iştirakı olmadan və üzrlü səbəbin olub-olmadığını aydınlaşdırmadan məhkəmə baxışı keçirmədən, məhkəmənin hazırlıq mərhələsində qətnamə qəbul edərək prosessual pozuntuya yol vermişdir. Məhkəmə qərardadı olduğu halda, yəni apellyasiya instansiyası məhkəməsində ekspertiza ilə bağlı iş üzrə icraatın dayandırılması barədə qərardada münasibət bildirmədən və bu barədə verilən vəsatətə hüquqi qiymət vermədən nəticəyə gəlməklə pozuntuya yol vermişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 yanvar 2011 tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəmə sinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında təsbit olmuş hüquqi mövqeyə uyğun deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

36. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

37. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüq uqu əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

38. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

39. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərl iyinə qarşı etiraz edilə bilər.

40. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

41. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır

42. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifad ə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

43. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan büt ün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunm uş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçıların dəlillərinə mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

53. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi v ə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

54. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1916/2022 nömrəli mülki iş üzrə 6 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar