Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1134/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh MMC-yə qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)2245/2022 nömrəli iş üzrə 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qəra rı qəbul etdi. İŞİN HALLARİ
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarışa görə, ünvan 1 ünvanda yerləşən əmlak 1/5 pay hissədə İddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.
2. Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli XXX nömrəli sərəncamına əsasən, ünvan və ünvan1 küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0.92 ha torpaq sahəsi Cavabdeh MMC-nin daimi istifadəsinə verilmiş, qeyd olunan ərazidə yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanması Cavabdeh MMC-yə həvalə edilmişdir. 3. xx.xx.2019-cu il tarixli 6 nömrəli Obyektin Tikintisinə İcazəyə görə, Cavabdeh MMC-y ə ünvan və ünvan1 küçələrinin kəsişməsində 9.200 kv.m. hündürmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilmişdir.
4. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair AZE XXX nömrəli Şəhadətnaməyə əsasən, ünvan və ünvan1 küçələrinin kəsişməsində 3 ədəd 1 girişli 16 mərtəbəli yaşayış binalarının tikilməsi Cavabdeh MMC-yə həvalə edilmişdir. 5. 03.06.2021-ci il tarixli yerli baxış protokoluna görə, mübahisəli sahəyə baxış keçirilərkən ərazi cavabdeh tərəfindən hasarlanmış, orada qazıntı işləri aparıldığı müəyyən edilmişdir. Mübahisəli sahə qismən sökülmüşdür. 6. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyinə əsasən, ünvan 1 ünvanda yerləşən 79.60 kv.m. yaşayış sahəsinin 1/5 hissəsin in qiymətləndirmə ekspertizası aparılan zaman həmin evin tikinti şirkəti tərəfindən dağınıqlığı çəkilmiş fotoşəkil əsasında həyata keçirilmişdir. ünvan 1 ünvanda yerləşən 79.60 kv.m. yaşayış sahəsinə Cavabdeh MMC tərəfindən söküntü zamanı 184.944,1 manat məbləğdə smeta xərclərində hesablanmış ziyan dəymişdir. Qeyd olunan əmlakın tam təmir olunaraq, hazırkı vəziyyətə gətirilməsinə 184.944,1 manat məbləğdə smeta xərcləri hesablanmış və tam təmirdən sonra mənzilin ümumi bazardakı likvid dəyəri 300.000 manat təşkil edir. İddiaçı payına uyğun olaraq həmin əmlakın 1/5 hissəsinin dəyəri 60.000 manat təşkil edir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2XXX-9/XXX nömrəli rəyinə görə, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 79,60 kv.m. olan mənzil tamamilə sökülmüş və yerində çoxmərtəbəli yaşayış binası inşa olunmuşdur. Qeyd edilən mənzil tamamilə söküldüyündən, həmin mənzilə hansı məbləğdə ziyan dəyməsini (əvvəlki vəziyyətin bərpa olunmasına nə qədər vəsait tələb olunmasını) müəyyən etmək mümkün olmamışdır. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatında göstərilən qiymət ilə hazırkı bazar qiyməti arasında fərqin az olması nəzərə alınaraq, həmin qiymətləndirmə hesabatında göstərilən məbləğ reallığı əks etdirir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə (XXX) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 500.000 manat məbləğdə maddi, 100.000 manat dəyərdə mənəvi ziyan, 31 manat dövlət rüsumu və 151 manat xidmət haqqı olmaqla, cəmi 600.182 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddianın əsaslarına görə, iddiaçı ünvan 1 ünvanda yerləşən 79,60 kv.m. yaşayış sahəsinin 1/5 hissəsinin mülkiyyətçisidir. Həmin ərazidə cavabdeh MMC tərəfindən söküntü işləri aparılsa da, mülkiyyətçi kimi onunla müqavilə bağlamadan, mənzilinin pulunu bazar qiymətinə uyğun ədalətli şəkildə qabaqcadan ödəmədən, mənzilin girişçıxışını uçurub dağıtmaq, pəncərələrinin şüşələrini və dəmir reşotkalarını qırıb dağıtmaq, mənzilin qapılarını yerindən çıxarmaq və mənzilinin üstündə olan tikililəri söküb dağıtmaq yolu ilə mənzil yararsız vəziyyətə salınmışdır. Bunun nəticəsində günlərlə yağan leysan yağışlar birbaşa mənzilə tökülür, eyni zamanda su xətti sıradan çıxarılmış, mənzilin tavanı üstünə uçmağa başla mışdır. Bundan başqa, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənzilin qaz, su və işıq xətləri, mənzildə olan əşyalar və mebellər tam tam yararsız hala salınmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymiş, bu barədə müxtəlif təşkilatlara, hüquq mühafizə orqanlarına müraciət etsə də, cavabdeh onun mənzil, yaşamaq və xüsusi mülkiyyət hüququnu kobud surətdə pozmaqda davam etmişdir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2100/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Quliyev) iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən maddi ziyana görə 60.000 manat, mənəvi zərərə görə 15.000 manat məbləğdə pul vəsaitinin və 10 manat məbləğdə dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 500 manat məbləğdə pulun cavabdehdən tutularaq "xxxx" MMCnin hesabına keçirilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə iclasında iddiaçının izahatı, təqdim etdiyi və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən 79,60 kv.metr yaşayış sahəsinin 1/5 hissəsinin mülkiyyətçisidir. Həmin ərazidə Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, XXX nömrəli Sərəncamına əsasən ünvan və ünvan1 küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0.92 ha torpaq sahəsi Cavabdeh MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. xx.xx.2019-cu il ta rixli, 6 nömrəli Obyektin Tikintisə İcazədən görünür ki, ünvan və ünvan1 küçələrinin kəsişməsində 9200 kv.m hündürmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair AZE XXX seriyalı Şəhadətnamə ilə ünvan və ünvan1 küçələrinin kəsişməsində 3 ədəd 1 girişli 16 mərtəbəli yaşayış binalarının tikilməsi Cavabdeh MMC-yə həvalə edilmişdir. Bununla belə məhkəmə tərəfindən 03 iyun 2021-ci il tarixdə keçirilən yerli baxış zamanı MMC-nin direktoru XXX söküntü işləri aparılarkən "XXX” MMC mülkiyyətçi kimi İddiaçı ilə müqavilə bağlamadan, mənzilinin pulunu bazar qiymətinə uyğun ədalətli şəkildə qabaqcadan ödəmədən, mülkiyyətində olan mənzilin giriş-çıxışını uçur ub dağıtmaqla bağlamış, pəncərələrinin şüşələrini və dəmir reşotkalarını qırıb dağıtmış, mənzilin qapılarını yerindən çıxarmış və mənzilinin üstündə olan tikililəri söküb dağıtmaqla mənzilini yararsız vəziyyətə saldığı müəyyən edilmişdir. Mənzilin su xəttini sıradan çıxarmaqla suya bağlamış, nəticədə mənzilin tavanı üstünə uçmağa başlamışdır. Həmin mənzildə yaşamaq qeyri mümkündür. Cavabdeh "xxxx" MMC-nin hərəkətləri nəticəsində mənzilin qaz, su və işıq xəttləri tam yararsız vəziyətə salınmışdır. Mənzilində olan əşyalar və mebellərə baxış keçirilməsi mümkün olmamışdır. Cavabdeh tərəfindən həyata keçirilmiş söküntü işləri nəticəsində əmlakın bir hissəsi məhv edildiyindən iddiaçının hüquqları pozulmuş, mənzili barəsində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam imkanı tam aradan qaldırı lmışdır.... Bununla belə cavabdeh həmin ərazidə Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, XXX nömrəli Sərəncamına əsasən ünvan və ünvan1 küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0.92 ha torpaq sahəsi Cavabdeh MMC-nin daimi istifadəsinə verilməsi qərara alınsa da ünvan 2 ünvanında yerləşən əmlaka dair İddiaçı ilə razılaşmadan, müqavilə bağlamadan, mənzilin dəyərini bazar qiymətinə uyğun ədalətli şəkildə qabaqcadan ödəmədən, mülkiyyətində olan mənzilin giriş-çıxışını uçurub dağıtmaqla bağlamış, pəncərələrinin şüşələrini və dəmir çərçivələrini qırıb dağıtmış, mənzilin qapılarını yerindən çıxarmış və mənzilinin üstündə olan tikililəri söküb dağıtmaqla mənzilini yararsız vəziyyətə sa ldığı müəyyən edilmişdir. Mənzilin su xəttini sıradan çıxarmaqla suya bağlamış, nəticədə mənzilin tavanı üstünə uçmağa başlamışdır. Həmin mənzildə yaşamaq qeyri mümkündür. Cavabdeh "xxxx" MMC-nin hərəkətləri nəticəsində mənzilin qaz, su və işıq xəttləri də tam yararsız vəziyətə salınmışdır. Bu hal 03 iyun 2021ci il tarixdə mübahisəli sahəyə keçirilən yerli baxış zamanı müəyyən edilmişdir.... Göründüyü kimi cavabdehin təşkilatın təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymiş, əmlakı bərpası mümkünsüz olan vəziyyətə gətirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən əmlakın dəyərinin iddiaçıya ödənilməsi ədalətli və əsaslı hesab edilməlidir. xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 79.60 kv.m yaşayış sahəsinin 1/5 hissəsinin qiymətləndirmə ekspertizası aparılan zaman həmin evin tikinti şirkəti tərəfindən dağınıqlığı çəkilmiş fotoşəkil əsasında həyata keçirilmişdir. ünvan 2 ünvanında yerləşən 79.60 kv.m yaşayış sahəsinə cavabdeh "xxxx" MMC tərəfindən söküntü zamanı 184944.1 manat məbləğində smeta xərclərində hesablanmış ziyan dəymişdir. Qeyd olunan əmlakın tam təmir olunaraq, hazırki vəziyyətə gətirilməsinə 184944.1 manat məbləğində smeta xərcləri hesablanmış və tam təmirdən sonra mənzilin ümumi bazardakı likvid dəyəri 300000 manat təşkil edir. İddiaçı payına uyğun olaraq həmin əmlakın 5/1 hissəsinin dəyəri 60000 manat təşkil edir.”
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü (İ və İİ hissələr) və 29-cu (İ və İİ hissələr), Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 178.1, 21, 226.1, 226.2, 1096, 1097.1 və 1115-ci, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci və 41-ci, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Broniovski Polşaya qarşı” və “Sporronq və Lonnrotun İsveçrəyə qarşı” işlər üzrə qərarlarına, Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan tərəflər ondan apellyasiya şikayətləri verərək, iddiaçı ləğv edilib, iddianın tam təmin olunması, cavabdeh iddia təmin olunan hissədə ləğv olunub, iddianın tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2245/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və F.Babayev) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə kollegiyası işin faktiki hallarını, işdə olan sübutları, qanunvericiliyin və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin (konvensiyanın) normalarını, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin president təcrübəsini (oxşar işlər üzrə mövqeyini) nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbi mülkiyyətin ədalətli əvəzinə (kompensasiyasına) yönəlmişdir. Bu səbəbdən də cavabdeh iddiaçıya məxsus sökdüyü əmlakın ədalətli əvəzini ödəmək vəzifəsini daşıyır. Belə olan halda isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “cavabdeh MMC-dən iddiaçının xeyrinə maddi ziyana görə 60000 manat tutulması” hissəsində razılaşır və hesab edir ki, qətnamə həmin hissədə əsaslı və ədalətlidir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia mənzildə olan əşyaların dəyərinə dair hissədə əsassız olmuşdur. Çünki, iddiaçı həmin hissədə tələbinin əsaslandıra və sübut edə bilməmiş, əşyalarını götürə bilməməsi, eləcə də onların dəyəri ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddianı həmin hissədə rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası mənəvi ziyan hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və ədalətli hesab edir.... Baxılan işdə məhkəmənin yuxarıdakı hüquqi mövqeyinə görə cavabdehin təqsirli hərəkətləri ucbatından iddiaçının mülkiyyətindən məhrum olması, dolayısı ilə dərin sarsıntı və iztirab keçirməsi şübhəsizdir. Belə olan halda, məhkəmə kollegiyası, pozuntunun xarakterini və ağırlıq dərəcəsini, habelə işi n sair diqqətəlayiq hallarını nəzərə alaraq, birinci instansiya məhkəməsinin iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması barədə və mənəvi zərərin məbləği hissəsində gəldiyi nəticəni əsaslı hesab edərək, bu hissədə apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və mənəvi ziyana görə 15000 manat tutulmasını ağlabatan, ədalətli və qanuni sayır.”
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43 və 71-ci (İ hissə), Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 226.1, 226.2 və 21-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan tərəflər ondan kassasiya şikayətləri verərək, qətnamənin ləğv edilib, iddiaçı iddianın tam təmin edilməsi, cavabdeh iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.
18. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, qətnamə dəyişdirilməli, iddia tam təmin edilməli idi. Məhkəmə işi hərtəfli, tam araşdırmamış, məhkəmə onun vəkilə çəkdiyi xərci - məhkəmə xərclərini nəzərə almamışdır.
19. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, hər hansı maddi zərərin məhz Cavabdeh MMC tərəfindən yetirilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi mötəbərliyi şübhə doğuran "xxxx" MMC adlanan kommersiya qurumunun xx.xx.2021-ci il tarixli rəyi adlandırılan sənədinə əsaslanmaqla kifayətlənmiş, rəy vermək hüququ olmayan kommersiya qurumunun evin ümumi bazardakı likvid dəyərinin 300.000 manat təşkil etməsi barədə mülahizələri əsasında qətnamə qəbul etmişdir. Halbuki, apellyasiya məhkəməsinin özü tərəfindən təyin edilmiş Dövlət Məhkəmə Ekspertiza Mərkəzinin 10/2XXX-9/XXX nömrəli xx.xx.2022-ci il tarixli ekspertiza rəyində evin qiymətinin 188.572 manat təşkil etdiyi aşkar göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin hansı əsaslarla dövlət məhkəmə ekspertiza mərkəzinin 10/2XXX-9/XXX nömrəli xx.xx.2022-ci il tarixli rəyini nə səbəbə nəzərə almadığını öz qətnaməsində ə saslandırmamışdır. Beləliklə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab etmək olmaz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 №-li Qərarının 6.2 və 6.3-cü bəndlərində göstərilir ki, qətnamənin əsaslandırıcı hissəsində bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini izah etməli olan apellyasiya instansiyası məhkəməsi, bu vəzifəsini yerinə yetiməməklə yanaşı, öz qətnaməsinin əsaslandırıcı hissəsində ümumiyyətlə heç bir iş materialına (işdə olan sənədə) istinad etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti n övündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə
43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərə r vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 226.1. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır; Maddə 226.2. Yaşayış binasının tərki b hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaş a ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli ə mlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 101.6. Ekspert rəyində aparı lmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməs inə dair” xx.xx.2002-ci il tarixli Qərar: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona mə xsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərar: “Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.... Mənəvi zərəri n əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.... Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi il ə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir.” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərar: “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkət lər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Kassasiya şikayətlərində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı kassasiya şikayətlərində irəli sürülmüş dəlillər üzrə tam yoxlanılır.
28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya ş ikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
31. Kassasiya şikayətlərinin dəlillərinə gəldikdə, iddiaçının şikayətinin məhkəmənin işi hərtəfli, tam araşdırmaması, məhkəmə xərclərini nəzərə almaması barədə dəlilləri əsassızdır. Birincisi, dəlillər faktiki və hüquqi cəhətdən konkretləşdirilməmişdir. İkincisi, həmin dəlillər işin hallarının sübut olunmaması və məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı olduğu, habelə məhkəmə xərclərinin nəzərə alınmaması barədə dəlil apellyasiya şikayətində irəli sürülmədiyi və həmin instansiyada araşdırma predmeti olmadığı üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparıla və onlara qiymət verilə bil məz.
32. Cavabdehin kassasiya şikayətinin hər hansı maddi zərərin məhz Cavabdeh MMC tərəfindən yetirilməsini təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsinə dair dəlili əsaslı deyil. Belə ki, eyni dəlil apellyasiya şikayətində də irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi dəlilə münasibətdə düzgün olaraq göstərmişdir ki, “Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq ilkin olaraq qeyd edir ki, iddiaçının paylı mülkiyyətində olan mənzilin məhz cavabdeh tərəfindən sökülməsi və həmin ərazidə hündürmərtəbəli binanın inşa olunması işdə olan sübutlarla tam təsdiq olunur. Cavabdehin apellyasiya şikayətində bu halı mübahisələndirməsi isə açıq-aşkar əsassız olmaqla formal mülahizələrə söyk ənmişdir.”
33. Cavabdehin şikayətinin dövlət məhkəmə ekspertiza mərkəzinin xx.xx.2022-ci il tarixli ekspertiza rəyində evin qiyməti 188.572 manat təşkil etdiyi halda apellyasiya instansiyası məhkəməsinin həmin rəyi nəzərə almaması barədə dəlili də əsassızdır. Belə ki, adıçəkilən ekspert rəyinin özündə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyinə istinad olunaraq, “... qiymətləndirmə hesabatında göstərilən qiymət ilə hazırkı bazar qiyməti arasında fərqin az olması nəzərə alınaraq, həmin qiymətləndirmə hesabatında göstərilən məbləğ reallığı əks...” etdirdiyi qeyd olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyində isə ünvan 1 ünvanda yerləşən 79.60 kv.m. yaşayış sahəsinin tam təmir olunaraq, hazırkı vəziyyətə gətirilməsinə 184.944,1 manat məbləğdə smeta xərclərinin hesablandığı və tam təmirdən sonra mənzilin ümumi bazardakı likvid dəyərinin 300.000 manat təşkil etdiyi göstərilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin öz qətnaməsinin əsaslandırıcı hissəsində heç bir iş materialına (işdə olan sənədə) istinad etməməsi haqqında dəlil də əsaslı deyil. Belə ki, həmin məhkəmənin qətnaməsinin 3-cü vərəqində - əsaslandırıcı hissəsində belə materiallara istinad olunmuşdur.
35. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyas iya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2245/2022 nömrəli iş üzrə 25 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı və Cavabdeh MMC-nin kassasiya şikayətləri təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.