Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1150/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icraata xitam, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı həyət qapısının məcburi bağlanması və dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-935/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilm iş kassasiya şikayətinə 13 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Zərdab Rayon Məhkəməsinin 2(035)-37/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı həyətə açılan qapının bağlanması və 948 manat məbləğində pul vəsaitinin tutulması tələbinə dair iddiası təmin edilməmişdir.
2. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-358/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin 2(035)-37/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, rayon məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsi ndə icraat
3. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin həyətyanı sahəsi ilə iddiaçının həyətyanı sahəsi arasında açılmış 2 ədəd gediş-gəliş qapısının bağlanmasına, dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh iddiaçının doğma qardaşdır. Onların həyətləri qonşuluqda yerləşmiş, həyətlərdən bir-birinə keçid, ara qapısı qoyulmuşdur. Həmin qapı mərhum atasının sağlığında qoyulsa da, onun razılığı olmamışdır. 2020-ci ilin sonlarından cavabdeh və onun ailə üzvləri ilə münasibətləri pisləşmiş, mübahisələr məhkəmə qaydasında araşdırılmışdır. Zərdab Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsi ilə həyətləri arasındakı iki qapının bağlanmasına dair iddiası rədd edilmişdir. Məhkəmə həyətlərin arasındakı iki qapının bağlanmasına dair iddianı təmin etməməsini onunla əsaslandırmışdır ki, həmin qapı mülkiyyətçi tərəfindən bağlana bilər, hazırkı vəziyyətdə iddiaçının buna cəhd etməsi, cavabdehin isə maneəçilik törətməsi təsdiq olunmur. Məhkəmə qətnaməsindən sonra 2022-ci ilin fevral ayının sonunda və mart ayının 10-da iki dəfə həmin qapıları bağlamağa cəhd etmişdir. Lakin cavabdeh imkan verməmişdir.
5. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, 2021-ci ildə iddiaçı eyni tələblə Zərdab Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin məhkəmənin 09 mart 2021-ci il tarixli, 2(035)-37/2021 nömrəli qətna məsi ilə iddia tələbi rədd olunmuşdur. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, lakin şikayət təmin edilməmişdir. Odur ki, iddia tələbinin rədd olunmasını və ya iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş edir.
6. Zərdab Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(035)-336/2022 nömrəli iş üzrə 2 iyun 2022-ci il tarixli qərardadı ilə (hakim Tahir Qubadov) iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında həyətə açılan qapının bağlanması ilə əlaqədar iddia tələbinə artıq bir dəfə məhkəmədə baxıldığından və bu barədə Zərdab Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan hazırki işə yenidən baxıla bilməz, ona görə də iş üzrə icraata xi tam verilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı şikayət verərək, qərardadın ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci dəfə verdiyi iddia ərizəsi cavabdeh tərəfindən qapıların bağlanmasına maneəçilik törədilməməsi əsası ilə rədd edilmişdir. Məhkəmə qətnaməsindən sonra, 2022-ci ilin fevral ayının sonunda və mart ayının 10-da iki dəfə qapıları bağlamağa cəhd etmiş, lakin qarşı tərəf buna imkan verməmişdir. Odur ki, bu hal eyni tərəflər arasında eyni predmet üzrə təkrar iddianın mümkünsüzlüyünün təsiri altına düşmür və cavabdehin hərəkətləri iddiaçının mülkiyyət hüquqlarını pozur. Hesab edir ki, qarşı tərəfin hərəkəti qanunsuzdur və onun mülkiyyət hüquqlarına müdaxilədir.
11. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-935/2022 nömrəli mülki iş üzrə 19 iyul 2022-ci il tarixli qərardadı ilə (hakimlər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Elçin Hüseynov və Akif Eyvazov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə tərəflər eyni əsas üzrə eyni predmet barəsində tələbi yenidən irəli s ürə bilməzlər. Çünki Zərdab Rayon Məhkəməsinin 2(035)37/2021 saylı işi üzrə 9 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının eyni cavabdehə qarşı olan eyni iddia tələbinə məhkəmədə bir dəfə baxılmış, iddia tələbi rədd olunmuş və qətnamə artıq qanuni qüvvəsini almışdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, iddia ərizəsinin icraata qəbul olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı, şifahi razılaşmaya əsasən iddiaçının mülkiyyətində o lan 2,04 ha torpaq sahəsindən 2013-cü ildən 2019-cu ilədək cavabdeh istifadə etməli, hər istifadə ili üçün iddiaçıya 200 ədəd ot kipi verməli idi. 2019cu il üçün verməli olduğu 200 ədəd ot kipini cavabdeh verməmiş, 148 manat torpaq vergisini ödəməmişdir. Bundan başqa cavabdeh iddiaçı ilə razılaşdırmadan, özbaşına iddiaçının həyətinə gediş-gəliş üçün qapı qoymuşdur. Məhkəməyə iddia ilə müraciətindən sonra cavabdeh 148 manat torpaq vergisini ödəmişdir. Tərəflər arasında münasibət tam pozulduğundan cavabdehdən tələb etmişdir ki, ot kipinin pulunu ödəsin və qanunsuz açdığı qapını öz qüvvə və vəsaitləri hesabına bağlasın. Birinci instansiya məhkəməsində yol verilmiş qanun pozuntusu apellyasiya məhkəməsi tərəfindən aradan qaldırılmamışdır. Məhkəmə səhvən hesab etmişdir ki, bu tərəflər arasında e yni predmet əsasında olan mübahisədir. Əslində cavabdehin hərəkəti davam edən hərəkət olmuş, əvvəlki icraat zamanı iddiaçı qapının bağlanmasına cəhd etmədən məhkəmə qarşısında iddia irəli sürmüşdür. Məhkəmə prosesindən sonra qapının bağlanmasına etdiyi cəhd cavabdeh tərəfindən maneə ilə qarşılaşdığından məhkəmədə iddia qaldırmış və təəssüf ki, məhkəmə həmin iddianı eyni tərəflər arasında eyni predmet üzrə olan iddia hesab edərək iddianı icraata götürməkdən imtina etmişdir. Cavabdeh yaranmış vəziyyətdən istifadə edərək həyətinə qanunsuz gediş-gəliş qapısından istədiyi kimi istifadə etmiş, həyətyanı sahəsini ev heyvanlarına otarmış, ağacları məhv etmiş və belə vəziyyətdə mülkiyyət hüququ müdafiəsiz qalmışdır.
16. İddiaçı şikayətini, Azərbaycan Respublikasının Konstitusiyasının və Mülki Məcəl lənin mülkiyyət hüqununun müdafiəsinə dair normalarına, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 261.0 və 261.0.2. Eyni t ərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.
22. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
24. Maddə 416.
1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı qəbul edərkən prosessual pozuntulara yol vermişdir.
28. Belə ki, iddiaçının cavabdehlə qonşu olan həyətyanı sahələrinin arasında olan iki ədəd gediş-gəliş qapısının bağlanması barədə iddia ərizəsi üzrə işin icraatna xitam verən birinci instansiya məhkəməsi hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Zərdab Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 09 mart 2021-ci il tarixli qətnaməsi olduğundan hazırkı işə məhkəmədə yenidən baxılması istisna olunur. Apellyasiya ins tansiyası məhkəməsi də həmin mövqe ilə razılaşmışdır.
29. Lakin Zərdab Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli və həmin qətnaməni dəyişdirmədən saxlayan Şəki Apellyasiya Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qətnaməsindən görünür ki, qonşunun həyətyanı torpaq sahəsindən onun həyətyanı sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş 2 ədəd qapının bağlanması barədə tələbini əsaslandıra bilməmiş və cavabdehin həmin qapıların bağlanmasına maneəçilik törətməsini sübuta yetirə bilməmişdir.
30. İddiaçı hazırkı iddia ərizəsində eyni tələbi irəli sürsə də, göstərmişdir ki, 2022-ci ilin fevral və mart aylarında qapıları bağlamaq istəmiş, lakin cavabdeh buna imkan verməmişdir. Ona görə də hazırkı iddia ərizəsi məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
31. Göründüyü kimi iddiaçı fərqli əsasla rla hazırkı iddia tələbini irəli sürmüş, lakin birinci instansiyada işə baxan məhkəmə bu halı diqqətdən qaçırmış, apellyasiya instansiyası məhkəməsi isə eyni səhvi təkrarlamışdır. Bundan başqa işə baxan məhkəmələr nəzərə almamışdır ki, cavabdehin hərəkətləri, yəni qapıları bağlamağa maneəçilik törətməsi davam edən hərəkətlərdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsini hasara almaq hüququ vardır.
32. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə qənaəti düzgün olmamiış, məhkəmə yuxarıda qeyd edilən prosessual pozuntulara yol vermişdir. Ona görə də qərardad ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (107)-935/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.