Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-115/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun tutulmasının ipoteka predmetinə yönəldilməsi, əmlakın likvid qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və sair tələblərə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-129/2022 nömrəli iş üzrə 20 iyun 202 2-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2014-cü il tarixli XXXTV/14 nömrəli əsas kredit müqaviləsinə görə, "xxxx" KB ASC tərəfindən Cavabdeh1 120 ay müddətə 1.000.000 manat məbləğdə kredit xətti açılmışdır. 2. xx.xx.2014-cü il tarixli XXXTV/14-1 nömrəli əlavə kredit müqaviləsinə əsasən, "xxxx" KB ASC tərəfindən Cavabdeh1 30 ay müddətə illik 24 faiz ödəmək şərti ilə 25.000 ABŞ dolları kredit verilmişdir. 3. 04.03.2015-ci il tarixli sazişə görə, xx.xx.2014-cü il tarixli XXXTV/14-1 nömrəli kredit müqaviləsinə dəyişikliklər edilərək, illik faiz 22,5, müddət isə xx.xx.2018-ci il tarixədək müəyyən edilmişdir. 4. xx.xx.2014-cü il tarixli XXX TVZ/14 nömrəli zaminlik müqaviləsinə görə, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və zamin borcalanın kreditor qarşısında öz öhdəliklərini yerinə yetirənədək onunla birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. 5. xx.xx.2014-cü il tarixli XXXTvi/14 nömrəli ipoteka müqaviləsinə əsasən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvanndə yerləşən fərdi yaşayış evi 0,08 ha torpaq sahəsi ilə birlikdə "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 36.000 manat müəyyən edilmişdir.
6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX ******* nömrəli çıxarışa görə, Cavabdeh1 mülkiyy ətində olan ünvanndə yerləşən fərdi yaşayış evi 0,08 ha torpaq sahəsi ilə birlikdə "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 31015 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh1 xx.xx.2018-ci il tarixə iddiaçıya 19.977,25 ABŞ dolları əsas borc, 7.519,09 ABŞ dolları hesablanmış faiz borcu, cəmi 27.496,34 ABŞ dolları borcu vardır. 8. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli rəyinə görə, Cavabdeh1 məxsus ünvanndə yerləşən fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 61.500 manat təşkil edir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2998 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh1 xx.xx.2018-ci il tarixə iddiaçıya 19.977,25 ABŞ dolları əsas borc, 11.529,80 ABŞ dolları hesablanmış faiz borcu, cəmi 31.507,05 ABŞ dolları borcu vardır. 10. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 377/UB/21 nömrəli rəyinə görə, Cavabdeh1 məxsus ünvanndə yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evinin bazar qiyməti 48.000, likvid qiyməti 45.000 manat müəyyən olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli XXXTV/14 nömrəli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli XXXTV/14-1 nömrəli əlavə kredit müqaviləsinə əsasən 19.984,31 ABŞ dolları əsas, 11.804,66 ABŞ dolları faiz, 35.348,92 ABŞ dolları cərimə olmaqla, cəmi 67.137,89 ABŞ dolları, ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat tutularaq onun xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvanndə 0,08 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinə yönəldilməsi, əmlakın hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2014-cü il tarixli XXXTV/14-1 nömrəli əlavə kredit müqaviləsi üzrə 67.137,89 ABŞ dolları borc, ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmi ş 30 manatın tutularaq iddiaçının xeyrinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 36.000 manat müəyyən edilməsi, tutma ipoteka predmetinə yönəldikdə və satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Tovuz Rayon Məhkəməsinin 2(062)-21/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli (hakim Q.Baxşıyev) qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 XXXTV/14 nömrəli kredit razılaşmasına əsasən 19.977,25 ABŞ dolları əsas borc, 7.519,09 ABŞ dolları hesablanmış faiz borcu, 353,48 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 27.849,82 ABŞ dollarının icra olunduğu gün manatla məzənnəsi ilə, 30 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsum unun alınaraq iddiaçının xeyrinə ödənilməsi, tutmanın xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş və Cavabdeh1 mülkiyyətində olan ünvanndə yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılaraq əldə edilən vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, ipoteka predmeti olan ünvanndə yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi satıldıqdan sonra ən geci 1 ay müddətdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin evdən çıxarılmaları, ipoteka predmetinin ilkin satış qiymətinin 61.500 manat müəyyən edilməsi, iddianın qalan hissədə rədd olunması, 200 manat məbləğdə ekspertiza xərcinin Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur.
13. Məhkə mə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317, 319, 385, 386, 442, 443, 445, 448.1, 449.1, 460, 465.2, 472, 739-cu, “İpoteka haqqında” AR Qanununun 34 və 36-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan tərəflər ondan apellyasiya şikayətləri verərək, iddiaçı qismən, tələb rədd olunan hissədə ləğv edilib, təkrar mühasibatlıq ekspertizası təyin edilməsini, iddia tələbinin tam təmin olunmasını və ödənilmiş 15 manat dövlət rüsumunun tutulmasını, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamənin ləğv edilib, üş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
15. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-129/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Muradov (sədrlik edən və məruzəçi), Ə.Məmmədov və F.Mehtiyev) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi 7.519,09 ABŞ dolları faiz borcu və cəmi borc 27.849,82 ABŞ dolları, eləcə də ipoteka predmetinin ilkin satış qiymətinin 61.500 manat müəyyən olunması hissədə dəyişdirilmiş, həmin hissədə faiz borcu 11.529,80 ABŞ dolları, cəmi borc 31.860,53 dolları, ipoteka predmeti olan ünvanndə yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinin likvid satış dəyəri 45.000 manat müəyyən edilmiş, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, iddiaçı tələbində 19.984,31 ABŞ dolları əsas, 11.804,66 ABŞ dolları faiz, 35.348,92 ABŞ dolları cərimə olmaqla, cəmi 67.137,89 ABŞ dolları borc tələb etmişdir. Halbuki, ekspert rəyinə əsasən Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə 19.977,25 ABŞ dolları əsas, 11.529,80 ABŞ dolları faiz olmaqla, cəmi 31507,05 ABŞ dolları borcu yaranmışdır. Yəni, faiz borcu düzgün hesablanmamışdır. Həmçinin, işə baxan birinci instansiya məhkəməsi ipoteka predmetinin likvid dəyərini müəyyən etməmişdir. Belə ki, “Likvid qiymət” dedikdə elə bir qiymət nəzərdə tutulur ki, girov əmlakın qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez realizə edilə (satıla) bilməsi mümkün olsun. Likvidlik sadəcə maddi dəyərləri (hazırki işdə ipotekaya qoyulmuş əmlak) pula çevirmək baxımından nəzəri imkan deyil, o həm də bunu cəld, rahat və maksimal d ərəcədə faydalı şəkildə həyata keçirməkdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 295, 317, 319, 385, 425, 442, 443, 445, 449, 464, 465, 467, 470, 472, 739, “İpoteka haqqında” Qanunun 11, 34, 36, 37, 41-ci maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər.
18. Kassasiya şikayətinin dəlillərinə görə, bank tərəfindən həddindən artıq şişirdilmiş faizləri məhkəmənin təmin etməsi, faiz borcunun 7.519,09 ABŞ dollarından 11.529,80 ABŞ dollarına qaldırılması qanunsuzdur. Ali Məhkəmə nin əvvəllər baxılmış qərarlarında ipoteka predmetinin ilkin satış qiyməti bazar dəyəri ilə müəyyən edilmişdir. Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri düzgün müəyyən edilməlidir. Birinci instansiya məhkəməsində "xxxx" MMC-nin rəyinə əsasən əmlakın dəyəri 61.500 manat, "xxxx" MMC-nin rəyi ilə likvid qiyməti 45.000 manat müəyyən olunmuşdur. Rəylər arasında fərqlilik olmasını məhkəmə araşdırmamış, apellyasiya instansiya məhkəməsi yalnız sonuncu rəyə uyğun olaraq öz qətnaməsində ipoteka predmetinin likvid satış qiymətinin 45.000 manat olmasını müəyyən etmişdir.
19. Kassasiya şikayəti “Banklar haqqında” Qanunun 2-ci, “İpoteka haqqında” Qanunun 1.0.9, 39.3.3, 54-cü maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxt ında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun r isk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi ha qqında müddəaları gözləməlidirlər. 22. “İpoteka haqqında” Qanun: Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; Maddə 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olara q qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassa siya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instan siyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadına görə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Fimar Hacıyevanın Azərbaycana qarşı şikayəti ilə bağlı xx.xx.2005-ci il tarixli qərardadında ərizəçinin şikayəti qeyri-məqbul hesab edilərək, ərizəçi tərəfindən Ali Məhkəməyə verdiyi kassasiya şikayətinin əsaslandırılmayaraq, yalnız apellyasiya məhkəməsi tərəfindən prosessual pozuntulara yol verildiyi iddia edildiyindən, Avropa Məhkəməsi müvafiq dəlili irəli sürməyi şikayətçinin borcu kimi qiymətləndirərək kassasiya məhkəməsinin şikayətçinin dəlillərindən kənar araşdırma aparmaq vəzifəsinin olmaması qənaətinə gəldiyi qeyd edilmişdir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə tam yoxlanılır.
28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahis əli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Baxılan iş üzrə apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirməklə işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün nəticəyə gəlmişdir.
30. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, şikayətin faiz borcunun 7.519,09 ABŞ dollarından 11.529,80 ABŞ dollarına qaldırılmasının qanunsuz olması barədə dəlili əsassızdır. Belə ki, dəlildə apellyasiya instansiyası məhkəmə si tərəfindən konkret hansı normanın tələbinin necə tətbiq edilməli olması və məhkəmənin normanı mübahisələndirilən qaydada tətbiqində yol verdiyi qanunsuzluğun nədən ibarət olduğu göstərilməmişdir. Digər tərəfdən, fərz olunsa ki, kassasiya şikayətinin bu dəlili məhkəmənin faiz borcunun hesablanmasında gəldiyi nəticə üçün əhəmiyyətli olan faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır, o halda hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparıla və onlara qiymət verilə bilməz.
31. Ali Məhkəmənin əvvəllər baxılmış qərarlarında ipoteka predmetinin ilkin satış qiymətinin bazar dəyəri ilə müəyyən edilməsinə dair dəlil də əsaslı deyil. Belə ki, apellyasiya instansiyası məhkəməsinin ipoteka predmeti olan əmlakın likvid qiymətinin müəyyən edilməsi ilə bağlı gəldiyi nəticə Ali Məhkə mənin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadına uyğun olmuşdur (bu Qərarın 24-cü bəndi). 32. "xxxx" MMC ilə "xxxx" MMC-nin rəyləri arasında fərqin məhkəmə tərəfindən araşdırılmaması barədə dəlilə gəldikdə isə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində bu hala da qiymət verilmiş və bildirilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi ipoteka predmetinin likvid dəyərini müəyyən etməmişdir (bu Qərarın 8-ci bəndi).
33. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, ape llyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-129/2022 nömrəli iş üzrə 20 iyun 2022-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.