Məhkəmə qərarları › İş №2(102)-1139/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-1139/2025

11.03.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1139/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (“Nizami-11 MMMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5200/2024, xx.xx.2024cü il tarixli qətnaməsində n İddiaçı və üçüncü şəxs "xxxx" MMMC tərəfindən verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (“Nizami-11 MMMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı maneələrin aradan qaldırılması və hasarın bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 2566-cı məhəllədə yerləşən Kooperativə məxsus olan ərazidə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, hasarın əvvəlki vəziyyətində yenidən bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-585/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın rədd edilməs i qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1218/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2252/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1218/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5200/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyas iya şikayəti şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-585/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edimiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı və üçüncü şəxs "xxxx" MMMC tərəfindən kassasiya şikayətləri verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə uyğun olsa da, üçüncü şəxs "xxxx" MMMC-nin kassasiya şikayəti MPM-in tələblərinə cavab vermir. Belə ki, üçüncü şəxs "xxxx" MMMC birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Göründüyü kimi, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi iddianı təmin etmədiyindən üçün cü şəxs "xxxx" MMMC-nin hər hansı bir mənafeyi pozulmamış və onun tərəfindən kassasiya şikayəti verilməsi üçün hər hansı bir əsas yaranmamışdır. MPM-in 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər “tələbləri təmin olunmadığı” hallarda şikayət verə bilərlər. MPM-in 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalan mışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs "xxxx" MMMC-nin kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.1 və 408.3cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiya sının 2(103)-5200/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən üçüncü şəxs "xxxx" MMMC-nin verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar