Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1149/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və X1 ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin MKnın 01 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili X3 oğlunun, həmçinin, Cavabdeh və vəkili X qızının kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Göygöl Rayon Məhkəməsinin 14 mart 2019-ci il tarixli, 2(066)-48/2019 saylı qətnaməsi ilə (hakim R.R.Məmmədov) İddiaçı Cavabdeh qarşı Cavabdeh “X” onlayn qəzetinin 04 iyun 2018-ci il ta rixli buraxılışında “Xharadadır” başlıqlı məqalədə yazdığı məlumatların onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən yalan məlumatlar hesab edilib təkzib olunması, cavabdehin mətbuat vasitəsi ilə ondan üzr istəməsi və həmin məlumatların yayılması nəticəsində ona vurulmuş mənəvi ziyana görə cavabdehdən 20000 (iyirmi min) manat pul vəsaitinin alınıb Azərbaycan Respublikası Silahlı X2 hesabına verilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 01 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi Ş.M.Əliyeva, hakimlər R.Ş.Muradov və Ə.İ.Məmmədov, iş № 2(104)-2680/2019) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Göygöl Rayon Məhkəməsinin 14 mart 2019-ci il tarixli, 2(066)-48/2019 saylı qətnaməsinin də yişdirilərək iddia tələbinin Cavabdeh iddiaçıya vurulmuş mənəvi ziyana görə iddiaçının xeyrinə tutulmalı olan 2.000 (iki min) manat hissəsində azaldılaraq 300 (üç yüz) manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh “X” onlayn qəzetinin 04 iyun 2018-ci il tarixli buraxılışında “Xharadadır” adlı məqalədə yazdığı məlumatların onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən yalan məlumatlar hesab edilib təkzib olunması, cavabdehin mətbuat vasitəsiilə ondan üzr istəməsi və həmin məlumatların yayılması nəticəsində ona vurulmuş mənəvi ziyana görə cavabdehdən 20000 (iyirmi min) manat pul vəsaitinin alınıb Azərbaycan Respublikası Silahlı X2 hesabına verilməsinə dair iddia ilə Göygöl Rayon Məhkəməsinə müra ciət etmişdir. İşə birinci instansiya məhkəməsində baxılan zaman iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək iddia tələbinin Cavabdeh “X” onlayn qəzetinin 04 iyun 2018-ci il tarixli buraxılışında “Xharadadır” başlıqlı məqalədə yazdığı məlumatların onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən yalan məlumatlar hesab edilib təkzib olunması, həmin məlumatların yalan məlumatlar hesab edilib dərc edildiyi formada, yəni “X” onlayn qəzetində dərc edilməsi, bu dərcin cavabdeh tərəfindən həyata keçirilməsi, cavabdehin mətbuat vasitəsi ilə ondan üzr istəməsi və həmin məlumatların yayılması nəticəsində ona vurulmuş mənəvi ziyana görə cavabdehdən 20000 (iyirmi min) manat pul vəsaitinin alınıb Azərbaycan Respublikası Silahlı X2 hesabına verilməsi kimi qəbul edilməsini xahiş etmiş dir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili X3 oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən sübutlara qismən düzgün qiymət verilməmiş, maddi və prosessual hüquq normaları pozulmuş, tərəflərindən təqdim edilmiş sübutlara düzgün qiymət verilməmiş, nəticədə iddia göstərilən qaydada təmin edilərək, mənəvi ziyan ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən təyin edilən məbləğ azaldılmışdır. Qeyd edilir ki, cavabdeh onun özünün və ailə üzvləri barədə məqalədə yazdığı yalan məlumatlar iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfüzunu ləkələyərək, onun barəsində mənfi rəy yaratmış, mənfi psixoloji reaksiyaya səbəb olmaqla, uzun müddət mənəvi iztirab və fiziki s arsıntılar keçirməsinə səbəb olmuş, ən əsası onun işgüzar nüfuzuna zərər vurmuşdur. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 2(104)-2680/2019 saylı 01 iyul 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilib, mənəvi ziyanın məbləğinin 2000 manat təyin etməklə yeni qərar qəbul edilməsini xahiş edirlər. Cavabdeh və vəkili X qızı kassasiya şikayəti və ona əlavə verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmələr işə birtərəfli və qərəzli baxmışdır və qətnamə çıxararkən iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 yanvar 2019-cu il tarixli 987 nömrəli rəyinə əsaslanmışdır, çünki işə məcmu halında qiymət verilməmiş və təkrar ekspertizanın keçirilməsinə dair vəsatəti nəzərə almamışdır. Həmçinin qeyd edirlər ki, hər iki məhkəmə instansiyasının hak imləri nədənsə iddianın qismən təminatını nəzərə almayaraq həmin xərcin cavabdeh tərəfindən ödənilməsini qət etmişdirlər lakin hesab edirlər ki, bu hal prosessual hüquq pozuntusu kimi qiymətləndirilməli, həmin xərc hissəsi tərəflər arasında müştərək ödənilməsi barədə qərar çıxarılmalı idi. Ona görə də Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 iyul 2019-cu il tarixli 2(104)-2680/2019 saylı qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildirişlər göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 2(104)-2680/2019 saylı 01 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının gəldiyi nəticədən görünür ki, iddianın birinci - Cavabdeh “X” onlayn qəzetinin 04 iyun 2018-ci il tarixli buraxılışında “Xharadadır” başlıqlı məqalədə yazdığı məlumatların onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən yalan məlumatlar hesab edilib təkzib olunması, cavabdehin mətbuat vasitəsi ilə ondan üzr istəməsi hissəsini təmin etməkdə düzgün nəticəyə gəlsə də, iddia tələbinin ikinci hissəsini-məlumatların yayılması nəticəsində iddiaçıya vurulmuş mənəvi ziyana görə cavabdehdən 20000 (iyirmi min) manat pul vəsaitinin alınıb Azərbaycan Respublikası Silahlı X2 hesabına verilməsi hissəsini qismən2000 manat məbləğdə təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, işdə olan 21 yanvar 2019-cu il tarixli 987 saylı ekspert rəyindən görünür ki, mülki işin materiallarında olan “X” onlayn qəzetinin 04 iyun 2018-ci il tarixli buraxılışında “Xharadadır” başlıqlı məqalədə yazdığı “Göygöl SSİ-nin məsuliyyətsiz və oyunbaz rəisi X qüvənir, amma rəhbəri Əhmədzadə X yox, başqasına... və o başqası da “Azərbaycan” qazetinin ən qocaman əmək daşı, bu qəzetin uzun müddət qərb bölgəsi üzrə təmsilçisi olmuş, tanınmış jurnalist İddiaçıdir” cümləsindəki “məsuliyyətsiz və oyunbaz” sözləri və “idarədə “ölü canlar” listəsi də, çirkli pul yuyulması işləri də onun nəzarətindədir” cümləsi İddiaçı şərəf və ləyaqətini alçaldan məlumatlar hesab olunur. Beləliklə də, Cavabdeh verdiyi yazıları oxuduqda iddiaçının mənəvi sarsıntı keçirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şərəf və ləyaqətinin ləkələnməsi, bunun onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması və bunların son nəticədə İddiaçı sağlamlığının pozulmasına gətirib çıxarması iş materialları ilə təsdiq olunur. Göstərilən məlumatların doğru olmasına dair hər hansı mötəbər sübut isə təklif olunmasına baxmayaraq cavabdeh tərəfindən apellyasiya baxışına da təqdim olun madığına görə apellyasiya kollegiyası hesab etmişdir kİ, iddia tələbinin Cavabdeh “X” onlaynın 04 iyun 2018-ci il tarixli buraxılışında “Xharadadır” başlıqlı məqalədə yazdığı məlumatların onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən yalan məlumatlar hesab edilib təkzib olunması, cavabdehin mətbuat vasitəsi ilə ondan üzr istəməsi hissəsini təmin etməkdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya kollegiyası həmçinin hesab etmişdir ki, iddia tələbinin vurulmuş mənəvi ziyana görə cavabdehdən 2000 manat pul tutulmasının təmin edilməsi hissəsinidə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin himayəsində arvadı və 3 nəfər uşağı olmasını və onun ailədə yeganə qazanc gətirən olmasını və bu cəhətdən də, maddi durumunun aşağı olmasını nəzərə almamışdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Ona görə də, apellyasiya kollegiyası şərh olunanlara əs asən belə nəticəyə gəlmişdir ki, cavabdehdən tutulmalı olan mənəvi zərərin miqdarı azaldılaraq 300 manat məbləğində müəyyən edilməli, qalan hissədə iddia əsassız olduğuna görə rədd olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticələrini aşağıdakı maddi hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1-ci hissəsinə görə hər bir kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə görə şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsində göstərilir ki, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ai lə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə görə, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd edilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən sübutlara qismən düzgün qiymət verilməmiş, maddi və prosessual hüquq normaları pozulmu ş, tərəflərindən təqdim edilmiş sübutlara düzgün qiymət verilməmiş, nəticədə mənəvi ziyan ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən təyin edilən məbləğ azaldılmışdır. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlili ilə bağlı ilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin himayəsində arvadı və 3 uşağı olmasını və onun ailədə yeganə qazanc gətirən olmasını, maddi durumunun aşağı olmasını nəzərə alaraq cavabdehdən tutulmalı olan mənəvi zərərin miqdarını azaldaraq 300 manat məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Belə ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkə mələr işə birtərəfli və qərəzli baxmışdır və qətnamə çıxararkən iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 yanvar 2019-cu il tarixli 987 nömrəli rəyinə əsaslanmışdır, çünki işə məcmu halında qiymət verilməmiş və təkrar ekspertizanın keçirilməsinə dair vəsatəti nəzərə almamışdır. Həmçinin qeyd edirlər ki, hər iki məhkəmə instansiyasının hakimləri nədənsə iddianın qismən təminatını nəzərə almayaraq ekspertiza xərcinin cavabdeh tərəfindən ödənilməsini qət etmişdirlər ki bu hal da prosessual hüquq pozuntusu kimi qiymətləndirilməli, həmin xərc hissəsinin tərəflər arasında müştərək ödənilməsi barədə qərar çıxarılmalı idi. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə təkrar ekspertizanın keçirilməsi üçün əsaslar müəyyən edilməmiş, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 yanvar 2019-cu il tarixli 987 nömrəli rəyinə və iş materiallarına əsaslanaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kollegiya ekspertiza xərcinin tərəflər arasında müştərək ödənilməsi barədə cavabdehin kassasiya şikayətinin dəlili ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavadeh Cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətinin ləkələyən yalan məlumatlar yayılması və bunun nəticəsində İddiaçı mənəvi zərər vurulmasına dair iddia tələbi əsaslı hesab edilərək təmin edildiyindən ekspertiza xərcinin bütünlüklə cavabdehdən tutulması barədə düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası h esab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətlərinin dəlilləri əsassız olmaqla həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilmədiyi üçün kassasiya şikayətləri təmin edilməməli, mahiyyəti üzrə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı və Cavabdeh kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 iyul 2019-cu il tarixli 2(10 4)2680/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1149/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1149/2020
02.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver