Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1150/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərinin qarışıq tərkibinin İddiaçı cavabdeh “X9 qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1150/2024 Açar sözlər: deliktdən əmələ gələn öhdəlik üzrə mübahisə, məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddinl oğlu və Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cavabdeh “X9 qarşı ( X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)6101/2023 saylı, 14 dekabr 2023-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “Ford transit Xüsusi Təyinatlı” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi olan 22.393 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 157,1 8 manat pulun cavabdeh “X9 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ford Transit Xüsusi Təyinatlı” markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin nəqliyyat vasitəsini idarə etməsi üçün X5 8 iyun 2022-ci il tarixli etibarnamə vermişdir. Rəcid Bağırov nəqliyyat vasitəsini 13 iyun 2022-ci il tarixində saat 18:15 radələrində Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən 14-cü kilometrində idarə edərkən, cavabdehə məxsus “HOVO ZZ3327N3847E” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “Kamaz 5511" marxalı **-BC*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin toqquşmasından sonra “HOVO ZZ3327N3847E” markalı 99-JT749 dövlət qeydiyyat nişanlı yük avtomobili Rəcid Bağırovun idarə etdiyi ona məxsus Ford Transit Xüsusi Təyinatlı” markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş və ona məxsus avtomobil istismara yararsız hala düşmüşdür. Hadisə nəticəsində Rəcid Bağırov ağır xəsarətlər aldığına görə, həm cavabdehə məxsus “HOVO ZZ3327N3847E” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü olan X4, həm də “Kamaz 5511” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü olan X1 barəsində Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Daha sonra qeyd edilən şəxslər Rəcid Bağırovun sağlamlığına vurulan zərərin əvəzini tam şəkildə ödəmiş, onlar barışdığı na görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi, polis mayoru X2 “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 15 noyabr 2022-ci il tarixli qərarı əsasında hər iki şəxs barəsində başlanmış ********* nömrəli cinayət işinə xitam verilmişdir. Avtomobilinə vurulmuş real zərərin həcminin müəyyənləşdirilməsi məqsədi ilə müstəqil ekspertə müraciət etmişdir. Müstəqil ekspert X3 tərəfindən verilmiş 29 iyul 2022-ci il tarixli 290722/FŞ nömrəli “İlkin Rəy”ə və 22FŞ saylı qiymətləndirməyə dair hesabata əsasən, ona məxsus Ford Transit Xüsusi Təyinatlı” markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin məbləği 22393 manat müəyyənləşdirilmişdi r.
3. Məhkəmənin təşəbbüsü ilə X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, e-2(006)1017/2023 nömrəli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddianın qismən təmin edilməsi, Ford Transit Xüsusi Təyinat” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi olaraq 10.914 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 157,18 manat pulun cavabdeh “X9 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyindən tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməs ini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6101/2023 saylı, 14 dekabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər – Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı fərdi sahibkar, cavabdeh hüquqi şəxsdir, iddiaçı ilə cavabdeh arasında deliktdən irəli gələn mübahisənin yaranmasına səbəb olmuş hadisə zamanı toqquşmuş avtomobillərin heç biri minik markalı deyil, müvafiq olaraq xüsusi və yük daşıma təyinatlıdır. Bu baxımdan iddiaç ı və cavabdeh həmin avtomobillərdən müvafiq olaraq həyata keçirdikləri sahibkarlıq və kommersiya fəaliyyəti çərçivəsində gəlir əldə etmək məqsədi ilə istifadə edirlər. Avtomobillərin təyinatı da bu halı bilavasitə təsdiq edir. Hüquqi nəticə etibarı ilə iddiaçının cavabdehə qarşı tələbi delikt mahiyyətli olmaqla, məhz onların hər ikisinin ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlir.
8. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, deliktdən irəli gələn hazırki mübahisə tərəflərin, o cümlədən bilavasitə iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədardır və onun hüquqi şəxs olan cavabdehə qarşı irəli sürdüyü tələb kommersiya məhkəməsinə aiddir. Bu halın mövcudluğu məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar kimi çıxış edərək, işə mə hkəmə aidiyyəti baxımından ümumi, o cümlədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmasını qeyri-mümkün edir və işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini şərtləndirir
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 31.1, 384.0.4, 387.2.9-cu maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır.
6. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil Nümayəndə) kassa siya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
11. Şikayət onunla əsaslandırılmışdır ki, hadisə baş verdiyi an İddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsi ilə onun hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapmamışdır. “Ford Transit Xüsusi Təyinatlı” markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı mülkiyyətində olması və fiziki şəxs olaraq vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyata alınması isə, onun həmin avtomobil vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu təsdiq etmir. İş materiallarında İddiaçı hadisə baş verdiyi an “Ford Transit Xüsusi Təyinatlı” markalı **-ZS-*** dövlət qeydiyyat nişanl ı nəqliyyat vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu təsdiq edən heç bir sübut olmadığı halda, məhkəmə kollegiyasının işi kommersiya məhkəməsinə aid etməsi başadüşülən deyil, qanunsuz və əsassızdır. Apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, toplanmış sübutlara və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, prosessual hüquq normalarının tələblərini pozmuşdur. 10. b)
12. Kassasiya şikayətinə etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
13. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin x arakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
14. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
15. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
16. Maddə 26.2.Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
17. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kass asiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 18. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarı Kassasiya baxışın həddləri
19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfində n qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Kassasiya şikayətində qərardadın ləğvi tələb edildiyi üçün, apellyasiya instansiyası məhkəməsinin məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
21. Məhkəmə tərkibi apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə hazırki işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır.
22. Belə ki, hazırkı mübahisə üzrə iddiaçı fərdi sahibkar kimi vergi orqanlarında qe ydə alınmış, cavabdeh isə hüquqi şəxsdir və iddiaçının tələbi mülkiyyətində olan avtomobilə vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması barədədir. 23. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 14-cü bəndində göstərilir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəa liyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.
24. İddiaçı ilə cavabdeh arasında deliktdən irəli gələn mübahisənin yaranmasına səbəb olmuş hadisə zamanı toqquşmuş avtomobillərin hər biri minik markalı deyil, müvafiq olaraq xüsusi və yük daşıma təyinatlı olmaqla, tərəflər həmin avtomobillərdən müvafiq olaraq həyata keçirdikləri sahibkarlıq və kommersiya fəaliyyəti çərçivəsində gəlir ə ldə etmək məqsədi ilə istifadə etdiklərindən, mübahisə məhz tərəflərin hər ikisinin ayrıayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəldiyinə görə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin məhkəmə aidiyyəti ilə bağlı mövqeyi əsaslıdır.
25. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, məhkəmə aidiyyəti müəyyən edilərkən fərdi sahibkarların vergi orqanında fəaliyyətinin aktiv olmaması və ya onun həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin vergi orqanında qeydə alınmış fəaliyyət növündən fərqli olmasının heç bir əhəmiyyəti yoxdur. Çünki bu məsələlər Vergi Məcəlləsinə əsasən vergi tutma məqsədləri və sahibkarların vergi məsuliyyətinin yaranması üçün əhəmiyyət daşıyan hallardır və həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti olmasını istisna etmir. 26. “Sa hibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən,malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
27. İddiaçı hadisə vaxt verən zaman ona məxsus “Ford Transit Xüsusi Təyinatlı” markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını, avtomobilin şəxsi məqsədlər üçün istifadə olunduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir..
28. Göründüyü kimi, apelyasiya instansiya məhkəməsi məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mülki prossesual normaların tələblərinə və müvafiq Plenum qərarı nın müddəalarına uyğun hərəkət etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır.
29. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6101/2023 saylı, 14 dekabr 2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
30. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6101/2023 saylı, 14 dekabr 2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.