Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-115/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 cavabdeh LPO “XXXX” Sığortalanması Fonduna qarşı iş üzrə ASC-nin ləğvedicisi Əmanətlərin QƏRARİ iş № 2(102)-115/21 (Açar sözlər: Sərt karantin dövründən sonra müddət ötürülməklə verilmiş kassasiya şikayətinin hüquqi nəticələri ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçıların vəkili Vəkil1, Cavabdehin vəkili Vəkil2 Məhəbbət oğlunun iştirakı ilə, İddiaçı4 və qeyrilərinin cavabdeh LPO “X1” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu na qarşı kredit müqavilələrinin etirabarsız hesab edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10310/2019 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadından cavabdeh LPO “X1” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçılar İddiaçı1, "İddiaçı6" MMC, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı4 cavabdeh ləğv prosesində olan “X1” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixdə "X1" ASC ilə İddiaçı1 arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin tarixdə "X1" ASC ilə İddiaçı1 və "İddiaçı6" MMC arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə predmeti olan Qusar rayonu, Ləzə kəndində yerləşən əmlak kompleksinin ipotekadan azad olunması, xx.xx.2013-cü ildə ləğv prosesində olan "X1" ASC ilə İddiaçı3 arasında bağlanmış hesab edilən kredit müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2013-cü il tarixli "X1" ASC ilə İddiaçı3 və İddiaçı5 arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 3420 a nömrəli bağ evinin ipotekadan azad edilməsi, xx.xx.2013- cü ildə "X1" ASC ilə İddiaçı2 arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2013-cü il tarixli "X1" ASC ilə İddiaçı2 və İddiaçı4 arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində olan 0,12 ha torpaq sahəsində yerləşən bağ evi-əmlak kompleksinin ipotekadan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(006)-3766/2018 hakim R.Ə.Səmədov) iddiaçılar İddiaçı1, "İddiaçı6" MMC, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı4 cavabdeh ləğv prosesində olan “X1” ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddiası təmin edilmiş, xx.xx.2013-cü il tarixdə "X1" ASC ilə İddiaçı1 arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin tarixdə "X1" ASC ilə İddiaçı1 və "İddiaçı6" MMC arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə predmeti olan Qusar r ayonu, Ləzə kəndində yerləşən əmlak kompleksinin ipotekadan azad olunması, xx.xx.2013-cü ildə ləğv prosesində olan "X1" ASC ilə İddiaçı3 arasında bağlanmış hesab edilən kredit müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2013-cü il tarixli "X1" ASC ilə İddiaçı3 və İddiaçı5 arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 3420 a nömrəli bağ evinin ipotekadan azad edilməsi, xx.xx.2013- cü ildə "X1" ASC ilə İddiaçı2 arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2013-cü il tarixli "X1" ASC ilə İddiaçı2 və İddiaçı4 arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində olan 0,12 ha to rpaq sahəsində yerləşən bağ evi-əmlak kompleksinin ipotekadan azad edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-12204/2018 hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev, A.Ə.Hüseyn) ləğv prosesində olan “X1” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-3803/2019 hakimlər G.Quliyev, Ə.Mirzəliyev, T.Qoldman) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-10310/2019 hakimlər M.Məmmədov, Ş.Məhərrəmova və E.Şamayev) Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilmişdir. Cavabdeh Bankın ləğvedicisi olan Fond Məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti və “kassasiya şikayəti vermək üçün prosessual müddətin buraxılmamış hesab edilməsi barədə” ərizə vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə (iş № 2(103)-10310/2019 hakimlər M.Məmmədov, Ş.Məhərrəmova və R.Həsə nov) cavabdeh ləğv prosesində olan “X1” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisinin – Əmanətlərin Sığortalanması Fondunun “prosessual müddətin buraxılmamış hesab edilməsi barədə” ərizəsi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnamədən Əmanətlərin Sığortalanması Fondunun verdiyi kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Apellyasiya Məhkəməsi müddətin buraxılmasını üzrlü hesab etməmiş və qənaətini onunla əsaslandırmışdır ki, Fond qətnamədən iki ay müddətinə kassasiya şikayəti verməmiş, bundan sonra sərt karantin müddəti dövründən sonra da müddəti ötürməkdə davam etmişdir. Vəsatətin rədd edən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1. və 405-ci maddələ rinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh LPO “X1” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi və kassasiya şikayətinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ölkə ərazisində, o cümlədən Bakı şəhərində xüsusi karantin rejimi müddəti tətbiq edilmişdir. Xüsusi karantin rejimi müddətində Fondun iş fəaliyyəti məhdudlaşdırıldığından kassasiya şikayətinin məhkəməyə verilm əsi mümkün olmamış və yuxarıda qeyd edilən səbəblərə görə kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzürlü səbəbdən buraxılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil2 Məhəbbət oğlu kasasiya şikayətini müdafiə edərək ona uyğun izahat verməklə şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıların vəkili Vəkil1 kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, sərt karantin rejimi dövründə və bundan sonra da qətnamə ilə bağlı kassasiya şikayəti verməyə mane olan obyektiv hal mövcud olmamışdır. Keçən bütün müdd ət ərzində vəkillərin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmamışdır. Ona görə cavabdeh təşkilata münasibətdə buraxılmış müddəti üzrlü saymaq üçün heç bir əsas mövcud deyil. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 133.1. məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 405. kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşdə olan sənədlərdən görünür ki, Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi qətnamə xx.xx.2019-cu il tarixli məktubla poçt vasitəsilə cavabdeh Bankın ləğvedicisi olan Fondun ünvanına göndərilmiş, qətnamənin surət i həmin ünvan üzrə xx.xx.2020-ci il tarixdə poçt sənədinə imza edilməklə qəbul edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 405-ci maddəsinə əsasən cavabdeh Banka münasibətdə kassasiya şikayətinin verilmə müddətinin axımı xx.xx.2020-ci il tarixdə başlamış və xx.xx.2020-ci il tarixdə, saat 24:00-da bitmişdir. Azərbaycan Respublikasında koranavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi barədə qərarlar qəbul edilmişdir. Həmin qərarlara görə ölkə ərazisində, o cümlədən Bakı şəhəri ərazisində karantin rejimi xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir Nazirlər Kabinetinin qərarlarının icrası ilə bağlı Azərbaycan Resp ublikasının Ali Məhkəməsi Plenumu tərəfindən xx.xx.2020-ci il tarixli, daha sonra isə xx.xx.2020-ci il tarixli eyni məzmunlu qərarlar qəbul edilmişdir. Həmin qərarlara görə, “Təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınması; Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilməsi; Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə edilməsi; bütün məhkəmələrdə vətəndaşların qəbulunun dayandırılması, qəbulun yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilməsi qərara alınmış, fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrinin, o cümlədən apellyasiya və kassasiya şikayətlərinin poçt vasitəsilə və ya elektron şəkildə göndərilmələri tövsiyə edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən məhkəmələrin fəaliyyəti məhdudlaşdırıl sa da, fiziki və hüquqi şəxslərin ərizə və şikayətlərinin, o cümlədən də məhkəmə aktlarından kassasiya şikayətlərinin poçt şöbələri vasitəsi ilə və ya elektron şəkildə göndərilməsinə hər hansı məhdudiyyət qoyulmamışdır.. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh Bankın ləğvedicisi olan Fond da karantin rejimində fəaliyyət göstərmişdir. Bundan başqa, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın xx.xx.2020-ci il tarixli qərarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu tərəfindən qəbul edilmiş qərar ilə xx.xx.2020-ci il tarixdən etibarən Bakı, Sumqayıt və sair şəhər və rayonların inzibati ərazisində fəaliyyət göstərən bütün məhkəmələr üzrə işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunmuşdur. Göründüyü kimi, karantin rejimində cavabdeh Bankın ləğvedicisi olan F ond fəaliyyət göstərmiş və hazırki iş üzrə Məhkəmənin qəbul etdiyi qətnamədən kassasiya şikayətini vaxtında vermək imkanına malik olmuşdur. Bundan başqa, karantin rejimi ləğv olunduğu xx.xx.2020-ci il tarixdən sonra da cavabdeh Bankın ləğvedicisi olan Fondun kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı olmuş, lakin Fond şikayəti ağlabatan müddətdə deyil, xx.xx.2020-ci il tarixdə kuryer xidmətinə təhvil vermişdir. Beləliklə, Apelyasiya Məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh Bankın ləğvedicisi olan Fondun ərizədə göstərdiyi hallar onun tərəfindən buraxılmış prosessual müddətin üzrlü hesab olunması kimi qiymətləndirilə bilməz. Əks yanaşma qarşı tərəfin hüquqlarını məhdudlaşdırmaqla hüquqi müəyyənlik prinspini pozmuş olar. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh LPO “X1” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10310/2019 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.