Məhkəmə qərarları › İş №2(102)-1152/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1152/2020

19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1152/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(108)-125/2019 saylı qətnaməsindən İddiaçı və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Naxçıvan Muxtar Respublikası Babək rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim D.Y.Səfərov, iş № 2(079)-01/2019) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Culfa rayon Dövlət Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeyri-yaşayış binasına (yeməkxanaya) pozulmuş mülkiyyət hüququnun bərpa olunması və Cavabdeh1 həmin mülkdən məcburi qaydada çıxarılması, həmin yaşayış binasına mülkiyyət hüququnun bərpa edilməsi ilə yanaşı qeyriyaşayış binasında (yeməkxanada) olan əşyalara mülkiyyət hüququnun bərpa edilməsi və həmin avadanlıqların ona qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.K.Allahverdiyev, Y.S.Qurbanov və F.M.Abbasov) iddiaçının və iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 apellyasiya şikayətləri təmin edilməmiş, Babə k rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Culfa rayon Dövlət Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi sözləri göstərilən hissədə qismən ləğv edilərək, qətnamənin “qət etdi” hissəsinə “İddiaçı” sözlərindən sonra Cavabdeh2, Cavabdeh1 və Culfa rayon Dövlət X2 oğlu ilə Cavabdeh2 arasında bağlanmış Culfa rayon notariat kontorunda N küçəsində istifadədə olan 679 kv.m torpaq sahəsində yerləşən, 1392,3 kv.m ümumi, 311,3 kv.m əsas, 1081 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış binasının (yeməkxananın) xx xxxx 2003-cü il tarixli, 166138 nömrəli (4-ə-36 reyestr nömrəli) və Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2008-cü il tarixli, 265552 nömrəli (4-ə-19 reyestr nömrəli) alqı-satqı müqaviləsinin etibarsı z hesab edilməsi, İddiaçı birgə mülkiyyətçisi olduğu N küçəsində istifadədə olan 679 kv.m torpaq sahəsində yerləşən 1392,3 kv.m ümumi, 311,3 kv.m əsas, 1081,0 kv.m köməkçi sahədən ibarət” sözlərinin əlavə edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: Culfa şəhərində yerləşən 19 №-li yeməkxana binası Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx xxxx 2003-cü il tarixli şəhadətnaməyə əsasən X5 məxsus olmuş və həmin əmlak notariatda təsdiq olunmuş xx xxxx 2003-cü il tarixli müqaviləyə əsasən onun tərəfindən Cavabdeh2 satılmışdır. Notariatda təsdiq olunmuş xx xxxx 2008-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətində olan həmin qeyri-yaşayış binasını (yeməkxananı) Cavabdeh1 satmış, xx xxxxxx 2008-ci il tarixdə Cavabdeh 1 həmin əmlaka mülkiyyət hüququnu bildirən Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. xx.xx.2011-ci il tarixdə X6 vəfat etmişdir. 2015-ci ilin dekabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli qeyri-yaşayış sahəsinin onun 1988-ci ildən rəsmi nikahda olduğu əri X5 məxsus olmasını, həmin sahənin ərinin qardaşı Cavabdeh1 adına olmasını, ərinin həmin sahəni qardaşı Cavabdeh1 borclarının ödənilməsi üçün onun razılığı olmadan Cavabdeh2 satmasını və 2008-ci ildə əmlakı yenidən Cavabdeh2 almasını, həmin ərəfədə Ukrayna Respublikasında olduğu üçün alqı-satqı müqaviləsinin qardaşı Cavabdeh1 ilə bağlanmasını, lakin əmlakın mərhum ərinin vəsaiti hesabına alınmasını, həmin əmlakın mərhum əri ilə birgə nikahda olduğu dövrdə əldə edilməklə onların ümumi birgə mül kiyyəti olmasını, lakin Mülki Məcəllənin 225-ci maddəsinin və Ailə Məcəlləsinin 33-cü maddəsinin ziddinə olaraq onun razılığı olmadan başqasına satılmasını və s. əsas göstərməklə qeyriyaşayış sahəsinə dair bağlanmış xx xxxx 2003-cü il və xx xxxx 2008-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə müstəqil tələb irəli sürməyən X1 şikayəti verərək iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsinin qanunsuz olmasını, mübahisəli əmlakın iddiaçının razılığı olmadan satılmaqla onun mülkiyyət hüququnun aşkar şəkildə pozulmasını, qətnamənin işin həmin hallarına düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalar ının pozulması ilə çıxarılmasını və s. əsas göstərməklə ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda İddiaçı kassasiya şikayəti vermiş və şikayətini üçüncü şəxsin şikayətinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin vəkilləri kassasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyasına görə Ordubad rayon məhkəməsi tərəfindən baxılmış X4 Cavabdeh1 qarşı borcun etirafı tələbinə dair mülki iş üzrə müəyyən edilmiş halların İddiaçı tələbi ilə əlaqədar hazırkı işə heç bir aidiyyətinin olmamaqla həmin məhkəmədə hazırkı mübahisənin predmeti olan alqı-satqı müqavilələrinin etibarsızlığı məsələlərinə baxılmadığında n, hazırkı iddia tələbinin predmeti və tərəflər eyni olmadığından Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin tətbiq edilməsi üçün əsaslar olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Ər-arvadın nikah dövründə qazandıqları əmlakı nikah kontraktında və ya öz aralarındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa onların ümumi mülkiyyəti kimi tanıyan Mü lki Məcəllənin müddəaları ilə də əqdin etibarsız sayılması və onun etibarsızlığının nəticələrinin tətbiqi üçün 1 illik müddət müəyyənləşdirilmiş, onun axımının başlanması isə bu cür əqdin etibarsız sayılmasına əsas verən halların bilindiyi və ya bilinməli olduğu günlə əlaqələndirilmişdir. (MM-nin 225.1 və 354.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. (354.1.) Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ər zində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. (354.2.) İşdən görünür ki, mübahisə predmeti olan alqı-satqı müqavilələri 2003 və 2008-ci illərdə bağlanmış, onun etibarsız sayılması barədə iddia isə 2015-ci ilin dekabr ayında qaldırılmışdır. İddiaçı qanunda müəyyən olunmuş 1 illik müddəti ötürməklə məhkəməyə müraciət etdiyindən alqı-satqı müqavilələri iddia tələbində irəli sürülən dəlillərdən və əsaslardan asılı olmayaraq etibarsız sayıla bilməz. Bununla əlaqədar kollegiya qətnaməni qanuni və əsaslı sayır, hesab edir ki, qətnamə dəyişdirilmədən, kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələri ni rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar