Məhkəmə qərarları › İş №2(102)-1130/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1130/2019

26.02.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1130/2019 26.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 26 fevral 2019-cu il İŞ № 2(102)-1130/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 sentyabr 2018-ci il tarixli, 2(107)-1868/2018 saylı qətnaməsindən İddiaçı, vəkili X2 və Cavabdeh, vəkili xxx qızının kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Yevlax rayon məhkəməsinin 17 noyabr 2017-ci il tarixli, 2(039)-359 2/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim T.M.Əliyev) İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılaraq hər ay, hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat aliment tələbinə dair” iddiası qismən təmin edilərək, həmin məhkəmənin 07 avqust 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq cavabdehdən 19 noyabr 2005-ci il tarixdə doğulmuş Tünzalənin, 27 iyul 2007-ci il tarixdə doğulmuş Ayazın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 18 oktyabr 2017-ci il tarixdən başlayaraq hər ay, hər uşağa görə 120 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 sentyabr 2018-ci il tarixli, 2(107)-1868/2018 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, məruzəçi, R.R.Rəfiyev və İ.F.Quliyev) apellyasiya şikayəti təmin edilmədən saxlanılmış, iş üzrə Yevlax rayon məhkəməsinin 17 noyabr 2017-ci il tarixli qətnaməsinin nəticə hissəsindəki “18 oktyabr 2017-ci il tarixdən” söz birləşməsi qətnamənin qanuni qüvvəsini aldığı gündən söz birləşməsi ilə əvəz edilərək dəyişdirilmiş və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Tərəflər ayrı-ayrılıqda qətnamədən kassasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “alimentin miqdarının artırılaraq hər ay, hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat aliment tələbinə dair” iddia qaldırmış və tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahla rından iki uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə cavabdehlə 07 avqust 2015-ci il tarixdən ayrılmışlar. Uşaqlar onun himayəsindədir. Yevlax rayon məhkəməsinin 07 avqust 2015-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən hər ay hər uşağa görə 70 manat olmaqla 140 manat alimentin tutulub onun xeyrinə verilməsi qət olunmuşdur. Lakin uşaqlara verilən aliment onların təlabatını ödəmir. Cavabdeh fərdi əməklə məşğuldur, qazancı qənaətbəxşdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsin ə alimentin tutulma vaxtına aid hissədə dəyişiklik edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İddiaçı kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Cavabdeh isə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Cavabdeh kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətlərinə dair etiraz ərizələri daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏX SLƏRİN İZAHATLARİ İddiaçı, vəkili xxx, Cavabdeh və vəkili xxx məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsinə alimentin tutulma vaxtına aid hissədə dəyişiklik edib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, cavabdehdən tutulan alimentin miqdarının artırılması üçün əsasların olmasına, birinci instansiya məhkəməsi tərəfindən alimentin tutulma vaxtının düzgün müəyyən edilməməsinə və iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.2, 112.1-ci maddələrinin və digər maddi, prosessual hüquq norma larının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər 12 yanvar 2006-cı il tarixdə rəsmi nikah əsasında ailə qurmuş və onların birgə nikahından 19 noyabr 2005-ci il tarixdə Tünzalə, 27 iyul 2007-ci il tarixdə x adlı iki uşaqları doğ ulmuşdur. Sonradan Yevlax rayon məhkəməsinin 07 avqust 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment tələbinə dair” iddiası qismən təmin edilərək, tərəflər arasında bağlanmış nikahın pozulmuş və hər iki uşaqların İddiaçı himayəsində saxlanılması, eləcə də 18 mart 2015-ci il tarixdən başlayaraq Cavabdeh iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı alimentin uşaqların təlabatını ödəməməsini, uşaqların təlabatının artmasını göstərib, alimentin miqdarının artırılaraq iki uşağın yetikinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay, hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat aliment in tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdən görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq ondan ümumiyyətlə apellyasiya şikayəti verməmişdir, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini alimentin tutulma vaxtına aid hissədə mübahisələndirmişdir. Kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsinə alimentin tutulma vaxtına aid hissədə dəyişiklik edib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən düzgün nəticəyə gəlmişdir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qal ması və uşaqlar üçün valideynlərdən alment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 saylı Qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyşdirilmiş almentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, alimentin miqdarı artırılarkən aliment məhkəməyə müraciət olunduğu vaxtdan deyil, bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan tutulmalıdır. Kassas iya instansiyası məhkəməsi eyni zamanda cavabdehin kassasiya şikayətinin dəlilləri ilə də razılaşmır. Belə ki, “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud o nun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəlləni n 112.1-ci maddəsinəəsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə vəya maddi vəziyyətindədəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi iləalimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2017-ci il üçün yaşayış minimumu uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilmişdir. Sadalanan maddi hüquq normalarının mənasına görə, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını m üəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb, ölkə üzrə minimum yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarını, cavabdehin maddi vəziyyətini, həmçinin uşaqların mənafelərini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alıb, düzgün olaraq qeyd etmişdir ki, alimentin müəyyən olunmuş miqdarının artırılması üçün fa ktiki və hüquqi əsaslar olduğuna görə birinci instansiya məhkəməsi iddia ərizəsini qismən təmin edib, alimentin miqdarını artıraraq hər ay, hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat miqdarında müəyyən etməklə düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlillərini araşdırıb, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarını nəzərə alıb hesab edir ki, alimentin miqdarı müəyyən olunduqdan sonra uşaqların böyüməsi, maddi, mənəvi qayğılarının artması, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəm əsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. İşdən görünür ki, cavabdeh qətnamədən kassasiya şikayətini şikayət xatirinə vermişdir, o, kassasiya şikayətində iddiaçıya hər ay, hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanının olmamasını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlili ilə də razılaşmır. Çünki işdə, kassasiya şikayətinin dəlillərinin əsaslı olmasını özündə ehtiva edən heç bir yazılı sübut yoxdur və cavabdeh etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim et dikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorların kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı, vəkili X2 və Cavabdeh, vəkili xxx qızının kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 sentyabr 2018-ci il tarixli, 2(107)-1868/2018 saylı qətnaməsi onların kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar