Məhkəmə qərarları › İş №2(102)-1147/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1147/2023

06.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1147/2023 06.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1147/2023 (Açar sözlər: maddi və mənəvi zərər, əsassız varlanma) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X29 (məruzəçi), Əliyev Zaur Əli oğlu və X4 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pulun qaytarılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1915/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 06 mart 20 23-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 29 oktyabr 2014-cü il tarixli notariat qaydada təsdiq olunmuş beh müqaviləsinə əsasən Cavabdeh və İddiaçı – Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 29 noyabr 2015-ci il tarixədək notariat qaydasında rəsmiləşdirməklə 14.000 (on dörd min) manata satışı barədə razılaşmışlar və ilkin olaraq İddiaçı Cavabdeh 6.000 (altı min) manat məbləğində pul ödəmişdir. Müqavilə üç nüsxədən ibarət tərtib olunmuş, bir nüsxə Xaçmaz rayonu 1 saylı Notariat Kontoruna, qalan iki nüsxə tərəflərə verilmişdir.

2. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-4272/2017 saylı, 27 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim Rövşən Xəlilov) iddiaçı Cavabdeh İddiaçı və qeyrilərin ə qarşı evdən çıxarılma tələbinə dair iddiasının qismən təmin edilməsi, X23, İddiaçı, X18, X17, X13 və X6 ünvan 3 №-li evdən çıxarılması, İddiaçı Cavabdeh qarşı əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınması tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1295/2018 saylı, 02 may 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Lətifə Məmmədova) apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək ilkin iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər X23, İddiaçı, X18, X17, X13 və X6 ünvan 2 evdən çıxarılmaları qət edilmiş, ilkin iddi a tələbi qalan hissədə və ünvan 2 ünvanda yerləşən yaşayış evinin İddiaçı adına dövlət qeydiyyatına alınması barədə qarşılıqlı iddia tələbi rədd edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)6413/2018 saylı, 01 oktyabr 2018-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)1295/2018 saylı, 02 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-4251/2018 saylı, 10 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Hüseyn Nəbiyev və Telman Quliyev) iddiaçı Cavabdeh və cavabdeh İddiaçı ape llyasiya şikayətləri qismən təmin edilərək Xaçmaz Rayon Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, ilkin iddia qismən təmin edilərək cavabdehlər X23, İddiaçı, X18, X17, X13 və X3 şəhəri, Mehmandarov küçəsi, 37 saylı evdən çıxarılmış, qalan hissədə ilkin iddia təmin edilməmiş, İddiaçı Cavabdeh qarşı əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınması barədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3195/2019 saylı, 06 may 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəm əsi Mülki Kollegiyasının 2(105)-191/2020 saylı, 09 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Telman Məmmədov (sədrlik edən və məruzəçi), Şəmsəddin Abbasov və Aqil Abbasov) apellyasiya şikayətləri qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək ilk iddia tələbi qismən təmin edilmiş, X23, İddiaçı, X18, X17, X13 və X6 Cavabdeh məxsus olan ünvan 6 saylı evdən çıxarılması qət edilmiş ilk iddia tələbi qalan hissədə və qarşılıqlı iddia tələbi rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.

8. Həmin qətnamə ilə tərəflər arasında evin alqı-satqısı barədə ilkin razılaşma əldə olunduğu və buna görə Cavabdeh İddiaçı 6.000 manat məbləğində beh alaraq, onu İddiaçı istifadəsinə verməsi, lakin beh müqavi ləsində nəzərdə tutulmuş tarixə - xx.xx.2015ci il tarixədək İddiaçı tərəfindən "xxxx" ASC-yə 3.269 manat nağd ödənişin Milli Ön terminalı vasitəsi ilə edilməsi, lakin ödənişlərin tam həyata keçirilmədiyi, buna görə də Cavabdeh İddiaçı evdən çıxmasını tələb etməsi halı müəyyən edilmişdir.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 15 sentyabr 2022-ci il tarixli məktubundan müəyyən edilir ki, Xaçmaz rayon DTİ və MHQ idarəsinin xx.xx.1996-cı il tarixli, 3563b reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən X9 məxsus olmuş ünvan 3 ünvanında yerləşən 0,0642 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi Xaçmaz rayonu 1 saylı dövlət notaria t kontorunun xx.xx.2006-cı il tarixli, 40/-811 reyestr nömrəli alqı-satıqı müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmiş, xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********61-10301 reyestr nömrəli çıxarışla X5 mülkiyyət hüququ tanınmışdır. Bundan əlavə, X7 yuxarıda qeyd olunan fərdi yaşayış evini Xaçmaz rayonu 1 saylı dövlət notariat kontorunun xx.xx.2008-ci il tarixli, 4Ə-03/509 reyestr nömrəli dəyişmə müqaviləsinə əsasən X14 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ilə başa-baş dəyişdirmiş, xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli çıxarışla X11 ünvan 3 ünvanında evinə Xaçmaz rayon notariat kontorunun xx.xx.2014-cü il tarixli, 2V-1-188 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh adına dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. Cavabdeh qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi 0,0642 torpaq sahəsindən 315 kv.metr torpaq sahəsini Xaçmaz rayonu 1 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli, 4Ə-391 reyestr nömrəli alqı-satıqı müqaviləsinə və 7E-11500 reyestr nömrəli bölgü planına əsasən X12 adına özgəninkiləşdirilmiş, 0,0309 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dövlət reyestrindən Cavabdeh adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********77-10301 reyestr nömrəli çıxarış işlənmişdir. Cavabdeh adına olan xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla ünvan 3 ünvanında olan 0?0309 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini Xaçmaz rayonu 1 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli, 4Ə-1732 reyestr nömrəli alqı-satıqı müqaviləsinə əsasən X19 adına özgəninkiləşdirmiş, xx.xx.2020ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X19 mülkiyyət hüququ tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh qarşı pulun qaytarılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə 15 sentyabr 2018-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 20.440 (iyirmi min dörd yüz qırx) manat məbləğində əsas borcun, 10.000 (on min) manat məbləğində mənəvi ziyana görə təzminatın və 30 (otuz) manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı işin yuxarıda qeyd edilə n faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ildə cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən evini satmaq istəmiş və 2014-cü ilin oktyabr ayında o, həmin evə baxaraq bəyənmiş və cavabdehlə aralarında həmin evin 14.000 (on dörd min) ABŞ dollarına alqısatqısı barədə razılıq əldə etmişlər. 29 dekabr 2014-cü il tarixdə onunla cavabdeh arasında beh müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 6.000 (altı min) manat məbləğində nağd qaydada pulu beh olaraq ödəmişdir. Həmin müqaviləyə əsasən cavabdeh xx.xx.2015-ci il tarixədək mənzili onun adına sənədləşdirməyi öhdəsinə götürmüşdür. Aralarında olan razılaşmaya görə qalan 8.000 (səkkiz min) manat məbləğində pulu alqı-satqı müqaviləsi bağlanan vaxt cavabdehə ödəməli idi. Lakin behi alıb evə ailə üzvlərini köçürdükdən sonra cavabdeh "xxxx" ASC-yə kredit borcu olduğunu bildirmiş, həmin borcu bağladıqdan sonra bu evi onun adına keçirə biləcəyini, lakin krediti bağlamağa maddi imkanının olmadığını bildirmişdir. Ona görə də, həmin krediti qalan borc qədərində ödəməyi xahiş etmiş, borcu ödədikdən sonra evi onun adına rəsmiləşdirəcəyini bildirmişdir. O, etiraz etməmiş və 2014-2016-cı illər ərzində cavabdehin banka yaranmış borclarından, ümumilikdə, 7.840 (yeddi min səkkiz yüz qırx) manat məbləğində pulu Banka köçürmüşdür. Bu ödənişlərdən sonra da cavabdeh müxtəlif bəhanələrlə onun iş yerinə gələrək, evin sənədlərinə görə dövlət rüsumları ödəmək bəhanəsi ilə ondan 120, 70, 200, 20 və s. manat məbləğində pul vəsaiti almış, nəticədə o, 14.000 manata razılaşdırılmış evə görə artıqlama sı ilə pul ödəmiş, lakin cavabdeh evi onun adına rəsmiləşdirməmiş, əksinə evin pulunu tam olaraq ondan almasına baxmayaraq, onun ailə üzvləri ilə birlikdə evdən çıxarılması barədə iddia qaldırmış, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş, onun əqdin etibarlı hesab edilməsinə dair iddiası rədd edilmişdir. Buna görə də, o, cavabdehə qarşı iddia qaldırmışdır. Cavabdeh 6.000 manat pulu ondan evi adına keçirəcəyi adı ilə beh şəklində almış, lakin evi adına sənədləşdirməmiş, aralarındakı razılaşmanın şərtlərini pozmuşdur. Buna görə də, cavabdeh behin 2 mislini, yəni 12.000 manat məbləğində pulu ona qaytarmalıdır. O, cavabdehin banka olan borcuna görə 7.840 (yeddi min səkkiz yüz qırx) manat məbləğində pulu Banka köçürdüyü üçün həmin pulu, hə mçinin ayrı-ayrı vaxtlarda ondan aldığı 500 manat pulu, cəmi 20.440 (iyirmi min dörd yüz qırx) manat məbləğində pulu da cavabdeh ona qaytarmalı, 10.000 (on min) manat məbləğində mənəvi ziyanı da ona ödəməlidir.

12. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(067)-31/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli (hakim İlkin Xəlilov) qətnaməsi ilə iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, beh müqaviləsi üzrə müqavilənin icra edilməməsi üçün məhz iddiaçının məsuliyyət daşıdığı, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş müddətdə ödənişlərin tam həyata keçirilmədiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən iddia tələbi 12.000 manat məbləğində beh məbləğinin qaytarılmasına dair hissədə əsa slı hesab edilə bilməz.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehin banka olan borcuna görə 7.840 (yeddi min səkkiz yüz qırx) manat məbləğində pulu Banka köçürməsi, həmçinin ayrı-ayrı vaxtlarda ondan 500 manat məbləğində pul alması və mənəvi zərərə məruz qalmasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21, 386.1, 491, 492.2, 936.2, 1096, 1097.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci in stansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə qətnamədə göstərmişdir ki, guya o, cavabdehə evin behini ödədikdən sonra onun Kapitalbankda olan kreditinə görə pul vəsaiti ödəməyini məhkəmədə sübut edə bilməmişdir. Həmin ödəmələr onun tərəfindən aparıldığı üçün bu barədə qəbzlər onda olmuşdur. Beh müqaviləsi onun tərəfindən pozulmamışdır. O, behi verməklə mübahisəli evə köçmüş və cavabdehin təklif etdiyi qaydada onun banka olan kredit borcunu ödəmişdir. Əvvəlki məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ekspertiza rəyi ilə onun cavabdehin əvəzinə banka pul vəsaitl ərini ödədiyi öz təsdiqini tapmışdır. Cavabdeh ondan beh alarkən onu aldatmış, faktiki olaraq özünün olmayan bir evə görə ondan pul almışdır. Cavabdeh ondan beh alarkən, daha sonra isə o, cavabdehin borclarını banka ödədiyi vaxtda da, mübahisəli mənzil cavabdehin mülkiyyətində olmamışdır. Ödənişlər başa çatdıqdan sonra o, Qarabağ əlili kimi pulsuz mənzillə təmin olunduqdan sonra 2017-ci ildə bu evə dair çıxarış almış və çıxarışı əldə etməklə onun ailə üzvləri ilə bu evdən çıxarılması barədə məhkəmədə iddia qaldırmışdır. Onun vəzifəsi cavabdehin banka olan borcunu tam ödəmək olmamış, evə görə razılaşdıqları 14.000 manat pulun 6.000 manatını beh olaraq verdiyi üçün qalan 8.000 manatını da onun kredit borcuna ödəməli idi. Qalan krediti isə cavabdeh ödəməli idi. Onun tərəfindən kreditin tam ödənilməməsi beh müqaviləsinin mötəbərliyini şübhə altına almır və beh müqaviləsi üçün ödədiyi 6.000 manat pul 2 qat məbləğdə ona geri qaytarılmalıdır. Məhkəmə qətnaməsi düzgün əsaslandırılmamış, maddi norma düzgün tətbiq edilməmişdir.

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-564/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, beh müqaviləsi üzrə müqavilənin icra edilməməsi üçün məhz iddiaçının məsuliyyət daşıdığı, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş müddətdə ödəni şlərin tam həyata keçirilmədiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən iddia tələbi 12.000 manat məbləğində beh məbləğinin qaytarılmasına dair hissədə əsaslı hesab edilə bilməz. Qeyd edilənlərlə yanaşı iddiaçı tərəfindən cavabdehin banka olan borcuna görə 7.840 manat məbləğində pulu Banka köçürməsi, həmçinin ayrı-ayrı vaxtlarda ondan 500 manat məbləğində pul alması və mənəvi zərərə məruz qalmasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

20. Həmçinin apellyasiya instansiya məhkəməsi qətnamədə göstərmişdir ki, məhkəmə araşdırmasının nəticəsi olaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının maddi və mənəvi zərərə məruz qalması, bundan başqa, vahid kontekstdə həm mənəvi sarsıntı kecirməsi, həmdə ki, mənəvi iztirablara məruz qalması sübuta yet irilməlidir.

21. Məhkəmə kollegiyası yekun olaraq belə qənaətə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv olunmasını qeyd etsə də bunu əsaslandıra bilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

22. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21, 386.1, 491, 492.2, 936.2, 1096, 1097.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli Qərarına istinad edərə k əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

23. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3405/2021 saylı, 31 may 2021-ci il tarixli qərarı ilə (hakimlər Əhməd Nurməmmədov (sədrlik edən və məruzəçi), Abiddin Hüseynov və İlqar Xələfov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

25. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ödənilmiş behin qaytarılması ilə bağlı hissədə iddia tələbinin həlli üçün müqavilənin icra edilməməsi üçün məsuliyyətin kimin üzərində olması müəyyən edilməlidir. İşə apellyasiya instansiyasında baxan məhkəmə beh müqaviləsi ilə şərtləşdirilmiş vaxtda, yəni xx.xx.2015-ci il tarixədək evin alqısatqısı barədə müqavilənin bağlanmasının başa çatdırılmamasında təkcə alıcı, yəni iddiaçının hərəkətlərini (hərəkətsizliyini) tədqiq edərək onu təqsirli olması qənaətinə gəlmiş, bu məsələdə satıcı, yəni cavabdehin nə dərəcədə təqsirli olub-olmadığına hüquqi qiymət verməmişdir.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, nə müqavilə bağlanan zaman, nə də ki alqı-satqı müqaviləsinin icrasının nəzərdə tutulduğu tarixdə mübahisəli ev cavabdehin mülkiyyətində olmamış, evin mülkiyyət hüququ əsasında öz adına dövlət qeydiyyatına alınması üç ün xx.xx.2015-ci il tarixədək hər hansı hərəkət etməmişdir. Tərəflər arasında olan digər məhkəmə mübahisəsi üzrə işə əlavə edilmiş məhkəmə aktlarından mübahisəli evə cavabdehin mülkiyyət hüquqlarının dövlət reyestrində rəsmiləşdirilməsinin xx.xx.2017ci il tarixdə həyata keçirilməsi müəyyən edilir. Nə müqavilə bağlanan zaman, nədə ki mübahisəli evin alqı-satqısının nəzərdə tutulduğu tarixdə mübahisəli ev cavabdehin mülkiyyətində olmamışdır. Belə olan halda işə baxan məhkəmələr alqı-satqının icra edilməməsinin məsuliyyətinin təkcə iddiaçının üzərində olmasına dair qənaəti işdə olan sübutlara uyğun olmamış, cavabdehin həmin məsələdə təqsirli olmaması məsələsinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmələr nəzərə almamışdır ki, cavabdehin mülkiyyət hüququ üzrə adına dövlət qeydiyyatına alınm amış yaşayış evi üzərində sərəncam vermək hüququ, müvafiq olaraq həmin evi gələcəkdə iddiaçının mülkiyyətinə vermək səlahiyyəti olmamışdır. Belə olan beh müqaviləsi ilə şərtləndirilmiş yaşayış evinin alqı-satqısı da qeyri-mümkün olmuş, işə baxan məhkəmələr verilmiş behlə bağlı mübahisənin həllinə Mülki Məcəllənin 492.1-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir.

27. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı münasibətləri təkcə Mülki Məcəllənin 492.1-ci maddəsinin tələbləri baxımından tədqiq etməklə kifayətlənməməli, cavabdehin mülkiyyətində olmayan evə görə iddiaçı ilə bağladığı beh müqaviləsinin etibarlılığına diqqət yetirməli, həmin əqdin etibarsızlığı (əhəmiyyətsizliyi) müəyyən edildiyi halda pulun avans kimi verilməsi və ya əsassız varlanma qaydalarının tətbiqi müzakirə olunmalıdır.

28. Məhkəmə kollegiyası iddiaçının iddia ərizəsində əsassız varlanma və avansla bağlı normalara istinad etməməsi ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, işə baxan məhkəmə iddia tələbinin hüquqi əsasının müəyyən edilməsi zamanı iddiaçının ərizəsində göstərilənlərlə bağlı deyildir.

29. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, işə baxan məhkəmələr tərəflər arasında olan əvvəlki məhkəmə mübahisəli üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halları hazırki iş üzrə üstün hüquqi qüvvəyə malik hal kimi tətbiq edən zamanı MPM-in 82.3-cü maddəsinin tələblərinə düzgün riayət etməmişlər. Belə ki, qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-191/202 0 saylı, 09 yanvar 2020-ci il tarixli qətnaməsi ilə həmin iş üzrə cavabdeh İddiaçı əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınması barədə qarşılıqlı iddiasını məhkəmələr o əsasla rədd etmişlər ki, İddiaçı mübahisəli evin onun adına qeydə alınmasını xahiş etsə də, tərəflər arasında evə dair alqı-satqı müqaviləsi mövcud deyildir. Belə olan halda, yaşayış evinin qarşılıqlı iddia üzrə iddiaçının adına dövlət qeydiyyatına alınması üçün qanunla nəzərdə tutulan əsaslar olmadığından qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Məhkəmələr həmin tələbi tərəflər arasında alqı-satıqı müqaviləsi bağlanmaması əsası ilə rədd etmişlər. Lakin həmin iş üzrə beh müqaviləsinin şərtlərinin kim tərəfindən pozulması, müqavilə bağlanan zaman və müqavilədə şərtləşdirilmiş alqı-satqı müqaviləsinin bağlanması üçün nəzərdə tutulmuş vaxtda mübahisəli evin cavabdehin mülkiyyətində olmaması halları, ümumiyyətlə tərəflər arasında etibarlı beh müqaviləsinin olub-olmaması, həmin məhkəmə baxışının predmeti olmamışdır.

30. Tələbin mübahisəli evə görə müqavilədən sonra ödənilmiş pulun qaytarılması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxan məhkəmələr bu hissədə düzgün nəticəyə gəlməmiş, iş materiallarında olan sübutları tam, hərətərəfli və obyektiv tətdiq etməyərək MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi bu hissədə iddiaçının məhkəməyə hər hansı bir sübut təqdim etmədiyini qeyd etmişdir. Lakin məhkəmə bu nəticəyə gələrkən işə əlavə edilmiş qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-191/2020 saylı, 09 yanvar 2020-ci il tari xli qətnaməsi ilə müəyyən edilmiş hallara düzgün qiymət verməyərək həm MPM-in 88-ci maddəsinin tələbələrini pozmuş, həm də MPM-in 82.3-cü maddəsinin tələblərinə riayət edilməmişdir. Qanuni qüvvəsini almış göstərilən qətnamədə qeyd edilmişdir ki, “...qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində Cavabdeh kredit borcuna görə "xxxx" açıq səhmdar cəmiyyətinə ödənişləri terminal vasitəsi ilə ödədiyini göstərmiş və bu barədə olan qəbzləri məhkəməyə təqdim etmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 26807 saylı, 09 dekabr 2019-cu il tarixli rəyindən görünür ki, 29 mart 2014-cü il tarixli, 166GNUM140880002 saylı kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən 07 noyabr 2018-ci il tarixədək banka 11.490,51 manat ödənilmişdir, hazırda qeyd olun an müqavilələr üzrə öhdəlik yoxdur. Rəyin təsviri hissəsindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" ASC-yə ödənilmiş 9.916,78 manatın 4.658,06 manatı kart hesabından, 1.989,72 manatı nağd şəkildə "xxxx" ASC-yə, 3.269 manatı nağd şəkildə Milli Ön vasitəsi ilə ödənilmişdir.” Həmin iş üzrə məhkəmə qarşılıqlı iddia tələbini başqa əsasla (tərəflər arasında notarial qaydada alqı-satqı müqaviləsinin bağlanmaması əsası ilə) rədd etmiş, lakin İddiaçı tərəfindən ödənişlər edilməsi, həmin ödənişlərlə bağlı qəbzlər təqdim olunması, o cümlədən həmin ödənişlərlə bağlı məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi halları müəyyən edilməsinə baxmayaraq birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən həmin hallarla bağlı hər hansı bir sübutun təqdim edilməməsi barədə gəldiyi qənaət əsassız olmuşdur.

31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tələbin mənəvi ziyanla bağlı hissəsi tələbin digər hissələri ilə bağlıdır və qərarın əsaslandırıcı hissəsində qeyd edilən hallara apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət veriləndən sonra baxılıb hüquqi qiymət verilməlidir.

32. Kassasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491, 491.3, 492.1, 492.2, 1091.1, 1091.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2311/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Telman Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci ins tansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin edilməsi, cavabdehdən cəmi 9.269 manat pulun tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət olunmuşdur.

34. Apellyasiya instansiyası məhkəməsi işin mübahisələndirilməyən halları olaraq göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında 29 oktyabr 2014-cü il tarixli beh müqaviləsi bağlanmış, müqaviləyə əsasən tərəflər cavabdehə məxsus olan mübahisəli evin xx.xx.2015-ci il tarixədək notariat qaydasında rəsmləşdirməklə 14.000 manata satışı barədə razılaşmışlar və ilkin olaraq iddiaçı cavabdehə 6.000 manat məbləğində pul ödəmişdir. İşin digər mübahisələndirilməyən halı olaraq göstərir ki, tərəflər arasında mübahisəli evin alqı-satıqısı baş tutmamış və qanuni qüvvəyə minm iş məhkəmə qətnaməsi ilə hazırki iş üzrə cavabdehin iddiaçıya və digər şəxslərə qarşı mübahisəli evdən çıxarılması barədə iddia tələbi təmin edilmiş, hazırki iş üzrə iddiaçının cavabdehə qarşı isə əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınması tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. İddiaçı hazırki tələbində cavabdehdən həmin beh müqaviləsi üzrə verdiyi pulu ikiqat, həmçinin beh müqaviləsindən sonra mübahisəli evin alqı-satqısı ilə bağlı cavabdehə verdiyi və banka cavabdehin kredit borcu ilə bağlı ödədiyi digər pulları və mənəvi ziyanın ödənilməsini tələb edir. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi beh müqaviləsi üzrə iddiaçının ödədiyi pulun qaytarılması hissədə qeyd etmişdir ki, müqavilə şərtləri iddiaçı tərəfindən pozulmuş, o evin dəyərini ödəmə diyindən alqı-satıqı baş tutmamışdır. Digər hissələrdə isə məhkəmə iddiaçının tələbini sübuta yetirməməsi əsası ilə rədd etmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu qənaətini qanuni və əsaslı hesab etməyərək aşağıda qeyd edilənlərə əsasən hesab etmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ödənilmiş behin qaytarılması ilə bağlı hissədə iddia tələbinin həlli üçün müqavilənin icra edilməməsi üçün məsuliyyətin kimin üzərində olması müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış 29 oktyabr 2014-cü il tarixli müqavilənin şərtlərinə əsasən tərəflər mübahisəli evin 29 noyabr 2015-ci il tarixdə alqı-satqı barədə razılığa gəlmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-191/2020 saylı, 09 yanvar 2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış evinin alqı-satqısının xx.xx.2015-ci il tarixədək başa çatdırılmamasında İddiaçı təqsirli olması, onun tərəfindən evin dəyərinin satıcıya tam ödənilməməsi, müqavilə şərtlərinin yerinə yetirilməməsində İddiaçı təqsirli olması müəyyən edilmiş, ona görə və tərəflər arasında evə dair alqı-satqı müqaviləsi mövcud olmadığından İddiaçı qarşılıqlı iddiası rədd edilmişdir. Bununla belə, işə baxan məhkəmə beh müqaviləsi ilə şərtləşdirilmiş vaxtda, yəni xx.xx.2015-ci il tarixədək evin alqısatqısı barədə müqavilənin bağlanmasının başa çatdırılmamasında təkcə alıcı İddiaçı hərəkətlərini (hərəkətsizliyini) tədqiq edərək onun təqsirli olması qənaətinə gəlmiş, bu məsələdə satıcı Cavabdeh nə dərəcədə təqsirli olub-olmadığına hüquqi qiymət verməmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, nə müqavilə bağlanan zaman, nədə ki, alqı-satqı müqaviləsinin icrasının nəzərdə tutulduğu tarixdə mübahisəli ev Cavabdeh mülkiyyətində olmamış, o, evin mülkiyyət hüququ əsasında öz adına dövlət qeydiyyatına alınması üçün xx.xx.2015-ci il tarixədək hər hansı hərəkət etməmişdir. Tərəflər arasında olan digər məhkəmə mübahisəsi üzrə işə əlavə edilmiş məhkəmə aktlarından mübahisəli evə cavabdehin mülkiyyət hüquqlarının dövlət reyestrində rəsmiləşdirilməsinin xx.xx.2017-ci il tarixdə həyata keçirilməsi müəyyən edilir. Göründüyü kimi, nə müqavilə bağlanan zaman, nədə ki, mübahisəli ev alqı-satqısının nəzərdə tutulduğu tarixdə cavabdehin mülkiyyətində olmamışdır. Belə olan halda, iş materiallarından görünür ki, evin alqı-satqısının icra edilməm əsinin məsuliyyəti təkcə iddiaçının üzərində deyildir, həmçinin cavabdeh də həmin məsələdə təqsirlidir. İşə baxan məhkəmə nəzərə almamışdır ki, Cavabdeh mülkiyyət hüququ üzrə adına dövlət qeydiyyatına alınmamış yaşayış evi üzərində sərəncam vermək hüququ, müvafiq olaraq həmin evi gələcəkdə iddiaçının mülkiyyətinə vermək səlahiyyəti olmamışdır. Məhz buna görə də, beh müqaviləsi ilə şərtləndirilmiş yaşayış evinin alqı-satqısı da qeyri-mümkün olmuş, işə baxan məhkəmə verilmiş behlə bağlı mübahisənin həllinə Mülki Məcəllənin 492.1-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, barəsində beh müqaviləsi bağlanmış yaşayış evinin daşınmaz əmlakın dövlət reyestri obyekti olması işin mübahisəsiz halıdır. Buna görə də, həmin evə dair sərəncam verilməsi, yəni barəsində bağlanmış beh müqaviləsi notarial qaydada təsdiqlənməlidir. İşdən göründüyü kimi qeyd olunan beh müqaviləsi notarial qaydada təsdiqlənməmişdir. Belə olan halda həmin əqdin etibarlılığından söhbət gedə bilməz.

38. Məhkəmə kollegiyasının qənaətinə görə, Cavabdeh hazırki mübahisəli iş üzrə əsassız varlanmış şəxsdir. Məhkəmə kollegiyası iddiaçının iddia ərizəsində əsassız varlanma və avansla bağlı normalara istinad etməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin hüquqi əsasının müəyyən edilməsi zamanı iddiaçının ərizəsində göstərilənlərə deyil, mübahisənin faktiki hallarına istinad edilməlidir.

39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxan məhkəmə tərəflər arasında olan əvvəlki məhkəmə mübahisələri üzrə qanuni qüvvəyə minmiş mə hkəmə qətnaməsi ilə müəyyən edilmiş halları hazırki iş üzrə üstün hüquqi qüvvəyə malik hal kimi tətbiq edən zamanı MPM-nin 82.3-cü maddəsinin tələblərinə düzgün riayət etməmişdir.

40. Belə ki, qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 09 2(105)191/2020 saylı, yanvar 2020-ci il tarixli qətnaməsi ilə həmin iş üzrə cavabdeh İddiaçı əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınması barədə qarşılıqlı iddiasını məhkəmələr o əsasla rədd etmişlər ki, İddiaçı mübahisəli evin onun adına qeydə alınmasını xahiş etsə də, tərəflər arasında evə dair alqı-satqı müqaviləsi mövcud deyildir. Belə olan halda, yaşayış evinin qarşılıqlı iddia üzrə iddiaçının adına dövlət qeydiyyatına alınması üçün qanunla nəzərdə tutulan əsaslar olmadığından qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Gör ündüyü kimi, daha əvvəllər məhkəmə həmin tələbi tərəflər arasında alqısatqı müqaviləsi bağlanmaması əsası ilə rədd etmişlər. Lakin həmin iş üzrə beh müqaviləsinin şərtlərinin kim tərəfindən pozulması, müqavilə bağlanan zaman və müqavilədə şərtləşdirilmiş alqı-satıqı müqaviləsinin bağlanması üçün nəzərdə tutulmuş vaxtda mübahisəli evin cavabdehin mülkiyyətində olmaması halları, ümumiyyətlə tərəflər arasında etibarlı beh müqaviləsinin olub-olmaması həmin məhkəmə baxışının predmeti olmamışdır.

41. Tələbin mübahisəli evə görə müqavilədən sonra ödənilmiş pulun qaytarılması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə bu hissədə düzgün nəticəyə gəlməmiş, iş materiallarında olan sübutları tam, hərətərəfli və obyektiv tətdiq etməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən işə əlavə edilmiş qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-191/2020 saylı, 09 yanvar 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallara düzgün qiymət verməyərək həm MPM-nin 88-ci maddəsinin tələbələrini pozmuş, həm də MPM-nin 82.3-cü maddəsinin tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, qanuni qüvvəsini almış göstərilən qətnamədə qeyd edilmişdir ki, “...qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində Cavabdeh kredit borcuna görə "xxxx" açıq səhmdar cəmiyyə tinə ödənişləri terminal vasitəsi ilə ödədiyini göstərmiş və bu barədə olan qəbzləri məhkəməyə təqdim etmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 26807 saylı, 09 dekabr 2019-cu il tarixli rəyindən görünür ki, 29 mart 2014-cü il tarixli, 166GNUM140880002 saylı kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən 07 noyabr 2018-ci il tarixədək banka 11.490,51 manat ödənilmişdir, hazırda qeyd olunan müqavilələr üzrə öhdəlik yoxdur. Rəyin təsviri hissəsindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" açıq səhmdar cəmiyyətinə ödənilmiş 9.916,78 manatın 4.658,06 manatı kart hesabından, 1.989,72 manatı nağd şəkildə "xxxx" açıq səhmdar cəmiyyətinə, 3.269 manatı nağd şəkildə Milli Ön vasitəsi ilə ödənilmişdir.” Həmin iş üzrə məhkəmə qarşılıqlı iddia tələbini başqa əsasla (tərəflər arasında notarial qaydada alqı-satqı müqaviləsinin bağlanmaması əsası ilə) rədd etmiş, lakin İddiaçı tərəfindən ödənişlər edilməsi, həmin ödənişlərlə bağlı qəbzlər təqdim olunması, o cümlədən həmin ödənişlərlə bağlı məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi halları müəyyən edilməsinə baxmayaraq birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən həmin hallarla bağlı hər hansı bir sübutun təqdim edilməməsi barədə gəldiyi qənaət əsassız olmuşdur.

42. İş materialları ilə müəyyən edilir ki, iddiaçı mübahisəli evə görə beh müqaviləsi imzalasa da, həmin müqavilə daha öncə sadalanan səbəblərdən etibarlı sayıla bilməz. Başqa sözlə, iddiaçının ödədiyi 6.000 manat hesabına cavabdeh əsassız varlanmışdır. Digər tərəfdən iddiaçı mübahisəli evin əldə edilməsi məqsədilə qarşılqılı razılaşma əsasında cavabde hin xeyrinə kredit müqaviləsi üzrə cəmi 3.269 manat ödəniş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli ev son nəticədə iddiaçının mülkiyyətinə keçirilmədiyindən, həmçinin bu əməliyyatın yerinə yetirilməsində cavabdeh də təqsirkar olduğundan (mülkiyyətində olmayan əmlaka sərəncam verdiyindən) həm əsassız əldə edilmiş 6.000 manat pul, həm də cavabdehin xeyrinə banka ödənilmiş 3.269 manat pul cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır.

43. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 491, 491.3, 492.1, 492.2, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

44. Qətnamədən cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamə sinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə istinad edərək beh müqaviləsinin notarial qaydada təsdiqlənmədiyi qənaətinə gəlmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2-ci maddəsində beh müqaviləsinin yazılı formada bağlanması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsində beh müqaviləsinin notarial qaydada təsdiqlənməli olması, əgər təsdiqlənməzsə etibarsız hesab edilməsi ilə bağlı heç bir norma yoxdur. Məhkəmə tərəfindən beh müqaviləsinin notarial qaydada təsdiqlənməli olması əks halda etibarlılığı ilə bağlı qeyd etdiyi hal Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2-ci maddəsində qeyd edilmiş maddi hüquq normalarının pozuntusu hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24-cü fəsli öhdəliklərin icrasının təmin edilməsindən bəhs edilmişdir. Beh müqaviləsi öhdəliyin icrası ilə bağlı bağlanılmış müqavilədir. Onun notarial qaydada təsdiqlənməsi barədə imperativ norma yoxdur, əksinə Mülki Məcəllədə beh müqaviləsinin yazılı formada olması barədə norma vardır. Beh müqaviləsi Notariat Kontorunda bağlanılmış, işin təkzibedilməyən hallarındandır ki, beh müqaviləsinin şərtləri iddiaçı tərəfindən icra edilməmişdir. Beh müqaviləsi beh verən tərəfindən icra edilməmişsə behin cavabdehdə qalması qanuni və ədalətli olmaqla Mülki Məcəllənin tələblərinə uyğundur. Məhkəmə tərəfindən beh müqaviləsinin notari al qaydada təsdiqlənməməsinə görə cavabdeh əsassız varlanmış şəxs hesab etmiş və iddiaçının müqavilə üzrə ödədiyi pulları geri qaytarılmalı olduğunu hesab etmişdir. Məhkəmənin gəldiyi bu nəticə maddi hüquq normalarının pozuntusudur. Ona görə ki, iddiaçı ilə cavabdeh arasında beh müqaviləsi 29 oktyabr 2014cü il tarixdə Xaçmaz rayon Notariat Kontorunda bağlanmış, həmin müqavilə Mülki Məcəllənin normalarına zidd bağlanmamış, belə olan halda iddiaçı ilə aralarında müqavilə olan zaman, həmin müqavilənin Mülki Məcəllənin tələblərinə zidd olaraq bağlanması halı olmadığı halda, Mülki Məcəllənin tələblərinə uyğun formada bağlanmış müqavilə üzrə iddiaçının cavabdehə ödədiyi pula görə cavabdeh öz öhdəliklərini yerinə yetirmədiyinə görə cavabdeh əsassız varlanmış şəxs sayıla bilər. Ona görə ki, cavabd eh ilə iddiaçı arasında 29 oktyabr 2014-cü il tarixdə Xaçmaz rayon Notariat Kontorunda bağlanmış beh müqaviləsinin bağlanması zamanı beh müqaviləsinin predmeti olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, **********53-10301 reyestr nömrəli çıxarışa əsasən cavabdehin mülkiyyətində olmuşdur. Beh müqaviləsi Mülki Məcəllənin tələblərinə əsasən yazılı qaydada bağlanması belə qanunsuz olmadığı halda belə Notariat qaydasında bağlanılmış, beh müqaviləsi bağlanılan zaman fərdi yaşayış evi cavabdehin mülkiyyətində olmuşdur. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Hətta həmin yaş ayış evi ilə bağlı Xaçmaz rayon Notariat Kontorunda verilmiş 15 aprel 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi torpaq sahəsi anası X8 vərəsəlik üzrə cavabdehə miras qalmışdır.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3588/2022 saylı, 21 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər Vüqar Həsənov (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov və İspəndiyar Şəfiyev) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2311/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

47. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin beh müqaviləsinin notariat qaydasında təsdiqlənməməsinə dair nəticəsi düzgün olmamış, bu hissədə apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları düzgün qiymətləndirməmişdir.

48. Kassasiya instansiyası məhkəməsi qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, beh müqaviləsi bağlanarkən mübahisəli ev cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, faktiki olaraq o, sərəncam vermək səlahiyyəti olmadan müqavilə bağlamışdır. Lakin apellyasiya instansiyası məhkəməsinin göstərilən nəticəyə hansı sübutlar əsasında gəlməsini müəyyən etmək mümkün deyildir. Daşınmaz əmlakın əldə edilməsi və mülkiyyətçisi barədə məlumatlar yalnız reyestr qeydiyyatı və onun əsasında verilmiş hüquq müəyyənedci sənədlər (qeydiyyat vəsiqəsi, çıxarışlar) əsasında müəyyən olunur. Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsi müəyyən edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

49. Lakin apellyasiya instansiyası məhkəməsi baxılan iş üzrə iddiaçının cavabdehin əvəzinə kredit müqaviləsi üzrə öhdəliyinin br hissəsini icra etməsi ilə bağlı nəticəyə gələrkən qanuni qüvvədə olan qətnamə ilə bağlı mülki iş üzrə ödəniş sənədlərinin təqdim olunmasını göstərsə də baxılan iş üzrə bu məbləğinin hansı həcmdə olmasının həmin qətnamə ilə müəyyən olunmadığını nəzərə almamışdır. Həmin mülki iş üzrə hər hansı məbləğinin mübahiəssiz olaraq məhz iddiaçı tərəfindən həyata keçirilməsi müəyyən ol unmamışdır.

50. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı məhz tərəflər arasında bağlanmış beh müqaviləsinə əsaslanaraq tələb irəli sürmüş və məhkəmə tərəfindən beh müqaviləsinin icrasının başa çatmamasının məhz İddiaçı hərəkətləri ilə bağlı olması (beh müqaviləsi bağlanmış və qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən həmin müqavilənin şərtlərinə əməl edilməmişdir) göstərilmişdir. Bu mövqeydə olan birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edən apellyasiya instansiyası məhkəməsinin əsaslandırması isə istinad etdiyi prosessual normanın tələblərinə uyğun olmamışdır.

51. Kassasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 144.1, 491.1, 491.3, 492.1, 492.2, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

52. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1915/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Zahid Məmmədov və Zaur Məmmədov) apellyasiya şikayəti qismən təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-31/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qətnaməsinin qismən-20.440 (iyirmi min dörd yüz qırx) manat məbləğində əsas borcun tutulmasına dair iddia tələbinin rədd olunan hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 3.269 (üç min iki yüz altmış doqquz) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat, cəmi 3.299 (üç min iki yüz doxsan doqquz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qal an hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

53. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi üzərində cavabdehin mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdən qeydə alınmışdır. Yəni tərəflər arasında fərdi yaşayış evinə dair xx.xx.2014-cü il tarixdə notariat qaydasında beh müqaviləsi bağlanarkən cavabdeh səlahiyyətli olmuşdur. Beh müqaviləsi üzrə müqavilənin icra edilməməsi üçün məhz iddiaçının məsuliyyət daşıdığı, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş müddətdə ödənişlərin tam həyata keçirilmədiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən iddia tələbi 12.000 manat məbləğində beh məbləğinin qaytarılmasına dair hissədə əsaslı hesab edilə bilməz.

54. İddia tələbinin cavabdehin banka olan borcuna görə 7. 840 (yeddi min səkkiz yüz qırx) manat məbləğində pulu banka köçürdüyü üçün həmin pulun iddiaçının xeyrinə tutulması hissəsində apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6413/2018 saylı, 01 oktyabr 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...iş materiallarından müəyyən edilir ki, Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı yazılı izahatda İddiaçı 2015-ci ilin 12 ayı üçün 360 manatdan 4.320 manatının ödənilməsinin həqiqətə uyğun olmadığını, 26 noyabr 2015-ci il tarixdə 279,43 manat və 17 dekabr 2015-ci il tarixdə 372,17 manat pulun onun pensiya kartından tutulduğunu bildirmişdir. Lakin iş materiallarında olan iclas protokollarından görünür ki, Cavabdeh və nümayəndəsi daha sonra ziddiyətli ifadələr verərək C avabdeh pensiya kartından 4.320 manat pulun tutulduğunu izahatlarında bildirmişlər. Bundan başqa iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Xaçmaz rayon filialının 04 oktyabr 2017-ci il tarixli 798 №-li arayışdan müəyyən olunur ki, Cavabdeh "xxxx" ASC-nin Xaçmaz rayon filialından 8.000 manat almış və 26 fevral 2016-cı il tarixdə 166RGT********** nömrəli müqaviləyə əsasən restrukturizasiya olunduğu 4.515,04 manat məbləğində kreditə görə müştərinin ******************** saylı kart hesabından 790,90 manat, ******************** saylı kart hesabından 2.936,65 manat pul tutulmuşdur. Müştərinin hazırda filiala qalıq borcu 2.511,80 manat təşkil edir. "xxxx" ASC-nin Xaçmaz rayon filialının eyni tarixli, eyni nömrəli arayışında qeyd edilmişdir ki, Cavabdeh "xxxx" ASC-nin Xaçmaz rayon filialından 9.400 manat almış və 26 fevral 2016-cı il tarixdə 166RGT********** nömrəli müqaviləyə əsasən restrukturizasiya olunduğu 4.515,04 manat məbləğində kreditə görə müştərinin ******************** saylı kart hesabından 790,90 manat, ******************** saylı kart hesabından 2.936,65 manat pul tutulmuşdur. Müştərinin filiala qalıq borcu 2.511,80 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASCnin Xaçmaz rayon filialının 16 noyabr 2017-ci il tarixli 950 №-li məktubundan müəyyən olunur ki, Cavabdeh 29 mart 2014-cü il tarixdə kredit müqaviləsinə əsasən 9.400 manat kredit verilmişdir. xx.xx.2016-cı il tarixdə həmin kredit müştərinin müraciətinə əsasən restrukturizasiya olunaraq 1% komissiya haqqı tutulmaqla 166RGT********** nömrəli müqavilə üzrə 4.515,04 manat rəsmiləşdirilmişdir. 166GNUM140880 002 saylı və restrukturizasiya olunmuş 166RGT********** nömrəli kredit müqavilələri üzrə 16 noyabr 2017-ci il tarixə müştərinin ******************** saylı kart hesabından 790,90 manat, ******************** saylı kart hesabından isə 3.109,48 manat, cəmi 3.900,38 manat tutulmuşdur. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş sənədlər, tərəflərin izahatları arasında Cavabdeh banka olan borcu, ödənilmiş məbləğlər və qalan borcu barədə ziddiyətli məqamlar mövcuddur.

55. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-191/2020 saylı, 09 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehin banka olan borcuna görə iddiaçı tərəfindən 3.269 manatı nağd şəkildə Milli Ön vasitəsi ilə ödənişlər edilməsi təsdiqini tapır. Bu, həm də işin mübahisəsiz ha lı olmuşdur. Həmin iş üzrə məhkəmə qarşılıqlı iddia tələbini başqa əsasla (tərəflər arasında notarial qaydada alqı-satıqı müqaviləsinin bağlanmaması əsası ilə) rədd etmiş, lakin İddiaçı tərəfindən ödənişlər edilməsi, həmin ödənişlərlə bağlı qəbzlər təqdim olunması, o cümlədən həmin ödənişlərlə bağlı məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi halları müəyyən edilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən həmin hallarla bağlı hər hansı bir sübutun təqdim edilməməsi barədə gəldiyi nəticə əsassız olmuşdur.

56. İddiaçı tərəfindən cavabdehin borcuna görə banka ödənilən pul vəsaitinin məbləği ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 3.269 manatın nağd şəkildə “Milli Ön” vasitəsi ilə ödənilməsi və məbləğin ödənilməsini təsdiq edən qəbzlə rin məhz iddiaçı tərəfindən əvvəlki məhkəməyə təqdim edilməsi həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunduğundan, mövcud iddia tələbi cavabdehin banka olan borcuna görə ödənilmiş 7.840 manat məbləğində pulun tutulması hissəsində qismən, yəni 3.269 manatın tutulması hissəsində təmin edilməlidir. Banka ödənilən məbləğin qalan hissəsi ilə bağlı isə iddiaçı məhkəmə kollegiyasına mötəbər sübut təqdim etməmişdir.

57. İddia tələbinin cavabdehin iddiaçıdan ayrı-ayrı vaxtlarda aldığı 500 manat pulun tutulması hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəf həmin faktı təsdiq edəcək hər hansı sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.

58. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin mənəvi zərərin tutulması hissəsi il ə əlaqədar qeyd etmişdir ki, İddiaçı mənəvi zərərin ödənilməsi barədə tələb irəli sürmüş olsa da, göstərilən tələbinə dair hər hansı sübut növünü məhkəməyə təqdim etməmiş, habelə cavabdehin hərəkətləri nəticəsində onun fiziki və mənəvi sarsıntı keçirməsini məhkəmədə işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir.

59. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 491, 491.3, 492.1, 492.2, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77 və 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

60. Qərardan İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin olunmaması hissəsində ləğv etm əklə onun Cavabdeh qarşı 20.440 manat məbləğində əsas borcun, 10.000 manat məbləğində mənəvi ziyana görə təzminatın və 30 manat dövlət rüsumunun tutulmasına dair iddiasının tam həcmdə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

61. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki işdə Cavabdeh onun hesabına əsassız olaraq varlanmış, həmin evin dəyərini ondan aldığı halda onu bu evdən çıxararaq evi bir daha təkrarən satmışdır. Bu tərəflər arasında bağlanmış müqavilə və onun tərəfindən cavabdehin verdiyi bank hesabına edilmiş ödənişlərlə də təsdiq olunur. Lakin məhkəmə tərəflər arasında bağlanmış və “beh” müqaviləsi adı altında onun cavabdehə ödədiyi ilkin ödənişi cavabdehin əsassız varlanması kimi qəbul etməmiş və həmin vəsaitin cavabdehdən alınaraq ona verilməsi hi ssəsində iddia tələbini rədd etməkdə haqlı olmamışdır. O, da məhkəmə prosesində verdiyi izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış beh müqaviləsində qarşı tərəfə 6.000 manat etdiyi ödəniş evə görə verilmiş beh olmamışdır. Qarşı tərəf evi ona satanda o, 6.000 manat naqd pulunun olduğunu bildirmiş və bu evə görə ilkin ödəniş olmuş, cavabdeh də həmin pulu alaraq qalan 8.000 manat pulu banka ödəməli olduğunu demiş, lakin onun ödənişlər aparmasına baxmayaraq vəd verdiyi tarixdə, yəni 2015-ci ildə onunla alqı-satqı müqaviləsini bağlamamış, razılaşmanı pozmuş və 2017-ci ildə ona satdığı evə dair öz adına çıxarışı alaraq onunla müqavilə bağlamamışdır. O, həmin evi almaqdan imtina etməmiş, lakin qarşı tərəf bu razılaşmanı özü pozaraq onun 4 övladı ilə evdən çıxarılması barədə məhkəməyə müraciət etmişdir. 62. “Beh” müqaviləsinə əsasən qarşı tərəf bir il müddətində evi onun adına rəsmiləşdirəcəyi öhdəliyini üzərinə götürsə də həmin öhdəliyə əməl etməmişdir. Əgər bu tarixə kimi o, öhdəliyi pozmuşdursa, cavabdeh ondan nə qalan pulun istəməmiş, nə də həmin vaxt evdən çıxarılması barədə iddia qaldırmamış, 2017-ci ilə kimi bəhanə gətirərək bildirmişdir ki, həmin evin çıxarışını almamışdır. Həqiqətən də həmin vaxta kimi onun tərəfindən ödənilmiş ödənişlərlə bağlı qəbzlər də onun mərhum anasının adına olmuşdur. Lakin evin yarı pulunu birdəfə almaqla bu barədə müqavilədə bu məbləği ilkin ödəniş kimi qeyd etdirməyən və beh müqaviləsi adı altında yazdıran cavabdeh bu vəziyyətdən istifadə etməklə nəinki ondan aldığı və onun adına etdiyi ödənişləri ona qaytarmamış, əksinə hətta ona q arşı evdən çıxarma, dəymiş ziyan barədə iddia ilə məhkəməyə müraciət etmişdir. O, qeyd edilən evi almaq niyyətində olsa da cavabdeh onun niyyətinə zidd gedərək evdən çıxarılmasını iddia etmiş və bununla da müqavilə şərtini özü pozmuşdur. Bu da verilmiş behin ona qaytarılmalı olması anlamına gəlir. Lakin məhkəmə tətbiq etdiyi maddi normanı düzgün təfsir etməyərək əsaslı iddia tələbini qismən, yalnız onun tərəfindən qəbzlər əsasında ödənilmiş pulun qaytarılması hissəsində təmin etmişdir.

63. İşə baxın məhkəmə 6.000 manat məbləğində beh müqaviləsi əsasında ödənilmiş vəsaitlə bağlı belə bir nəticəyə gəlmişdir ki, həmin vəsaitin tələbi barədə iddia təmin olunmamalıdır və bu nəticəyə gələn məhkəmə maddi norma kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91-492, 1091-1092-ci maddələrinə isti nad etmişdir. Mülki Məcəllənin 491-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Məhkəmə belə bir qənaətə gəlmişdir ki, guya iddiaçı kimi o, beh müqaviləsinin icra edilməməsinə görə məsuliyyət daşıyır və buna görə də onun tərəfindən verilmiş beh geri qaytarılmamalıdır. Halbuki onun tərəfindən həmin evə görə razılaşdırılmış məbləğ ödənilmiş və o, üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Bundan başqa beh müqaviləsinin tərtibində də səhvə yol verilmiş, 14.000 manata qiymətləndirilən bir evə görə 6.000 manat məbləğində behin verilməsi (halbuki b u evə görə verilmiş ilkin ödəniş olmuşdur), həmin beh müqaviləsi bağlanan vaxt cavabdehin adına satdığı evə görə çıxarışın olmaması, çıxarışı yalnız 2017-ci ildə alaraq məhkəməyə müracit etməsi, beh müqaviləsi bağlanarkən həmin evdə qeydiyyatda olan və hüququ olan şəxslərin dairəsinin müəyyən edilməməsi, 1 saylı forma (evin yüklülüyü barədə) və 2 saylı forma arayışların (həmin evdə qeydiyyatda olanlar barədə) təqdim edilməməsi ona dəlalət edir ki, bu beh müqaviləsi formal bir müqavilə olmuş və notariat kontoru tərəfindən yalnız həmin kağıza imza atmış şəxslərin imzaları təsdiq edilmişdir. Müqavilənin tərtibində daşınmaz əmlaklarla bağlı yazılı müqavilənin bağlanılması şərtlərinə və formasına əməl olunmamışdır. Cavabdeh nəticədə bu vəziyyətdən istifadə edərək əsassız olaraq varlanmışdir. Be lə ki, həmin evi satdığı və evə görə vəsait aldığı halda o həmin evi bir daha satmış, gəlir əldə etmişdir. Yəni bir ev cavabdeh tərəfindən 2 dəfə satılaraq qazanc götürmüşdür. Belə ki, həmin evə və torpaq sahəsinə dair xx.xx.2020-ci ildə cavabdehlə X27 arasında alqı-satqı müqaviləsi bağlanılmış və cavabdeh qeyd edilən evə görə 12.000 manat məbləğində pul almışdır. Yəni ondan 6.000 manat ilkin ödənişi beh adı altında almasına və həmin evə görə onun tərəfindən ödənişlərin aparılmasına baxmayaraq cavabdeh həmin evi 2-ci dəfə sataraq 12.000 manat məbləğində pul almışdır. Həmin alqı-satqı müqaviləsinin sənədlərindən də aydın olur ki, evin satılması zamanı cavabdehin təqdim etdiyi çıxarış üzrə onun satılan ev və torpaq sahəsi üzərində mülkiyyət hüquqları xx.xx.2017-ci il tarixdə qeydə alınmış və adına RX seriyalı ******* nömrəli çıxarış da verilmişdir. Bu isə bir daha o anlama gəlməyə əsas verir ki, cavabdeh ondan 6.000 manat pulu alarkən həmin çıxarış olmamış və o, satılan əmlak üzərində mülkiyyət hüquqlarını da dövlət qeydiyyatına almamışdır.

64. Apellyasiya instansiya məhkəməsi tətbiq etdiyi maddi normanı düzgün təfsir etməyərək əsaslı iddia tələbini qismən, yalnız onun tərəfindən qəbzlər əsasında ödənilmiş pulun qaytarılması hissəsində təmin etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 77, 88-ci maddəsinin tələblərinə tam əməl olunmamışdır. Belə ki, məhkəmə qarşı tərəfin təqdim etdiyi gecikmiş sübutları prosessual əsaslar olmadan qəbul etməkdə haqlı olmamışdır. Qeyd edilən hazırki iddia tələbi ilə bağlı 1 dəfə yerli məhkəmə, 2 dəfə apellyasiya məhkəməsi, 2 dəf ə Ali Məhkəmə baxmış və bu məhkəmə proseslərinin heç birində cavabdeh 2014-cü ildə ona satdığı evin həmin vaxt onun mülkiyyətində olmasına dair sübut təqdim etməmişdir. Əksinə işdə olan və qanun qüvvəsini almış başqa bir məhkəmə aktı ilə cavabdehin bu mülk üzərində hüquqlarının 2017-ci ildən qeydə alındığı təsdiq olunmuşdur. Bundan başqa məhkəməyə vəsatətlə müraciət edərək tərəflər arasında bağlanmış beh müqaviləsi ilə bağlı notariat işinin Xaçmaz rayon Notariat Kontorundan tələb olunması xahiş olunmuş, lakin məhkəmə qarşı tərəfin təqdim etdiyi müqaviləni qəbul etməklə kifayətlənmişdir. Bundan sonra onun tərəfindən Xaçmaz rayon Notariat Kontoruna sorğu göndərilmiş və həmin sorğuya cavab olaraq notariat kontoru beh müqaviləsi üzrə notariat işini deyil, cavabdehin həmin evi sonradan başqa bi r şəxsə satması ilə bağlı notariat işini göndərmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

65. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

66. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

67. Maddə

491. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır.

68. Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıq da, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.

69. Maddə 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır.

70. Maddə 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.

71. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

72. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

73. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

74. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

75. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma h əmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

76. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

77. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

78. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

79. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və vi deo yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

80. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

81. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

82. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

83. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı q anunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

84. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

85. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

86. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübu tlar əsasında yeni qərar qəbul edə bilər.

87. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

88. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

89. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahis ələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

90. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşmır.

91. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini qismən, 20.440 manat məbləğində əsas borcun tutulmasına dair iddia tələbinin rədd olunan hissəsində ləğv edərək, həmin hissədə yeni qətnamə qəbul etməklə iddia tələbini qismən təmin etmiş apellyasiya instansiyası məhkəməsi tərəfindən, cavabdehin banka olan borcuna görə iddiaçının ödəmiş olduğu cəmi 3.299 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə ödənilməsi zamanı, habelə kredit borcu ilə bağlı ödədiyi digər pulları tələb etm əsi və mənəvi ziyanın ödənilməsi hissələrdə rədd edərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilsə də, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasına aid hissədə qismən maddi hüquq normaları düzgün tətbiq olunmamış, həmin hissədə düzgün qətnamə qəbul edilməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması hissəsində qismən ləğv edilməli və həmin hissədə məhkəmələr tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə, iddia tələbi tərəflər arasında bağlanmış beh müqaviləsinə görə ödənilmiş məbləğin iddiaçıya qayrarılması hissəsində də təmin edilməlidir.

92. İşin məhkəmələri tərəfindən müəyyən edilmiş hallar ına görə, mübahisəli ünvan 3 ünvanında yerləşən 0,0642 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi cavabdehin anası X14 məxsus olmuş, xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, cavabdehin adına dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydə alınaraq ona çıxarış verilmişdir. Bundan sonra cavabdeh qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi 0,0642 torpaq sahəsindən 315 kv.metr torpaq sahəsini Xaçmaz rayonu 1 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli alqı-satıqı müqaviləsinə və bölgü planına əsasən X20 adlı şəxsə satmışdır. Daha sonra iddiaçı ilə cavabdeh arasında notariat qaydasında 29 oktyabr 2014-cü il tarixli beh müqaviləsi bağlanmış, müqaviləyə əsasən tərəflər cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 29 noyabr 2015-ci il tarixədək iddiaçının adına notariat qaydasında rəsmiləşdirməklə 14.000 manata satışı barədə razılaşmışlar və ilkin olaraq iddiaçı cavabdehə 6.000 manat məbləğində beh ödəmişdir. Lakin tərəflər arasında mübahisəli evin alqı-satıqısı baş tutmamış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırki iş üzrə cavabdehin iddiaçıya və digər şəxslərə qarşı mübahisəli evdən çıxarılması barədə iddia tələbi təmin edilmiş, hazırki iş üzrə iddiaçının cavabdehə qarşı isə əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınması tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir.

93. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh mülkiyyətində olmuş 0,0642 torpaq sahəsindən 315 kv.metr torpaq sahəsini xx.xx.2014-cü il tarixdə X1 sonra, 0,0309 ha torpaq sahəsi və üzərində yerləşə n fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarış cavabdehin adına yalnız xx.xx.2017-ci il tarixdə verilmişdir. Cavabdeh xx.xx.2017-ci il tarixli çıxarışla ona məxsus olan, ünvan 3 ünvanında olan 0,0309 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini Xaçmaz rayonu 1 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli alqı-satıqı müqaviləsinə əsasən X27 adlı şəxsə satmış və sonuncunun adına həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə çıxarış verilmişdir.

94. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehin banka olan borcuna görə 3.269 manat məbləğində nağd pul “Milli Ön” vasitəsi ilə "xxxx" ASC-nin hesabına ödənilmişdir.

95. İddiaçı iddia tələbində cavabdehdən beh müqaviləsi üzrə ödədiyi pulun ikiqat mislinin, həmçinin beh müqaviləsindən sonra mübahisəli evin alqı-satıqısı ilə bağlı ayrıayrı vaxtlarda cavabdehə verdiyi və banka cavabdehin kredit borcu ilə bağlı ödədiyi digər pulların və ona dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsini tələb etmişdir.

96. Apellyasiya instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 3.269 manat məbləğində pulun tutulması hissəsində iddia tələbini qismən təmin edərkən, tərəflar arasında mövcud olmuş başqa mübahisə üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-191/2020 saylı, 09 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehin banka olan borcuna görə iddiaçı tərəfindən ödənişlər edilməsinin təsdiqini tapmasına əsaslanmışdır.

97. Cavabdehin kredit borcu ilə bağlı ödədiyi digər pulları tələb etməsi və mənəvi ziyanın ödənilməsi hissələrdə isə apellyasiya instansiya məhkəməsi, iddiaçının tələbi ni sübuta yetirə bilməməsi əsası ilə iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

98. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticələrlə razılaşır və həmin nəticələri qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyasının mövqeyinə görə həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi, habelə iddiaçının kassasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur.

99. Bununla belə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddia tələbinin 12.000 manat beh məbləğinin qaytarılmasına dair hissədə əsaslı olmaması haqqında nəticəyə gələrkən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində cavabdehin mülkiyyət hüququnun xx. xx.2014-cü il tarixdən qeydə alınması, tərəflər arasında fərdi yaşayış evinə dair xx.xx.2014-cü il tarixdə notariat qaydasında beh müqaviləsi bağlanarkən cavabdehin səlahiyyətli olmasına, beh müqaviləsi üzrə müqavilənin icra edilməməsi üçün məhz iddiaçının məsuliyyət daşıdığı, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş müddətdə ödənişlərin tam həyata keçirilmədiyinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilməsinə əsaslanmışdır ki, apellyasiya instansiya məhkəsinin gəldiyi həmin nəticəsi qanuni və əsaslı hesab edilə bilməz.

100. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin göstərilən hissədə həlli zamanı apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, iş üçün əhəmiyyəti olan hallar aydınlaşdırılmamış və mövcud s übutlara işin hallarına uyğun olaraq düzgün hüquqi qiymət verilməmişdir. Apelyasiya məhkəməsi özünün gəldiyi həmin nəticələri işin müəyyən edilən faktiki halları və sübutlarla deyil, ehtimallarla əsaslandırmışdır.

101. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

102. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikasının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

103. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın t əmin olunub-olunmadığını müəyyən edir.

104. Göstərilənlərə əsasən məhkəmə kollegiyası diqqəti ona cəlb edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491-ci maddəsinə görə, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır.

105. Həmin Məcəllənin 492.2-ci maddəsinə görə, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, ə gər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.

106. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, bundan əvvəl 31 may 2021-ci il tarixdə işə baxmış kassasiya məhkəməsinin qərarında da qeyd olunduğu kimi ödənilmiş behin qaytarılması ilə bağlı hissədə iddia tələbinin həlli məqsədi ilə müqavilənin icra edilməməsi üçün məsuliyyətin kimin üzərində olması mühüm əhəmiyyət kəsb etməklə, məhkəmə tərəfindən müəyyən edilməliydi.

107. Tərəflar arasında mövcud olmuş başqa mübahisə üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-191/2020 saylı, 09 yanvar 2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış evinin alğı-satqısının xx.xx.2015-ci il tarixədək başa çatdırılmamasında İddiaçı təqsirli olması, onun tərəfindən evin dəyərinin satıcıya tam ödənilməməsi, müqavilə şərtlərinin yerinə yetirilməməsində İddiaçı təqsirli olması müəyyən edilmiş, ona görə və tərəflər arasında evə dair alqı-satqı müqaviləsi mövcud olmadığından İddiaçı qarşılıqlı iddiası rədd edilmiş, lakin işə apellyasiya instansiyasında baxan məhkəmə beh müqaviləsi ilə şərtləşdirilmiş vaxtda, yəni xx.xx.2015-ci il tarixədək evin alqısatqısı barədə müqavilənin bağlanmasının başa çatdırılmamasında təkcə alıcı İddiaçı hərəkətlərini (hərəkətsizliyini) tədqiq edərək onun təqsirli olması qənaətinə gəlmiş, bu məsələdə satıcı Cavabdeh nə dərəcədə təqsirli olub-olmadığına hüquqi qiymət verməmişdir.

108. İşdə olan, iddiaçı və cavabdeh arasında bağlanmış 29 oktyabr 2014-cü il tarixli beh müqaviləsinin şərtlərinə əsasən tərəflər mübahisəli evin 29 noyabr 2015-ci il tarixədək notariat qaydasında alqı-satıqı barədə razılığa gəlmişlər. Lakin işdən görünür ki, nə müqavilə bağlanan zaman, nədə ki alqı-satqı müqaviləsinin icrasının nəzərdə tutulduğu tarixdə, iddiaçıya satılması nəzərdə tutulan mübahisəli ev və torpaq sahəsi Cavabdeh mülkiyyətində olmamış, cavabdeh evin və torpaq sahəsinin mülkiyyət hüququ əsasında öz adına dövlət qeydiyyatına alınması üçün xx.xx.2015-ci il tarixədək hər hansı hərəkət etməmişdir. Belə ki, cavabdeh mülkiyyətində olmuş 0,0642 torpaq sahəsindən 315 kv.metr hissəsini 18 iyun 2014-cü il tarixdə, yəni iddiaçı ilə beh müqaviləsini bağladığı 29 oktyabr 2014-cü il tarixdən əvvəl X2 görə, qalan 0,0309 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini iddiaçıya satmaq üçün xx.xx.2014-cü il tarixdə əldə etdiyi, *** ******* qeydiyyat nömrəli çıxarışdan istifadə edə bilməzdi və yeni çıxarış almadan torpaq sahəsini və fərdi yaşayış evini iddiaçının adına notariat qaydada rəsmiləşdirə, o cümlədən beh müqaviləsində qeyd olunan şərtə əməl edə bilməzdi. Çünki cavabdeh 0,0309 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarışı yalnız xx.xx.2017-ci il tarixdə əldə etmişdir.

109. Bundan başqa iddiaçıdan fərqli olaraq, cavabdeh özünə məxsus və satdığı zaman müvafiq çıxarışı olmayan 0,0309 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini iddiaçıya satdığını dəqiq bildiyi halda, bu barədə tərəflər arasında bağlanmış 29 oktyabr 2014-cü il tarixli beh müqaviləsində hər hansı qeyd aparmamaqla çaşqınlıq yaratmışdır.

110. Həmçinin mübahisəli torpaq sahəsi və fərdi yaşay ış evi xx.xx.2014-cü il tarixdə cavabdehin adına qeydə alınarkən "xxxx" ASC-də ipoteka ilə yüklü olduğu iş materialları ilə müəyyən edildiyi halda, cavabdehin bu barədə iddiaçıya hər hansı məlumat verməsini işdən müəyyən etmək mümkün deyildir. ("xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli məktubu. Cild 2. i.v.163) Bu hal isə cavabdehin iddiaçı ilə beh müqaviləsi bağlayarkən mülki hüquq münasibətlərinin subyekti kimi öz hüquq və vəzifələrini vicdanla həyata keçirdiyini şübhə altına almağa əsas verir.

111. Göründüyü kimi, nə müqavilə bağlanan zaman, nədə ki mübahisəli evin alqısatqısının nəzərdə tutulduğu tarixdə mübahisəli ev cavabdehin mülkiyyətində olmamışdır. Bu baxımdan işə baxan apellyasiya instansiya məhkəməsinin alqı-satqının icra edilməməsinə görə məsuliyyətinin təkcə iddiaçının üzərində olmasına dair qənaəti işdə olan sübutlara uyğun olmamış, cavabdehin həmin məsələdə təqsirli olmaması məsələsinə düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, Cavabdeh mülkiyyət hüququ üzrə adına dövlət qeydiyyatına alınmamış 0,0309 ha torpaq sahəsi və yaşayış evi üzərində sərəncam vermək hüququ, müvafiq olaraq həmin evi gələcəkdə iddiaçının mülkiyyətinə vermək səlahiyyəti olmamışdır.

112. Bununla da cavabdeh iddiaçı ilə arasında bağlanmış 29 oktyabr 2014-cü il tarixli beh müqaviləsinin şərtlərinə əməl etməmiş, mübahisəli evin alqı-satqısına görə iddiaçıdan 6.000 manat beh məbləğini aldıqdan sonra, evin 29 noyabr 2015-ci il tarixədək notariat qaydasında iddiaçının adına rəsmiləşdirilməsi üçün addımlar atmamış, beh müqaviləsinin icra edilməməsi üçü n məsuliyyət cavabdehin üzərində qalmışdır.

113. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, beh müqaviləsi ilə şərtləndirilmiş fərdi yaşayış evinin alqı-satqısının qeyri-mümkün olmasını bilən Cavabdeh beh müqaviləsinin icra edilməməsi üçün məsuliyyət daşımaqla, müqavilənin icra edilməməsindən sonra iddiaçıdan beh kimi aldığı 6.000 manat pulu ona qaytarmamaqla iddiaçının hesabına əsassız olaraq varlanmışdır.

114. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

115. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hü quqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

116. Məhkəmə kollegiyası iddiaçının iddia ərizəsində əsassız varlanma və avansla bağlı normalara istinad etməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, işə baxan məhkəmə iddia tələbinin hüquqi əsasının müəyyən edilməsi zamanı iddiaçının ərizəsində göstərilənlərlə bağlı deyildir. 117. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı: “...iddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məh kəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil”.

118. Beləliklə, məhkəmə kollegiyası h esab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.

119. Ona görə də kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və yeni qərar qəbul edilərək iddia tələbi tərəflər arasında bağlanmış beh müqaviləsinə görə ödənilmiş məbləğin iddiaçıya qaytarılması hissəsində də qismən təmin edilməli, cavabdehin iddiaçıdan aldığı 6.000 manat behin iki misli, yəni 12.000 manat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 492.2-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı dır.

120. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu madələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1915/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-31/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qətnaməsinin, İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsinə aid olan hissədə dəyişdirilmədən saxlanılması hissəsində qismən ləğv edilsin və həmin hissədə də iddia qismən təmin olunsun. Cavabdeh 12.000 (on iki min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Sumqayıt Apellyasiya M əhkəməsinin Mülki Kollegiyasının 2(105)-1915/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi kassasiya şikayətində mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar