Məhkəmə qərarları › İş №2(102)-1130/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1130/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1130/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh, X5 İddia tələbi: müqavilənin etibarsız hesab edilməsi və pul tələbi Qarşılıqlı iddia üzrə iddiaçı: Cavabdeh Qarşılıqlı iddia üzrə cavabdeh: İddiaçı Qarşılıqlı iddia tələbi: pul tələbi Açar sözlər: öhdəliyin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə Ca vabdeh tərəfindən verilmiş kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları xx xxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasında Cavabdeh İddiaçı 27 ay müddətinə hər ay 300 manat ödəmək şərti ilə 8100 manat borc pul vermişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü və Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarına əsasən X6 xx xxxxxxx 2015-ci il tarixdə Xirdalan şəhərində tamah niyyəti ilə İddiaçı etibarından sui-istifadə edərək sonuncuya tanışı Cavabdeh məxsus “Nissan Teana” markalı, ** CF *** dövlət nömrə nişanlı avtomobili ilkin ödəniş kimi 3000 manata, qalan 7200 manatı isə 24 ay müddətinə hər ay sahibinə 300 manat ödəm ək şərti ilə ümumilikdə 10200 manata satmağı vəd edərək ilkin ödəniş kimi 3000 manatı, daha sonra isə ilk dörd ayda, yəni 2015-cı ılın noyabr ayından 2016-cı ilin mart ayınadək ödənilmiş cəmi 1200 manat pulu, ümumilikdə 4200 manat pulu vahid niyyətdə İddiaçı aldadaraq ələ keçirərək A.R.Novruzova verməmiş, İddiaçı məcbur olub 2016-cı ilin mart ayında avtomobilin sahibi Cavabdehla yenidən razılaşaraq özü pulları ödəməyə başlamış, bununla da X6 zərərçəkmiş şəxs İddiaçı 4200 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Birinci instansiya məhkəməsində icraat xx xxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh və X4 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin ona satılmasıyla bağlı öd ədiyi 10.200 manat pulun 6000 manatının Cavabdeh, 3300 manatının X1, hüquqi yardım üçün ödədiyi 110 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini, eyni zamanda cavabdehlər barəsində cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarılması xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ilin dekabr ayında X2 adına olan avtomobili idarə etmək hüququ verən etibarnamə verilməsi şərti ilə 10.200 manata X3 almış, buna görə sonuncuya ilkin olaraq 3000 manat ödəmiş, bundan sonra isə 4 ay müddətində hər ay 300 manat olmaqla daha 1200 manat, cəmi 4.200 manat pul ödəmişdir. Bundan sonra həmin etibarnamə ləğv edilmiş və ondan dəyərinin qalan 6000 manatını ona ödəməli olduğunu, əks təqdirdə avtomobilə dair etibarnamə verilmə yəcəyini bildirilmişdir. Cavabdeh təklifi əsasında xx xxx 2016-cı il tarixdə notariat qaydasında avtomobilə görə ödənilməyən 6000 manat ona dəyən zərərin yarısı 2100 manat məbləğində borc müqaviləsi bağlanılmış, lakin göstərildiyi kimi müqavilə formal xarakter daşımışdır. Bundan sonra avtomobilin dəyərinin qalan 6000 manatını ayda 300 manat hesabı ilə, hissə-hissə tam ödəmiş, bu barədə onun əlində ödəniş qəbzləri vardır. Avtomobilə dair ona verilmiş etibarnamənin müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Hazırda Cavabdeh iddiaçıya yenidən etibarnamə verməkdən imtina edir və Elnur Mustafayevə ödənilmiş 4200 manatı hesaba almamaqla, həmin məbləğin təkrar ödənilməsini tələb edir. Cavabdeh da qarşılıqlı iddia qaldıraraq, İddiaçı 12.400 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4913/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) ilk iddia qismən təmin edilmiş, müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh İddiaçı xeyrinə 6000 manat məbləğində pulun tutulması qət edilmiş, ilk iddia qalan hissədə və qarşılıqlı iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.4, 337.5, 340.2, 377.1, 1091.1-ci maddələrinin tələblərinə istinad etməklə hesab etmişdir ki, xx.xx.2016-cı il tarixdə Cavabdeh və İddiaçı arasında kredit müqaviləsi bağlansa da, Cavabdeh tərəfindən İddiaçı 8100 manat məbləğində pul borc verilməmişdir. Tərəflərin razılaşdıqlarına uyğun olaraq İddiaçı aldığı avtomobilə görə Cavabdeh hissəhissə olmaqla, cəm i 6000 manat pul ödəmişdir. Bu müddət ərzində tərəflər arasında mübahisə olmamış, yalnız avtomobilə görə ilk iddiaçıya verilmiş etibarnamənin müddəti xx.xx.2019-cu il tarixdə bitdikdən sonra, Cavabdeh İddiaçıdan yenə pul tələb etdiyinə görə tərəflər arasında mülki mübahisə yaranmış və İddiaçı öz hüququnun pozulduğunu bilərək, xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsinin rədd edilməsi hissəsində isə qətnamə onunla əsaslandırılmışdır ki, Cavabdeh və İddiaçı arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi etibarsız hesab edildiyindən qarşılıqlı iddia əsassızdır və təmin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən ilk iddia üzrə cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, ilk iddi a tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, xx xxx 2016-cı il tarixdə onunla İddiaçı arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən o, sonuncuya 27 ay müddətinə 300 manat ödəmək şərti ilə 8100 manat məbləğində borc pul vermişdir. Qeyd olunan müqavilənin iddiaçı tərəfindən mübahisə doğuran alqı-satqı müqaviləsinə heç bir əlaqəsi yoxdur. Müqavilədə borcun qaytarılması müddəti nəzərdə tutulsa da, İddiaçı borcu qaytarmamış və müqaviləni yalan və uydurma əqd adlandıraraq məhkəmədə iddia qaldırmışdır. Bundan əlavə Sumqayıt Apelyasiya Məhkəməsinin qərarından görünür ki, X6 mübahisəli avtomobil ilə bağlı İddiaçı 4200 manat maddi ziyan vurmuş və sonuncu ziyan vuranı bağışlamaq b arədə ərizə vermişdir. Bundan əlavə həmin mübahisə ilə bağlı iddia müddəti ötürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-981/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.O.Quliyev, G.F.Tağızadə, L.M.Məmmədova) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə A.R.Novruzova münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin ilk iddia üzrə cavabdeh, qarşılı qlı iddia üzrə iddiaçı Cavabdeh münasibətdə apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İlk iddia üzrə Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş və şikayətini apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fakt iki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddia üzrə cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 -ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 337.1 -ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 1091.1 -ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mül ki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassatorun şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Apellyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar