Məhkəmə qərarları › İş №2(102)-114/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-114/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-114/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, X6, Cavabdeh4 və Cavabdeh5 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, iddia müddətinin tətbiqi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), X2 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Və kilh oğlunun, Cavabdeh1 və vəkili xxx qızının, Cavabdeh X5 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)2745/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: xx xxxxxx 2009-cu il tarixli, 0902-3604/0044 nömrəli kredit müqaviləsi ilə İddiaçı ASC tərəfindən X3 xx xxxxxx 2011-ci il tarixədək, illik 26% ödəmək şərti ilə 200000 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi xx xxxxxx 2009-cu il tarixli, 0902-3604/0044/i nömrəli sonrakı ipoteka müqaviləsi ilə X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü etmişd ir. X4 yuxarıda qeyd olunan krediti qəbul etmiş, lakin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. İddiaçı ASC tərəfindən təqdim olunmuş arayışa əsasən X4 tərəfindən Banka xx xxxxxx 2009-cu il tarixdən xx xxxxx 2012-ci il tarixədək müxtəlif məbləğlərdə ödənişlər olunmuş, sonradan uzun müddət ərzində ödənişlərin həyata keçirilməsi dayandırılmış, daha sonra isə xx xxxx 2016-cı il tarixdə 1 ABŞ dolları, xx xxxxxx 2016-cı il tarixdə 41,24 ABŞ dolları, xx xxxxxx 2017-ci il tarixdə 23,12 ABŞ dolları məbləğində ödəniş edilmişdir. X4 tərəfindən İddiaçı ASC-nin İdarə Heyətinin sədrinə ünvanladığı xx xxxxxx 2017ci il tarixli ərizəyə əsasən, borcalan xx xxxxxx 2009-cu ildə 200000 ABŞ dolları kredit götürdüyünü, kredit müqaviləsi üzrə banka 152997 ABŞ dolları borcunun qaldığını və oğlunun səhhətinə görə uzun müddət ödəniş edə bilmədiyini göstərərək ona köməklik etməyi bankdan xahiş etmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxx 2018-ci il tarixli, 28948 nömrəli rəyinə əsasən iş materiallarında Azərbaycan Respublikasının Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestrində ekspertiza tədqiqatına təqdim edilmiş xx xxxxxx 2009-cu il tarixli, 0902-3604/0044 nömrəli kredit müqaviləsi üzrə 153060,00 ABŞ dolları məbləğində kreditin verildiyi və həmin müqavilə üzrə qalığın olmaması əksini tapmışdır. İş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 15052 nömrəli rəyinə əsasən kredit müqaviləsi üzrə kredit məbləğinin Cavabdeh1 verilməsi (kassa məxaric orderi təqdim edilməyib), iş materiallar ında olan ssuda hesabından çıxarışların Cavabdeh1 aid olduğu məhkəmə tərəfindən nəzərə alındıqda iş materiallarında olan maliyyə arayışı və hesabdan çıxarış məlumatları, xx xxxxxx 2009-cu il tarixli, 0902-3604/0044 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 xx xxxxxx 2011-ci il tarixədək (sualda göstərilən tarixədək) İddiaçı ASC-yə olan borcu ümumilikdə 263361,86 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 168250 ABŞ dolları, faiz borcu 95111,86 ABŞ dolları. Təqdim edilmiş hesabdan çıxarış və maliyyə arayışı məlumatlarından göründüyü kimi Cavabdeh1 krediti üzrə banka xx xxxxxx 2011-ci il tarixdən sonrakı dövrdə ümumilikdə 15255,36 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Qeyd edilir ki, iş materiallarında olan xx xxxxxxx 2015-ci il tar ixli, xx xxxxxx 2015-ci il tarixli, xx xxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətindən çıxarışda Borcalanın bağlanmış öhdəlikləri hissəsində xx xxxxxx 2009-cu il tarixli, 0902-3604/0044 №-li kredit müqaviləsi üzrə 153060,00 ABŞ dolları məbləğində, kreditin verildiyi, həmin müqavilə üzrə borcun bağlandığı və xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikasının Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətindən çıxarışda Borcalanın bağlanmış öhdəlikləri hissəsində xx xxxxxx 2009-cu il tarixli, 0902-3604/0044 №-li kredit müqaviləsi üzrə 200000,00 ABŞ dolları məbləğində kreditin verildiyi, həmin müqavilə üzrə borcun bağlandığı öz əksini tapmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məh kəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, X6, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 152994,64 ABŞ dolları kredit borcunun, 54277,01 ABŞ dolları faiz borcunun, 115210,43 ABŞ dolları cərimənin, cəmi 322482,08 ABŞ dolları məbləğində borcun (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla), 30 manat notariat xərcinin və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi; Cavabdeh1 məxsus olan ünvan 1 fərdi yaşayış evinə tutmanın yönəldilməsi, evin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, cərimənin, notariat xərcinin və dövlət rüsumunun ödənilməsi; Cavabdeh1 məxsus olan ünvan 1 fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılması; ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə Cavabdeh1 ümumi qaydada tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş və nəticədə borcu yaranmışdır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, sonuncu müqavilədən irəli gələn öhdəliklərini vaxtında icra etməmişdir. Cavabdeh X4 birinci instansiya məhkəməsində icraat zamanı ərizə verərək, iddia müddətinin tətbiq olunmaqla iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ba kı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(001)100/2019 nömrəli qətnaməsi ilə (hakim N.X.Nəbizadə) iddia tələbi rədd edilmişdir. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə öhdəliklər ən geci xx xxxxxx 2011-ci il tarixədək icra edilməli idi. Kredit müqaviləsi üzrə dörd illik fasilədən sonra xx xxxx 2016-cı il tarixdə ödəniş edilsə də, həmin 1 ABŞ dolları məbləğində ödənişin cavabdeh tərəfindən edilməsi həqiqətə uyğun görsənmir. Cavabdeh xx xxxxxx 2009-cu il tarixdən xx xxxxx 2012-ci il tarixədək demək olar ki, hər ay ən çox 3000, ən az 700 A BŞ dolları məbləğində ödəniş etmiş, xx xxxxx 2012-ci il tarixdən ödənişlər kəsilmişdir. Sonra xx xxxx 2016-cı il tarixdə 1 ABŞ dolları ödəniş edilmişdir. Qeyd olunan məsələ məhkəmə iclasında müzakirə olunsa da, iddiaçı həmin 1 ABŞ dolları məbləğində ödənişin cavabdeh tərəfindən edilməsini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmin ödənişin cavabdeh tərəfindən edilməsi qəbul edilsə belə, son ödənişin xx xxxxx 2012-ci il tarixdə (artıq bir ilə yaxın gecikmə ilə) edildiyi təqdirdə Bankın nəyə görə həmin tarixdən 3 il müddət ərzində məhkəməyə müraciət etməməsi anlaşılmır. Məhkəmə hesab etmişdir ki, iddiaçı məhkəməyə xx xxx 2017-ci il tarixdə - kreditin qaytarılması üçün nəzərdə tutulmuş son müddətdən 6 il sonra müraciət etməklə iddia müddətini ötürmüşdür. b) Ap elyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı ASC apelyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(001)-100/2019 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-8833/2019 nömrəli qətnaməsi ilə (hakim A.Ə.Hüseynin sədrliyi və məruzəsi ilə, hakimlər E.Q.Nəbiyevdən və R.Ə.Qurbanovdan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(001)-100/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apelyasiya instansiyası məhkə məsi qeyd etmişdir ki, iddiaçının istinad etdiyi kimi iddia müddəti ötdükdən sonra cavabdeh tərəfindən az məbləğlərdə ödənişlərin həyata keçirilməsi həqiqətə uyğun görsənmir. Həmçinin Mərkəzləşdirilmiş Kredit Reyestrinə təqdim olunan və ekspert rəyi ilə öz təsdiqini tapan məlumatlardan aydındır ki, iddiaçı tələb etdiyi kredit müqaviləsi üzrə heç bir borcun olmaması barədə Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumat vermişdir. İddiaçının məlumatın səhvən verilməsi barədə dedikləri isə ümumiyyətlə həqiqətə uyğun görsənmir. Cavabdeh tərəfindən ardıcıl olaraq ödənilən məbləğlərdən sonuncusu xx xxxxx 2012-ci ildə həyata keçirilmiş, həmin ödənişdən sonra xx xxxx 2016-cı il tarixə qədər (cavabdeh həmin tarixdən sonra olan ödənişlərin onun tərəfindən həyata keçirilmədiyini bildirir) 4 il 15 gün he ç bir ödəniş olmamışdır. Yəni iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülmüşdür. İddiaçının istinad etdiyi ödənişlər və ərizənin yazılması iddia müddəti ötürüldükdən sonra olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1 və 380.2-ci maddələrinə istinad etməklə hesab etmişdir ki, iddia müddətin axımının kəsilməsi iddia müddəti ərzində hüquqi əhəmiyyətə malik olan edilən hərəkətin nəticəsi olaraq ortaya çıxır. İddia müddəti axımının kəsilməsi onu ifadə edir ki, qanunda nəzərdə tutulan əsaslar mövcud olduqda iddia müddətinin axımına xitam verilir, son qoyulur və həmin əsaslar aradan qalxdıqda, iddia müddətinin axımı yenidən başlanır, təzələnir. Normanın məzmunundan da görünür ki, borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri iddia müddətinin ötm əsinə kimi edilməlidir. Əgər iddia müddəti ötərsə, onda borcun etirafı iddia müddəti axımının kəsilməsinə səbəb olmur. Bu, yalnız borclunun könüllü surətdə öhdəliyi icra etmək niyyətini bildirir. Çünki ötmüş iddia müddətinin axımı kəsilə bilməz. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı ASC kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-8833/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-8080/2019 nömrəli qərarı ilə (hakim Q.A.Əsgərovun sədrliyi və məruzəsi ilə, hakimlər E.R.Vəliyevadan və S.F.Hacıyedən ibarət tərkibdə) kasasiya şikayəti qis mən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Ali Məhkəmə hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin iddia müddəti ötdükdən sonra cavabdeh tərəfindən az məbləğlərdə ödənişlərin həyata keçirilməsinin həqiqətə uyğun görsənməməsinə dair qənaəti işin araşdırılmış hallarına uyğun gəlmir. Belə ki, faktiki olaraq ödənişlərin mövcudluğu baxımından apelyasiya instansiyası məhkəməsinin daxili inam əsasında formalaşdırdığı bu qənaətin hüquqi əsası yoxdur. Bundan əlavə, cavabdehin xx xxxxx 2012-ci il tarixdən sonra olan ödənişlərin onun tərəfindən həyata keçirilmədiyini bildirməsinə dair izahatı da məhz xx xxxx 2016-cı ildə 1 ABŞ dolları, xx xxxxxx 2016-cı ildə 41,24 ABŞ dolları və xx xxxxxx 2017-ci ildə 23,12 ABŞ dolları məbləğində ödənişin həyata keçirilməsinə dair sübutların mövcudluğu baxımından araşdırılmamış və bu hallara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, apelyasiya şikayətində göstərildiyi kimi xx xxxxxx 2016-cı ildə 41,24 ABŞ dolları cavabdehin qızı xxx tərəfindən, xx xxxxxx 2017-ci ildə 23,12 ABŞ dolları isə cavabdeh X4 tərəfindən bankın kassasına nağd qaydada ödənilmişdir. Kasasiya məhkəməsi həmçinin hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallardan diqqətəlayiq olan hala, yəni cavabdeh X4 tərəfindən xx xxxxxx 2017-ci il tarixdə banka ərizə ilə müraciət etməsinə, həmin ərizənin məzmununda göstərilənlərə diqqət yetirmədən cavabdehin iddiaya olan etirazının və iddia müddətinin tətbiqi barədə ərizəsinə sözügedən ərizənin məzmunu baxımından hüquqi qiymət verməmişdir. Qeyd edilən ərizəsində bankın İdarə Heyətinin sədrinə müraciət edərək, 200000 ABŞ dolları kredit götürdüyünü, kredit müqaviləsi üzrə banka 152997 ABŞ dolları borcunun qaldığını və oğlunun səhhətinə görə uzun müddət ödəniş edə bilmədiyini göstərərək ona köməklik etməyi bankdan xahiş etmişdir. Cavabdehin bu ərizəsi iş materiallarında olsa da, məhkəmə iddia müddətinin tətbiqi haqqında məsələni həll edərkən ona qiymət verməmişdir. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)2745/2020 nömrəli qətnaməsi ilə (hakim F.F.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və E.M.Həsənovdan ibarət tərkibdə) İddiaçı ASC-nin apelyasiya şikayəti təmin etməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(001)-100/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlamışdır. Apelyasiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh X4 tərəfindən ardıcıl olaraq ödənilən məbləğlərdən sonuncusu xx xxxxx 2012-ci ildə həyata keçirilmiş, həmin ödənişdən sonra xx xxxx 2016-cı il tarixə qədər 4 il 15 gün heç bir ödəniş olmamışdır. Yəni iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülmüşdür. İddiaçının istinad etdiyi ödənişlər və ərizənin yazılması iddia müddəti ötürüldükdən sonra olmuşdur. Məhkəmə Mülki Məcəllənin 380.1 və 380.2-ci maddələrinə istinad edərək həmçinin qeyd etmişdir ki, cavabdeh X4 tərəfindən banka ünvanlanmış, özündə b orcun etirafını əks etdirən, eləcə də bankın nümayəndəsinin məhkəməyə vaxtında müraciət etməmələrinə dair istinad etdiyi ərizənin tarixi xx xxxxxx 2017-ci il tarixdir, həmin tarixə qədər iddia müddəti ötürülmüşdür. Yəni qeyd olunan ərizə iddia müddəti beş ilə yaxın ötürüldükdən banka təqdim edilmişdir. Belə olan halda bankın məhkəməyə müraciət etmək istəmələri, lakin sonradan cavabdeh X1 bank rəhbərliyinə yazılı qaydada müraciətinə dair dəlili özlüyündə əsassızdır. Həmçinin xx xxxx 2016-cı il tarixdə 1 ABŞ dolları, xx xxxxxx 2016-cı il tarixdə 41,24 ABŞ dolları, xx xxxxxx 2017-ci il tarixdə isə 23,12 ABŞ dolları məbləğdə banka ödənişlərin kimin tərəfindən həyata keçirilməsi iddia müddətinin ötürülübötürülməməsinin səbəbi kimi qəbul edilə bilməz. Belə ki, xx xxxxx 2012-ci il tarixdən üç ill ik müddət hesablandıqda xx xxxx 2016-cı il tarixə qədər hər bir halda iddia müddəti ötürülmüşdür. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçı ASC kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2745/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin iddia müddətinin tətbiqinin əsaslı olması nəticəsinə gəlsə də, cavabdehin xx xxxx 2016-cı il tarixdə 1 ABŞ dolları, xx xxxxxx 2016-cı il tarixdə 41,24 ABŞ dolları, xx xxxxxx 2017-ci il tarixdə isə 23,12 ABŞ dolları məbləğdə ödənişlərin etməklə və xx xxxxxx 2017-ci ildə yazdığı ərizə ilə borcunu etiraf etməsini nəzərə almamış və əsassız olaraq Azərbaycan Respublikası MM-in 380-ci maddəsini tətbiq etməmişdir. Həmçinin iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizalarının rəyi ilə borcun mövcud olması təsdiq olunmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh1 kasasiya şikayətinə yazılı etiraz verərək, aldığı kreditin tam ödənildiyini və öhdəliyinə xitam verildiyini, eyni zamanda iddia müddətinin ötürüldüyünü əsas gətirərək, kasasiya şikayətinin təmin edilməməsini, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2745/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkil i Vəkilh oğlu kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 və vəkili xxx qızı kasasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Cavabdeh X9 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə, Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdehlər məhkəməyə gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyə n cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kasator apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kasasiya baxışının predmetini kasasiya şikayətinin dəlillərinə uyğun olaraq apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1 və 380.2-ci maddələrinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia m üddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzs iz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qəra rdadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddia müddətinin ötürülməməsi, bu müddətin hesablanmasında apelyasiya instansiyası məhkəməsi tər əfindən səhvə yol verilməsi ilə bağlı kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin məhkəmə tərəfindən düzgün olaraq Azərbaycan Respublikası MM-in 380.1 və 380.2-ci maddələri tətbiq olunmaqla izah olunmuşdur ki, iddia müddətin axımının kəsilməsi iddia müddəti ərzində hüquqi əhəmiyyətə malik olan edilən hərəkətin nəticəsi olaraq ortaya çıxır. İddia müddəti axımının kəsilməsi onu ifadə edir ki, qanunda nəzərdə tutulan əsaslar mövcud olduqda iddia müddətinin axımına xitam verilir, son qoyulur və həmin əsaslar aradan qalxdıqda, iddia müddətinin axımı yenidən başlanır, təzələnir. Yuxarıda qeyd olunan normanın məzmunundan müəyyən olunur ki, borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri iddia müddətinin ötməsinə kimi edilməlidir. Əgər i ddia müddəti ötərsə, onda borcun etirafı iddia müddəti axımının kəsilməsinə səbəb olmur. Bu, yalnız borclunun könüllü surətdə öhdəliyi icra etmək niyyətini bildirir. Çünki ötmüş iddia müddətinin axımı kəsilə bilməz. Bu mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən birinci kasasiya icraatında qəbul olunmuş qərarda da təsbit edilmişdir. Belə mövqedən çıxış edərək, apelyasiya məhkəməsi əsaslı olaraq cavabdehin ardıcıl ödənişlərinin sonuncusu olan xx xxxxx 2012-ci il tarixdən iddia müddətinin axımını hesablamış və həmin tarixdən 4 il 15 gün sonra, yəni 3 illik iddia müddəti keçdikdən sonra xx xxxx 2016-cı il tarixdə və sonrakı dövrlərdə edilmiş ödənişlərin (həmin ödənişlərin kim tərəfindən edilməsindən asılı olmayaraq) iddia müddətinin kəsmədiyi nəticəsində gəlmişdir. Belə ki, yuxarıd a qeyd olunduğu kimi, artıq iddia müddəti ötürüldükdən sonra həyata keçirilmiş ödənişlər müddətin bərpası üçün əsas ola bilməz. Eyni ilə iddia müddəti 2 ilə yaxın ötürüldükdən sonra, yəni xx xxxxxx 2017-ci il tarixdə cavabdehin banka yazdığı ərizə iddia müddətinin kəsilməsi kimi qiymətləndirilə bilməz. Həmçinin həmin ərizə əsasında tərəflər arasında yeni müqavilə münasibətləri yaranmadığından, ərizəyə istinad edilməklə cavabdehin üzərinə yeni öhdəliklər qoyulması yolverilməzdir. Nəhayət məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə uyğun olaraq kasasiya instansiyası məhkəməsinin əvvəlki icraatında vermiş olduğu bütün göstərişləri icra etmiş, işdə olan sübutlara həmin göstərişlərə uyğun hüquqi qiymət vermiş və iş üzrə ta m, hərtərəfli və obyekti araşdırma aparmaqla, tətbiq edilməli maddi hüquq normaları düzgün tətbiq etmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)2745/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar