Məhkəmə qərarları › İş №2(102)-113/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-113/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-113/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-113/22 (Açar sözlər: pul vəsaitinin qaytarılması) Bakı şəhəri, 31 yanvar 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul vəsaitinin qaytarılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1298/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 31 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1630 manat məbləğində pulun, 5,4 ton arpanın və ya onun dəyərinin, iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı sonradan iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehdən 1630 manat məbləğində pulun, 5 ton 400 kq. arpanın və ya dəyəri olan 1890 manat pulun və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı 2018 -ci il tarixdə özünü fermer kimi tanıdan Zaqatala rayonu Axaxdərə kənd sakini Cavabdeh 1630 manat məbləğində pul və 5 ton 400 kq arpa vermişdir. O, səbəbdən ki, aralarında razılıq olmuşdur ki, Cavabdeh 06 iyul 2018, 17 iyul 2018, 14 dekabr 2018 və 15 aprel 2019-cu il tarixli müqavilələrə əsasən iddiaçıya icarəyə torpaq vermişdir. Həmin müqavilələr Danaçı kənd icra nümayəndəliyində bağlanmışdır. 1 il müddətində iddiaçı torpaqların müəyyən hissəsindən istifadə etmişdir.

4. İndi iddiaçıya məlum olmuşdur ki, həmin torpaqları başqasına icarəyə vermişdir. İddiaçı hüquqi savadı olmayan sadə kənd adamı olduğundan cavabdehə Cavabdeh inanmışdır. Cavabdeh iddiaçını aldatmış və ona maddi ziyan vurmuşdur.

5. İddiaçının dəlillərini təsdiqləyəcək əsas sənəd Zaqatala rayon Məhkəməsinin 07.08.2020-ci il ta rixli 2(033)-600/2020 saylı qətnaməsidir. Belə ki, həmin qətnamədə Cavabdeh iddiaçıdan 1630 manat məbləğində pul və 5 ton 400 kq arpanı torpaq sahələrini onun icarəsinə vermək üçün ondan götürdüyü təsdiq olunur. Cavabdeh guya pulu və arpanı vətandaşlara verdiyini qeyd etsə də, bu hal həmin işdə öz təsdiqini tapmamışdır.

6. Cavabdeh iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - uzun müddətdir ki, kənddə fermer təsərrüfatı ilə məşğul olur. Əvvəllər Danaçı və Car kəndinin ərazisində olan torpaq sahələrini kənd camaatından icarəyə götürərək istifadə etmişdir. İddiaçı ilə aralarında olan razılaşmaya əsasən ondan 1630 manat məbləğində pul və 5 ton 400 kiloqram arpa almışdır ki, torpaq sahələrini onun icarəsinə versin. O, həmin pulları və 5 ton 400 kq. arpanı satıb əldə etdiyi pulu da torpaq sah ələrinin sahiblərinə vermişdir. Kimə nə qədər verdiyini xatırlamır; - bundan sonra isə həmin torpaq sahələrinin sahibləri ilə İddiaçı arasında icarə müqaviləsi bağlanılmasını təşkil etmişdir. Car kənd icra nümayəndəliyinə bununla bağlı müraciət etmiş, həm torpaq sahələrinin sahibləri, həm də İddiaçı tərəfindən icarə müqaviləsi bağlanılmışdır. Torpaq sahələrinin sahiblərinə müqaviləyə imza etdirdikdən sonra müqaviləni İddiaçı imzalatmış, sonra isə həmin müqavilələri nümayəndəlikdə təsdiq etdirmişdir; - sonradan məlum olmuşdur ki, torpaq sahələrinin sahibləri Əziz Yumuxov adlı şəxslə razılaşmışlar, həmin torpaq sahələrindən Əziz Yumuxov istifadə edir; - iddiaçının tələb etdiyi pullar iddiaçı tərəfindən ona verilsə də, o həmin pulları torpaq sahələrinin sahiblərinə vermiş, pulları özünə götür məmişdir.

7. Zaqatala Rayon Məhkəməsinin 2(033)-117/2021 nömrəli, 29 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh torpaq sahəsinin icarəsi ilə bağlı 2018ci ildə iddiaçı tərəfindən ona verilmiş 1630 (bir min altı yüz otuz) manat məbləğində pul, 5 (beş) ton 400 (dörd yüz) kq arpa və ya onun dəyəri olan 1890 (bir min səkkiz yüz doxsan) manat pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. (hakim Tural Həsənov)

8. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara, o cümlədən tərəflərin izahatına və Zaqatala Rayon Məhkəməsinin 2(033)-600/2020 nömrəli, 07 avqust 2020-ci il tarixli qətnaməsinə istinadən müəyyən etmişdir ki, cavabdehin iddiaçıya əvəzində 1630 manat məbləğində pul və 5 ton 400 kq arpa alaraq icarəyə verdiyi torpaq sahələrinin mülkiyyə tçisi cavabdeh deyildir. Cavabdehin həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədləri yoxdur.

9. Birinci instansiya məhkəməsi hesab edib ki, cavabdeh tərəf əsassız varlanmış şəxs olduğundan iddia təmin edilməlidir. Çünki məhkəmə baxışında tədqiq edilmiş sübutlarla Cavabdeh iddiaçıdan 1630 manat məbləğində pulu və 5 ton 400 kq arpanı alması və həmin pulu qaytarmaması öz təsdiqini tapdığından iddiaçı həmin pulun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.

10. Birinci instansiya məhkəməsi 5,4 ton arpanın qiymətini Zaqatala-Bazar Açıq Səhmdar Cəmiyyətinin 11 nömrəli, 12 mart 20201-ci il tarixli məktubuna əsasən müəyyən etmişdir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 1091, 1092 və 1093-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məh kəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətinin dəlilləri: - hazırda 85 yaşı var, qulaqları zəif eşidir, məhkəmə zalında verilən ifadələri və sualları yaxşı eşitməmiş, başa düşməkdə çətinlik çəkmişdir. Məhkəmə zalında işin necə nəticələndiyini belə başa düşməmişdir; - qətnaməni 10.04.2021-ci il tarixdə aldıqdan sonra məhkəmənin ondan 1890 manat pulun alınaraq Yumuxova verilməsini qət etdiyini başa düşmüşdür.

14. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1298/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(033)-117/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. (hakimlər Əl əddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Ayaz Mahmudov)

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinın mövqeyi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq qeyd edib ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

16. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə apellyasiya məhkəməsinin mövqeyi belə olub ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan və cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda, bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.

17. Birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının düzgün yazılmaması ilə bağlı dəlillər üz rə apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, Mülki Prosessuаl Məcəllənin 273-cü mаddəsinə görə cavabdeh məhkəmə iclas protokoluna qeydlər verməklə təhrif edilmiş izahatının düzəldilməsini xahiş edə bilərdi. Cavabdehin bunu etməməsi birinci instansiya məhkəməsinin onun izahatını olduğu kimi göstərməsi qənaətinə gəlməyə əsas verir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh X1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayətinin də dəlilləri ondan ibarətdir ki, iddiaçı tərəfindən verilən pul və arpanını dəyərini cavabdeh özünə götürməmişdir. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, tərəflər o cümlədən kassator və onun vəkili məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qa nuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaql a apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nətic ələnə bilsin. Kassasiya baxışının hədləri

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

23. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

26. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

27. İddia tələbi başqa şəxslərlə bağlanmış icarə müqaviləsinə görə cavabdehə verilmiş pul və arpanın dəyərinin qaytarılması barədədir.

28. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, cavabdeh iddiaçıya əvəzində 1630 manat məbləğində pul və 5 ton 400 kq arpa alaraq icarəyə verdiyi torpaq sahələrinin mülkiyyətçisi deyildir. Cavabdehin həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədləri yoxdur.

29. Göründüyü kimi, cavabdeh əsassız varlanmış şəxs olduğundan apellyasiya instansiyası məhkəməsi iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

30. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənləri və MP M-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1298/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar