Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1151/2024 19.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: sübutetmə, əqdin əhəmiyyətsizliyi, əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4222/2023 nömrəli 1 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 19 mart 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında dostluq münasibətləri olmuşdur. Həmin münasibətlərə əsaslanaraq iddiaçı cavabdehə 65000 manat məbləğində borca pul verdiyni göstərir.
2. Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı Pərvanə Əzizova tərəfindən 23 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.
3. Həmin qərardan iddiaçının verdiyi şikayət əsasında Nizami rayon prokurorluğu tərəfindən xx.xx.2022-ci il tarixli qərarla Nizami RPİ-nin 24-cü PŞ-nin qərarı ləğv edilmiş və yenidən araşdırmaya qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı “pul” tələbinə dair iddia əriz əsi və daha sonra iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair məhkəməyə müraciət edərək, cavabdehdən 62.000 manat məbləğində pulun, ödənilmiş 276 manat dövlət rüsumunun, hüquqi yardıma görə ödənilmiş 130 manat pulun, cəmi 62.406 manat məbləğində pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçı iddia tələbini işin hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, cavabdeh ondan mübahisəli məbləği alarkən də həmin məbləğin üzərində sonda ona xeyir verəcəyini bildirmişdir. Razılaşdırılmış müddət bitsə də cavabdeh aldığı məbləği qaytarmamışdır. Cavabdeh hər gür müxtəlif bəhanələr gətirərək bundan yayınmışdır. O, anlamışdır ki, cavabdeh bu məbləği ona könüllü şəkildə qaytamaq niyyətində deyil. Cavabdehdən dəfələrlə pul məbləğini geri istəmiş, hətta cavabehin ünvanına getmiş, polisə şikayət belə yazmışdır. Nizami Rayon Polis Şöbəsində araşdrıma aparılmış, cavabdehin, o cümlədən, şahidlərin ifadələri alınmış, üzləşdirmə aparılmışdır. Şahid ifadələri ilə təsdiq olunmuşdur ki, qeyd etdiyi məbləğ cavabdeh tərəfindən ondan alınmışdır. Cavabdeh izahatında ondan 65.000 manat pul alıb mənimsəməsinə baxmayaraq, guya ondan 10.000 manat məbləğində pul aldığını qeyd etmişdir. Cavabdeh ilə aralarında hazırkı mübahisə ilə bağlı bir çox yazışmalar və danışıqlar olmuş, həmin səs yazılarında cavabdeh evini satıb 45.000 manat əldə edib pulun bir hissəsini ödəyəcəyini, qalan hissəsini isə sonradan verəcəyini bildirmişdir. Bir çox şahidlər var ki, onlar bu razılaşmadan xəbərdardırlar. Onların məhkəmə iclasında şahid qismində məhkəmə iclasına gəlmələrini təmin edə bilər. Borc razılaşmasının son icra müddətindən xeyli vaxt keçməsinə baxmayaraq, cavabdeh həmin pul məbləğini ona qaytarmır. Sonuncu danışıqları zamanı cavabdeh onu təhqir etmiş, pulu verməyəcəyini açıq-aşkar bildirmişdir.
6. Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, iddiaçıdan 10.000 manatdan artıq pul almış və faizi ilə bərabər 15.000 manat pul qaytarmışdır. O, iddiaçıya demişdir ki, lazım olar, evini satar, pulun yarısını ona verər, yarısı ilə də özü işini görər. Daha sonra o, 1000-2000-3000 manat olmaqla, hissə-hissə götürdüyü pulu iddiaçıya geri qaytarmışdır. Onun həmin pulları qaytarması ilə bağlı sübutu olmadığını bildirmişdir.
7. Şahid qismində dindirilmiş X6 ifadəsində qeyd etmişdir ki, cavabdeh onun anasıdır. Anasının Vəfa xanı mdan pul aldığını şəxsən görməmişdir. Ancaq anası deyirdi ki, iddiaçıdan 10.000 manat borc alıb, qarşılığında isə 15.000 manat ödəmişdir. O, 5-6 dəfə Vəfa xanımgilə gedərək evində anasının borcundan 200-300 manat olmaqla, ümumilikdə 1500-2000 manata yaxın ona pul vermişdir. Həmçinin, anasının mağazasında anasının Vəfa xanıma 150-200 manat pul verdiyini gözü ilə görmüşdür. Anasının iddiaçıyla borcla bağlı söhbətlərini eşitməmişdir. Vəfa xanım anasına pulu faizlə vermişdi, ona görə anası 15.000 manat qaytarmışdır. Evləri satışda olmuşdur. Qardaşı evlənəcəyi üçün istəyirdilər ki, evi satıb iki ev alsınlar. Evi satmaq üçün makleri onlara Vəfa xanım tapmışdır. O, makleri bir dəfə görmüşdür. Evlərini anasının borcunun olmasına görə satmırdılar.
8. Şahid qismində dindirilmiş X9 ifadəsində bildirm işdir ki, o, iddiaçını uzun müddətdir tanıyır. Mart ayı olardı iddiaçı telefonla zəng edərək ondan 1000 manat borca pul istəmişdir. Həmin pulu iddiaçıya vermək üçün onun mağazasına getmişdir, lakin hansı gün getdiyini xatırlamır. Cavadehi də orada görmüş tanımışdır, daha əvvəl isə cavabdehi görməmişdir. İddiaçı onun yanında 1000 manatı cavabdehə vermişdir. O da iddiaçıya demişdir ki, bu pul onun deyil, lotoreya puludur. Onda Yaqut ona “niyə narahat olursan ki, Vəfa mənə 60.000 manatdan çox pul vermişdir” demişdir. İddiaçı iki gün sonra ona demişdir ki, gəl 1000 manatı götür. Vəfa pulu Səadətdən aldığını demişdir. Bir müddət sonra iddiaçı söhbət zamanı ona demişdi ki, Yaqut 62.000 manat pulunu alıb, ancaq qaytarmaq istəmir.
9. Şahid qismində dindirilmiş X7 ifadəsində qeyd etmişdir ki, o, evlərin alqı-satqısı ilə məşğul olur. Vəfa xanımı ona kirayə yaşamaq üçün evlər tapanda tanımışdır. Yaqut xanımı isə ona məxsus evi satışa çıxarmaq üçün Vəfa xanımın vasitəsi ilə tanımışdır. O, Vəfa xanımla birgə Yaqut xanımın evinin şəkillərin çəkmək üçün onlara getmişdir. Evin şəkillərini çəkəndə Yaqut xanım demişdir ki, onun 65.000 manat borcu var, evi 100.000 manatdan aşağı verməyəcəkdir. Evdə Yaqut xanım, bacısı və uşaq var idi. Yaqut xanım 65.000 manat borcu olduğunu deyəndə bacısı da evdə idi. Evi satılarsa 35.000-40.000 manata başqa ev tapıb-tapmayacağı ilə də onunla məsləhətləşmişdır. Bir müddət sonra satışa çıxardıqları evlə maraqlanan olmamış, Yaqut xanımla da əlaqəsi kəsilmişdir. 65.000 manat borcu olduğunu ona Yaqut xanım özü demişdir. Evi satmasının da səbəbi borcunun olması ilə bağlı olduğunu demişdir.
10. Şahid qismində dindirilmiş X4 ifadəsində qeyd etmişdir ki, o, Laçın Ticarət Mərkəzində Yaqutun magazası ilə qonşu mağazada uzun müddət işləmişdir. İddiaçı Vəfa xanımı əvvəllər tanımırdı. O, cavabdehdən 2250 manat borca pul istəmişdir. Ona həmin pulu verəndə, pulu Vəfa xanımdan götürdüyünü bildirmiş və Vəfa xanıma məxsus kart hesabı atmışdır ki, ödənişi həmin karta etsin. O, faizi ilə bərabər 2700 manatı dəfələrlə hissə-hissə həmin kart hesabına Milli Ön aparatı ilə, həmçinin öz kartından onun kartına göndərmişdir. Çeklərin çoxunu itirmişdir. Ona demişdi ki, Vəfa xanımın kartına atarsan pulları, o, xanımı tanımamışdır. O, pulu Yaqutun kartına 2021-ci ilin yay ayında göndərməyə başlamışdır. Yaqutdan bir dəfə borc pul almışdır. Vəfa bir dəfə öz mağazasında ola nda Yaqut da ora gəlmiş və onlar dalaşmağa başlamışlar. O, hər ikisinə bildirmişdir ki, onun mağazasında mübahisə etməsinlər. Onun mağazasında dalaşanda bir-birilərinə olan borcları barədə heçnə eşitməmişdir.
11. Şahid qismində dindirilmiş X2 ifadəsində qeyd etmişdir ki, iddiaçı onun 27 illik rəfiqəsidir, cavabdehi Vəfanın ad günündə tanımışdır. Vəfa ondan qardaşına pul lazım olduğu üçün hissə-hissə olmaqla, ümumilikdə 65.000 manat borca pul almışdır. Bir müddət sonra o, Vəfadan pulunu geri tələb edəndə o, pulu Yaquta verdiyini, Yaqutun pulu geri qaytarmadığını demişdir. O, Yaqutla telefonla danışmışdır. Yaqut Vəfadan pul aldığını ona demiş, ancaq aldığı pulun miqdarını bilməmişdir, bu barədə söhbətləri olmamışdır. Yaqut ona demişdir ki, o da pulu başqasına vermişdir və geri ala bilmir. Ya qutla aralarında ancaq telefon söhbətləri olmuşdur. Vəfanın Yaquta borc verdiyini şəxsən görməmişdir.
12. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirmişdir ki, iddiaçı onun bacısıdır. Cavabdeh isə bacısının sinif yoldaşı olmuşdur. Bacısının cavabdehə pul verdiyini görmüşdür. O, 2021-ci ilin noyabr ayında Türkiyədən Bakı şəhərinə gəlmiş, bacısı ilə birlikdə cavabdehin evinə gedərək ondan borcunu qaytarmasını bildirmişlər. Cavabdehin bacısına 65000 manat borcu olduğunu bilirmiş, bu barədə bacısı ilə cavabdehin telefon danışıqları onun yanında olmuşdur. Bacısı ondan 16000 manat alaraq cavabdehə vermişdir. O, bacısı ilə birlikdə cavabdehdən pulun qaytarılmasını istəsə də, cavavbdeh borclarını qaytarmamışdır.
13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi ) 31 mart 2023 -ci il tarixli, 2(008)-648/2023 nömrəli qətnaməsi ilə (hakim Şəbnur Qədirova ) iddia tələbinin təmin edilməsi, cavabdehdən 62.000 manat məbləğində pul, 276 manat dövlət rüsumu, 130 manat hüquqi yardım haqqı olmaqla, cəmi 62.406 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
14. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı cavabdehə 65.000 manat borc pul vermiş, cavabdeh həmin puldan 3000 manatını qaytarmış, qalan 62.000 manatı isə bu günədək iddiaçıya ödəməmiş, bununla da iddiaçı qarşısında götürdüyü öhdəliyə əməl etməmişdir.
15. Məhkəmə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-də aparılmış araşdırmalar zamanı, həmçinin tərəflər arasında olan danışıqlar (səs yazısı) və şahid ifadələri ilə cavabdehin iddiaçıdan 65.000 manat borc pul aldığı, həmin puldan 3000 manatını qaytardığı öz təsdiqini tapmışdır.
16. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh isə iddiaçıdan 10.000 manatdan artıq pul aldığını, aldığı pulu faizləri ilə birlikdə cəmi 15.000 manat olmaqla iddiaçıya qaytardığını bildirsə də, bununla bağlı cavabdehin yalnız mülahizə xarakterli izahatı mövcuddur. Cavabdehin izahatı sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də məhkəməyə belə bir sübut təqdim edilməmişdir. Eyni zamanda, cavabdeh izahatında iddiaçıya pulları qaytarmasına dair sübutunun olmadığını etiraf etmişdir.
17. Məhkəmə həmçinin hazırki iş üzrə səs yazılarını əks etdirən flaş kartı da sübut kimi qiymətləndirmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 427.3, 442, 739.1ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onun olduqca ağır və çıxılmaz vəziyyətdə olmağından istifadə edərək, onun pul axtardığını görmüş və ona 10.000 manat pul vermiş və hər 3 gündən bir ondan əvəzində 1.000 alacağını bildirmişdir. Tərəflər arasında hətta həmin verilən 10.000 manatla bağlı yazılı müqavilə olmamış, sadəcə şifahi razılıq olmuşdur. O, iddiaçıya ona aid 10.000 manat pulu və əlavə 5000 manat faiz də olmaqla, cəmi 15.000 manat geri qaytarmışdır. Lakin, iddiaçı hər 3 günü üçün əlavə 10.000 manat hesablamaqla, ona 65.000 manat borcu olmasını bildirmişdir. Onu qorxutmaq üçün onun barəsində polisə şikayət vermiş və bununla bağlı 24-cu PB-nə dəvət olunub orada izahat verərkən bir daha bildirmişdir ki, o, iddiaçıdan 10.000 manat almış və hissə-hissə geri qaytarmışdır. Həmçinin, izahatında onu da bildirmişdir ki, iddiaçı Hüseynova Vəfa ondan aldığı 15.000 manatı faizə silmiş, əsas borcdan yalnız 3.000 manat silmişdir. Onun sonradan ona əlavə ödəniş etməyə pulu olmamışdır. Əslində onun iddiaçıya artıq heç bir borcu qalmamışdır, lakin ödənişlər milliön vasitəsilə icra edilmiş və onun əlində qəbzlər olmadığı və iddiaçı bu borcdan yalnız 3.000 manatı etiraf etdiyini nəzərə aldıqda, onun iddiaçıya 7.000 manat borcu qalmış olmalıdır. Məhkəmə isə gəldiyi nəticəni yalnız şahid ifadələri ilə əsaslandırmışdır. Hansı ki, həmin şahidlərin əksəriyyəti yalnız iddiaçını tanımiş və məhkəmə iclasında da iddiaçının sözlərindən çıxış etmiş və şəxsən iddiaçının ona nəinki 65.000 manat, ümumiyyətlə hər hansı pul verməsini görməmişlər. Tərəflər arasında iddia olunan pul məbləğı ilə bağlı hər hansı yazılı müqavilə və ya digər imzalanmış sənəd olmadan, pul verilməsinə dair birbaşa şahid olmadan, polisdə onun verdiyi izahatlar nəzərə alınmadan, onun iddianı qəbul etməməsi və etirazı olduğu halda, məhkəmənin belə bir nəticəyə gəlməsi yanlışdır. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil. Məhkəmə yalnız iddiaçının mülahizələrinə əsaslanmış, hadisənin bir başa şahidi olmayan və iddiaçının yaxın şəxslərinin verdiyi izahatları mötəbər sübut kimi qəbul etmişdir. Halbuki iş materiallarında iddiaçının həqiqətən ona 65.000 manat verməsinə dair heç bir sübut yoxdur.
21. Məhkəmə Ekspertiza Mərkəzinin veridiyi xx.xx.2023-cü il tarixli 5/1090 nömrəli ekspert rəyinə əsasən təqdim edilmiş bir ədəd sensor ekran və “İOS 16.2” əməliyyat sistemi ilə təchiz olunmuş “iPhone 8 Plus” markalı “A1897” modelli “**********15834” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Tədqiqat zamanı tədqiq olunan mobil smartfonun yaddaşında iddiaçıya məxsus “+994 70 208 89 80” abonent nömrəsinin “Yaqut Xanağa” adı altında yadda saxlanması aşkar olundu. Daha sonra tədqiq olunan “iPhone 8 Plus” markalı “A1897” modelli mobil smartfonun yaddaşında hal-hazırda movcud olan “+994 50 348 90 61” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp” proqram təminatında “Yaqut Xanağa” adında qeydə alın an “+994 70 208 89 80” abonent nömrəsi ilə aparılmış hər hansı bir məlumat mübadiləsi müəyyən olunmadı. Tədqiqat zamanı “iPhone 8 Plus” markalı “A1897” modelli mobil smartfonun yaddaşından “7.65.0.247 versiyalı UFED 4PC” adlı proqram təminatı vasitəsilə toplanmış hal-hazırda mövcud olan və pozulmuş məlumatlar daxilində “Yaqut Xanağa” adında qeydə “+994 70 208 89 80” abonent nömrəsi ilə “Whatsapp” proqram təminatında aparılmış bir məlumat mübadiləsi (yazışma, audio, foto və s.) müəyyən olunmamışdır.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-4222/2023 nömrəli,1 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) apellyasiya şikayəti qismən təmin oluna raq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamənin qəbul olunması və cavabdehdən 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi o cümlədən məhkəmə xərclərinin əvəzi qismində 39 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətləri borc münasibəti kimi qiymətləndirməklə səhvə yol vermiş, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.
24. Kollegiya qeyd etmişdir ki, tərəflər arasında pulun verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı borc müqaviləsi olmadığından cavabdeh iddiaçıdan aldığı pul vəsaiti hesabına əsassız varlanmışdır.
25. Məhkəmə kollegiyası onuda qeyd etmişdir ki, iddiaçının cavabdehə 65.000 manat pul verməsi iş materialları ilə təsdiq olunmur. Sübutetmə yükü, yəni cavabdehin onun hesabına hüquqi əsas olmadan varlandığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyünü və həmin halı sübuta yetirə bilməmişdir. Lakin həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində iştirak edən cavabdeh iddiaçıdan 10.000 manat aldığını, əvəzində 15.000 manat qaytardığını bildirmişdir.
26. Kollegiya iddiaçının, cavabdehin ondan aldığı puldan 3.000 manat qaytarması barədə izahatını və bu faktın işin mübahisəsiz halı olmasını nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən 7.000 manat (10.000-3.000=7.000) alınaraq iddiaçıya verilməlidir.
27. İş üzrə şahidlərin ifadələrinə tənqidi yanaşaraq qeyd edilmişdir ki, ifadə verən şahidlər iddiaçının və cavabdehin yaxın qohumları və tanışları olduqlarından onların ifadələrinin qərəzli olmaq ehtimalı çoxdur. Digər tərəfdən müəyyən edilmişdir ki, şahidlər pulun verilməsini görməmiş və bu prosesi təsdiq etməmişlər. Ona görə də işin obyektiv həlli baxımından həmin ifadələrin sübut kimi qəbul edilməsi işin ümumi hallarına uyğun gəlməmişdir.
28. Kollegiya öz mövqeyini onunla əaslandırmışdır ki, iddia qismən təmin edilərək cavabdehdən 7000 manat pulun tutulması qənaətinə gəldiyindən tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi cavabdehdən 31 manat (7000x276:62000=31) pul tutulmalı, qalan hissədə isə iddiaçının özü nə aid edilməlidir. Həmçinin, apellyasiya şikayətinə əlavə olunmuş qəbzə əsasən cavabdeh apellyasiya şikayətinin verilməsinə görə 138 manat dövlət rüsumu ödəmişdir.
29. İddianın qismən təmin edilərək, cavabdehdən 7000 manat pulun tutulması nəzərə alındıqda, kollegiya hesab etmişdir ki, apellyasiya şikayətinə görə ödənilmiş rüsumun 16 manat hissəsi (7000x138:62000=16) cavabdehə aid edilməklə, qalan 122 manat məbləğ iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır.
30. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etmişdir.
31. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 337.1, 337.3, 337.4, 337.5, 351.1, 351.2,351.3,351.4,351.5,385,386.1,390.1,390.2,406.1,425,442,739.1,739.2,740.1,740.2,1 091.1,1092.2,1093.1,-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı (vəkili Vəkil3 ) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayətini onunla əsaslandıraraq qeyd etmişdir ki, m əhkəmə-fonoskopik ekspertizası təyin edilməli olduğu halda məhkəmə bunu etməmiş, mübahisənin həllində düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə şahid qismində ifadə vermiş şəxslərin ifadəsini Polis şöbəsində verdiyi ifadə ilə eyni məzmun olduğu halda məhkəmə kollegiyası əsassız hesab etmişdir.
34. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında pulun verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı borc müqaviləsi olmadığından cavabdeh iddiaçıdan aldığı pul vəsaiti hesabına əsassız varlanmışdır. İddiaçının cavabdehə 65.000 manat pul verməsi iş materialları ilə təsdiq olunmur.
35. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş USB flaş kartdakı səs yazısı ilə bağlı araşdırma aparılmışdır. Cavabdeh isə öz növbəsində həmin səs yazısının onun göndərmədiyini bildirmiş dir. Məhkəmə tərəfindən USB flaş-kartdakı səs yazısının iddiaçının telefonuna cavabdehin telefonundan göndərilib-göndərilməməsini müəyyən etmək üçün məhkəmə kompüter-texniki ekspertizası təyin edilmişdir. Ekspert rəyindən də göründüyü kimi cavabdehin iddiaçıya qeyd olunan səs yazısının göndərməsi təsdiq olunmamışdır.
36. Kassasiya şikayəti işin hallarına uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmumışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
38. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
39. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılm amasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
40. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
41. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
42. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.
43. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndir ilir.
44. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.
45. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.
46. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın.
47. Maddə
425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgü zar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
48. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
49. Maddə 740.1. (əvvəlki redaksiyada) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
50. Maddə 740.2. (əvvəlki redaksiyada) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdi rsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
51. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
52. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:
53. Maddə 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
54. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqs ədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
60. Maddə 407.2. Kassasiya şikayətində işi n hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
63. Maddə 418.3. Prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
64. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır.Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Hazırkı kassasiya şikayətində kassato r iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
67. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tələbini sübut edə bilməmişdir.
68. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091 və 1092-ci maddələri təşkil edir.
69. Belə ki, tərəflər arasında şifahi borc münasibətləri olmuş, həmin münasibətlər çərçivəsində iddiaçı cavabdehə iddia tələbində göstərilən məbləğdə borc verdiyini göstərsə də, işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan apellyasiya məhkəməsi 10.000 manat məbləğində borcun verildiyini və cavabdeh tərəfindən həmin məbləğin qaytarılmadığı nəticəsinə gəlmişdir.
70. Belə olan halda məhkəmə kollegiyası belə qənatə gəlmişdir ki, tərəflər arasında bağlanmış borc müqaviləsi ə həmiyyətsiz müqavilədir, həmin həddə cavabdeh əsassız varlanmışdır, lakin qaytarılmış məbləğ (3.000 manat) nəzərə alınaraq 7.000 manat məbləğində pulun geri qaytarılmalı olması müəyyən olunmuşdur.
71. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən ayd ın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
72. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmal ıdır.
73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2023-cü il tarixli, 2(103)-4222/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.