Məhkəmə qərarları › İş №2(102)-1132/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1132/2019

20.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1132/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 20 fevral 2019-cu il iş № 2(102)- 1132/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 fevral 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov, 2(033)-9/2018 saylı mülki iş) iddia ə rizəsi qismən təmin edilmiş, cavabdeh X1 03.04.2014-cü il tarixli 14/04 nömrəli kredit müqaviləsinə əsasən, 09.06.2016-cı il tarixə olan 53582,26 (əlli üç min beş yüz səksən iki ABŞ dolları iyirmi altı sent) ABŞ dolları əsas kredit borcu, 4208,23 (dörd min iki yüz səkkiz ABŞ dolları iyirmi üç sent) ABŞ dolları ona hesablanmış faiz borcu və 100 (bir yüz) ABŞ dolları cərimə olmaqla, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla, cəmi 57890,49 (əlli yeddi min səkkiz yüz doxsan ABŞ dolları qırx doqquz sent) ABŞ dolları kredit borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manatın İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzən nə ilə hesablanmaqla, cəmi 57890,49 (əlli yeddi min səkkiz yüz doxsan ABŞ dolları qırx doqquz sent) ABŞ dolları kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat üzrə tutmanın 28.09.2014-cü il tarixli G-98/08 nömrəli ipoteka müqaviləsinə əsasən, ipoteka ilə yüklü edilmiş cavabdeh X2 xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, ÜNVANinə yönəldilsin, həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 95000 (doxsan beş min) manat müəyyən edilməklə, açıq hərracda satılması və onun satışından əldə edilmiş vəsait hesabına cavabdeh X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdeh X1 tutularaq, İddiaçı Açıq Səhmdar Cəmi yyətinə ödənilməsi, ipoteka predmeti olan Zaqatala şəhəri, ÜNVANi açıq hərracda satıldıqdan bir ay sonra cavabdeh X2 və orada yaşayan onun ailə üzvlərinin oranı bir ay müddətində boşaltmaları, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, cavabdeh X1 50 (əlli) manat ekspertiza xərcinin tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə, aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manatın tutularaq, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən, məruzəçi), M.Əsədli və İ.Quliyev, 2(107)-1564/2018 saylı mülki iş) hazırki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli, 2(033)-9/2018 nömrəli qətnaməsi dəyişd irilmiş, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla tutularaq iddiаçı İddiaçı ASC-nin hüquqi varisi “xxxx” QSC BOKT-a verilməli olan faiz borcunun məbləği 4,102,10 ABŞ dolları, cəmi borcun məbləği isə 57.784,36 ABŞ dolları müəyyən edilmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanımış, iş üzrə keçirilmiş ekspertiza tədqiqatını dəyəri olan 145 (bir yüz qırx beş) manat cavabdeh X1 tutularaq dövlət büdcəsinə verilməsi qət edilmişdir. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-İddiaçı ASC) Cavabdeh qarşı bank kreditinin ödənilm əsi, borc üzrə tutmanın ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması, onun ilkin satış qiymətinin müəyyən edilərək, açıq hərracda satılması və əldə olunacaq vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 53.829,35 ABŞ dolları əsas kredit borcu, 3.977,40 ABŞ dolları ona hesablanmış faiz borcu və 1.993,25 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 59.800 ABŞ dolları kredit borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat pulun İddiaçı ASC-in xeyrinə tutulması, borc üzrə tutmanın ipoteka ilə yüklü edilmiş cavabdehin mülkiyyətində olan Zaqatala şəhəri, ÜNVANinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması, onun ilkin satış qiymətinin müəyyən edilərək, açıq hərracda satılması və əldə olu nacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3- cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Zaqatala filialı ilə cavabdeh X3 arasında bağlanmış 03.04.2014-cü il tarixli 14/04 nömrəli kredit sazişindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 24 ay ərzində qaytarıl maq şərti ilə kreditdən istifadəyə görə illik 14 faiz hesablanmaqla 60000 (altmış min) ABŞ dolları kredit verilmişdir. Həmin kredit sazişinin 6.2-ci bəndinə əsasən kredit üzrə faizlər bu Müqavilənin 5.3-cü bəndində nəzərdə tutulmuş tarixdən hesablanır və hər ayın 20-dən gec olmayaraq, borc alan tərəfindən borcverənə ödənilir. Həmin kredit sazişinin 8.1-ci bəndinin “v” yarımbəndinə əsasən, kreditin qaytarılmaması ilə bağlı borverənə maddi zərərin vurula biləcəyini güman etməyə əsas verən hallar baş verdikdə, borcverən pul öhdəliyinin vaxtından əvvəl icra edilməsini borcalandan tələb edə bilər. Göstərilən kredit sazişinin 4.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminatı üsulu ipotekadır. İddiaçının 09.06.2016-cı il tarixli maliyyə arayışından görünür ki, 03.04.2014cü il tarixli 14/04 nömrəli kredit sazişinə əsasən, Cavabdeh 09.06.2016-cı il tarixə İddiaçı ASC-nə 53829,35 ABŞ dolları əsas kredit borcu, 3977,40 ABŞ dolları faiz borcu və 1993,25 ABŞ dolları cərimə olmaqla, cəmi 59800 ABŞ dolları məbləğində kredit borcu vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin (bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi) Hüquqların dövlətqeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Zaqatala şəhəri, ÜNVANi cavabdeh X2 adına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində 16.08.2011-ci il tarixdə qeydiyyata a lınmışdır. İpoteka verən cavabdeh X3 ilə ipoteka saxlayan İddiaçı ASC arasında bağlanmış 28.09.2014-cü il tarixli G-98/08 nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka verənlə ipoteka saxlayan arasında bağlanmış 03.04.2014-cü il tarixli 14/04 nömrəli kredit müqaviləsinə əsasən, 24 ay müddətinə verilən 60000 (altmış min) ABŞ dolları kredit borcu üzrə və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Zaqatala şəhəri, ÜNVANinin iddiaçı qarşısında ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İpoteka müqaviləsinin 3.3-cü bəndinə görə ipoteka ilə yüklü edilmiş əmlak 70.000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka müqaviləsinin 4.1-ci bəndinə görə ipoteka ilə yüklü edilmiş öhdəliyin mahiyyəti ipoteka saxlayanla borclu arasında bağlanmış 03.04.2014-cü il tarixli 14/04 nömrəli kredit müqaviləsinə əsasən verilən kreditin və kredit faizlərinin qaytarılmasından ibarətdir. İpoteka müqaviləsinin 6.1.1-ci bəndindən görünür ki, ipoteka verən 03 aprel 2014-cü il tarixli 14/04 nömrəli kredit sazişi və bu sazişlə öz üzərinə götürüdüyü öhdəlikləri vaxtında yerinə yetirmədikdə, yaxud yerinə yetirməkdən imtina etdikdə ipoteka saxlayan ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərrac vasitəsi ilə satılması üçün tədbirlər görmək hüququna malikdir. İpoteka müqaviləsinin 7.1-ci bəndinə görə tərəflər bu müqavilə üzrə öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. İpoteka müqaviləsinin 9.1-ci bəndində müəyyən edilmişd ir ki, ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, mülkiyyət hüququ üzrə cavabdeh X2 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış İddiaçı ASC-in Zaqatala filialının xeyrinə 24 ay müddətinə yəni, 03.04.2014-cü il tarixdən 03.04.2016-cı il tarixədək yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 05 nömrəli vərəqində 11.04.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Cavabdehə ünva nlanmış 28.03.2016-cı il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, iddiaçı cavabdehdən kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini, yəni borcun qaytarılmasını tələb etmiş, əks halda ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklara tutmanın yönəldiləcəyini bildirmişdir. İddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə ünvanlanmış 23.05.2016-cı il tarixli 387 nömrəli məktubunda cavabdehə məxsus və ipoteka ilə yüklü edilmiş Zaqatala şəhəri, ÜNVANinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmiş, bildiriş həmin orqanda qeydiyyata alınmışdır. Zaqatala RPŞ tərəfindən 07.09.2010-cu il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası Vətən daşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh X3 xx.xx.1970-ci il tarixdə ünvan 3 ünvanda qeydiyyatdadır. Zaqatala Rayon Məhkəməsinin 16 avqust 2016-cı il tarixli 2(033)-1301/2016 nömrəli qərardadı ilə Cavabdeh nümayəndəsi Abdullayeva Hicran İbay qızının vəsatətinə əsasən, hazırkı iddia ərizəsi üzrə daşınmaz əmlakın qiymətləndirilməsi təyin edilmiş və qiymətləndirilmənin aparılması “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 326 nömrəli 19.10.2017-ci il tarixli hesabatından görünür ki, Cavabdeh məxsus Zaqatala şəhəri, ÜNVANinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 95000 (doxsan beş min) manat təşkil edir. Ekspertiza xərclərinə dair 506 nömrəli 19 oktyabr 2017-ci il tarixli hesab fakturada n görünür ki, aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat təşkil edir. Zaqatala Rayon Məhkəməsinin 16 avqust 2016-cı il tarixli 2(033)-1301/2016 nömrəli qərardadı ilə Cavabdeh nümayəndəsi Abdullayeva Hicran İbay qızının vəsatətinə əsasən, hazırkı iddia ərizəsi üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2017-ci il tarixli 29034 nömrəli ekspert rəyindən görünür ki, cavaabdeh Cavabdeh 09.06.2016-cı il tarixdə İddiaçı ASC-nə olan borcu 57790,49 ABŞ dolları məbləğində müəyyən olunmuş, o cümlədən, əsas kredit borcu 53582,26 ABŞ dolları, faiz borcu 4208,23 ABŞ dolları təşkil et mişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ və İİİ hissələrinə, Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 307.6, 307.7, 309.1, 317.1, 319.1, 425.1, 442, 445.2, 445.3, 448.1, 467 və 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarına, "İpoteka haqqında" Qanunun 39.3, 39.3.3, 59.1 və 59.3-cü maddələrinə, «Məhkəmə qətnamələri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə istinad etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh kredit üzrə yaranan borcları v axtında ödəmiş, lakin sonradan maddi durumu pisləşdiyindən bunu vaxtında edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan Cavabdeh böyük məbləğdə cəriməni (dəbbə pulunu) ödəmək imkanında olmamasını, onun yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Qeyd olunanlara, həmçinin işin hallarını, tərəflərin mənafeyini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı vəziyyətdə cərimənin bu həddə olmasında həm iddiaçının, həm də Cavabdeh təqsirliliyi nəzərə alınmalı, eləcə də Cavabdeh verilmiş kreditə görə mün asibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 1993,25 ABŞ dolları cərimə qismən, 100 ABŞ dolları həddində təmin edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə ABŞ dollarıa uyğun məzənnə nəzərə alınmaqla ondan tutulmalıdır. Birinci instansiya məhkəməsinin araşdırılmasında həm də müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh X3 arasında bağlanmış 28.09.2014-cü il tarixli G-98/08 nömrəli ipoteka müqaviləsi Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsində dövlət qeydiyyatına alınmış və bununla da qanunun tələbinə tam əməl edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərərək, ondan kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks halda ipoteka predmeti olan fərdi yaşayış evinə tutmanın yönəldiləcəyini bildirmişdir. Bundan sonra da cavabdeh kredit öhdəliklərini yerinə yetirmədiyinə görə iddiaçının tələbinə əsasən, cavabdehə məxsus və ipoteka ilə yüklü edilmiş Zaqatala şəhəri, ÜNVANinə tutmanın yönəldilməsi haqqında bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bununla yanaşı, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, ipoteka qoyulmuş daşınmaz əmlak hesabına ödənilməsinə dair ipoteka saxlayanla ipoteka qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşma bağla nmamışdır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, ipoteka saxlayanın tələbinin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir. Birinci instansiya məhkəməsinin baxışı zamanı cavabdehin nümayəndəsinin ipoteka predmetinin qiyməti ilə razılaşmadığını bildirdiyinə görə ipoteka predmeti yenidən qiymətləndirilmiş və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 326 nömrəli 19.10.2017-ci il tarixli hesabatına əsasən Cavabdeh məxsus Zaqatala şəhəri, Qarabağ küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 95000 (doxsan beş min) manat müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ipoteka predmeti olan yaşayış evinin ilkin satış qiymətinin 95.000 (doxsan beş min) manat olması göstərilməlidir. İşə əlavə edilmiş sənədlərlə təsdiq edilmişdir ki, Zaqatala şəhəri, ÜNVANində cavabdehdən başqa X7 və HA, X6 qeydiyyatdadırlar. Onlar həmin fərdi yaşayış evinin iddiaçı qarşısında ipoteka ilə yüklü edilməsinə razılıqlarını bildirmişlər və mənzil satılacağı təqdirdə onu üç gün müddətində boşaldacaqları barədə öhdəlik götürmüşlər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, ÜNVANinə tutma yönəldildikdə və o, satıldıqda, ipoteka qoyan Cavabdeh və onun ailə üzvləri tutduğu qeyd edilən yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək apellyasiya instansiyası m əhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia ərizəsi qismən təmin edilərək, cavabdeh X1 03.04.2014-cü il tarixli 14/04 nömrəli kredit müqaviləsinə əsasən, 09.06.2016-cı il tarixə olan 53582,26 ABŞ dolları əsas kredit borcu, 4208,23 ABŞ dolları ona hesablanmış faiz borcu və 100 ABŞ dolları cərimə olmaqla, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla, cəmi 57890,49 ABŞ dolları kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat İddiaçı ASC-in xeyrinə tutulmalı, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla, cəmi 57890,49 ABŞ dolları kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat üzrə tutma 28.09.2014-cü il tarixli G98/08 nömrəli ipotek a müqaviləsinə əsasən, ipoteka yüklü edilmiş cavabdeh X2 xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, ÜNVANinə yönəldilməli, həmin fərdi yaşayış evi ilkin satış qiyməti 95000 manat müəyyən edilməklə, açıq hərracda satılmalı və onun satışından əldə edilmiş vəsait hesabına cavabdeh X2 İddiaçı ASC-nə olan borcu ödənilməli, həmin daşınmaz əmlakın açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehdən tutularaq, iddiaçıya ödənilməli, ipoteka predmeti olan Zaqatala şəhəri, ÜNVANi açıq hərracda stıldıqdan bir ay sonra cavabdeh X3 və orada yaşayan onun ailə üzvləri oranı bir ay müddətində boşaltmalı, iddia ərizəsi qalan hissədə əsassız olduğuna görə təmin edilməməlidir. Məhkəmə həm də hesab etmişdir ki, cavabdeh X1 50 (əlli ) manat ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə, aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat tutularaq, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddianı hazırki həcmdə qismən təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2018-ci il tаrixli, 2(107)-1564/2018 nömrəli qərаrdаdına əsasən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 04 sentyabr 2018-ci il tarixli, 19206 nömrəli məhkəmə ekspertizasının rəyini sübut kimi qəbul edir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, kredit müqaviləsi üzrə faiz borcunu 4208,23 (dörd min iki yüz səkkiz ABŞ dolları iyirmi üç sent) ABŞ dolları həcmində təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2018-ci il tаrixli, 2(107)-1564/2018 nömrəli qərаrdаdına əsasən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən ver ilmiş 04 sentyabr 2018-ci il tarixli, 19206 nömrəli məhkəmə ekspertizasının rəyində 16 iyun 2016-cı il tarixə-iddia ərizəsinin tarixinə əsas borcun məbləği 53,817,63 ABŞ dolları, faiz borcunun məbləği 4,102,10 ABŞ dolları, cəmi borcun məbləği 57.784,36 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 04 sentyabr 2018-ci il tarixli, 19206 nömrəli məhkəmə ekspertizasının rəyində əsas kredit borcunun məbləği 53,817,63 ABŞ dolları müəyyən edilsə də, iddiaçı öz tələbində əsas kredit borcuna görə 53.582,26 ABŞ dolları tələb etdiyindən birinci instansiya məhkəməsi iddianı əsas kredit borcuna münasibətdə iddiaçının tələbində göstərilən həcmdə təmin etməkdə haqlı olmuşdur. Məhkəmə koll egiyası hesab edir ki, faiz borcunun məbləği 4,102,10 ABŞ dolları, cəmi borcun məbləği isə 57.784,36 ABŞ dolları müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əs asən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, hazırki həcmdə iddianı təmin etməkdə düzgün nəticəyə gəlmədiyindən Cavabdeh оğlu tərəfindən verilmiş apellyasiya şikayətini qismən təmin etmiş, Zaqatala Rayon Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli, 2(033)-9/2018 nömrəli qətnaməsini dəyişdirməklə, Cavabdeh faiz borcuna görə 4,102,10 ABŞ dolları, cəmi borca görə 57.784,36 ABŞ dolları tutularaq iddiаçı İddiaçı ASC-nin hüquqi varisi “xxxx” QSC BOKT-a verilməsi, qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması, keçirilmiş ekspertiza tədqiqarının dəyəri olan 145 manatın cavabdeh X1 tutularaq dövlət büdcəsinə ödənilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh nun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən Hakimlər Əsliilədüzdür AliMəhkəmənin hakimi QəhrəmanAllahverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar