Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1139/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, əsassız varlanma, sübutetmə yükü, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən, məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlu ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1940/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh kasasiya şikayətinə 02 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh xx.xx.1997-ci il tarixdə rəsmi nikaha daxil olublar.
2. Tərəflər birgə nikah dövründə tərəflər ünvan 2ində yerləşən 0.10 ha torpaq sahəsini, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi 0.5625 ha torpaq sahəsində yerləşən 2 saylı mənzili, Bakı şəhəri Nərimanov rayonu Mayakovski küçəsi 15 saylı evin 13 saylı mənzili, Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsi 19/3 saylı evin 9 saylı mənzili əldə etmişlər.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflərin nikahı pozulmuş və bu barədə tərəflərə nikahın xx.xx.2011-ci il tarixdə ləğv edilməsinə dair Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixli şəhadətnamə verilmişdir.
4. Cavabdeh x x.xx.2018-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, Abşeron rayonu Fatmayı kəndində yerləşən ümumi sahəsi 0.10 ha olan torpaq sahəsini alıcı X5 79000 manata satmışdır. İşin halları, iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra “iddiaçı”) qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə sərf olunmuş tikinti materiallarının, həmin tikinti materialları olmadığı təqdirdə isə onların dəyərinin, yəni 69.500 manat, ustalara ödənilmiş məbləğə görə 10.000 manat, kommunal xətlərin çəkilməsi və rəsmi icazələrin alınmasına görə ödənilmiş 3.000 manat olmaqla cəmi 82.500 manat pul vəsaitinin Ca vabdeh (bundan sonra “cavabdeh”) onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və X7 iddia ərizəsi üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərdirlər.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə rəsmi boşandıqdan sonra cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2(005)-3383/2010 saylı, 28 dekabr 2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək ünvan 2ində yerləşən sahəsi 0.10 ha olan torpaq sahəsinin ½ hissəsinə iddiaçının mülkiyyət hüququ tanınaraq ½ hissəsinin ona verilməsi, həmin torpaq sahəsinin digər ½ hissəsini n isə cavabdehin mülkiyyətində saxlanılaraq həmin hissənin cavabdehə verilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermiş, həmin işə apellyasiya instansiyasında baxılarkən iddiaçı və cavabdeh yenidən ailəni bərpa edib birlikdə yaşamaq şərtilə məhkəmədənkənar razılığa gəlmiş və bundan sonra cavabdeh iddiadan imtina etmiş və Bakı Apellyasiya Məhkəməsinin 21 aprel 2011-ci il tarixli qərardadı ilə Nərimanov rayon Məhkəməsinin 2(005)-3383/2010 saylı, 28 dekabr 2010-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. O vaxtdan etibarən onlar 6-7 il birlikdə yaşayıb təsərrüfatı birgə idarə etmişlər. Hətta cavabdehlə barışıb qeyri-rəsmi də olsa birgə yaşadıqları üçün iddiaçı cavabdehi 28 iyun 2012-ci il tarixdə Bakı şəhə ri Nərimanov rayonu, Mayakovski küçəsi, 15 saylı evin, 13 saylı mənzilinə pasport qeydiyyatına da saldırmışdır.
8. Barışdıqdan sonra yenidən bir müddət birlikdə ailə kimi yaşayıb, təsərrüfatı birgə idarə edib, birgə yaşadıqdan sonra cavabdeh təkrarən uşaqları da götürüb atasının ona bağışladığı Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 13, mənzil 15-ə köçmüşdür. Bundan sonra da cavabdehlə yenidən ailəni bərpa etmək, barışıb birgə yaşamaqları mümkün olmamışdır. Buna görə də iddiaçı min bir zəhmətlə əldə etdiyi əmlaklarını qaytarmaq üçün birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi tələbi ilə bağlı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmiş, məhkəmədə işə baxılarkən məlum olmuşdur ki, sözügedən ünvan 2ində yerləşən sahəsi 0.10 ha olan torpaq sahəsini cav abdeh iddiaçının razılığı olmadan X2. Halbuki, həmin torpaq sahəsi üzərində iddiaçı tərəfindən 2012-2014-cü illər ərzində, rəsmi boşandıqdan sonrakı dövrdə qeyri-yaşayış sahəsi tikilmişdir. Alqı-satqı zamanı isə yalnız torpaq sahəsi satılmış, üzərindəki tikili isə satılmamışdır. Həmin torpaq sahəsi üzərindəki tikili iddiaçıya məxsusdur, iddiaçı tərəfindən tikilmiş, iddiaçının mülkiyyətindədir. Lakin torpaq sahəsi satılan zaman tikilinin aqibəti müəyyən edilməmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən torpağın üzərində tikilinin olmasına əhəmiyyət verilməmişdir. Həmin alqı-satqının etibarsızlığı ilə bağlı məhkəmə mübahisəsi hələ də davam etməkdədir.
9. Cavabdehlə iddiaçı arasında gedən məhkəmə mübahisələri zamanı cavabdeh də etiraf etmişdir ki, onlar boşandıqdan sonra qeyri-rəsmi olaraq 6-7 il birlikdə yaşamışlar. Halbuki, onlar boşanmamışdan əvvəl birgə nikah dövründə, 2008-ci ildə iddiaçı öz adına aldığı ünvan 1 ünvanında yerləşən 4 otaqlı evini rəsmi boşandıqdan sonra (boşanma 2011-ci ilin yanvar ayında olmuş, lakin 2011-ci ilin aprel ayında barışmışlar), lakin barışıb birlikdə yaşadıqları vaxt, yəni, 03 aprel 2012-ci il tarixdə satmış və həmin alqı-satqı zamanı cavabdehin razılığı olmuşdur. Baxmayaraq ki, onlar artıq rəsmi boşanmışlar və mənzil də iddiaçının adına idi, yenə də birgə nikah dövründə əldə olunduğuna görə və cavabdehin mülkiyyət hüququ olduğu üçün cavabdehin mənzilin satılmasına razılığı alınmışdır. Buna baxmayaraq, sözügedən ünvan 2ində yerləşən torpaq sahəsini cavabdeh iddiaçını n razılığı olmadan satmış və onun mülkiyyət hüququ pozulmuşdur.
10. Onların nikahı 2011-ci ildə rəsmi qaydada pozulduqdan sonra iddiaçı həmin torpaq sahəsində 2012-2014-cü illər ərzində tikinti işləri aparmışdır. Belə ki, iddiaçı qeyd olunan torpaq sahəsindəki tikinti işlərini Əliyar Əliyev küçəsində yerləşən 4 otaqlı mənzilinin 2012-ci ildə satılmasından əldə olunmuş vəsaitin hesabına həyata keçirərək, torpaq sahəsini hasara aldırmış, 3 mərtəbəli qeyri-yaşayış sahəsi tikdirmişdir. Bu hal onunla da sübut olunur ki, 4 otaqlı mənzili satdığı dövrdə iddiaçı adına heç bir əmlak almamış, yalnız Fatmayı kəndində qeyri-yaşayış sahəsini tikmiş və həmin pulun hamısını qeyd olunan torpaq sahəsindəki tikiliyə xərcləmişdir. Həmin tikinti işlərinin aparılması üçün icazənin verilməsinə dair Abşeron Rayo n İcra Hakimiyyətindən sərəncam almış, tikintinin layihəsini çəkdirib, icra hakimiyyətində təsdiqlətmişdir. Bütün bu sənədləşmələr üçün dövlət rüsumları ödəmiş, lakin həmin icazə sənədləri cavabdehdə qalmışdır. Qeyd olunan icazələrin alınması uzun zaman çəkdiyindən tikinti işləri 2012-2014-cü illəri əhatə etmişdir.
11. Bundan başqa, kommunal xətlərin çəkilməsi üçün elektrik dirəkləri basdırmış, kanalizasiya və su xətləri quraşdırmış, qaz xətti çəkdirmiş, sayğac qoydurmuş, bütün bunlara ümumilikdə iddiaçı 3000 manat xərc çəkmişdir. Həmin torpaq sahəsi çökək olduğuna görə orada tikinti işlərinin aparılması üçün 150 “Kamaz” torpaq tökdürmüş, texnika ilə (traktor) həmin torpağı yaydırmış, həmin sahəni düzləşdirəndən sonra 0,10 ha torpaq sahəsinin (20x50 metr) 3 bir tərəfi boyunca Bakı kubiki i lə 4 metr hündürlüyündə, arxa tərəfindən isə 8 metr hündürlüyündə hasar tikdirmişdir. Sahənin içərisində 3 mərtəbəli, 20x13-ə, yəni 780 kv.mdən ibarət qeyri-yaşayış sahəsi tikdirmiş, lakin ailədaxili münaqişələr yenidən başladığı üçün 3-cü mərtəbəni tikdirib başa çatdıra bilməmiş, yarım şəkildə, yəni, tamamlanmamış şəkildə saxlamışdır. Bütün tikinti materialları həmin sahədə qalmaqdadır. İddiaçı yalnız torpaq sahəsini cavabdehin adına keçirtmişdir, üzərindəki tikilini isə boşandıqdan bir neçə il sonra tikmişdir. Cavabdeh də yalnız torpaq sahəsini iddiaçının məlumatı və razılığı olmadan satmış, həmin torpaq sahəsi üzərində yerləşən tikili və onun tərəfindən yığılmış tikinti materialları isə iddiaçının mülkiyyətindədir. Qeyd olunan tikinti materiallarının iddiaçı tərəfindən alınması və onu n mülkiyyətində olmasını təsdiq edən sübutları vardır. Belə ki, həmin tikililəri inşa edən ustalar və həmin tikinti materiallarını aldığı satıcılar, onları həmin sahəyə gətirən “Kamaz” sürücüsü şahiddir. Qeyd olunan avadanlıq və tikinti materialları iddiaçının mülkiyyətindədir və o, öz mülkiyyət hüququndan məhrum olmuşdur. Bu səbəbdən də hesab edir ki, onun pozulmuş hüquqları məhkəmə qaydasında təmin olunmalıdır.
12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 157.1, 157.2, 239.2 və 243.3.-cü maddələrinə istinad etmişdir.
13. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsini onlar 2008-ci ildə birgə nikah dövründə əldə etsələr də, torpaq sahəsinin üzərində yerləşən evi 2012-ci ildə o, atasının yardımı ilə özü inşa etdirmi şdir. Boşanmadan sonra o, iddiaçıya qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2010-cu il tarixli 2(005)-3383/2010 saylı qətnaməsinə əsasən Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin ½ hissəsinin iddiaçının, ½ hissəsinin isə onun mülkiyyətində saxlanılaraq onlara verilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsində barışıq sazişi bağlanıldığından mülki işin icraatına xitam verilmişdir. Barışıq əldə olunsa da, iddiaçı ilə birgə təsərrüfat aparmamış, sadəcə olaraq 2011-ci ildən 2014-cü ilədək bir evdə yaşamışlar. Birgə nikah dövründə əldə olunmuş Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.10 torpaq sahəsini alqı-satqı yolu ilə satmış, həmin pul vəsaitini isə Fransada magistratura təhsili alan oğlunun təhsil xərclərinə sərf etmişdir. Buna görə də iddia rədd edilməlidir.
14. Birinci instansiya məhkəməsi mübahisədə adı keçən torpaq sahəsində aparılmış tikinti işlərinin həcmini və dəyərini müəyyən etmək məqsədilə tikinti-texniki ekspertizası təyin etmişdir.
15. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/4429 saylı rəyinə əsasən ünvan 2ində quraşdırma işləri aparılmaqla fərdi yaşayış evi inşa edilib, lakin tikinti işləri başa çatmayıb. Evin inşa edilməsi ilə əlaqədar yerinə yetirilmiş tikinti işlərinin dəyəri (torpaq işləri, tikinti materiallarının daşınma xərcləri, fəhlə əməyinin haqqı nəzərə alınmaqla) təqribən 82592,9 manatdır. Yerinə yetirilmiş tikinti işlərinin həcmi və nədən ibarət olması rəyə əlavə e dilmiş smetada ətraflı göstərilmişdir.
16. Üçüncü şəxs X7 iddia müddətinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə onun arasında müvafiq əmlakla bağlı mübahisəli alqı-satqı müqaviləsi bağlanan zaman cavabdehin şəxsiyyət vəsiqəsinin surətindən və vətəndaşlıq vəziyyəti aktlarının müvafiq çıxarışından məlum olmuşdur ki, cavabdeh subaydır və ona satılmış əmlak rəsmi olaraq cavabdehin mülkiyyətindədir, buna görə də iddiaçının razılığı tələb olunmamışdır. Əmlakın alqı-satqı müqaviləsi imzalanan zaman digər bir şəxsin razılığının alınmasına zərurət olmamışdır. Bununla da qeyd etmək istəyir ki, o, vicdanlı alıcı qismində alqı-satqı yolu ilə əmlakı əldə etmişdir. Abşeron rayonu 1 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfin dən təsdiq olunmuş 22 dekabr 2018-ci il tarixli 4Ə-4138 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən AN-İ seriyalı ******* nömrəli 22 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən göründüyü kimi, ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,1 ha torpaq sahəsini cavabdeh ona 79000 manat qiymətə satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli 13 fevral 2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2i, 0,10 ha sahəsi olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur, daşınmaz əmlakın dövlət reyestrində 69 nömrəli reyestr kitabının 135 nömrəli vərəqində qeydiyyata alınmışdır. O, hər hansı bir hüquq pozuntusu törətməmiş, vicdanlı alıcı olaraq alqı-satqı müqaviləsi ilə 79000 manat pul vəsaitini verərək ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,10 ha torpaq sahəsini cavabdehdən almışdır. Eyni zamanda, mövcud tikili illərdir ki, onun mülkiyyətindədir. Bu baxımdan vicdanlı alıcı olmağını nəzərə alaraq iddia tələbinin ona aid olan hissəsində tam əsassız olduğundan rədd edilməsi ilə bağlı müvafiq qətnamənin çıxarılmasını və əmlakın üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının iddiası əsaslı olduğu təqdirdə belə, onun tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri baxımdan iddia müddəti ötürülmüşdür.
17. Birinci instansiya məhkəməsində şahid Loğman Əliyev göstərmişdir ki, o, usta kimi iddiaçı ya məxsus ünvan 2ində yerləşən 0.10 ha torpaq sahəsində üç mərtəbədən və bir mansartdan ibarət olan fərdi yaşayış evinin tikintisində iştirak etmişdir. Ondan öncə isə o, iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi metrosu yaxınlığında yerləşən avtoyuma yerini də inşa etmiş, elə həmin vaxtdan iddiaçı ilə tanışlıq münasibətləri yaranmışdır. ünvan 2ində yerləşən torpaq sahəsindəki tikilini o, başqa ustalarla birlikdə inşa etmiş, daha doğrusu həmin ustalara o, rəhbərlik etmişdir. Həmçinin, tikilinin ikinci mərtəbəsi inşa edilmiş, lakin sonradan tikili yarımçıq qalmışdır. Ümumilikdə, inşa edilmiş tikilinin birinci mərtəbəsi torpaqdan iki metr dərinlikdə olmaqla bünövrəsi qoyulmuş, həmin tikiliyə çəkilən xərclər isə iddiaçı tərəfindən ödənilmişdir. İddiaçının həyat yoldaşını isə tanımır. Tikintinin təx mini məbləği 70000-80000 manat civarında olardı, onlara isə 10000 manat əmək haqqının verilməsi nəzərdə tutulmuşdur. Tikinti işləri onlar tərəfindən 2012-ci il tarixindən başlanmış 2014-cü ilin iyun və ya iyul aylarında dayanmışdır.
18. Birinci instansiya məhkəməsində şahid X3 göstərmişdir ki, o, iddiaçıya torpaq sahəsində üç mərtəbəli yaşayış sahəsinin inşa edilməsində iştirak etmişdir. O, usta Loğman Əliyev ilə birlikdə işləmiş, işləri Loğman Əliyev görmüş, o isə işçi kimi işləmişdir. Həmin tikinti onlar tərəfindən 2012-2014-cü il tarixlərində görülmüşdür. O, iddiaçını yaşayış evinin sahibi kimi tanımışdır. Tikinti işlərinin aparıldığı sahədə böyük su hövzəsi və böyük obyekt tikintisinə başlanılmışdır. O, evin ikinci mərtəbəsinə kimi həyata keçirilmiş tikinti işlərinin görülməsində fəhlə kimi iştirak etmişdir. Tikintilər beton konstruksiyalar ilə görülmüşdür. Görülən işlərin müqabilində əmək haqqını o, Loğman Əliyevdən almışdır. Loğman Əliyevə isə pulu tikintinin sahibi olan iddiaçı vermişdir.
19. Birinci instansiya məhkəməsində şahid X8 bildirmişdir ki, o, “Kamaz” sürüsü kimi fəaliyyət göstərmişdir. İddiaçının ünvan 2ində inşa etdirdiyi yaşayış evinin yerləşdiyi torpaq sahəsi çökək olduğundan o, həmin sahəyə 150 maşın torpaq və mişar daşı daşımışdır. Ev üçüncü mərtəbəyə kimi tikilmiş, lakin sonradan tikinti işləri dayandırılmışdır. Həmin tikintinin sahibi kimi iddiaçını tanımışdır və ona əmək haqqını iddiaçı vermişdir. O, tikintidə 2012-2013-cü illərdə işləmişdir. Tikintidə iddiaçıdan savayı, başqa heç kimi görməmişdir
20. Abşeron Rayon Məhkəməsinin 2(009)-237/2021 nömrə li iş üzrə 28 dekabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə sərf olunmuş cəmi 79.500 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması qət edilmişdir. (hakim Habil Əhmədov)
21. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.1997-ci il tarixdə nikaha daxil olmuş və birgə nikah dövründə tərəflər ünvan 2ində yerləşən 0.10 ha torpaq sahəsini, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi 0.5625 ha torpaq sahəsində yerləşən 2 saylı mənzili, Bakı şəhəri Nərimanov rayonu Mayakovski küçəsi 15 saylı evin 13 saylı mənzili, Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsi 19/3 saylı evin 9 saylı mənz ili əldə etmişlər. Tərəflərin nikahı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş və bu barədə tərəflərə nikahın xx.xx.2011-ci il tarixdə ləğv edilməsinə dair Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixli AZ-İ № 301668 saylı şəhadətnamə verilmişdir. Cavabdeh Abşeron rayonu Fatmayı kəndində yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsini alıcı X5 79000 manata satmışdır. Hazırda iddiaçı Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə sərf olunmuş tikinti materiallarının və digər xərclərin dəyəri olaraq 82500 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasınİ istəyir.
22. Birinci instansiya məhkəməsi tərəflərin birgə nikah dövründə əldə edilmiş, hazırda iddiaçı tərə findən mübahisələndirilən daşınmaz əmlakın hüquqi rejiminə qiymət verərək göstərmişdir ki, tərəflər birgə nikah dövründə ünvan 2ində yerləşən mübahisəli 0.10 ha torpaq sahəsini almış, həmin torpaq sahəsi cavabdehin adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Tərəflərin nikah münasibətləri pozulduğundan cavabdeh əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2010-cu il tarixli 2(005)-3383/2010 saylı qətnaməsinə əsasən, tərəflərin birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu Fatmayı kəndi ərizisində yerləşən 0.10 ha torpaq sahəsi üzərində tərəflərin ½ hissədə payları müəyyən edilmişdir. Lakin tərəflər ailə nikah münasibətlərini bərpa etmək niyyəti ilə barışığa gəlmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(103)-1522/2011 saylı qərardadına əsasən həmin iş üzrə iddiaçı olan hazırki cavabdehin iddiadan imtinası qəbul edilərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(005)-3383/2010 saylı qətnaməsi ləğv edilmişdir. Tərəflərin nikah münasibətləri pozulduqdan sonra iddiaçı mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsində yerləşən 19/3 saylı evin 3 otaqlı 9 saylı mənzilini satmış və həmin mənzilin satışından əldə olunmuş pul vəsaiti hesabına ünvan 2ində yerləşən 0.10 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etməyə başlamışdır.
23. Birinci instansiya məhkəməsi qeyd edilənlər əsasən belə nəticəyə gəlmişdir ki, sözügedən torpaq sahəsi tərəflərin nikah münasibətlərinin qüvvədə olduğu zaman kəsiyində alındığından tərəflərin birgə nikah dövründə əldə edilmiş, yəni, onların ümumi birgə mülkiyyəti kimi nəzərdən keçirilməli, lakin həmin torpaq sahəsi üzərindəki tikili isə tərəflərin nikah münasibətlərinə xitam verildikdən sonra inşa edildiyindən həmin fərdi yaşayış evi tərəflərin birgə nikah dövrü tarixinə təsadüf etmir. Bu səbəbdən də, iddiaçı həmin fərdi yaşayış evinin tikintisinə sərf olunmuş tikinti materialları, həmin materiallar olmadığı təqdirdə isə həmin materialların alınmasına, ustalara, həmçinin, rəsmi icazələrin alınması üçün ödənilmiş pul vəsaitinin yarı şəkildə deyil, məhz cavabdehdən tam şəkildə tutulmasına tələb etməkdə haqlıdır.
24. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı işin həqiqi hallarının müəyyən edilməsi məqsədilə tədqiq olunmuş şahid ifadələri, həmçinin, fotoşəkillər əsasında sözügedən fərdi yaşayış evinin tikintisi üçün gərəkli tikinti materiallarının iddiaçının maddi vəsaiti hesabına alındığı öz təsdiqini tapmışdır.
25. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən vurğulamışdır ki, müəyyən məbləğ qarşılığında inşa edilmiş tikilinin iddiaçının vəsaiti hesabına sökülməsi daha böyük miqdarda vəsait tələb edəcəyindən, nəticə etibarı ilə iddiaçı maddi itkiyə məruz qalacağından, həmçinin tikilinin inşasına sərf olunmuş tikinti materiallarının söküntü nəticəsində zərərə məruz qalacağı hallar nəzərə alınmaqla onların ilkin vəziyyətdə iddiaçıya təqdim edilməsinin mümkünsüzlüyü istina edilmədiyindən iddia tələbi tikilinin cavabdehin vəsaiti hesabına sökülərək qaytarılmasına dair hissədə əsassız hesab edilərək təmin edilməməlidir.
26. Birinci instansiya məhkəməsinin iddiaçının xeyrinə tutulmalı olan pul vəsaiti ilə bağlı mövqeyi belə olmuşdur ki, iddiaçı iddia tələbində tikinti materiallarının alınmasına sərf olunmuş 69500 manat, ustalara əmək haqqı olaraq 10000 manat, kommunal xətlərin çəkilməsi və rəsmi icazələrin alınması üçün isə 3000 manat olmaqla cəmi 82500 manat pul vəsaitinin tutulmasını xahiş etmiş, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, şahid ifadələri əsasında həmin tikilinin inşa edilmə tarixinin 2012-2014-cü illəri əhatə etdiyi öz təsdiqini tapmışdır. Həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/4429 saylı rəyi ilə ünvan 2ində quraşdırma işlərinin təqribi dəyəri 82592,9 manat müəyyən edilmişdir. Lakin ekspert rəyinə əsasən, 2012-2014-cü illərdə mövcud olmuş tikinti mate riallarının dəyəri barədə məlumat bazası olmadığından, tədqiq olunan binanın tikintisində istifadə edilmiş tikinti materiallarının dəyəri hazırda mövcud olan orta bazar qiymətlərinə uyğun olaraq hesablanmış, iddiaçı isə iddia tələbində sərf olunmuş tikinti materiallarının hazırki dövr üçün deyil, məhz həmin dövr üçün dəyərini hesablamaqla tələb etmişdir.
27. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi ilə ekspert rəyini paralel şəkildə, qiymətləndirərək belə qənaətə gəlmişdr ki, məhkəmə irəli sürülmüş iddia tələbi həcmində qətnamə çıxardığından, irəli sürülmüş tələblər əsasında tikinti materiallarının dəyərinə görə 69500 manat, ustaya çəkilmiş xərclərə görə 10000 manat olmaqla cəmi 79500 manat pul hissəsində iddia əsaslı hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 21 8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
28. Birinci instansiya məhkəməsi iddia tələbinin kommunal xətlərin çəkilməsi və rəsmi icazələrin alınmasına görə xərclənmiş 3000 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasibətdə göstərmişdir ki, iddiaçı bu tələbinin əsası kimi istinad etdiyi halı sübuta yetirəcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz.
29. Birinci instansiya məhkəməsi üçüncü şəxs X4 iddia müddətinin tətbiqi barədə ərizəsini iddianın rədd edilməsi baxımıdan qəbul etməmiş və bunu onunla əsaslandrımışdır ki, fərdi yaşayış evi tərəflərin nikah münasibətlərinə xitam verildikdən sonra, yəni 2012-2014-cü illər arasında tikilmiş, torpaq sahəsi isə xx.xx.2018-ci il tarixində X1. İddiaçının hüququnun pozulduğu tarixi torpaq sahəsinin satıldığı tarix olaraq, yəni xx.xx.2018-ci ildir, ümumi iddia müddətini tətbiq etdikdə, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.
30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 29.1, 32.1, 32.2.2, 36-cı, Mülki Məcəllənin 373.1, 377.1, 1115-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə və “Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
31. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi ba rədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. İş üzrə məhkəmə ilk növbədə öhdəliyin yaranma əsasını müəyyən etməli oldugu halda, hüquqi səhvə yol verərək, mübahisəyə tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlakın bölgüsü kimi yanaşmışdır. Hazırkı mübahisəyə yalnız əsassız varlanma konteksində yanaşmaq mümkündür. Onlar boşanmadan sonra bir müddət birgə yaşamışlar və 2014-cü ildə yenidən faktiki olaraq ayrılıblar və 2018-ci ildə həmin torpaq sahəsi üzərində olan tikili ilə birlikdə satıbdır, lakin məhkəmə iddia müddətini tətbiq etməmişdir.
33. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki k ollegiyasının 2(105)-1103/2022 nömrəli iş üzrə 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, cavabdehdən 39.750 manat alınıb iddiaçıya verilmişdir. (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova, Telman Quliyev)
34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər rəsmi qaydada 2011-ci il tarixdə boşansalar da, 2018-ci ilədək qeyri-rəsmi ailə münasibətlərində olmuşlar. Bu, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərlə və tərəflərin məhkəmədə verilmiş izahatlarla sübuta yetirilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hazırkı mübahisəyə tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlakın bölgüsü kimi yanaşdıg ı halda, həmin pulun cavabdehdən alınıb iddiaçıya verməsi barədə gəldiyi nəticəni düzgün hesab etməmiş və göstərmişdir ki, Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi tərəflərin ər-arvad kimi qeyri-rəsmi yaşadıqları dövrdə inşa edilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi mübahisə olunan əmlakın tikintisində cavabdehin heç bir maddi köməklik göstərməməsi barədə iddiaçının izahatına tənqidi yanaşmış və belə qənaətə gəlmişdir ki, ünvan 2i ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə sərf olunmuş 79500 manat pul vəsaiti tərəflər arasında bərabər şəkildə bölünməlidir. Yəni 79500:2=39.750 manat pul cavabdehdən tutulub iddiaçıya verilməlidir.
37. Apellyasiya instansiya məhkəmə si iddia müddətinin tətbiq edilməməsi barədə cavabdehin dəlilini əsassız sayaraq həmin hissədə birinci instansiya məhkəməsini mövqeyi ilə razı olduğunu göstərmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
38. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
39. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılaraq əlavə qeyd edilmişdir ki, cavabdehin məqsədi yalnız iddiaçıya məxsus olan, xüsusi mülkiyyətində olan çoxsaylı əmlakları nəyin bahasına olursa, olsun ələ keçirməkdir. Nəhayət, asan yolla varlanmışdır. Nəticədə, iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnən qanunsuz qətnamə qəbul olunmuşdur. 2011-ci ildən sonra tərəflər birgə təsərrüfat idarə etməmişlər. Formal olaraq bir mənzildə, ayrı-ayrı otaqlarda yad adamlar kimi yaşamışlar, lakin ailə münasibətlərini yenidən bərpa etməmişlər. Həmin tikiliyə hazırkı bazar qiyməti ilə 200.000 manatdan çox pul xərcləmişdir. Əslində, həmin tikilinin hazırkı bazar qiyməti 200.000 manatdan çoxdur. Fatmayi kəndində yerləşən həmin 0.10 ha torpaq sahəsinin qiyməti 160.000 manatdan çoxdur. Azərbaycan Respublikası "xxxx" MMC Qiymətləndirmə Şirkətinin verdiyi xx.xx.2022-ci il tarixli, MB 15/0590 nömrəli arayışlarına əsasən Abşeron rayonu, Mehdiabad kəndinin çıxacağı, Fatmayi kəndi istiqaməti, yol kənarı 1-ci cərgədə yerləşən qeyri-yaşayış təyinatlı torpaq sahəsinin 7 iyun 2022-ci il tarixinə orta bazar dəyəri 16.000 AZN sot təşkil edir. Cavabdeh bir sotu 16.000 manat olan, 0,10 ha torpaq sahəsini üstündə olan t ikilisiz, yəni qeyri-yaşayış sahəsiz, hansı səbəbdən 79.000 manata və nisyə olaraq satmışdır. Cavabdehin qanunsuz olaraq iddiaçıya məxsus əmlakı ələ keçirmək və asan yolla varlanmaq niyyəti olduğunu bildirmişdir.
40. Cavabdeh (vəkil X9) də kassasiya şikayəti verərək qətnamənin qismən – iddia tələbinin təmin olunan hissəsində ləğv, həmin hissədə də iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
41. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmiş, tətbiq edilməli olan maddi hüquq normasını isə, tətbiq etməmişdir. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanma ya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Nəzərə alınsa ki, tərəflər boşanmadan sonra bir müddət birgə yaşayıblar və 2014-cü ildə yenidən faktiki olaraq ayrılıblar və 2018-ci ildə həmin torpaq sahəsi üzərində olan tikili ilə birlikdə satılıbdır, bu zaman iki illik iddia müddətinin keçməsi açıq-aşkardır və cavabdeh tərəf birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir. Qeyd olunan hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən qismən nəzərə alınmışdır.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)5625/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərar ı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyun 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
43. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur: - apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır; - tərəflər arasındakı mübahisə onların birgə nikahı dövründə əldə edilmiş torpaq sahəsi üzərində inşa edilmiş tikilli ilə bağlı yaranmışdır; - işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh 23 oktyabr 1997-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 19 aprel 2011-ci il tarixdə o nların nikah münasibətlərinə xitam verilmişdir. Tərəflər birgə nikah dövründə ünvan 2ində yerləşən 0.10 ha torpaq sahəsini əldə etmişlər, həmin əmlak cavabdehin adına rəsmiləşdirilmişdir; - tərəflər arasındakı rəsmi nikah pozulduqdan bir müddət sonra onlar faktiki olaraq birlikdə yaşamağa başlamışlar. Həmin müddətdə 2012-2014-cü illərdə torpaq sahəsi üzərində tikili inşa edilmişdir, bununla belə tikinti işləri başa çatmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır; - sözügedən torpaq sahəsi 22 dekabr 2018-ci il tarixdə cavabdeh tərəfindən üçüncü şəxsin xeyrinə özgəninkiləşdirilmişdir. Müqavilədə əmlakın dəyəri 79.000 manat göstərilmiş, alıcı tərəfindən həmin məbləğ tam şəkildə ödənilmişdir. İddiaçı hazırda torpaq sahəsi üzərində tikilinin inşasına sərf edilmiş tikin ti materiallarının, həmin tikinti materialları olmadığı təqdirdə isə onların dəyərinin, yəni 69.500 manat, ustalara ödənilmiş məbləğə görə 10.000 manat, kommunal xətlərin çəkilməsinə və rəsmi icazələrin alınmasına görə ödənilmiş 3.000 manat olmaqla, cəmi 82.500 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir; - iş üzrə alınmış ekspert rəyi ilə ünvan 2ində yerləşən 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin inşa edilməsi ilə əlaqədar yerinə yetirilmiş tikinti işlərinin dəyərinin təqribən 82.592 manat olması müəyyən edilmişdir; - apellyasiya instansiya məhkəməsi iddiaçının iddia tələbi ilə ekspert rəyini paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək belə qənaətə gəlmişdir ki, məhkəmə irəli sürülmüş iddia tələbi həmcində qətnamə çıxardığından, irəli sürülmüş tələblər əsasında tikinti materiallaırnın dəyərinə görə 69.500 manat, ustaya çəkilmiş xərcə görə 10.000 manat olmaqla, cəmi 79.500 manat pul vəsaitinin tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır; - bununla belə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilmişdir ki, fərdi yaşayış evi tərəflərin ər-arvad kimi qeyri-rəsmi yaşadıqları dövrdə inşa edildiyindən, məhkəmə kollegiyası iddiaçının Cavabdeh mübahisə olunan əmlakın tikintisində heç bir maddi köməklik göstərməməsi barədə izahatına tənqidi yanaşır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tikiliyə sərf edilmiş 79.500 manat pul vəsaiti tərəflər arasında bərabər bölünməli, 39.759 manat cavabdehdən alınıb iddiaçıy a verilməlidir; - Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır; - faktiki nikah münasibətlərində olma rəsmi nikah kimi qiymətləndirilmədiyindən,yəni rəsmi nikahın doğurduğu hüquq nəticələri yaratmadığından faktiki nikah müddətində tərəflərin birinin əldə etdiyi, yaxud inşa etdiyi əmlaka münasibətdə digərinə hər hansı hüquq yaratmır; - apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən xüsusatlara qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə və müb ahisənin maddi-hüquqi əsasını ümumiyyətlə düzgün müəyyən etməmişdir; - belə ki, iddiaçının tələbini qanuni əsasını Mülki Məcəllənin 1091, 1092, 1093-cü maddələri təşkil etdiyi halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə üzrə tətbiq edilməli olmayan qanunvericilik normaları tətbiq edilmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
44. Təkrar apelyasiya baxışında Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-870/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki işin mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Almaz Süleymanova)
45. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh ünvan 3 ünvanda qeydiyyatdadır. İddiaçı qeyd olunan iddia tələbi ilə torpaq sahəsinin yerləşdiyi yer üzrə məhkəməyə müraciət etmiş, lakin birinci instansiya məhkəməsi iddiaçının tələbinə mübahisəli torpaq sahəsinin yerləşdiyi yer üzrə məhkəmədə baxılması qənaətinə gələrək iddia ərizəsini icraata qəbul etməklə tələb üzrə yekun məhkəmə aktı qəbul etmişdir.
46. Bu baxımdan, hazırkı iddia tələbi cavabdehin yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olduğu halda, Abşeron Rayon Məhkəməsi ərazi aidiyyəti qaydalarını pozmaqla işi icraata götürərək qətnamə qəbul etməklə, MPMnin 35.1. maddəsinin tələblərini pozmuşdur. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
47. İd diaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 3 avqust 2023cü il tarixli, 2(102)-3153/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-870/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərardadı ləğv olunmuş, iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
49. Kassasiya instansiyası məhkəməsnin mövqeyinə görə apellyasiya instansiyası məhkəmə nəzərə almamışdır ki, iddia ərizəsi xx.xx.2020-ci ildə icraata qəbul olunmuş, çoxsaylı prose ssual hərəkətlər edilmiş məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq rəy alınmış, şahidlər dindirilməklə birinci instansiya məhkəməsində icraat bir ildən artıq müddətdə davam etmişdir. Bundan sonra apellyasiya icraatı və kassasiya icraatları başlanmış və sonuncu kassasiya icraatında apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi hüquqi əsasın düzgün tətbiq edilməməsinə görə ləğv edilmiş və yeni apellyasiya baxışına qaytarılmışdır.
50. İddia ərizəsinin icraata qəbul edilməsindən iddianın aidiyyəti üzrə göndərilməsinə dair sonuncu qərardadın qəbul edilməsi vaxtınadək (xx.xx.2023-cü il tarixədək) üç ildən artıq müddət keçmişdir. Cavabdehin rəsmi qeydiyyat yeri Nərimanov rayonun inzibati ərazisində yerləşir. Lakin tərəflər artıq baş tutmuş əvvəlki üç icraatda (birinci, apellyasiya və kassasiya) işin ərazi aidiyyəti ilə bağlı heç vaxt mübahisə açmamışlar, hətta birinci və apellyasiya icraatında dəfələrlə məhkəmə iclası keçirilsə də, tərəflər işin ərazi üzrə başqa məhkəməyə aid olması məsələsini mübahisələndirməmişlər. Sonuncu məhkəmə baxışı zamanı apellyasiya məhkəməsi öz təşəbbüsü ilə prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq işin ərazi aidiyyəti ilə bağlı qərardad çıxarmışdır. Lakin nəzərə alınmamışdır ki, məhkəmə icraatının digər vəziflərindən biri də tərəflərin və məhkəmənin vaxtına, məsrəflərinə və zəhmətinə qənaət etməkdən, yalnız tərəflərin razılığa gəlmədiyi təqdirdə məhkəmədə həmin mübahisələr üzrə işə baxılmasından ibarətdir. h) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
51. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 noya br 2023-ci il tarixli, 2(105)-1940/2023 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-237/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov, Fuad Məmmədov)
52. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələbini, eləcə də hazırki iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan hüquqi mövqeyi rəhbər tutaraq hеsаb еtmişdir ki, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə iddiaçının iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1091, 1092, 1093-cü maddələri tətbiq edilməlidir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apelly asiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.
53. Əvvəla, tərəflər arasındakı mübahisə onların birgə nikahı dövründə əldə edilmiş torpaq sahəsi üzərində inşa edilmiş tikilli ilə bağlı yaranmışdır. Belə ki, iddiaçı ünvan 2ində yerləşən 0.10 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə sərf olunmuş tikinti materiallarının, həmin tikinti materialları olmadığı təqdirdə isə onların dəyərinin, yəni 69500 manat, ustalara ödənilmiş məbləğə görə 10000 manat, kommunal xətlərin çəkilməsi və rəsmi icazələrin alınmasına görə ödənilmiş 3000 manat olmaqla cəmi 82500 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
54. Hazırkı işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh 23 oktyabr 1997-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 19 aprel 2011-ci il tarixdə onların nikah münasibətlərinə xitam verilmişdir. Tərəflər birgə nikah dövründə ünvan 2ində yerləşən 0.10 ha torpaq sahəsini əldə etmişlər, həmin əmlak cavabdehin adına rəsmiləşdirilmişdir. Tərəflər arasındakı rəsmi nikah pozulduqdan bir müddət sonra onlar faktiki olaraq birlikdə yaşamağa başlamışlar. Həmin müddətdə 2012-2014-cü illərdə torpaq sahəsi üzərində tikili inşa edilsə də, tikinti işləri başa çatmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Sözügedən torpaq sahəsi 22 dekabr 2018-ci il tarixdə cavabdeh tərəfindən üçüncü şəxsin xeyrinə özgəninkiləşdirilmişdir. Müqavilədə əmlakın dəyəri 79000 manat göstərilmiş, alıcı tərəfindən həmin məbləğ tam şəkildə ödənilmişdir.
55. Apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlarına istinadən göstərmişdir ki, hazırkı iş üzrə mübahisəli əmlakın ər-arvadın birgə mülkiyyəti kimi sayılması üçün K onstitusiya Məhkəməsinin qərarlarında öz əksini tapmış hər hansı bir şərtin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.
56. Apellyasiya instansiyası məhkəməsi “tərəflərin ailə nikah münasibətlərini bərpa etmək məqsədilə faktiki bir yerdə yaşaması və Abşeron rayonu Fatmayı kəndində yerləşən torpaq sahəsinin alqı-satqısı nəticəsində əldə olunmuş pul vəsaitini Fransada magistratura təhsili alan oğlunun təhsil xərclərinə sərf etməsi” ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülmə sinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
57. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiq edilməməsi barədə cavabdehin apellyasiya şikayətinin dəlili üzrə göstərmişdir ki, iş materiallarında olan iddia müddətinin tətbiqi barəsində ərizəni cavabdeh tərəfindən yox, üçüncü şəxs X7 tərəfindən verilmişdir. Mülki Məcəc əllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mülki-Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmədiyindən, cavabdehin həmin dəlili əsaslı hesab edilə bilməz.
58. Apellyasiya instansiyası məhkəməsi şərh olunanları ümumiləşdirərək belə nəticəyə gəlmişdir ki, cavabdeh apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmiş, lakin iddiaçı öz iddia tələbinin əsasını təşkil etdiyi halları sübuta yetirə bilmişdir. Faktiki nikah münasibətlərində olma rəsmi nikah kimi qiymətləndirilmədiyindən, yəni rəsmi nikahın doğurduğu hüquq nəticələri yaratmadığından faktiki nikah müddətində tərəflərin birinin əldə etdiyi əmlaka münasibətdə digər tərəf hüquq əldə etmir. Belə olan halda tərəflər arasındakı mülki mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq norması Mülki Məcəlləsinin əsassız varlanmaya dair normaları, tələbin hüquqi əsasını məhz həmin normalar təşkil edir.
59. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsini 1.4, Mülki Məcəllənin 386.1, 1091.1, 1091.2, 1092.1.1, 1093.1, 1095-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şə rh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
60. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair qəbul edilməsini xahiş etmişdir.
61. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh nikahları pozulduqdan sonra da bir yerdə yaşamışlar, iddiaçı özü də iddia ərizəsində həmin halları t əsdiq etmişdir. Onların birgə yaşadıqları dövrdə iddiaçıya məxsus torpaq sahəsində iddiaçının tikili tikdirməsi nəticəsində əldə edilmiş vəsait əsassız varlanma kimi qiymətləndirilməməlidir. Belə ki, iddiaçı və cavabdeh həmin vaxt bir yerdə yaşayıblar, iddaçının əmlakına sərəncam verilməsinə hər hansı bir şəkildə məhdudlaşdırılmasını təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. İddiaçı ilə cavabdeh arasında əmlakın idarə edilməsi və satılmasına dair tərəflər arasında hər hansı bir müqavilə mövcud olmamışdır.Tərəflərin birgə nikahdan iki övladları vardır, onlardan biri isə Azərbaycan Respublikasından kənarda təhsil alırdı. Tərəflərin razılığı ilə satılan əmlak bütünlüklə övladlarının təhsil və digər xərclərinə aid edilmişdir. Cavabdehin iddia tələbi təmamilə əsassızdır. Belə k i,cavabdehin iddia ərizəsində qeyri-yaşayış sahəsinin onun razılığı olmadan satılmasına istinad etməsi onun tələbinin hüquqi əsası kimi müəyən edilməməlidir. İş üzrə iddia müddətinin tətbiqinə dair ərizənin məhz cavadeh tərəfindən verilməməsi nəticəsinə gəlməkdə də məhkəmə haqlı olmamışdır. Belə ki, cavabdeh şikayət və etirazlarında müddətin tətbiqinə dair mövqeyini dəfələrlə bildirmişdir. Məhkəmə isə belə bir nəticəyə gəlmişdir ki, iddia müddətinin tətbiqinə dair ərizə cavabdeh tərəfindən deyil məhz iş üzrə 3-cü şəxs tərəfindən verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
62. Kassasiya şikayətinə dair qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 1.4. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımda n tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2.7 Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.1.1. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Maddə 1093.1. Öhdəliyin icrası üçün d eyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin g əldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qər ardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o c ümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
63. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Kassasiya şikayətində cavabdeh qətnamənin ləğvini xahiş etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin şikayəti üzrə iddianın təmin edilən hissəsində olmuşdur. Bu baxımdan, qətnaməni tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.
65. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidl iyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
67. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
68. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 5259-cu bəndlərində əks edilən qiymətlə ndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.
69. İddia tələbi əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitini alınması barədədir.
70. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
71. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
72. Apellyasiya instansiyası məhkəməsi tərəfindən id dia müddətini tətbiq edilməməsi barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, əvvəla həmin məsələyə apellyasiya instansiyası məhkəməsi öz mövqeyini bildirmişdir. (bax:57-ci bənd)
73. Bundan əlavə, məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.
74. Qeyd edilən normanın məzmunundan belə nəticə çıxır ki, iddia müddətinin tətbiqi barədə ərizəni mübahisə tərəfi məhkəmə qərarı çıxarılanadək verməlidir.
75. İşdən görünür ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməmişdir. Həmin ərizəni iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs vermişdir.
76. Mə hkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin tətbiqi barədə ərizə fərdi müdafiə vasitəsi olmaqla, hər bir şəxsə münasibətdə ayrılıqda tətbiq edilməli olan hüquq müdafiə institutdur.
77. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia müddətinin tətbiqinin istisna edilməsi barədə mövqeyini əsaslı dayır.
78. Kassasiya şikayətinin digər dəlilləri isə kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə əvvəlki qərarında göstərilən mövqeyi baxımından əsaslı sayıla bilməz.
79. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
80. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, m əhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1940/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.