Məhkəmə qərarları › İş №2(102)-1139/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1139/2019

18.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1139/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 18 fevral 2019-cu il İş № 2(102)-1139/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)2327/2018 nömrəli iş üzrə 19 sentyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: İsmayıllı rayon məhkəməsinin (hakim Rəfayel Şirinov) 09 iyul 2018-ci il tаrix li qətnaməsinə əsаsən iddia qismən təmin edilərək Cavabdeh İddiaçı-nin xeyrinə icra gününə tətbiq olunan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 1182,25 ABŞ dolları əsas borc, 668,37 ABŞ dolları faiz borcu olmaqla cəmi 1850,62 ABŞ dolları kredit borcunun və 20 manat dövlət rüsumu əvəzinin tutulması, habelə Cavabdeh 10 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Mirbahəddin Hüseynov sədrlik edən və məruzəçi, Rafail Əliyev, İmanverdi Şükürov) 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı rayon məhkəməsinin 09 iyul 2018-ci il tаrixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh tutularaq iddiаçı İddiaçı -yə verilməli olan əsas kredit borcunun məbləği 1180,57 ABŞ dolları və cəmi borcun məbləği 1848,94 ABŞ dolları kimi müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı-nin xeyrinə 10 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1180,57 ABŞ dolları əsas borc, 739,57 ABŞ dolları faiz borcu - cəmi 1920,14 ABŞ dolları kredit borcu və 20,0 manat dövlət rüsumu əvəzinin tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İsmayıllı rayon məhkəməsinin 31 avqust 2017-ci il tarixli məhkəmə əmri ilə cavabdehdən iddiaçının xeyrinə cəmi 1180,57 ABŞ dolları əsas borc, 739,57 ABŞ dolları faiz borcu və 20 manat dövlət rüsumu olmaqla cəmi 1920 ABŞ dolları məbləğinin tutulması qərara alınmışdı r. Cavabdeh məhkəmə əmrinə etiraz verərək İsmayıllı rayon məhkəməsinin 31 avqust 2017-ci il tarixli əmrinin ləğv edilib iddia icraatına keçirilməsini xahiş etmiş, cavabdehin etirazı əsasında məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qaydasında baxılması barədə qərardad qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 10 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə nağd pul layihəsi müqaviləsinə əsasən illik 24% dərəcəsi ilə 20 ay müddətinə 1235 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəli əsasında cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 1235 ABŞ dolları əsas borc və 278,81 ABŞ dolları faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Cavabde h kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına riayət etməmişdir. Kredit müqaviləsində nəzərdə tutulan öhdəliklər lazımınca icra edilmədiyi halda iddiaçının kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb etmək hüququ vardır. Cavabdehin 10 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 1180,57 ABŞ dolları əsas borc və 739,57 ABŞ dolları faiz borcu - cəmi 1920,14 ABŞ dolları borcu yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya inst ansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə təkrar ekspertizanın keçirilməsini təmin etməmişdir. Məhkəmə işə baxılması barədə onu lazımi qaydada məlumatlandırmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya insta nsiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə nağd pul layihəsi məqsədi ilə istifadə edilməsi üçün illik 24 % dərəcəsi ilə 20 ay müddətinə 1235 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən o, müqavilə ilə müəyyən edilmiş 20 ay müddətində cəmi 1235,00 ABŞ dolları əsas borc və 278,81 ABŞ dolları faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədə cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. Cavabdeh vəsatətlə müraciət edərək ödədiyi pul vəsaitinin ilk növbədə cərimənin və faiz borcunun ödənilməsinə, daha sonra isə əsas borcun ödənilməsinə yönəldildiyinə görə iddia tələbində gecikdirilən əsas borcun miqdarının daha yüksək qeyd edildiyini, iddiaçının hesabına indiyə dək ödədiyi məbləğlər nəzərə alınmaqla onun iddiaçıya olan əsas borc və faiz borcunun miqdarının dəqiqləşdirilməsi üçün ekspertiza təyin edilməsini xahiş etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2018-ci il tarixli 1168 nömrəli rəyinə əsasən 10 mart 2015-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 28 avqust 2017ci il tarixə cavabdehin iddiaçıya 1182,25 ABŞ dolları əsas və 668,37 ABŞ dolları faiz borcunun qaldığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyinə istinad edərək rəydə göstərilən məbləğdə, yəni 1182,25 ABŞ dolları əsas və 668,37 ABŞ faiz borcunun cavabdehdən tutulmasını qət etmişdir. İddiaçı iddianın faiz borcunun təmin edilməyən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, məhkəmə iddia tələbindən kənara çıxmış, iddiaçı bank iddia tələbində 1180,57 ABŞ dolları əsas borc tələb etdiyi halda məhkəmə ekspert rəyinə istinad edərək 1182,25 ABŞ dolları pulun tutulmasını qət edərkəm iddia tələbindən kənara çıxmışdır. Ona görə də, apellyasiya instansiyası məhkəməsi qətnaməni əsas borc hissəsində dəyişdirərək, cavabdehdən 1180,57 ABŞ dolları əsas borcun tutulmasını qət etmiş, qətnamə faiz borcunun və məhkəmə xərlcərinin tutulması his sələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, işdən müəyyən edilir ki, tərəflər arasında 10.03.2015-ci il tarixdə illik 24 % dərcəsi ilə 20 ay müddətində, yəni 10.10.2016-cı il tarixə qədər 1235 ABŞ dolları kreditin verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən müəyyən edilir ki, cavabdeh banka müqavilə müddətində 1235 ABŞ dolları əsas borc, 278,81 ABŞ dolları faiz bor cu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bank 28.08.2017-ci il tarixdə məhkəmə əmrinin verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İş üzrə ekspertizanın keçirilməsi barədə qərardadda məhkəmə ekspert qarşısında cavabdehin 28.08.2017-ci il tarixə banka nə qədər borcunun olması barədə sual qoymuş, ekspert də suala uyğun olaraq həmin tarixə qədər olan borcu hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin mübahisələnirilməyən hallarından göründüyü kimi tərəflər arasındakı kredit müqaviləsi 10 mart 2015-ci il tarixdə 20 ay müddətinə bağlanmaqla, 10 oktybar 2016-cı il tarixdə həmin müqavilənin müddəti bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarı ilə formalaşdırılmış hüquqi mövqeyə görə kredit münasibətləri müddətlidir və müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb et məyə dair əlavə hüququ yaranır. Qərardan göründüyü kimi, iddiaçı bank kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Hazırki işdə iddiaçı bank kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, müqavilə müddətindən sonrakı dövr üçün də müqavilə ilə müəyyən edilmiş faiz məbləği ilə borc hesablamış, işə baxan məhkəmələr də bu hala diqqət verməmiş, iddiaçının tələbini təmin etmişlər. Bu hal isə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarının tələblərinə zidd olmuşdur. Kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanmasının və tələb edilməsinin hüquqi əsası olmamışdır. İddiaçı bank müqavilə müddətinin bitməsindən sonrakı dövr üçün yalnız vurulmuş zərər qismində illik 5 % məbləğində pulun ödənilməsini tələb edə bilər ki, bu da hazırki iddianın predmetini təşkil etmir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlaralazımihüquqiqiymətvermədəniş üzrə gəldiyinəticəsiqanunivəəsaslısayılabilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışı na göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qəra rdadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2327/2018 nömrəli iş üzrə 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür A

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar