Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1137/2020 20.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Vəliyeva Elşanə Rafiq qızı, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin vəkili Vəkil1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)*******/2019 nömrəli qətnaməsindən iddiaçı “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağdam Rayon Məhkəməsinin (hakim M.Niftəliyev) xx.xx.201 8-ci il tarixli, 2(013)****/2018 nömrəli qətnaməsi ilə iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “pul tələbi və tələbin ipotekaya qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə 9998.16 ABŞ dolları əsas, 922.58 ABŞ dolları faiz, 129.94 ABŞ dolları cərimə, cəmi 11050.68 ABŞ dollarının və iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 30 manatın “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus ipoteka predmeti olan “Kia Cerato minik” markalı, **--*** dövlət nömrə nişanlı, ağ mirvari rəngli, mühərrik *********, ban *************** olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə ediləcək vəsa it hesabına Cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin 21812 ABŞ dollarının Azərbaycan manatı məzənnəsi ilə müəyyən edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şəfiyev, R.Mamedov, A.Hüseynzadə) xx.xx.2019-cu il tarixli, 2(104)-*******/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(013)-******/2018 nömrəli qətnaməsinin “Cavabdeh qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə 922.58 ABŞ dolları faiz borcunun Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulması və ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin 21812 ABŞ dollarının Azərbaycan manatı məzənnəsi ilə müəyy ən edilməsi” hissələrində dəyişdirilməsi, Cavabdeh “Bank VTB (Azərbaycan)” ASCnin xeyrinə tutulmalı olan faiz borcunun məbləğinin 305.67 ABŞ dolları, ümumi borcun 10433.77 ABŞ dolları məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan “Kia Cerato minik” markalı, **--*** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiymətinin 18500 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanması, iş üzrə ekspertiza xərci müştərək qaydada tərəflərə aid edilməklə, 75 manat pulun iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-dən, 75 manat pulun isə Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. İddiaçı “Bank VTB (Azərbaycan)” ASC iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsin dən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “Bank VTB (Azərbaycan)” ASC Cavabdeh qarşı “avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, ********** saylı kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə banka borclu olduğu 9998.16 ABŞ dolları əsas, müqavilə müddəti bitən tarixə 922.58 ABŞ dolları faiz borcu, 129.94 ABŞ dolları cərimə üzrə borcun, ümumilikdə 11050.68 ABŞ dolları məbləğində pulun (qətnamənin icra edildiyi günə manat məzənnəsi ilə) və 30 manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yü klü edilmiş “Kia Cerato minik” markalı, **--*** dövlət nömrə nişanlı, ağ mirvari rəngli, mühərrik ***********, ban ************** olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-ninvəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, hüququn tətbiq edilməsində səhv buraxmış, qanunu səhv təfsir etmiş və bankın mülkiyyət hüququnu məhdudlaşdıran qətnamə qəbul etmişdir. Belə ki, faiz borcu ilə bağlı ekspert qarşısında sual düzgün qoyulmamış və nəticədə faiz borcu ilə bağlı əsassız ekspert rəyi əldə edilmişdir. Bununla da apelyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, tərəflər arasında münasibətləri tənzimləyən müqavilə müddəalarına, qüvvədə olan qanunvericilik aktlarının müddəalarına məhəl qoymamışdır. Göstərilənlərə əsasən o, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-*******/2019 saylı qətnaməsində “305.67 ABŞ dolları faiz borcunun “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması” hissəsinə dəyişiklik edərək, “922.58 ABŞ dolları faiz borcunun “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər iş ə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-ninvəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin faiz borcu və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməsi qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, təyin edilmiş ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh xx.xx.2015-ci il tarixə kreditora 11102,79 ABŞ dolları əsas, 305,67 ABŞ dolları faiz olmaqla 11408,45 ABŞ dolları məbləğdə borcu vardır. Apellyasiya kollegiyası Azərbaycan Respublikası MPM-nin 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul etmişdir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir. Apellyasiya kollegiyası rəyi tədqiq ed ib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də apellyasiya kollegiyası hesab etmişdir ki, faiz borcu ekspert rəyinə əsasən, əsas borc isə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə iddia ərizəsinə uyğun müəyyən edilməlidir. Eyni zamanda hazırki iş üzrə ipoteka predmetinin ilkin satış qiyməti barədə tərəflər arasında mübahisə olduğuna görə məhkəmə tərəfindən sərbəst qiymətləndirici vasitəsilə ipotekanın qiymətləndirilməsi təyin olunmuşdur. «İpoteka haqqında» Qanunun 39.3.2-ci və 39.3.3-cü maddələrinin tələbinə əsasən məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir. Qanunun bu göstərişi imperativ xarakterlidir və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar çıxararkən hər bir halda məhkəmə qətnamədə ipotekanın ilkin satış qiymətini qətnamədə göstərməyə borcludur. Həmin Qanunun 39.3.3-cü maddəsinin tələbinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli, PQ *******/18 saylı rəyindən görünür ki, “Kia Cerato minik” markalı, **--*** dövlət nömrə nişanlı avtomobilin hazırki bazar dəyəri 18500 manat təşkil edir. Apellyasiya kollegiyası bu rəyi mötəbər sübut kimi qəbul etmiş və hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiymətinin 18500 manat məbləğdə müəyyən edilməsi əsaslıdır. Çünki rəy kifayət qədər əsaslandırılmışdır və hazırkı reallığı əks etdirir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsinin qəbul etdiyi qətnamənin faiz borcu hissəsində dəyişdirilməsi üçün əsas deyildir. Belə ki, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamədən və iş materiallarından görünür ki, faiz borcunun məbləği məhkəməmühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir və hazırda həmin rəyin mötəbərliyinə şübhə yarada biləcək hər hansı sübut iş materiallar ı ilə müəyyən edilməmişdir. Kassasiya yoxlaması zamanı apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “Bank VTB (Azərbaycan)” ASC tərəfindən kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-*******/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1137/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1137/2020
20.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver