Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1129/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar X4 və İddiaçı2 Cavabdeh qarşı pul tələbi barədə iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçılar X1 və İddiaçı2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2416/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə A li Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Quba rayon Məhkəməsinin 1(027)-95/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən təqsirləndirilən şəxs Cavabdeh AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, təqsirləndirilən şəxs Cavabdeh barəsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işi üzrə icraata xitam verilməsi və AR CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən onun xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək tutulduğu 2 (iki) gün müddət, bir günə iki gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə hesablanmaqla, 4 (dörd) gün mü ddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılması hökm edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar X4 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh alınaraq 9.500 manat məbləğində borcun X3 və 20.000 manat borcun İddiaçı2 qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışlar ki, Quba rayon Məhkəməsinin 1(027)-95/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Cavabdeh AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Cavabdeh barəsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işi üzrə icraata xitam verilmişdir. Cavabdeh məhkum edilməsinə səbəb onların aldatma yolu ilə pullarını ələ keçirməsi olmuşdur. Belə ki, Cavabdeh zərərçəkmiş şəxs X8 vasitəsilə 6.000 manat məbləğində pulunu, zərərçəkmiş şəxs İddiaçı2 ümumilikdə 14.000 manat məbləğində pulunu, zərərçəkmiş şəxslər xx, xx və xx ümumilikdə 9.500 manat məbləğində pullarını ələ keçirməklə dələduzluq etməsi sübuta yetirilmişdir. Cavabdeh onlara ümumilikdə 29.500 manat məbləğində borcunun olması məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Cavabdeh onlara torpaq sahələri satmağı öhdəsinə götürsə də, onların pulunu mənimsəmişdir. Quba Rayon Məhkəməsinin (hakim Rahim Həsənov) xx xxxxxx 2020-ci il tarixli 2(027)639/2020 nöm rəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 9.500 (doqquz min beş yüz) manat məbləğində pul alınaraq, iddiaçı X3 və 20.000 (iyirmi min) manat məbləğində pul alınaraq İddiaçı2 verilməsi qət edilmişdir. Məhkəmə iclasında tərəflərin izahatı, cavabdehin etirafı və cavabdeh barəsində cinayət işi üzrə qəbul edilmiş hökm ilə müəyyən olunmuşdur ki, Cavabdeh zərərçəkmiş şəxs X8 vasitəsilə 6000 (altı min) manat məbləğində pulunu, zərərçəkmiş şəxs İddiaçı2 ümumilikdə 14000 (on dörd min) manat məbləğində pulunu, zərərçəkmiş şəxslərxx, xx vəxx xxn vasitəsilə ümumilikdə 9500 manat məbləğində pullarını ələ keçirmişdir. Məhkəmə hesab etmişdir ki, məhkəmə araşdırması zamanı zərərin mövcud olması, zərərin məhz cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbl i əlaqənin olması və zərər vuran cavabdehin təqsirli olması öz təsdiqini tapmışdır. Cavabdeh heç bir müqavilə və hüquqi əsas olmadan iddiaçılar İddiaçı2 ümumilikdə 20.000 (iyirmi min) manat məbləğində və X3 ümumilikdə 9500 manat məbləğində maddi ziyan vurması qanuni qüvvəyə minmiş Quba rayon Məhkəməsinin 1(027)-95/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 443.4, 1096.1, 1097.1, 1115, 1091.1-1091.2, 1092.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4, 254.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçı X2 aid hissəsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilər ək, həmin hissədə iddianın 14000 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, Lətifə Məmmədova və Telman Quliyev) 2(105)-2416/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Quba Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(027)-639/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apelly asiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Cavabdeh İddiaçı2 14.000 manat borcun olması barədə gətirdiyi dəlili qəbul etməmiş və göstərmişdir ki, Cavabdeh heç bir müqavilə və hüquqi əsas olmadan iddiaçılar İddiaçı2 ümumilikdə 20.000 (iyirmi min) manat məbləğində və X3 ümumilikdə 9500 manat məbləğində maddi ziyan vurması qanuni qüvvəyə minmiş Quba Rayon Məhkəməsinin 1(027)95/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə öz təsdiqini tapmışdır. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Belə apelyasiya instansiyası məhkəməsi MPM 14-cü maddəsinin tələblərini pozmuş, işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün tədbir görməmiş nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlillərinə əhəmiyyət verilməmiş yalnız Quba Rayon Məhkəməsinin qətnaməsinə əsaslanmışdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçılar X4 və İddiaçı2 məhkəmə iclasında vəkilsiz iştirak etdik lərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onların izahatı dinlənilməmişdir. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki q anunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tər əf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əs asən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən l əğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun ol mamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının tələbləri pozulduğuna görə qətnamə ləğv edilməlidir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçı X2 aid hissəsindən apellyasiya şikayəti verərək, həmin hissədə iddianın 14.000 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmiş, apellyasiya instansiya məhkəməsi isə qətnaməsində apellyasiya baxışının həddini düzgün müəyyən etməyərək, qətnamənin mübahisələndirilməyən hissəsini də yoxlayaraq, qətnamənin nəticə hissəsində birinci instansiya məhkəməsinin qətna məsinin bütünlüklə dəyişdirilmədən saxlanılması nəticəsinə gəlmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372.6-cı maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Digər tərəfdən, apellyasiya məhkəməsi iş üçün əhəmiyyətli olmasına baxmayaraq, İddiaçı2 tələb etdiyi 20.000 manat pulun 6000 manatının un pulu olması və həmin pulun a qaytarıldığı, İddiaçı2 14.000 manat tələbini etiraf etməsi barədə dəlillərini ətraflı araşdırmamışdır. Belə ki, məhkəmənin istinad etdiyi Quba rayon Məhkəməsinin 1(027)-95/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hökmün 13-cü səhifəsinin 3-cü abzasında) müəyyən edilmişdir ki, Cavabdeh zərərçəkmiş şəxs X8 vasitəsilə 6000 (altı min) manat məbləğində pulunu, zərərçəkmiş şəxs İddiaçı2 ümumilikdə 14.000 (on dörd min) manat məbləğin də pulunu, zərərçəkmiş şəxslər X7 və xx xx vasitəsilə ümumilikdə 9.500 manat məbləğində pullarını ələ keçirməklə, zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin hökmdə X6 da zərərçəkmiş şəxs kimi göstərilmiş, həmçinin İddiaçı2 6000 manat pul müqabilində Cavabdeh 1997-ci il buraxılışlı “Mercedes Benz C230” markalı avtomobil verməsi ilə bağlı hissə ittihamdan xaric edilmişdir. (hökmün 12-ci səhifəsinin sonuncu, 13-ü səhifəsinin birinci abzası) Belə olan halda, məhkəmə kollegiyası müəyyən edir ki, İddiaçı2 xeyrinə cavabdehdən vurulmuş ziyana görə 20.000 manat pulun tutulması hissəsində qətnaməni dəyişdirmədən saxlayan apellyasiya məhkəməsi istinad etdiyi hökmlə müəyyən edilmiş halları d üzgün müəyyən etməmiş, X5 vurulmuş ziyanın İddiaçı2 tərəfindən tələb edilməsinə, onun belə bir hüququnun olubolmamasına hüquqi qiymət verməmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və bu hal düzgün olmayan məhkəmə qətnaməsinin qəbul olunması ilə nəticələnmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2416/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı2 Cavabdeh qarşı 20.000 (iyirmi min) manat məbləğində borcun tutulması tələbi hissəsində işə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.