Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1129/2025 14.03.2025 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı2 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6863/2024 nömrəli mülki iş üzrə 27 dekabr 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsin ə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırkı işdə kassasiya şikayəti verilməsi üçün iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edilərkən ödənilmiş 195 manat dövlət rüsumunun 50 faizi məbləğində olan 97,5 manat ödənilməli olduğu halda iddiaçı tərəfindən 86 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyi üçün kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli və geri qaytarılması məsələsinin həlli məqsədilə mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 404-1 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARAALDİ: İddiaçı2 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6863/2024 nömrəli mülki iş üzrə 27 dekabr 2024-cü il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti qeyri- mümkün hesab edilsin və kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-1129/2025
Ali Məhkəmə Qərardad — İş №2(102)-1129/2025
14.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver