Məhkəmə qərarları › İş №2(102)-1147/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1147/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1147/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" X2 Səhmdar Cəmiyyətinə qarşı; İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı (üçüncü şəxslər: "xxxx" KB ASC və Xəzər rayon icra şöbəsinə ) işlər üzrə QƏRARİ (Açar sözlər: icra qeydinin aparılması barədə bildirişlərin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" X2 Səhmdar Cəmiyyətinə qarşı «icra qeydinin aparılması barədə bildirişlərin etibarsız hesab edilməsi» tələbinə dair və İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı ("xxxx" Kommersiya Bankı» Açıq Səhmdar Cəmiyyəti və Xəzər rayon icra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) «icra qeydinin ləğv edilməsi» tələbinə dair mülki işlər üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7042/2023 nömrəli, 2023-cü il 19 dekabr tarixli qətnaməsindən "xxxx" Kommersiya Bankı ASC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2007-ci il tarixli, 07DİK/07 nömrəli kredit müqaviləsinə əsasən borcverən qismində "xxxx" KB ASC-nin (bundan sonra – cavabdeh) Nərimanov filialı borcalan qismində İddiaçı (bundan sonra – iddiaçı) 180 ay müddətinə xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə, illik 16% ödəmək şərti ilə 125.000 ABŞ dolları məbləğində kredit vermişdir. 2. xx.xx.2007-ci il tarixdə cavabdehin Nərimanov filialı ilə iddiaçı və «Satıcı» qismində X1 arasında bağlanmış alğı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi sahə ünvanında yerləşən 0.068267 ha torpaq sahəsini və üzərində yerləşən 10/8 nömrəli 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 431,7 kv.m., o cümlədən yaşayış sahəsi 117,7 kv.m. olan fərdi yaşayış evini (bundan sonra - ipoteka predmeti) iddiaçının mülkiyyətinə vermişdir. İpoteka predmetinin satış qiyməti 135.360 manat müəyyən edilmişdir.

3. İpoteka predmeti üzərində iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.

4. Cava bdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı kredit müqaviləsi üzrə banka olan əsas borcu 79.135,73 ABŞ dolları, faiz borcu 5.801,57 ABŞ dolları, cəmi 84.937,3 ABŞ dolları təşkil etmişdir. 5. xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən iddiaçının qeydiyyatda olduğu ünvana ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə bildirişləri göndərilmiş, bildirişlər müvafiq qeydlərlə geri qaytarılmışdır.

6. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizə ilə müraciət olunmuş, iddiaçı müvafiq müddət ərzində bildirişdən şikayət etməmiş və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən icra qeydi aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh "xxxx" X2 Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun başlanması və xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli icra qeydinin aparılması barədə bildirişlərin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir.

8. Həmçinin İddiaçı cav abdeh Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı ("xxxx" Kommersiya Bankı» Açıq Səhmdar Cəmiyyəti və Xəzər rayon icra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, notarius Fuad Səfərov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1477/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə (üçüncü şəxs "xxxx" KB ASC və Bakı şəhəri Xəzər rayon İcra şöbəsi) qarşı «icra qey dinin ləğv edilməsi» tələbinə dair e-2(003)1477/2023 saylı mülki iş İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin ləğv edilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan e-2(006)-1664/2023 saylı mülki işlə bir icraata birləşdirilməsi, birləşdirilmiş icraatda e-2(006)-1664/2023 nömrə saxlanılmaqla hazırki e2(003)-1477/2023 nömrəli mülki işin icraatına xitam verilməsi, İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə (üçüncü şəxs "xxxx" KB ASC və Bakı şəhəri Xəzər rayon İcra şöbəsi) qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işin birləşdirilib aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

10. İddiaçı hər iki iddia tələbləri ü zrə iddia ərizəsini və ona əlavələri işin faktiki hallarında qeyd olunanlara istinadla belə əsaslandırmışdır ki, iddiaçı kredit müqaviləsi üzrə ümumilikdə 278.000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Hazırda onun banka cəmi 60.000 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. İddiaçının ödədiyi məbləğlərin əksəriyyəti faizə silinmiş, əsas borcdan silinməmişdir ki, bu da kredit müqaviləsinin şərtlərinə ziddir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə ərizələrlə cavabdehə müraciət edərək, onunla bağlanmış kredit müqaviləsinə dəyişiklik edilməsini və ödənilməmiş qalan 60.000 ABŞ dolları məbləğində borcun restrukturizasiya olunaraq öhdəliyin icrası üçün 1 il müddət müəyyən edilməsini xahiş etmiş, əks halda, faiz borcunun süni şəkildə artmasının qarşısını al maq məqsədilə «borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Cavabdeh isə bu müraciətlərin cavabında xx.xx.2022-ci il tarixdə iddiaçının ünvanına xx.xx.2022-ci il tarixli bildiriş göndərərək, iddiaçının xx.xx.2022-ci il tarixə kredit müqaviləsi üzrə cəmi 84.937,3 ABŞ dolları (o cümlədən 79.135,73 ABŞ dolları əsas borc, 5.801,57 ABŞ dolları faiz borcu) məbləğində borcunun olduğu bildirmişdir. Həmin bildirişdə borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydinin aparılacağı barədə xəbərdarlıq əks olunmuşdur. Eyni zamanda cavabdeh eyni tarixdə «ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə» xx.xx.2022-ci il tarixli başqa bir bildiriş ünvanlamış və 21 gün müddətində borcun ödənilmədiyi halda, tələbin ipoteka predmetinə yönəldilməsi proseduruna başlanılacağı göstərilmişdir. Həmin bildirişdə əsas məbləğdən (84.937,3 ABŞ dolları) əlavə, iddiaçıya cərimənin (dəbbə) tətbiq ediləcəyi və həmin cərimə məbləğinin də ondan tutulacağı qeyd olunmuşdur. Bildirişdə qeyd olunan borc məbləği ilə razılaşmayan iddiaçı «icra qeydinin aparılması barədə xx.xx.2022-ci il tarixli bildirişlər»in etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və bu barədə cavabdehi məlumatlandırmışdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 07DİK/07 nömrəli kredit müqaviləsi üzrə borc məbləği ilə bağlı mübahisə mövcuddur və bu barədə cavabdehə yazılı formada məlumat verilmişdir. Cavabdehə həm çinin ona qarşı «bildirişlərin etibarsız hesab edilməsi tələbi barədə» iddia ərizəsinin Nəsimi Rayon Məhkəməsinin icraatında olması da məlumdur. Lakin bütün bunlara baxmayaraq, "xxxx" KB ASC xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun iddiaçıdan tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə icra qeydinin verilməsi barədə notariat ofisinə bildiriş ünvanlamışdır. Mülki iş üzrə xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsinin verdiyi izahatdan məlum olmuşdur ki, Bakı şəhəri 25 saylı Notariat Ofisinin xüsusi notariusu Fuad Səfərov tərəfindən xx.xx.2023-cü il tarixdə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə icra qeydi xx.xx.2023-cü il tarixli bildirişlər əsasında verilmişdir. Bundan sonra sözügedən bildirişlər tərəflərindən ə ldə olunmuş və Nəsimi Rayon Məhkəməsində baxılan iş üzrə iddianın həcminin artırılması barədə ərizə təqdim olunaraq, digər tərəblərlə yanaşı həmçinin cavabdehin xx.xx.2023-cü il tarixli bildirişlərin də etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Maddi hüquq normalarının tələblərinə əsasən borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi barədə icra qeydinin verilməsinin şərtlərindən biri ondan ibarətdir ki, həmin borcun məbləği müqavilə tərəfləri arasında mübahisə doğurmasın. Belə ki, icra qeydləri yalnız təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Çünki, tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə m əhkəmədə öz həllini tapmalıdır. Lakin müəyyən olunur ki, Bakı şəhəri 25 saylı notariat ofisi borcun ödənilməsi barədə iddiaçıya yazılı bildiriş göndərilməmiş, onun hüquqlarını pozaraq, borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notariat hərəkəti etməyərək, yalnız kredit və ipoteka müqaviləsinə əsaslanmaqla, həmin müqavilə üzrə yoxlama aparmadan əsassız icra qeydi verilmişdir. Bununla da Bakı şəhəri 25 saylı notariat ofisi «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı və 79-cu maddələrinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 162-ci maddəsinin tələbləri pozularaq, aparılmış icra qeydi icra üçün göndərilmişdir.

11. Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 2018-ci ildə «İpoteka haqqında» Qanuna edilmiş dəyişikliyə əsasən bank və kredit təşkilatları məhkəmə qaydasında deyil, yalnız notariusun icra qeydi əsasında icra sənədi ala bilərlər. Odur ki, tərəflərdən adıçəkilən qanunun tələblərinə riayət edilərək xx.xx.2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş poçt vasitəsi ilə iddiaçıya göndərilmiş və həmin bildiriş əsasında notariusa icra qeydinin verilməsi barədə müraciət olunmuşdur. Lakin notarius həmin bildiriş əsasında icra qeydi verməkdən imtina etmişdir. Ona görə ki, iddiaçının qeydiyyat ünvanı dəyişmiş və onların tərəflərindən bildiriş əvvəlki qeydiyyatda olduğu ünvana göndərilmişdir. Daha sonra onlar MAPS arayışı əsasınd a iddiaçının ünvanını müəyyən etmiş, xx.xx.2023-cü il tarixdə həmin ünvana bildiriş göndərmişlər və notarius həmin bildiriş əsasında icra qeydi vermişdir. «İpoteka haqqında» Qanuna əsasən 21 təqvim günü ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş mübahisələndirilə bilər. Lakin həmin müddət ərzində xx.xx.2023-cü il tarixli bildiriş mübahisələndirilməmişdir. İddiaçı tərəf bildirişi almamasına istinad etsə də, adıçəkilən qanuna əsasən həmin bildiriş tərəfə göndərildikdən 5 gün sonra rəsmi qaydada verilmiş sayılır. Həmçinin onu da nəzərinə çatdırır ki, qarşı tərəf borcun mübahisəli olmasına istinad etsə də, «Notariat haqqında» Qanunun 76-cı maddəsində borcun mübahisəsiz olmasını göstərən sənədlər qeyd edilmişdir ki, həmin sənədlər siyahısında kredit, ipoteka müqavilələri, maliyyə arayışı və digər sənədlər qeyd edilir. Orada borcun mübahisəsiz olması ilə əlaqədar məhkəmə qətnaməsinin təqdim edilməsi tələbi yoxdur.

12. Birinci instansiya məhkəməsində icraat zamanı təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının nəticələrinə əsasən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 9/5457 saylı, 04 avqust 2023-cü il tarixli rəyə əsasən, təqdim edilmiş hesabdan çıxarış məlumatları, xx.xx.2007-ci il tarixli 07DİK/07 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla İddiaçı xx.xx.2022-ci il tarixə "xxxx" KB ASC-yə olan əsas borcu 78.447,04 ABŞ dolları, faiz borcu 5.706,17 ABŞ dolları, cəmi 84.153,21 ABŞ dolları məbləğində müəyyən edilmişdir

13. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 202 3-cü il 18 sentyabr tarixli, e-2(006)-1664/2023 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddiaçının cavabdehə qarşı «icra qeydinin aparılması barədə bildirişlərin etibarsız hesab edilməsi» tələbinə dair və cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiaları təmin edilmiş, cavabdeh "xxxx" KB ASC-nin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun başlanması və xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli icra qeydinin aparılması barədə bildirişlərinin, Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-978 nömrəli, xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin etibarsız edilməsi qət edilmişdi r. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən notariat orqanı kredit müqaviləsi üzrə borclu tərəfindən öhdəliklər yerinə yetirilmədikdə və tələb olunan borc mübahisəsiz olduqda, tələbkarın ərizəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi vermək səlahiyyətinə malikdir. Həmin icra qeydi icra sənədinə bərabərdir. İddiaçı icra qeydinə əsasən tutulmalı olan pulu mübahisələndirdiyindən, o, həmin icra qeydinin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun başlanması və xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli icra qeydinin aparılması barədə bildirişlərin verilməsini həyata keçirərkən qeyd olunan borcun mübahisəli olduğunu bilirdi. Bunu təsdiq edən sənəd iddiaçı tərəfindən mülki işin materiallarına əlavə edilmişdir (xx.xx.2022-ci il tarixli cavabdehə ünvanlanmış müraciət və ondan əvvəl xx.xx.2022-ci il tarixli cavabdehə ünvanlanmış müraciətin alınma qəbzi). Mübahisəli borcun olmasını bilə-bilə cavabdeh ilkin olaraq xx.xx.2022-ci il tarixdə bildirişlər göndərmiş və hətta bunun nəticəsində deyil, xx.xx.2023-cü il tarixdə yenidən bildirişlər göndərərək icra qeydinin verilməsini tələb etmişdir (xx.xx.2023-cü il tarixli icra qeydi). Bu halda cavabdeh tərəf borcun mübahisəli olduğunu bilə-bilə xx.xx.2022-ci il və xx.xx.2023cü il tarixlərdə borcluya bildirişlərin göndərilməsi etbarsız hesab edilməlidir. Bu etibarsız hesab edilən xx.xx.2023-cü il tarixli bildirişlər əsasında verilmiş xx.xx.2023-cü il tarixli notariat üzrə aparılmış icra qeydi də etibarsız hesab edilməlidir.

16. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış icra qeydinin aparılmasınadək müvafiq münasibətin bildiriməsi müddətinin ötürülməsinin üzrlü hesab edilməsinə münasibətdə qeyd etmişdir ki, məhkəmə tərəfindən bütün bildirişlər etibarsız hesab edildiyindən (mübahisənin olmasını bilə-bilə bildirişin göndərilməsi səbəbindən) qeyd olunan ərizəyə münasibət bildirilməsinə də prosessual qənaət prinsipi nəzərə alınmaqla zərurət qalmamışdır.

17. Bundan əlavə, iddiaçı icra qeydinin ləğv edilməsi tələbini qoymuş olsa da, məhkəmə tərəf indən icra qeydinin kökündən etibarsız olduğu müəyyən edilmişdir. Bu hal isə iddia tələbindən kənara çıxmamaqla hüquqi müəyyənlik prinsipinin tələbinə xidmət etmiş olur ki, bu da tərəflərdə gələcəkdə yenidən icra qeydinin etibarsız hesab edilməsi barədə iddia verməkdən azad etməyə rəvac vermiş olur. Digər tərəfdən isə, notarius tərəfindən verilmiş icra qeydinin etibarsız hesab edilməsi gələcəkdə tələbkarı borcluya qarşı “pulun tutulması və s” tələbi ilə bağlı iddia vermək hüququndan məhrum etmir.

18. Məhkəmə öz mövqeyini «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 6.1.4-cü, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.1, 36.4, 37.1-ci, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı, «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqı nda» Təlimatın 161, 162, 169-1 maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş «Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı»na istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddiaçının tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İpoteka haqqında” Qanunda edilmiş 1439-VDQ nömrəli xx.xx.2018-ci il tarixli dəyişiklikdən sonra ipoteka predmetinə tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə əsaslanan tələbi üzrə yalnız notariusun icra qeydi əsasında həyata keçirilir. Yəni, “İpoteka haqqında” Qanuna edilmiş xx.xx.2018ci il tarixli dəyişiklik qüvvəyə minəndən sonra ipoteka predmetinə tutma yönəldilməsi tələbi ilə artıq ipoteka saxlayanın alternativ olaraq məhkəməyə müraciət edilməsi hüququ yoxdur. Yəni “İpoteka haqqında” Qanunun tələbinə görə ipoteka predmetinə tutmanın yalınız notariusun icra qeydi əsasında həyata keçirilməsi mümkündür. İddiaçıya "xxxx" KB ASC tərəfindən xx.xx.2022-ci il tarixində ipoteka predmetinə tutmanın yönəldilməsi və icra qeydinin aparılacağı barədə bildiriş göndərilmiş, daha sonra isə icra qeydinin aparılması üçün müraciət edilmişdir. Lakin notarius icra qeydinin aparılmasından imtina etmiş və imtinanın səbəbi kimi göstərilmişdir ki, bildirişlər iddiaçının qeydiyyatda olduğu ünvana göndərilməmişdir. Daha sonra isə onlar tərəfindən Azərbayca n Respublikası DİN-dən MAPS arayışı alınmış və məlum olmuşdur ki, iddiaçı qeydiyyat ünvanını dəyişmişdir. Odur ki, xx.xx.2023-cü il tarixində İddiaçı yeni qeydiyyat ünvanına - Bakı şəh., Mərdəkan qəs., R.Cəfərov küç.,ev 38-ə və ipoteka predmeti olan Bakı şəh., Mərdəkan qəs.,ev 10/8-ə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə bildiriş göndərilmişdir. Bildirişlər “ünvanda yaşamır”, “ünvanda yaşamır və qohumu da qəbul eləmir” və “imtina” qeydləri ilə xx.xx.2023-cü il tarixində geri qaytarılmışdır. Bildirişlər xx.xx.2023-cü il tarixində poçta təqdim olunduğundan qeyd olunan maddələrə əsasən, 5 gün keçdikdən sonra-xx.xx.2023-cü il tarixində təqdim olunmuş sayılmış və xx.xx.2023-cü il tarixində icra qeydi aparılmışdır. Tutmanın yönəldilməsi prosedurunun davam ed ə bilməməsi üçün 2 (iki) hal nəzərdə tutulub ki, birinci hal ilə bağlı bank tərəfindən həmin müddətlərə tam riayət olunub. xx.xx.2023-cü il tarixində poçta təqdim olunan bildirişlər 5 təqvim günü keçdikdən sonra xx.xx.2023-cü il tarixində iddiaçıya təqdim olunmuş sayılmış və xx.xx.2023-cü il tarixində dövlət qeydiyyat orqanında qeydə alınmışdır. İkinci hal ilə bağlı isə ipoteka qoyan tərəfindən bildirişi aldıqdan sonra 21 gün müddətində şikayət edilərək etibarsız hesab edilməyib. Belə olan halda, tutmanın yönəldilməsi proseduru ilə bağlı hər hansı qanun pozuntusuna yol verilmədiyi üçün 25 saylı Notariat ofisi tərəfindən öz səlahiyyətləri çərçivəsində tam qanuna müvafiq icra qeydi aparmışdır. İddiaçı xx.xx.2023-cü il tarixində ona göndərilmiş bildirişlərdən bildiriş ona təqdim olunduqdan so nra 21 gün ərzində deyil, bir neçə ay keçdikdən sonra xx.xx.2023-cü il tarixində məhkəməyə şikayət verdiyi üçün həmin bildirişləri vaxtında mübahisləndirməmiş, bildirişləri mübahisələndirmək üçün nəzərdə tutulmuş 21 günlük müddəti ötürmüşdür. İddiaçı xx.xx.2023-cü il tarixli bildirişdən şikayəti qanununla nəzərdə tutulmuş müddəti ötürməklə verdiyindən onun iddiası təmin oluna və bildirişlər etibarsız sayıla bilməzdi. Rayon məhkəməsi işə məhkəmədə baxılması üçün nəzərdə tutulmuş müddətlərə əməl etməmişdir. Belə ki, məhkəmə borcun mübahisəsiz olmasını müəyyən etmək məqsədilə buna heç bir əsas olmadan iş üzrə mühasibatlıq ekspertizası təyin etmişdir. Halbuki notariusun icra qeydi aparılarkən borcun mübahisəsizliyi mühasibatlıq ekspertizası ilə deyil, yuxarıda da qeyd etdiyi kimi Nazirlər Kabi netinin qərarı ilə müəyyən edilmiş sənədlərin notariusa təqdim edilməsi ilə müəyyən olunur. İş ekspertizaya daxil olduqdan sonra çox qısa vaxt cəmi 17 gün ərzində, hesabdan çıxarış olmadan tərtib olunmuş əsassız ekspert rəyi ilə razılaşmayaraq təkrar ekspertizanın təyin olunması barədə tərəflərindən əsaslandırılmış vəsatət verilmişdir. Vəsatətləri təmin olunmamışdır. Qətnamənin “c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə” hissəsindən də aydın olur ki, məhkəmə borcun mübahisəsizliyini təsdiq edən hal kimi mühasibatlıq ekspertizasının rəyini deyil, iddiaçının "xxxx" KB ASC-yə ünvanlandığı ərizələri əsas götürülmüşdür. Əgər borcun mübahisəsiz olmasını təsdiq edən hal kimi mühasibatlıq ekspertizasının rəyi əsas götürülməli deyildisə, məhkəmə nəyə görə işi mühasibatlıq ek spertizasına göndərmişdir. Bununla da məhkəmə işə baxılması müddətini əsassız olaraq uzatmışdır.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7042/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov və Elşən Kazımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə kollegiyasının apellyasiya şikayətinin dəlilləri ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində ipoteka predmetinə tutmanın yönəldilməsi və icra qeydinin aparılacağı barədə bildiriş göndərilmiş, daha sonra isə icra qeydinin aparılması üçün müraciət edilmiş, lakin notarius icra qeydinin aparılmasın dan imtina etmiş və imtinanın səbəbi kimi göstərilmişdir ki, bildirişlər iddiaçının qeydiyyatda olduğu ünvana göndərilməmişdir. İddiaçı birinci dəfə xx.xx.2022-ci il tarixində verilmiş bildiriş əsasında icra qeydinin aparılmasından notarius tərəfindən imtina edildiyindən məlumatlı olmamışdır. Həmin bildiriş əsasında da notarius tərəfindən icra qeydi verilməsindən imtina olunduğundan qətnamə ilə həmin bildirişin əhəmiyyətsiz hesab edilməsi mahiyyət etibarı düzgün olmuşdur, bu baxımdan apellyasiya şikayətinin həmin dəlili əsassızdır.

23. Apellyasiya şikayətinin “iddiaçı tərəfindən mübahisələndirilən icra qeydinin qanunun tələblərinə uyğun verilməsi, iddiaçının ikinci bildirişi aldıqdan 21 gün müddətində məhkəməyə şikayət etməməsi” ilə bağlı məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuş dur ki, iddiaçı tutmanın ipoteka predmetinə yöndəldilməsi prosedurunun məhz xx.xx.2023-cü il tarixli bildiriş əsasında başladığını güman etmiş, ona görə də, ilkin olaraq bankın xx.xx.2022-ci tarixli bildirişlərinin mübahisələndirilməsinə dair Nəsimi Rayon Məhkəməsində xx.xx.2022-ci il tarixdə iddia qaldıraraq onu mübahisələndirmişdir. Məhkəmənin gedişində tutmanın ipoteka predmetinə yöndəldilməsi prosedurunun xx.xx.2023-cü il tarixli bildiriş əsasında başlanması məlum olmuş, ona görə də, o, Nəsimi Rayon Məhkəməsində bildirişlərin etibarlılığını mübahisələndirməklə yanaşı, Xəzər Rayon Məhkəməsində Bakı şəhəri 25 saylı Notariat ofisinin verdiyi xx.xx.2023-cü il tarixli icra qeydini də mübahisələndirmişdir. Belə olan halda, iddiaçının bank tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli bildiriş in verilməsindən məlumatlı olub onu vaxtında mübahisələndirməməsi ilə bağlı apellyatorun dəlilləri ağılabatan və inandırıcı görünmür.

24. Məhkəmə kollegiyası «“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsindəki poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildirişin onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılması» barədə qeyd etmişdir ki, həmin qayda bildirişlərin qeyd edilən şəxslərə mütləq qaydada çatdırılmasını ehtiva edir, 5 və 3 təqvim günü kimi müddətlərin müəyyən edilməsində güdülən məqsəd isə ipoteka qoyanlar tərəfindən sui-istifadələrin qarşısını almaqdır. Hazırkı halda da nə qədər ki, xx.xx.2022-ci il tarixl i birinci bildirişləri israrlı şəkildə mübahisələndirən iddaçının ikinci bildirişlə bağlı hüquqdan sui-istifadəsi istisna olunur, həmçinin həmin bildirişlərin ona çatdırılmadığını da müəyyən edir.

25. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçı və bank arasında ipoteka müqaviləsi xx.xx.2007-ci il tarixdə bağlanmışdır. İpoteka predmetinə tutma yönəldilməsi tələbi ilə artıq ipoteka saxlayanın alternativ olaraq məhkəməyə müraciət edilməsi hüququnun olmaması barədə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik isə 28 dekabr 2018-ci il tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmişdir. Həmin dəyişikliyə əsasən, ipotekasaxlayan tərəfindən ipotekaya tutmanın yönəldilməsinin yalnız icra qeydi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Cavabdehin rayon məhkəməsinə verdiyi izahat və apellyasiya şikayətinin dəlillərindən, apellyasiya icraatı zamanı nümayəndənin verdiyi izahatlardan da müəyyən olunmuşdur ki, cavabdeh hazırda tutmanın ipotekaya yönəldilərkən məhz “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda 28 dekabr 2018-ci il tarixli dəyişikliyə istinad edərək, ipoteka saxlayan tərəfindən tutmanın ipotekaya yönəldilməsinin icra qeydi qaydasında həyata keçirdiklərini bildirmişdir. Həmçinin nümayəndə bildirmişdir ki, onların məhkəməyə verdikləri eyni məzmunlu, yəni tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizələri məhkəmələr tərəfindən bunun icra qeydi əsasında həll edilməsi əsası ilə geri qaytarılır.

26. Belə olan halda, 28 dekabr 2018-ci il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikl ik ipoteka qoyanlara münasibətdə onların hüquqlarını əvvəlki dövrdə olan qanunun tələbləri baxımından əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Çünki bu dəyişikliyə qədər borcun tutulması və tutmanın ipotekaya yönəldilməsi məhkəmə qaydasında həyata keçirilmişdir ki, bu vaxt ipoteka qoyanlar həm tələb olunan məbləği mübahisələndirmək, həm də ipotekanın ilkin satış qiymətini mübahisələndirmək imkanına malik olurdular. Demək ki, ipoteka qoyanlara münasibətdə yeni qaydalar əvvəlkinə nisbətən hazırkı halda ipoteka qoyanların hüquqlarının qorunmasına münasibətdə əhəmiyyətli dərəcədə fərqli qayda müəyyən etmişdir.

27. Göründüyü kimi tərəflər arasında ipoteka müqaviləsinin bağlanması vaxt qüvvədə olan qanuna əsasən, ipoteka predmetinə tutma yönəldilməsi tələbi ilə ipoteka saxlayanın alternativ ol araq məhkəməyə müraciət edilməsi hüququ olduğundan və məhkəmə təcrübəsinə əsasən də tutmanın ipotekaya yönəldilməsi məhz məhkəməyə müraciət qaydasında həll edildiyindən xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən, isə bu hüquq aradan qalxdığından Konstitusiyanın 149-cu maddəsinin Vİİ bəndinə əsasən, xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən, tətbiq edilən qaydalar iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Çünki yuxarıda da qeyd edildiyi kimi iddiaçı və bank arasında ipoteka münasibəti xx.xx.2018-ci il tarixdə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda qeyd edilən dəyişiklikdən öncə yəni, xx.xx.2007-ci il tarixdə yaranmışdır.

28. Yekunda məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olmamışdır və formal mülahizə xarakterlidir.

29. Məhkə mə kollegiyası gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1, 36.4, 37.1-ci, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 161-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”na istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Qətnamədən cavabdeh "xxxx" Kommersiya Bankı ASC (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin apellyasiya instansiyası məhkəməsində yenidən mahiyyət üzrə baxılması barədə qərar çıxarılmasını xahiş etmişlər.

31. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş, əlavə olaraq aşağıdakı dəlillər irəli sürülmüşdür: 31.1. Bildirişlər xx.xx.2023-cü il tarixdə iddiaçıya təqdim olunmuş sayıldığından, iddiaçı həmin bildirişləri 21 gün ərzində, yəni xx.xx.2023-xx.xx.2023 tarixlərində məhkəmədə mübahisələndirə bilərdi. Buna baxmayaraq o 21 gün ərzində bildirişdən məhkəməyə şikayət etməmiş və xx.xx.2023-cü il tarixində icra qeydi aparmışdır. Bildirişlərin tərəfə təqdim olunması və onun dövlət reyestrində qeydə alınması zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. 31.2. Birinci instansiya və apelyasiya instansiyası məhkəmələri borcun mübahisəsiz olub-olmamasını düzgün müəyyən edə bilməmişdir. Belə ki, iddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində ərizə ilə cavabdehə müraciət etmiş və ona güzəştlər edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi borcun mübahisəli olmasını iddiaçının cavabdehə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində ərizə göndərməsi ilə əsaslandırmış, apellyasiya instansiyası məhkəməsi də bu hala diqqət yetirməmişdir. 31.3. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində tətbiq edilən maddi hüquq norması kimi qeyd edilən normalara istinad edilmişdir. Lakin məhkəmə qeyd olunan hüquq normalarının ziddinə olaraq icra qeydini ləğv etmişdir. Həmin normaların tələbinə görə icra qeydi ləğv oluna bilməzdi. 31.4. Ban kın məhkəmə qaydasında deyil, alternativ olaraq icra qeydi əsasında da ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ olmuş və bank ipoteka predmetinə tutumanın yönəldilməsi barədə ipoteka qoyana ünvanlandığı bildirişdə tutmanın icra qeydi əsasında həyata keçiriləcəyini bildirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İcra haqqında” Azərbaycan Respublikası Qanunu

33. Maddə 6.1.4. Notariusun icra qeydləri icra sənədi sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

34. Maddə

35. İpoteka predmetinə tutmanın yönəldilməsi (28 dekabr 2018-ci il tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir). 35.1. İpoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ip oteka predmeti hesabına ödənilməsinə aşağıdakı hallarda yol verilir: 35.1.1. ipoteka predmetinə məhkəməyə müraciət edilmədən tutmanın yönəldilməsi ipoteka müqaviləsində nəzərdə tutulduğu halda; 35.1.2. ipoteka kağızı verildiyi və ya rəsmiləşdirildiyi halda; 35.1.3. ipotekaya tutmanın yönəldilməsi əsası yarandıqdan sonra ipoteka saxlayanla ipoteka qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması olduqda; 35.1.4. ümumi paylı mülkiyyətdə olan ipoteka predmetinə məhkəməyə müraciət edilmədən tutmanın yönəldilməsi barədə ipoteka saxlayanla bütün mülkiyyətçilərin notariat qaydasında təsdiqlənmiş razılaşması olduqda. 35.2. Bu Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş hallar olmadıqda və ya ipoteka qoyanın yaşadığı (olduğu) yeri müəyyən etmək mümkün olmadıqda ipoteka predmetinə tutma yalnız məh kəmənin qərarı əsasında yönəldilə bilər.

35. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

36. Maddə 36.4. 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə (36.4.1.); tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda (36.4.2.).

37. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

38. Maddə

76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı əri zəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”

39. Maddə

161. Tələ bkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.

40. Maddə 162.1. Əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə icra qeydi aparılır.

41. Maddə 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə kassator tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxla nılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvaf iq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

53. Kassasiya şikayətinin dəlilləri cavabdehin apelyasiya instansiyası məhkəməsində irəli sürdüyü dəlillərə uyğundur və məhkəmə kollegiyası həmin dəlilləri araşdıraraq qiymət vermiş, işin hallarına uyğun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma və gəlinən nəticə ilə razılaşır.

54. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, borcun tutulmasının ipotekaya yönəldilməsi barədə icra qeydi verilməsi üçün maddi hüquqi əsasın olmaması haqqında apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə (bax qərarın 25-27-ci və 34-cü paraqrafları) qanuni və əsaslıdır. Buna görə də cavabdehin kassasiya şikayətində irəli sürdüyü əl avə dəlillərin araşdırlmasına zərurət qalmır.

55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

56. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəli lləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

57. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7042/2023 nömrəli, 2023-cü il 19 dekabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar