Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1141/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARI (Açar sözlər: Podrat müqaviləsi, pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4029/2024 nömrəli, 16 dekabr 2024- cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 28 sentyabr 2018-ci il tarixli, 25 saylı müqaviləyə əsasən İddiaçı "xxxx" MTK-dan Bakı şəhəri Xətai rayonu Ağ Şəhərdə inşa edilən 7 mərtəbəli 9 girişli binada yerləşən mənzili (ərazi BE-008, BE-009, BE-010, blok 2, mərtəbə 6, sahəsi 143,11 kv.m olan 25 nömrəli 3 otaqlı) almışdır.
2. İddiaçı qohumu X2 Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə şikayət edərək, mənzilin İddiaçı sifarişi əsasında Cavabdeh2 və Cavabdeh3 tərəfindən təmir edildiyini, lakin təmirlə bağlı aralarında mübahisə yarandığına görə tərəfindən keyfiyyətsiz təmir edib, dəyərindən artıq vəsait aldığını bildirmişdir.
3. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik leytenantı T.Ağamirovun topla nmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 noyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan və toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işi başlanılması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin araşdırma zamanı Cavabdeh3 mənzilin təmir olunması üçün ona ümumilikdə (hissə-hissə lazım olduqca) 160000 manat pul verildiyini etiraf etmiş, lakin bildirmişdir ki, qaynı İlham vasitəsi ilə həmin puldan 5.100 manatı Elmana qaytarmışdır ki, 8.000 manat mebelə və 6.800 manat qranitə olan qalıq borcunu özü ödəsin. Lakin halhazıra kimi Elman həmin borcları bağlamamış, həmin şəxslərə sifarişi özü v erdiyi üçün sonuncular borclarını оndаn tələb etmişlər. О, təmir müddətində heç bir mənimsəməyə yol verməmişdir. Qiymətlərdə оnun tərəfindən şişirtmələr olmamışdır. Verilən məbləğdən 37.900 manatı təmirə xərclənməsi üçün hissə-hissə Vüqar adlı ustaya vermişdir. Vüqarın həmin təmir işlərində qiymətlərin süni şəkildə artırma edib-etməməsi barədə heç bir məlumatı yoxdur. Həmçinin 8.293 manat tikintiyə aid olmayan digər xərclərə Elmanın razılığı ilə istifadə olunmuşdur. Həmin xərclərin siyahısı qeydə alınmışdır.
4. Qeyd olunan araşdırma zamanı təhqiqatçı tərəfindən ekspertiza təyin edilmiş və İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 37.304 manatın, ödənilmiş 210 manat dövlət rüsumu və vəkil xidmətinə görə ödənilmiş 500 manat olmaqla, cəmi 38.014 manat pulun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Hollandiya Krallığında yaşayır. İddiaçı Bakı şəhəri Xətai rayonu Ağ Şəhərdə "xxxx" MTK tərəfindən inşa edilən Mərkəzi Park kvartalı Pilot BE-008, 009, 010 ərazisində yerləşən binadan sahəsi 143,11 kv.m olan 25 nömrəli, 3 otaqlı mənzili 28 sentyabr 2018-ci il tarixli 25 saylı müqavilə əsasında almışdır. Sözügedən mənzilin təmir edilməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həvalə edilmişdir. Mənzilin təmir edilməsi üçün iddiaçı tərəfindən 2020-2021-ci illər ərzind ə müxtəlif vaxtlarda qaynı İlham Əfəndiyev vasitəsi ilə ümumilikdə 160.000 manat vəsait göndərilmişdir. Görülən təmir işlərinin uzanması ilə əlaqədar olaraq iddiaçı cavabdehlərin gördüyü işi yoxlamaq məqsədi ilə Azərbaycana gəlmişdir. Təmir işlərini yoxlayarkən, təmirin və mətbəx mebelinin onun istədiyi keyfiyyətdə və ödədiyi məbləğə uyğun olmadığını müəyyən etmişdir. Bu barədə cavabdehlərdən maraqlandıqda, sonuncular iddiaçıdan 20.000 manat əlavə pul tələb etmişlər. Yuxarıda qeyd olunan hallardan sonra iddiaçı tərəfindən mal material alınan şirkətlərdən tikinti materiallarının satış qiymətləri öyrənildikdə, qaimələrdə şişirdilmiş qiymətlərin yazıldığını, qaimələrdə qeyd olunan malların cavabdehlərə satılmadığı aşkar edilmişdir. İddiaçı tərəfindən Xətai Rayon Polis İdarəsinə şikayət əriz əsi ilə müraciət olunmuşdur. Aparılmış araşdırma nəticəsində həqiqətən cavabdehlər müxtəlif vaxtlarda iddiaçı tərəfindən onlara ümumilikdə 160.000 manat vəsaitin göndərildiyini, daha sonra həmin məbləğdən 5.000 manat vəsaitin İddiaçı geri qaytardıqlarını izahatlarında bildirmişlər. Xətai RPİ-nin 16 noyabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarında qeyd olunur ki, təmir aparılmış 25 nömrəli mənzildə təmir işlərinin və mebellərin dəyərini müəyyən etmək üçün məhkəmə mühəndis-texniki və əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Ekspertizanın 15 noyabr 2021-ci il tarixli 513/514 saylı rəyindən müəyyən olunmuşdur ki, sözügedən mənzildə aparılmış təmir natamam olmuş və təmir işləri zamanı sərf olunan işlərin ümumi dəyəri 124.834 manat təşkil etmişdir. Həmçi nin, iddiaçı tərəfindən mənzildə görülən təmir işlərinin və quraşdırılan mebellərin real dəyərini müəyyən etmək üçün daha bir müstəqil ekspertiza mərkəzinə - «X1» MMC-yə müraciət edilmişdir. Həmin ekspertiza mərkəzinin təqdim etdiyi 31 yanvar 2022-ci il tarixli 04 saylı rəyində sözügedən mənzilin təmirinə sərf olunmuş vəsaitin həcmi (xidmət haqqı və materiallar daxil olmaqla), təmir işlərinin aparıldığı dövrdə (2020-ci ilin may ayından 2021-ci ilin mart ayınadək) mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq təqribən 117.696 manat müəyyən edilmişdir. Eyni zamanda, rəydə mətbəx və yataq otaqlarında quraşdırılmış mebel dəstlərinin üst səthlərində rəng seçilməsi, döşəmədəki parket təbəqələrinin birləşmə hissələrinin bəzi yerlərdə keyfiyyətsiz aparılması qeyd olunmuşdur. Qeyd olunan məqamlardan görünür ki, cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulmu
7. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyib və izahatında bildirib ki, İddiaçı onun atasının dayısı oğludur, Hollandiyada yaşayır və Bakı şəhərinə gələrkən işi olduğunda onunla görüşür. 2020-ci ilin fevral ayında Elman bildirmişdir ki, aldığı evi təmir etdirmək istəyir və ona bu işdə köməklik etməyi ondan xahiş etmişdir. Bildirmişdir ki, mağazaları birlikdə gəzib material və avadanlıqlara baxmaq istəyir. Onun vaxtı olmadığından oğlu Bəxtiyarı Elmana qoşmuşdur. Daha sonra Elman ona zəng edərək xahiş etmişdir ki, oğlu Bəxtiyar Təmir işlərində ona yardımçı olsun. Bəxtiyar təmənnasız köməklik göstərməyə razılıq vermişdir. Bundan sonra təmir aparılan mənzilə getməmiş və aparılan işlərlə maraqlanmamışdır. 2021-ci ilin may ayında Elman ona bildirmişdir ki, aldığı məlumata əsasən təmir olunan mənzilə cəmi 90.000 manat pul xərclənə bilər, verdiyi əlavə 80.000 manat pul mənimsənilib və həmin məbləğin ondan qaytarılmasını tələb etmişdir. O Elmana bildirmişdir ki, təmirlə əlaqədar heç bir məbləğdə pul almayıb və qaytarası pulu yoxdur. O Elmandan təmir işlərinə sərf olunan vəsait almamış və təmir prosesində iştirak etməmişdir. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etməyib və izahatında bildirib ki, hazırki işlə bağlı polisdə təhqiqat aparılmışdır və təhqiqat zamanı ətraflı izahat vermişdir. Mənzildə təmir işləri, layihələndirmə, mal-materialların seçilməsi, ödənişlər və s. barədə təhqiqat materiallarında izahatı vardır. Elman оnа ümumilikdə (hissə-hissə lazım olduqca) 160.000 manat pul vermiş, qaynı İlham vasitəsi ilə həmin puldan 5.100 manatı Elmana qaytarmışdır ki, 8.000 manat mebelə və 6.800 manat qranitə olan qalıq borcunu özü ödəsin. Lakin hal-hazıra kimi Elman həmin borcları bağlamamış, həmin şəxslərə sifarişi özü verdiyi üçün sonuncular borclarını оndаn tələb etmişlər. О, təmir müddətində heç bir mənimsəməyə yol verməmişdir. Qiymətlərdə оnun tərəfindən şişirtmələr olmamışdır. Verilən məbləğdən 37.900 manatı təmirə xərclənməsi üçün hissə-hissə Vüqar adlı ustaya vermişdir. Vüqarın həmin təmir işlərində qiymətlərin süni şəkildə artırma edib-etməməsi barədə heç bir məlumatı yoxdur. Həmçinin 8.293 manat tikintiyə aid olmayan digər xərclərə Elmanın razılığı ilə istifadə olunmuşdur. Həmin xərclərin siyahı sı qeydə alınmışdır.
9. Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirib ki, 2020-ci ilin təxminən mart ayında tanışı Bəxtiyar оna bildirmişdir ki, qohumu Elman həkim Hollandiyada yaşayır, Ağ şəhərdə evi var, təmirinə kömək lazımdır. Bəxtiyar ondan materialın alınması və ustaların tapılmasına, eləcə də işçilərə və materiala nəzarət etməkdə köməklik etməsini xahiş etmiş, bunun müqabilində оna 3.600 manat maaş təklif etmişdir. 2021-ci ilin təxminən fevral ayında Bəxtiyar оna veriləcək maaşla əlaqədar ev sahibinin narazı olduğu barədə məlumat vermiş, о da əziyyətinin müqabili olaraq məcbur olub, seçilmiş “tikkurila” əvəzinə “betek” emusiyasını almış və oradan 1.800 manat artıq pulu özünə götürmüş, həmçinin parket üçün nəzərdə tutulmuş kleyin qiymətini 270 manat artıq qeyd etmiş, ümumil ikdə 2.070 manat artıq pul yazaraq özünə götürmüşdür. Bəxtiyar оna 1.600 manat maaş kimi işlərə nəzarət etmək üçün, matariallara və usta pulu kimi isə 36.609 manat vermişdir. Ümumilikdə Bəxtiyar ona təmir üçün 38.209 manat pul vermişdir. О isə ümumi təmirə 40.826 manat xərcləmiş, həmin məbləğdən 4.217 manat qalıq borcunu Bəxtiyar verəcəyini bildirmiş, lakin sonradan mübahisələr olduğu üçün оnun əlavə xərclədiyi pul verilməmişdir. О evin təmir zamanı yuxarıda qeyd etdiyindən əlavə heç bir məbləğ götürməmişdir. Bu barədə polisdə təhqiqat aparılanda da ətraflı izahat vermişdir. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
10. İddiaçının təqdim etdiyi «X1» MMC-nin 31 yanvar 2022-ci il tarixli 04 saylı rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində qeyd ol unanları, o cümlədən təqdim olunmuş məlumatları və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, Bakı şəhəri Xətai rayonu Ağ şəhər "xxxx" MTK tərəfindən inşa olunmuş 7 mərtəbəli 9 girişli binanın Mərkəzi Park kvartalı Plot BE 008, 009, 010 ünvanda yerləşən, 28 sentyabr 2018ci il tarixli 31 saylı müqaviləyə əsasən ümumi sahəsi 143,11 kv.m olan 25 nömrəli mənzilin təmirinə sərf olunmuş vəsaitin həcmi (xidmət haqqı və materiallar daxil olmuqla), təmir işlərinin aparıldığı dövrdə (2020-ci ilin may ayından 2021-ci ilin mart ayınadək) mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq, təqribən 117.696 manat məbləğində müəyyən edilir. 25 nömrəli mənzilin mətbəx və yataq otaqlarında quraşdırılmış mebel dəstlərinin üst səthlərində rəng seçilməsi, döşəmədəki parket təbəqələrinin birləşmə hi ssələrinin bəzi yerlərdə keyfiyyətsiz aparılması müşahidə olunmuşdur.
11. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı əsasında Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli 10/3948 saylı rəyi ilə, Bakı şəhəri Xətai rayonu Ağ şəhər "xxxx" MTK tərəfindən inşa olunmuş 7 mərtəbəli 9 girişli binanın Mərkəzi Park kvartalı Plot BE 008, 009, 010 ünvanda yerləşən, 28 sentyabr 2018-ci il tarixli 31 saylı müqaviləyə əsasən ümumi sahəsi 143,11 kv.m olan 25 nömrəli mənzilin təmirinə (2020-ci ilin may ayından 2021-ci ilin mart ayınadək) mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq, təqribən 117.696 manat məbləğində vəsaitin sərf olunduğu müəyyən edilir. Bakı şəhəri Xətai rayonu Ağ şəhər "xxxx" MTK tərəfindən inşa olunmuş 7 mərtəbəli 9 girişli binanın Mərkəzi Park kvartalı Plot BE 008, 009, 010 ünvanda yerləşən, 28 sentyabr 2018-ci il tarixli 31 saylı müqaviləyə əsasən ümumi sahəsi 143,11 m2 olan 25 nömrəli mənzilinə baxış keçirilən zaman, təmirdə istifadə olunmuş materiallarda qüsurun olmadığı müəyyən edilmişdir.
12. Cavabdeh3 nümayəndəsi ekspert rətinə etiraz etmiş, təkrar ekspertiza təyin edilməsini tələb etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təkrar ekspertiza təyin edilmişdir. Həmin qərardad əsasında Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 avqust 2023-cü il tarixli 10/1931 saylı rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, "xxxx" MTK tərəfindən inşa olunmuş 7 mərtəbəli, 9 girişli binanın Mərkəzi Park kvartalı Plot BE 008, 009, 010 ünvanında yerləşən, 28 sentyabr 2018-ci il tarixli, 31 saylı müqaviləyə əsasən ümumi sahəsi 143.11 kv.m olan 25 nömrəli mənzilin təmirinə (2020-ci ilin may ayından 2021-ci ilin mart ayınadək) mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq sərf olunmuş vəsaitin ümumi məbləği 118479.3 manat məbləğində olduğu müəyyən edilir. Rəydə həmçinin qeyd olunmuşdur ki, baxış zamanı mənzilin daxilində mebellər və dolabların quraşdırıldığı aşkar edilmiş, lakin mebellərin və dolabların dəyərinin müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olmadığı üçün, həmin avadanlıqların dəyərinin mnüəyyən edilməsi üçün tədqiqat aparılmamışdır.
13. Cavabdeh3 nümayəndəsi iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini tələb etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə əmtəəşünaslıq ekspertizası təyin edilm iş, ekspertin qarşısında mənzilin təmirinə, mənzilin daxilində quraşdırılmış dolabların və avadanlıqların dəyəri müəyyən edilməklə sərf olunan vəsaitini müəyyən olunması barədə sual qoyulmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 05 mart 2024-cü il tarixli 10/7810; 9/7836 saylı məhkəmə əmtəəşünaslıq və məhkəmə mühəndis-texniki ekspertizasının rəylərinə görə ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olmamış və quraşdırılmış vəziyyətdə 2020-ci ilin may-2021-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 42.499 manat müəyyən olunur. Müəyyən edilmiş qiymətlər ayrı ayrılıqda rəyin tədqiqi hissəsində göstərilmişdir. Qeyd edilir ki, təqdim edilmiş mallar sifariş əsasında hazırlandığından müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması i stisna edilmir. Mətbəxdə sobanın yanında mərmərdə 2 hissədə çat var. Həmçinin üzbəüz 4x2,80 metr ölçüdə mebelin mərmər hissəsində 60 sm ölçüdə çat var. İddiaçının nümayəndəsi həmin mərmərlərin əvvəlcədən çat olduğunu və mətbəx mebelində plintusun və hər iki küncdən 2 ədəd mərmərin (plintus və 2 ədəd mərmər) sonradan iddiaçı tərəfindən alınaraq quraşdırıldığını bildirdi. Bakı şəhəri Xətai rayonu Ağ şəhər "xxxx" MTK tərəfindən inşa olunmuş 7 mərtəbəli 9 girişli binanın Mərkəzi Park kvartalı Plot BE 008, 009, 010 ünvanda yerləşən, 28 sentyabr 2018ci il tarixli 31 saylı müqaviləyə əsasən ümumi sahəsi 143,11 kv.m olan 25 nömrəli mənzilin təmirinə (2020-ci ilin may ayından 2021-ci ilin mart ayınadək) mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq sərf olunmuş vəsaitin ümumi məbləği 118.479,30 mana t məbləğində olduğu müəyyən edilir. Tədqiq olunan mənzildə aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri smetada ətraflı göstərilmişdir.
14. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-19/2024 nömrəli 18 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia tələbinin qismən təmin edilərək 36.520,70 manat pulun, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 199,56 manat hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə tutulması, aparılmış tədqiqatın dəyəri olan 270 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, iddianın qalan hi ssədə təmin edilməməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, Cavabdeh2 mənzilini təmir etdirmək istəyən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə tanış etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 həmin mənzili iddiaçının zövq və tələblərinə uyğun şəkildə təmir və avadanlıqla (mebellə) təchiz etməyi öhdələrinə götürmüş, onlara həvalə edilən işlərin görülməsi üçün 160.000 manat pul vəsaitinə ehtiyac olduğunu bildirmiş, iddiaçı mənzilin təmir edilməsi üçün öz yaxını vasitəsi ilə 160.000 manat pul vəsaiti göndərmiş, həmin pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh3 təqdim olunmuş, sonuncular mənzildə cəmi 118.479,30 manat dəyərində iş görmüş, qalan pul vəsaitini isə özlərində saxlayaraq əsassız varlanmışlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 həmin pul vəsaitinin yalnız 5.000 manatını iddiaçıya qaytarmış və iddiaçıya münasibətdə 36.520,70 manat (160.000 manat – 118.479,30 manat – 5.000 manat = 36.520,70 manat) həddində əsassız varlanmaya yol vermişlər. Bundan başqa, görülən işlərin bir qismi qüsurla görülmüşdür.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 752.1, 762.1, 762.2, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh3 (nümayəndəsi və vəkili Vəkil1) qətnamənin ləğv, iddia tələbinin isə rədd olunmasını xahiş edərək şikayətində göstərmişdir ki, məhkəmə iş üzrə əldə edilmiş kifayət qədər mötəbər sübutlara əhəmiyyət verməyərək, qanuni olmay an ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə araşdırması zamanı dörd rəy mövcud olub: İddiaçı tərəfindən iddia tələbinin əsası kimi təqdim edilən, Xətai Rayon Polis İdarəsinə ünvanlamış olduğu ərizəsinə baxılan zaman mənzilə cavabdehlər tərəfindən sərf olunan işlərin ümumi dəyərinin 124834 manat olmasına dair müstəqil ekspertiza mərkəzinin 15 noyabr 2021-ci il tarixli 513/514 saylı rəyi; İddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman isə mənzilə cavabdelər tərəfindən sərf olunan işlərin ümumi dəyəri barəsində “X1” MMC-nin 31 yanvar 2022-ci il tarixli 04 saylı rəyi ilə təmir işləri zamanı sərf olunan işlərin ümumi dəyəri mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq təqribən 117696 manat olması barədə iki mütəxəssis rəyi; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mər kəzinin xx.xx.2022-ci il tarixli 10/3948 №-li tikinti-texniki ekspertiza rəyi; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1931 №-li məhkəmə tikinti-texniki ekspertiza rəyi; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2024-cü il tarixli 10/7810; 9/7836 saylı məhkəmə-əmtəşünaslıq ekspertiza rəyi. Birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən iş üzrə əldə edilmiş əsas əhəmiyyətli sübut olan son iki ekspertiza rəyini nəzərə almamışdır. İş üzrə keçirilmiş ekspertiza zamanı ekspert tərəfindən müstəqil tədqiqat tam aparılmadan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və mübahisə doğuran xx.xx.2022-ci tarixli mütəxəssis rəyinin təsdiqlənməsi ilə tamamlanmışdır. Eyni zamanda, rəyə baxdığı zama n aparılmış tədqiqat üzrə ekspert tərəfindən mənzilin fotoları və mənzil üzrə hansı işlərin həyata keçirilməsi ilə bağlı smetası tərtib edilməmişdir. Halbuki, ekspertizanın təyin edilməsi üzrə məhkəmə qərardadında ekspert qarşısında qoyulmuş ilkin sualdan görünür ki, məhkəmə ekspertdən mənzil üzrə 2020-ci ilin may ayından 2021-ci ilin mart ayınadək mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq mənzilin otaqlarına, sanitar qovşaqlarına, dəhlizinə və mətbəxinə çəkilmiş xərclərin ayrı ayrılıqda nə qədər təşkil etməsini göstərməsi şərti ilə sərf olunmuş vəsaitin ümumi məbləğinin nə qədər olmasının müəyyən edilməsi tələb etməsinə baxmayaraq, ekspert yuxarıda qeyd etdiyi kimi bunu müstəqil etmədən mübahisəli mütəxəssis rəyinə istinad etməklə işini tamamlamışdır (xx.xx.2022-ci il tarixli ərizəmizd ə ekspertin ümumilikdə mənzildə 15 dəqiqəyə yaxın ekspertiza keçirilməsi barədə məlumat verilmişdir). Bundan əlavə, iş üzrə məhkəmə tikinti-texniki ekspertizanın keçirilməsi barədə xx.xx.2022-ci il tarixdə verilmiş vəsatətdən görünür ki, məhkəmədən xahişi iki halın yeni ekspertiza keçirilməklə araşdırılması və müəyyən edilməsi tələb edilsə də, heç bir hal ekspertin rəyi ilə aydınlaşdırlmamışdır. Belə ki, birinci məsələ mənzilin təmiri ilə bağlı hansı işlərin görülməsi və bu işlərin icrasına nə qədər xərcin çəkilməsinin müstəqil müəyyən edilməsi, ikinci məsələ isə hər iki mütəxəssis rəyində nəzərə alınmayan, lakin icraçı tərəfindən icrası həyata keçirilmiş işlərin olub-olmamasının müəyyən edilməsidir. Məhkəməyə təqdim edilmiş ekspertiza üzrə verilmiş rəyin tamlığını təmin etmək, sözügedən m ənzilin otaqlarına, sanitar qovşaqlarına, dəhlizinə və mətbəxinə çəkilmiş xərclərin ayrı-ayrılıqda nə qədər təşkil etməsini göstərdiyi xüsusatlar nəzərə alınmaqla, eyni zamanda hər iki mütəxəssis rəyində və verilmiş hazırki ekspert rəyində nəzərə alınmayan, lakin icraçı tərəfindən icrası həyata keçirilmiş işlərin olub-olmamasının müəyyən edilməsini yerində təkrar müayinə etməklə ekspertizanın təyin edilməsi barədə təkrar olaraq vəsatət verilmişdir. Məhkəmə təkrar ekspertiza barədə vəsatəti müvəqqəti olaraq baxılmamış saxlayaraq iş üzrə xx.xx.2022-ci il tarixli 10/3948 №-li ekspertiza rəyini vermiş ekspert Elmar Səidovu məhkəmə iclasına dəvət etmişdir. Məhkəmə araşdırılmasında ekspertin dindirilməsi zamanı müəyyən edilmişdir ki, ekspert həqiqətən də nə məhkəmənin, nədə verilmiş vəsatətdə nə zərdə tutulmuş halları rəyi ilə aydınlaşdırmamışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(002)-1097/2022 saylı qərardadı ilə iş üzrə vermiş olduğu vəsatət nəzərə alınmaqla təkrar olaraq məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Növbəti təyin edilən ekspertiza üzrə hər iki tərəfin iştirakı ilə hərtərəfli müayinə edilməklə ekspertiza keçirilmiş və nəticədə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1931 №-li ekspertiza rəyi müəyyən edilmişdir ki, mənzilin təmirinə (2020-ci ilin may ayından 2021-ci ilin mart ayınadək) mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq sərf olunmuş vəsaitin ümumi məbləği 118.479,30 manat məbləğində olduğu müəyyən edilir. Tədqiq olunan mənzildə aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri smetada ətraflı göstərilmişdir. Məhkəmə iddia tələbinin əsaslığına dair sübutlara hüquqi qiymət verərkən iddia tələbinin qismən əsaslı olmasına dair dəlil olaraq yalnız xx.xx.2023-cü il tarixli 10/1931 №-li tikinti-texniki ekspertizası üzrə verilmiş rəyi nəzərə alsa da, mənzilə cavabdeh tərəfindən işlərin görülməsi üzrə quraşdırılmış əşyalara dair verilmiş 05 mart 2024-cü il tarixli 10/7810; 9/7836 saylı əmtəəşünaslıq ekspertizasının rəyini sadəcə qətnamədə sadalamaqla üzərindən sükutla keçmişdir. Halbuki, işin araşdırılmasını tam şəkildə həyata keçirən məhkəmə nəticədə bir-birini əvəz etməyən və biri birinə münasibətdə üstünlük təşkil etməyən, mənzilə qoyulmuş fərqli əşyaları özündə ehtiva edən ekspert rəylərini birlikdə sübut olaraq nəzərə almış olsa ydı (xx.xx.2023-cü il tarixli 10/1931 №-li tikinti-texniki ekspertizası üzrə mənzilə tikinti üzrə 118.479,30 manat və 05 mart 2024-cü il tarixli 10/7810; 9/7836 saylı əmtəşünaslıq ekspertiza rəyi üzrə isə mənzilə quraşdırılmış əşyalara görə 42.499 manat), o zaman mübahisə üzrə nəticədə müəyyən olunacaqdı ki, cavabdehlər mənzilə ümumilikdə işlərin icrası zamanı 160978.30 manat maddi vəsait qoyulmuşdur ki, bu da iddiaçının iddia tələbinin əsasssız olmasına dəlalət etməkdədir.
18. Cavabdeh1 da apellyasiya şikayətini Cavabdeh3 şikayəti ilə eyni məzmunda əsaslandırıb qətnamənin ləğv, iddia tələbinin isə rədd olunmasını xahiş etmişdir.
19. Apelyasiya instansiyası məhkəməsi əlavə kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspert qarşısında «Məhkəmə Ekspertizası M ərkəzinin 05 mart 2024-cü il tarixli 10/7810; 9/7836 saylı rəyində göstərilən Bakı şəhəri Xətai rayonu Ağ şəhər "xxxx" MTK tərəfindən inşa olunmuş 7 mərtəbəli 9 girişli binanın Mərkəzi Park kvartalı Plot BE 008, 009, 010 ünvanda yerləşən, 28 sentyabr 2018-ci il tarixli 31 saylı müqaviləyə əsasən ümumi sahəsi 143,11 kv.m olan 25 nömrəli mənzilin təmirinə (2020-ci ilin may ayından 2021-ci ilin mart ayınadək) mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq sərf olunmuş vəsaitin ümumi məbləği 118.479.30 manat və ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olmamış və quraşdırılmış vəziyyətdə 2020-ci ilin may - 2021-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 42.499 manat müəyyən olunduğu dedikdə, qeyd olunan məbləğlər ayrıayrı məbləğlər sayılır yaxud 42.499 ( qırx iki min dörd yüz doxsan ) manat 118.479.30 (yüz on səkkiz min, dörd yüz yetmiş doqquz manat, otuz qəpik ) manatın tərkib hissəsinə daxildir?» sualı qoyulmuşdur.
20. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-9/636710/5981/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayonu Ağ şəhər "xxxx" MTK tərəfindən inşa olunmuş 7 mərtəbəli 9 girişli binanın Mərkəzi Park kvartalı Plot BE 008, 009, 010 ünvanda yerləşən, 28 sentyabr 2018-ci il tarixli 31 saylı müqaviləyə əsasən ümumi sahəsi 143,11 kv.m olan 25 nömrəli mənzilin tikinti-təmir işlərinə və təqdim edilmiş malların istifadədə olmamış və quraşdırılmış vəziyyətdə 2020-ci ilin may - 2021-ci ilin mart ayına olan orta bazar qiyməti ilə sərf olunmuş ümumi dəyəri 160.978,3 manat müə yyən edilmişdir, o cümlədən: təqdim edilmiş malların istifadədə olmamış və quraşdırılmış vəziyyətdə ümumi dəyəri təxminən 42.499 manat, həmin mənzilin tikinti-təmir işlərinə sərf olunmuş vəsaitin ümumi dəyəri 118479,3 manat. Ekspert rəyin qeyd hissəsində göstərmişdir ki, istifadədə olmamış və quraşdırılmış vəziyyətdə olan mebellərin ümumi dəyəri olan 42.499 manat məbləğ, təmir-tikinti işlərinə sərf olunmuş 118479,30 manat məbləğin tərkib hissəsi deyil.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4029/2024 nömrəli 16 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və İkram Şirinov) apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Qaradağ Rayon Məhkəməsinin 2(002)-19/2024 saylı, 18 aprel 2024-cü il tarixli qətnaməsi nin qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməməsi qət edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, işdən müəyyən edildiyi kimi sözügedən mənzildə aparılmış təmir işləri ilə əlaqədar işdə 6 rəy mövcuddur. Bu rəylərdən ikisi mütəxəssis (qiymətləndirici) rəyi, dördü isə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyləridir. Düzdü mütəxəssis (qiymətləndirici) rəylərindən biri kağız formatında iş materialına əlavə edilməyib. Çünki həmin rəy iddiaçının müraciəti əsasında cinayət təqibi zamanı aparılan araşdırma zamanı alınmışdır. Ancaq işdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda (bax.i.v.11; 2-ci abzas) bu rəy barədə (müstəqil ekspert iza mərkəzinin 15 noyabr 2021-ci il tarixli, 513/514 saylı rəyi ilə təmir işləri zamanı sərf olunan işlərin ümumi dəyərinin 124834 (yüz iyirmi dörd min səkkiz yüz otuz dörd manat olması) məlumat qeyd olunub. Bu rəyin mövcudluğunu tərəflər mübahisələndirmir. «X1» MMC-nin 31 yanvar 2022-ci il tarixli 04 saylı rəyi isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilib. Digər 4 məhkəmə ekspertiza rəyi isə üçü birinci, sonuncu isə apellyasiya instansiyası tərəfindən alınmışdır. Göstərilən rəylərin nəticə hissələri yuxarıda tam qeyd olunmuşdur.
23. Məhkəmə tərkibi qeyd edib ki, birinci instansiya məhkəməsi 05 mart 2024-cü il tarixli 10/7810; 9/7836 saylı məhkəmə əmtəəşünaslıq və məhkəmə mühəndis -texniki ekspertizasının rəylərində göstərilənləri nəzərə almadan və bu rəy üzrə hər hansı bir formada hüquq i dəyərləndirmə aparmadan iddianı qismən təmin etməklə açıq-aşkar səhv nəticəyə gəlmişdir. Çünki məhkəmə əmtəəşünaslıq və məhkəmə mühəndis -texniki ekspertizasının birgə rəyi olan bu rəylə həm də əvvəlki rəydə göstərilən bütün qeyri müəyyənliklərə tam aydınlıq gətirilmişdir. Başqa sözlə, ekspertiza rəyləri ilə təmir işlərinə iddiaçı tərəfindən cavabdehlərə verilmiş 160000(yüz altmış min) manatdan da artıq vəsait sərf olunduğu təsdiq olunur. Üstəlik bu rəylə əvvəlki ekspert rəylərində göstərildiyi kimi podratın həm keyfiyyət, həm də kəmiyyətcə qüsursuz icra olunduğu da öz təsdiqini tapmışdır. Bütün bunlara baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş əlavə kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının sonuncu rəyi ilə də demək olar ki, hər hansı b ir müəyyən edilməyən hal qalmayıb. Demək ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyi açıq-aşkar təsdiq olundu.
24. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və v acibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən əmələ gələn öhdəliklər, hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 427.3, 442, 752.1, 759.1, 759.2, 762.1, 762.2, 762.3, 765, 769-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (Vəkil3) kassasiya şikayət i verərək, Bakı Apellyasiya Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam əsaslı olduğundan təmin edilməsinə dair yeni qərar çıxarılmasını və yaxud Bakı Apellyasiya Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli 2(103)-4029/2024 saylı qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
27. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 həmin pul vəsaitinin yalnız 5.000 manatını iddiaçıya qaytarmış və iddiaçıya münasibətdə 36.520,70 manat həddində əsassız varlanmaya yol vermişlər. Bundan başqa, görülən işlərin bir qismi qüsurla görülmüş və iddiaçıya maddi və mənəvi zərər vurulmuşdur. Bu hallar ekspert rəylərində və cavabdeh lərin izahatlarında belə təsdiqini tapsa da, apellyasiya instansiya məhkəməsi kollegial qaydada iş materiallarını səthi araşdırmış, cavabdehlərin fərziyyə dolu izahatlarına üstünlük verərək 160.000 manat pul vəsaiti idddiaçıya qaytarılan 5000 manat, iddiaçıdan cavabdehlərin baha mal-material alınması adı ilə alınan pulların əslində xərclənməməsi, cavabdehlərin mənimsədikləri və qüsurlu iş görməklə vurduqları zərərlər ümumiyyətlə nəzərə alınmayıb. Cavabdehlərin əvvəlcə sövdələşməyə görə aldıqları puldan da əlavə 20000 manat pul istəmələri iddiaçıya əsas vermişdir ki, cavabdehlərin gördükləri yarıtmaz işi təftiş etsin və nəticə etibarıla iddiaçı cavabdehlər tərəfindən aldadıldığını görmüşdür. İddiaçı cavabdehlərin ona maddi və mənəvi zərər vurduğuna görə iddia tələbi ilə məhkəməyə müraciət e tmiş və qismən də olsa məhkəmə onun tələbini təmin etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi tam ədalətsiz mövqedən çıxış edərək, məhkəmə qətnaməsi ilə qismən təmin olunan hissəni də ədalətsiz və qanunsuz olaraq ləğv edərək təmin etməmişdir. İddiaçı mənzilin mülkiyyətçisi və sahibi olaraq mənzilə və iddiaçıya vurulan zərəri də tələb etmiş və tələbinin mahiyyətini dərk etmişdir. Məhkəmə kollegiyası özlüyündə qərar verərək cavabdehlərin mənafeyi baxımından apellyasiya şikayətini təmin etmiş və iddiaçıya vurulmuş zərəri nəzərə almadan tələbini təmin etməmişdir. Bu xüsusi bilik tələb edən sahə olduğuna görə məhkəmə tərkibi kollegial olaraq ədalətsiz və qanunsuz nəticə verməklə onun bütün prosessual və konstitusion hüquqlarını pozmuşdur.
28. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məc əllənin 385.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 8.1, 99.3, 402, 417.1.3, 417.1.4, 418.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olduğunu və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4029/2024 nömrəli, 16 dekabr 2024cü il tarixli qətnaməsinin ədalətli və əsaslı olduğunu bildirərək, kassasiya şikayətinin təmin olunmamasını və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər.
33. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə t utursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
34. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
35. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
36. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
37. Maddə 759.2 Əgər sifarişçi tərə findən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
38. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
39. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
40. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim et məsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
41. Maddə
765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
42. Maddə
769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərini n və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
47. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
48. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
49. Maddə 407.2. Kassasiya ş ikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiy a instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
55. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddianı təmin edən brinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edib iddianın rədd etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
57. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya ins tansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
59. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 2(103)-4029/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.