Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1148/2023 24.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İddiaçı2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s” iddia tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin vəkil tərəfindən tərtib olunmaması və kassasiya şikayətinə vəkil orderinin əlavə olunmaması əsası ilə kassasiya şikayətinin qeyrimümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ib arət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(106)-1635/2019 saylı qərardadından iş üzrə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İddiaçı2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və digərlərindən müştərək qaydada 18017,17 ABŞ dolları məbləğində kredit borcu, 4744,86 ABŞ dolları məbləğində faiz borcu, 10028,33 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 32790,36 ABŞ dolları məbləğində borcun tutulması və həmin borcun ipoteka predmetinə yönəldilməsi barədə qətnamə çı xarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Salyan Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli, 2(057)-03/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və digərlərindən müştərək qaydada İddiaçı1 QSC-nin xeyrinə 18017,17 ABŞ dolları məbləğində kredit borcu, 4623,52 ABŞ dolları məbləğində faiz borcu, 10028,33 ABŞ dolları məbləğində cərimə borcu olmaqıa, cəmi 32669,02 ABŞ dolları məbləğində borcun ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq, İddiaçı1 QSC-nin xeyrinə verilməsi, tələbin ipoteka predmeti olan cavabdeh İddiaçı2 mülkiyyətində olan Salyan şəhəri, Ə.Zeynalov küçəsində yerləşən, 147A A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 21 000 ABŞ dolları müəyyənləşdirilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına cəmi 32669,02 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının iddiaçıya ödənilməsi qət edilmişdir.
3. Həmin qətnamədən İddiaçı1 QSC və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsini, həmin əmlakın ilkin satış qiymətinin qiymətləndirmə keçirilməklə müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 isə apellyasiya şikayətində birinci instansiya m əhkəməsinin qətnaməsinin faiz borcu və cərimənin tutulması hissəsində ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
4. Şirvan Apellyasiya Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, 2(106)-1635/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və iddiaçının xeyrinə cavabdehlərdən cərimə borcunun tutulması hissələrində dəyişdirilərək, ipotekaya qoyulmuş İddiaçı2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,01003 hektar torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin satış qiymətinin 23000 manat müəyyən edilməsi və İddiaçı1 QSC-nin xeyrinə cavabdehlərdən müştərək qaydad a tutulan cərimə borcunun məbləğinin ödəniş vaxtı Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarına münasibətdə müəyyən etdiyi məzənnə üzrə Azərbaycan manatı ilə hesablanmaqla 3000 ABŞ dolları müəyyən edilməsi qət edilmişdir.
5. Həmin qətnamədən Cavabdeh1, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prossesual müddətin bərpa edilməsi barədə, həmçinin dövlət hesabına vəkillə təmin edilməsi haqqında ərizə ilə apellyasiya məhkəməsinə müraciət etmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(106)-1635/2019 saylı qərardadı ilə ərizələr təmin edilməmişdir.
7. Həmin qərardaddan Cavabdeh1 kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və onu dövlət hesabına vəkillə təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. Şirvan Apellyasiya Məhk əməsinin 30 noyabr 2022-ci il tarixli, 2(106)-1635/2019 saylı qəradadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin dəlilləri
9. Həmin qərardaddan Cavabdeh1, kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və onu dövlət hesabına vəkillə təmin olunmasını bardə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
10. Maddə 407.1. Kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur).
11. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
12. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. Kassasiya şikayəti bu Məcəlləni n 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... 408.1.3. Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə.
13. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
14. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdə n sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
15. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
17. Belə ki, Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məh kəməsinə göndərilir.
18. Azərbaycan Respublikası MPM-nin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
19. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda başqa hallarla yanaşı həm də kassasiya şikayətinə vəkil ordeninin əlavə olunubolunmamasını yoxlamalı, həmin qaydaya riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələbə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
20. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi kassasiya şikayətinə vəkilin orderi əlavə olunmamışdır.
21. Kassasiya şikayətinə vək il orderi barədə sənədin əlavə olunmaması, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
22. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(106)-1635/2019 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbu