Məhkəmə qərarları › İş №2(102)-1132/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1132/2024

19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1132/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun qaytarılması 19.03.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1199/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı ilə Cav abdeh arasında xx.xx.2018-ci il tarixdə notarial qaydada kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Nəsibova X1 Vəfa Nazim qızı 3.000 (üç min) manat məbləğində borc vermiş, Cavabdeh isə xx.xx.2020-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür.

2. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli GTKR3896265A125 saylı kredit müqaviləsinə əsasən İddiaçı bank tərəfindən 35 ay müddətinə, illik 24.71% olmaqla, hər ay 427.97 manat ödəmək şərti ilə 10600 manat məbləğində kredit verilmişdir.

3. Əlyazma ilə yazılmış xx.xx.2021-ci il tarixli iltizamda göstərilmişdir ki, «Mən Cavabdeh İddiaçı Kapital bankdan müqavilə GTKR3896265A125, kod ******* – 35 aylıq 2021-ci ildən əsasən öz adına götürdüyü - 10.600AZN- nağd krediti (ayda 428 manat olmaqla) -1500 man. Bir kart - mən ə təqdim edib. Bundan əlavə Yaşmada bağımı özəlləşdirməkdən ötrü pul lazım olduğundan 10000 (on min manat) manat nağd pul götürmüşəm. Bu pulu iyul 2021-ci ildə götürmüşəm. İpotekam 2022-ci ilin fevral ayında alınan kimi borcu qaytaracam. Öz imzamla və xəttimlə təsdiq edirəm. İmza: R.Vəfa xx.xx.2021».

4. Cinayət təqibinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, araşdırma zamanı Vəfa Rüstəmov izahat verərək göstərmişdir ki, 2021-ci ilin iyul ayında onun xahişi ilə tanışı X3 10.000 manat kredit götürərək aylıq ödəmək şərti ilə ona vermişdir. O da həmin krediti hər ay ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23600 manat məbləğində pulun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 162 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla tələbini onunla əsaslandırmışdır ki, cavabdeh borcu 2022-ci ilin fevral ayına kimi qaytarmağı öhdəsinə götürmüş, lakin hər dəfə müxtəlif bəhanələr gətirməklə borcu qaytarmaqdan yayınmışdır. Ona görə də cavabdehin ona borclu olduğu 23600 manat borcun geri alınması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur.

7. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusunda kredit müqaviləsi bağlayaraq 3000 manat məbləğində pul götürmü şdür. Aralarında olan razılaşmaya əsasən o, “Kapitalbanka” məxsus iş kartını iddiaçıya təhvil vermişdir ki, hər ay kartından pul çıxarıb borcundan götürsün, iddiaçı həmin məbləği 2021ci ilin oktyabr ayına qədər onun maaş kartından artıqlaması ilə götürüb, yəni 6000 manat məbləğində maaş kartından pul götürmüşdür. 2021-ci ildə o, cavabdehə bildirmişdir ki, ona olan borcunu artıqlaması ilə maaş kartından götürmüsən, onun maaş kartının vaxtı bitib, kartı yenisi ilə yenilənib, artıq köhnə kartı işləmir, kartın özünə geri qaytarsın, bundan sonra tez-tez qapıya gələrək onu və ailə üzvlərini narahat edərək, nalayiq söyüşlərlə təhqir edərək guya onun cavabdehə olan 3.000 manat borcunun üzərinə faizlər gələrək 10.000 manat borcu olduğunu bildirmişdir. Tamara ona bildirmişdir ki, bu əlyazma araların da olan razılaşmadır, o, isə məcbur olub səs-küy yaratmamasından ötrü həmin əlyazmanı yazmağa razılıq vermişdir. Halbuki, onun cavabdehə heç bir borcu yox idi, çünki, Tamara onun maaş kartından 3000 manat olan borcuna görə 6000 manat pul götürmüşdür. Bir müddət keçdikdən sonra ona hədə-qorxu gələrək qonşular qohumlar içərisində biabır etmişdir ki, o, cavabdehi evinə buraxıb, ondan yenidən əlavə pul tələb etsin. O, elə bu səbəbdən məcbur olub onu Sumqayıt şəhər Polis İdarəsinə yazılı ərizə ilə şikayət etmişdir. Hal-hazırda həmin iş üzrə araşdırma aparılır. Halbuki, onun Tamaraya heç bir borcu yoxdur, iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Onun təqdim etdiyi sənədlər sübut kimi hesab edilə bilməz. Ona görə də hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Əlavə olaraq bildirmişdir ki, onlar Tamara ilə illərdir yaxın tanışdırlar, 2015- ci ildə ona təcili 1500 manat pul lazım olduğu üçün Tamaradan borca pul götürmüşdür, həmin məbləğdən müəyyən hissəsini Tamaraya qaytarmış, 2017-ci ildə Tamara onu məhkəməyə vermiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2080/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Fikrət Əliyev) ondan 1981 manat məbləğində pulun tutulub İddiaçı verilməsi qət edilmişdir. Həmin borc ödənilib, Sumqayıt İcra Şöbəsində borc qaytarılması ilə bağlı işə xitam verilmişdir.

8. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-499/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia qismən təmin edilmiş, Cavabdeh 3000 (üç min) manat məbləğində pul və 21 (iyirmi bir) manat ö dənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı Bankdan götürdüyü 10600 manat məbləğində pulu və əlavə olaraq 10000 manat pulu iddiaçıya verməsi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

10. Məhkəmə hesab etmişdir ki, hazırda məhkəməyə təqdim edilən iltizam tərəflərin həqiqi iradəsini əks etdirmir, hər hansısa hüquqi nəticə əldə etməyə yönəlməmişdir və yalnız görünüş üçün bağlanmışdır. Belə ki, məhkəmə tərəflər arasında hələ 2017-ci ildən borc məsələsi ilə bağlı məhkəmə mübahisəsinin olduğunu, tələb olunan məbləğdən (20.600 manat) dəfələrlə az məbləğdə pulun (3.000 manat) notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi əsasında verildiyini nəzərə alaraq, iddiaçının 20.600 manat məbləğində pulu cavabdehə verməsini inandırıcı, ağlabatan və məntiqli hesab etməmişdir. İddia tələbi yalnız xx.xx.2018-ci il tarixli kredit müqaviləsi əsasında 3000 manat məbləğində pulun verilməsi hissəsində əsaslı şübhədənkənar mötəbər sübutla təsdiq olunur. Cavabdeh sözügedən kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu tam məbləğdə ödədiyini bildirsə də, məhkəməyə bununla bağlı sübut təqdim etməmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.5 və 404, 739.1, 739.2, 442, 443.1, 445.2.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 217.4, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası m əhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni onun bankdan götürdüyü 10.600 manat məbləğində pulu və əlavə olaraq 10.000 manat pulun cavabdehə verilməsi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi ilə əsaslandırmışdır. Halbu ki, iş materialarında olan xx.xx.2021-ci il tarixli iltizamda qeyd olunur ki, Cavabdeh Nizami qızı (AZE ********) İddiaçı Kapital bankdan müqavilə GTKR389626 5A 125-kodu: 2505337-35 aylıq 2021-ci ildən əsasən öz adına 10.600 AZN krediti ona təqdim edib. Bundan əlav ə Yaşmada bağını özəlləşdirməkdən ötrü pul lazım olduğundan 10.000 manat nağd pul götürmüşdür, ipoteka 2022-ci iln fevral ayında alınan kimi borcu qaytaracaq, öz imzası və xətti ilə təsdiq etmişdir. Göründüyü kimi cavabdeh iddiaçıdan kredit müqaviləsindən əlavə 20.600 manat məbləğində pul aldığını yazılı qəbzlə etiraf etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh verdiyi izahatında həmin 20.600 manat məbləğində pulun iddiaçıya qaytardığını bildirsədə, bununla bağlı hər-hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilən iltizam tərəflərin həqiqi iradəsini əks etdirmir, hər hansısa hüquqi nəticə əldə etməyə yönəlməmişdir və yalnız görünüş üçün ba ğlanmışdır. Belə ki, məhkəmə tərəflər arasında hələ 2017-ci ildən borc məsələsi ilə bağlı məhkəmə mübahisəsinin olduğunu, tələb olunan məbləğdən (20600 manat) dəfələrlə az məbləğdə pulun (3000 manat) notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi əsasında verildiyini nəzərə alaraq, iddiaçının 20600 manat məbləğində pulu cavabdehə verməsini inandırıcı, ağlabatan və məntiqli hesab etmir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslı və qanuni deyil. Belə ki, cavabdeh heç bir kənar təsir olmadan ondan 20.600 manat məbləğində pul aldığını öz əl yazması ilə yazdığı qəbzlə təsdiq etmiş, hətta həmin pulu 2022-ci ilin ferval ayına kimi geri qaytaracağı ilə bağlı öhdəlik götürmüşdür və həmin qəbzi heç bir kənar təsir olmadan yazmışdır. Məhkəmənin həmin borcun cavabdehə notarial qaydada verilməmə si ilə bağlı gətirdiyi iradına qarşı onu bildirmək istəyir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, qanunverici 3000 manatdan yuxarı olan borcun notarial qaydada yox, yazılı formada olmasını ehtiva edir.

14. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı Kapital Bankdan kredit götürüb ona borc verib, eləcə də bağ sahəsinin sənədləşməsi üçün iddiaçıdan 1000 manat borc alıb. Lakin o, həmin borc məbləğlərini tam qaytarıb. Onun hazırda iddiaçıya yalnız kredit müqaviləsi əsasında borc götürdüyü 3000 manat borcu qalıb. İltizamda 1000 rəqəminin sonuna «0» rəqəmi əlavə edərək iddiaçı məbləği 10.000 manat göstərib. Bundan başqa 10.600 AZN sözlərini də o, yazmayıb. Eyni zamanda cavabdeh məhkəmə araşdırması zamanı verdiyi ilkin izahatında iddiaçıdan 10.600 manat borc aldığını, lakin həmin məbləği ödədiyini bildirmişdir.

15. Apellyasiya instansiya məhkəməsinin qərardadı əsasında məhkəmə xətşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2023-cü il tarixli 4/13555/1144 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 09-cu vərəqində olan damalı dəftər vərəqi üzərində “Mən Cavabdeh...” sözləri ilə başlayıb, “...Öz imzamla və xəttimlə təsdiq edirəm imza: R Vəfa xx.xx.2021” sözləri ilə bitən qə bzdəki əlyazmalar (qəbzin 7-ci sətrindəki “10.600 AZN” və 9-cu sətrindəki “1.500 man. Bir Kart” hərf və rəqəmli əlyazmalardan və sonunda olan ”xx.xx.2021” tarix göstəricisindəki “12” rəqəmindən başqa) və həmin qəbzin 14-cü sətrindəki “(on min manat)” əlyazmaları - eyni şəxs – Cavabdeh tərəfindən icra olunmuşdur.

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(105)-1199/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Zaur Məmmədov və Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən- iddianın təmin olunmayan hissəsində ləğv edilərək, Cavabdeh 20.600 (iyirmi min altı yüz) manat borc və ödənilmiş dövlət rüsumunun ə vəzi olaraq 141 (bir yüz qırx bir) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, təqdim edilən iltizamın tərəflərin həqiqi iradəsini əks etdirməməsi, yalnız görünüş üçün bağlanması barədə mövqeyi əsaslı deyildir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tələbinin əsası olaraq cavabdeh tərəfindən icra edildiyini iddia etdiyi iltizama əsaslanmış, həmin iltizamı yazmaqla cavabdehin iddia olunan məbləğdə borc götürdüyünün etiraf edildiyini bildirmişir. Məhkəmə araşdırması zamanı cavabdeh sözügedən iltizamdakı yazıları mübahisələndirərək bir qisim yazıların onun tərəfindən icra olunmadığını göstərmişdir. Məhkəmə kollegiyası ekspert rəyinə əsaslanaraq qeyd etmişdir ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının mübahisələndirilən hissədə iddiası məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Cavabdeh tərəf həmin borc məbləğlərinin ödənildiyini göstərsə də ödənişlərlə bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir.

20. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 882.1 və 882.5-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 217.4, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (Vəkil) kassasi ya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları hərtərəfli tam obyektiv araşdırılmamış və sübutlara düzgün qiymət verilməmişdir. Həmçinin məhkəmə qətnaməsi qanunvericilik səhv tətbiq edilməklə və lazımi qaydada əsaslandırılmadan qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə on un pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

29. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlə rinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

30. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. ”Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və ə saslı olmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş pros essual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş s übutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Belə ki, işin mahiyyəti üzrə həll olunması üçün məhkəmə tərəfindən müəyyən edilmiş hallardan aydın olur ki, iddiaçı tərəfindən cavabdehə notariat qaydasında bağlanmış müqavilə ilə 3.000 manat pul verilmiş, digər iki sənəd üzrə isə cəmi 23.600 manat məbləğində pulun verilməsinə dair sübutlara malikdir.

44. Cavabdeh tərəf onların arasında 10.000 manat həddində borc münasibətlərinin olması və həmin borc məbləğini qaytarılmasını iddia edir, lakin bununla bağlı hər hansı mötəbər sübut təqdim etmir.

45. İddia tələbinin maddi-hüquqi əsası kimi müvafiq hissələr üzrə Mülki Məcəllənin 739 və 882-ci maddəsi çıxış edir. Mülki Məcəllənin 739-cu maddəsinin dispozisiya şərtinə görə borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürür, borc alan isə aldıqlarını mü vafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 882.1-ci maddəsinin dispozisiya şərtinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

46. Nəzərə alınmalıdır ki, borc öhdəliyi müqavilə əsasında yaranır. Müqavilə dedikdə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdir ilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması başa düşülür. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, Mülki Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki Məcəllədə borcun məbləğindən asılı olaraq müqavilənin yazılı bağlanması tələb edilir. Belə ki, müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 389.1, 406.1 və 740.2-ci maddələri).

47. Nəzərə alınmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır.

48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

49. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPMin 14.2 və 77.1-ci maddələri).

50. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcud olub-olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

51. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandı rılmışdır.

53. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsas etibarı ilə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir ki, kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.

54. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1199/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar