Məhkəmə qərarları › İş №2(102)-1155/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1155/2025

16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1155/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1721/2024 nömrəli 10 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bərdə Rayon Kətəlparaq Bələdiyyəsinin 30 avqust 2023-cü il tarixli, 23 saylı məktubuna əsasən, Bərdə rayonu Kətəlparaq kəndi ərazisində yerləşən “Gülüm Təndir” sexinin yerləşdiyi torpaq sahəsi Cavabdeh öz xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin tərkibindədir.

2. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 avqust 2023-cü il tarixli, 04 saylı məktuba əsasən, Bərdə rayonu Kətəlparaq kəndi ərazisində yerləşən “Gülüm Təndir” sexinin yerləşdiyi torpaq sahəsi Cavabdeh öz xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin tərkibindədir.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Bərdə rayonu Kətəlparaq kəndində 0,2 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında tam, torpaq sahəsi 1/5 hissə Cavabdeh, 1/5 hissə X1, 1/5 hissə X5, 1/5 hissə X9 və 1/5 hissə X2 adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı məhkəməyə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək 22122 manat ilkin və iddia tələbinin artırılmasına dair ərizədə göstərilən məbləğdə, borc aldığı 5000 manatın, avadanlıqların dəyəri olaraq 6000 manat və 2023-cü ilin oktyabr ayından 2024-cü ilin may ayınadək hesablanmaqla ayda 500 manat icarə pulunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını ilə müraciət edərək Cavabdeh 26820 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi o nunla əsaslandırılmışdır ki, uzun müddət Rusiya Federasiyasında yaşamışdır. Cavabdeh arvadının xalası oğludur. 2020-ci ilin sentyabr ayında hazırda mübahisəli olan qeyri-yaşayış obyektinin tikintisinə başlamışlar. İnşası bitəndən sonra 2021-ci ilin iyul ayından “Gülüm təndirxanası” adı altında fəaliyyətə başlamışdır. Sözügedən obyekt hazırkı iş üzrə Cavabdeh məxsus torpaq sahəsinin sərhədində inşa edilmişdir. Qohum olduqlarından cavabdehlə aralarında olan şifahi razılaşma əsasında ona məxsus torpaq sahəsinin sərhədində (bitişik) obyekti öz vəsaiti hesabına inşa etdirmişdir. Cavabdehə etibarı olduğundan aralarında hər hansı bir müqavilə və ya digər rəsmi sənəd bağlanmamışdır. Rəsmi müqavilə bağlamaq istədiyi halda isə cavabdehin həmin torpaq sahəsində qeydiyyatda olan iki oğlu Ukrayna Respu blikasında yaşadığından rəsmiləşdirmək mümkün olmamışdır. Hətta, cavabdehin adından dövlət, müəssisə, idarə və təşkilatlarda təmsil etmək üçün, o cümlədən hazırkı obyektin sənədlərini rəsmiləşdirmək üçün xx.xx.2021-ci il tarixdə notarial qaydada 10 il müddətinə ona etibarnamə vermişdir. Sözügedən obyektin tikilməsinə və digər sənədlərinin hazırlanıb alınmasına, ümumilikdə 26820 manat vəsait xərcləmişdir. Sadalananları əmlakın qiymətləndirilməsi rəyi, obyektin tikintisində çalışmış ustalar və s. təsdiq edə bilər. Obyektin qiymətləndirilməsi üçün mütəxəssisə müraciət etmiş və “X10” MMC tərəfindən obyektin likvid dəyərinin və obyektdəki avadanlıqların 26820 manat olmasına dair xx.xx.2023-cü tarixli rəy verilmişdir. Cavadehin oğlu xarici ölkədən gəldikdən sonra həmin obyektə qarşı qərəzli hərə kətlər edərək işləmələrinə maneçilik törədir. Cavabdeh ona bildirmişdir ki, onun öz vəsaiti hesabına tikdirdiyi təndirxana onlara məxsus torpaq sahəsində inşa edilmişdir və buna görə qeyriyaşayış obyektindən istifadə etməsi üçün illik 5000 manat icarə haqqı ödəməlidir. Onun isə buna imkanı olmadığından obyektə xərclədiyi vəsaiti onlardan geri tələb etmişdir. Ancaq cavabdeh pulu ona qaytarmadığından hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur.

6. Cavabdeh məhkəməyə göndərdiyi iddia tələbinə qarşı etirazında göstərmişdir ki, ona qarşı əsassız iddia tələbi irəli sürən İddiaçı qohumudur. Lakin ona qarşı iddia tələbi irəli sürərkən həqiqəti deməmişdir. Belə ki, o iddiaçıdan qısa müddət ərzində qaytarmaq şərtilə borca 5000 manat pul istəmiş, iddiaçı ona 5000 manat borca pul ver mişdir. Sonradan maddi imkanı zəif olduğundan iddiaçıya olan borcunu qaytara bilməmişdir. İddiaçıya bildirmişdir ki, ümid yeri olan təndirxanasını 2 il işlətsin, ona olan borcunu kirayə haqqından çıxsın. Hətta iddiaçıya etibarnamədə vermişdir. Lakin iddiaçı 2021-ci il tarixdən obyektini işlətsə də, ona olan 5000 manat borcunu əvəzləşdirməmiş, bununla da aralarında narazılıq başlamışdır. İddiaçıdan 5000 manat borca pul almışdır. Lakin iddiaçı iddia ərizəsində ona qarşı əsassız iddia tələbi irəli sürmüşdür və həmin əsassız iddia tələbinə etiraz edir. İddiaçının ona qarşı qaldırdığı iddia əsassızdır, əsassız iddianı qəbul etmir. İddiaçıya 5000 manat borcu vardır.

7. Məhkəmə iclasında iddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X3 qeyd etmişdir ki, usta işləyir. Usta işləməklə bər abər briqada yığaraq tikinti işlərində briqadaya rəhbərlik edir. Hər hansı bir tikinti işləri görürlərsə sifarişi bünövrədən götürürlər və dam örtüyünü vurub dayanırlar. Tikdikləri obyektin sahibinin adı Səməd olmuşdur. Həmin obyekti 2021-ci ilin sentyabr ayında qəbul edib, 2021-ci ilin oktyabr ayında yekunlaşdırmışlar. Tikintidə işlədilicək materialların siyahısını o tərtib etmiş və İddiaçı vermişdir. Sonuncunun sifarişi əsasında materiallar tikintiyə gətirilmişdir. Briqadası 5 nəfərdən ibarət olmuş, gördükləri işin zəhmət haqqını onlara İddiaçı vermiş, o cümlədən nahar yeməklərinin pulunu da İddiaçı vermiş, yaxınlıqda olan yeməkxanada nahar etmişlər. İddiaçı gördükləri işin zəhmət haqqını ona vermiş, o da briqada üzvlərinin hər birinin gördüyü işə görə haqqını vermişdir. Tikilinin qapı-p əncərəsi plastik olmuş, onu başqa usta quraşdırmışdır. Lakin dam örtüyünü özü vurmuşdur. Tikili həm tək mişar daşından, həm də qoşa mişar daşından olmuşdur. Həmin dövrdə tək mişar daşının kvadratını 3 manatdan, qoşa mişar daşının kvadratını isə 5 manatdan hörmüşlər. İddiaçı gördüklərini işin müqabilində onlara cəmi 3216 manat məbləğində pul vermişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 qeyd etmişdir ki, suvaq ustası işləyir. İngilis Adıgözəlov briqada yaradaraq sifariş olduğunu, tikinti işləri aparmaq lazım olduğunu bildirmiş, o da suvaq ustası kimi briqadada işləməyə başlamışdır. Həmin tikintinin bütün maddi və material təminatını Səməd adlı şəxs qarşılamışdır. Orada işləyərkən tikintiyə rəhbərliyi İddiaçı həyata keçirmişdir. Tikinti Kamil adlı şəxsin həyətinə bitişik hiss ədə aparılsa da, rəhbərliyi İddiaçı etmişdir. Onların zəhmət haqqını İddiaçı briqadanın rəhbəri İngilis Adıgözəlova vermiş, sonuncu da onların pullarını özlərinə vermişdir. İşçilərin nahar yeməklərinin pulunu İddiaçı vermişdir. Həmin tikintidə bir kvadratmetrinin qiyməti 3 manat olmaqla, 145 kv.m. suvaq işləri görmüşdür.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 qeyd etmişdir ki, 2021-ci ilin iyul ayından Bərdə şəhərində yerləşən tikinti bazarında tikinti materialları satışı ilə məşğul olur. Həmin dövrdə Səməd adlı şəxslə tanış olmuşdur. Belə ki, Səməd tikinti bazarına gələrək ondan armatur, sement, dəmir, taxta və bu kimi tikinti materialları alıb aparmışdır. Sonuncunun tikinti materiallarını hara alıb aparmasından məlumatı yoxdur.

10. Məhkəmə iclasında şahid qismində dindirilmi ş X16 qeyd etmişdir ki, Şamaxı rayonu Nüydü kəndində anadan olmuş, orada böyüyüb yaşamışdır. Hazırda isə Bərdə rayonu Əliyanlı kəndində yaşayır. “Saleh” inşaat materialları mağazasında satıcı işləyir. İddiaçı tanıyır, belə ki, sonuncu onun işlədiyi mağazadan projektor, vinil, tərəzi, su çəni, elektrik işlərinə aid digər materiallar alıb aparmışdır. İddiaçı həmin materialları tikdirdiyi obyekti üçün alıb aparmışdır. 11. “X11” MMC tərəfindən verilmiş 1 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bərdə rayonu Kətəlparaq kəndində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının hazırkı vaxta mövcud bazar dəyərinə uyğun olaraq qiyməti 25000 manat məbləğindədir. -Qeyri-yaşayış sahəsinin cəmi bazar dəyəri 25000 manat dəyərində qiymətləndirilmişdir. -Qeyri-yaşayış sahəsinin cəmi likv id dəyəri 21000 manat dəyərində qiymətləndirilmişdir. 12. “X11” MMC tərəfindən verilmiş 1 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1 ədəd xəmir qarışdıran 1300 manat dəyərində, 1 ədəd təndir 150 manat dəyərində, 1 ədəd təndir (adnapornu) 1000 manat dəyərində, 1 ədəd stol (nejafika) 350 manat dəyərində, 1 ədəd peraşki bişirən aparat 150 manat dəyərində, 1 ədəd peraşki stolu 200 manat dəyərində, 1 ədəd elektron tərəzi 80 manat dəyərində, çörək vitrini 400 manat dəyərində, 1 ədəd soyuducu 600 manat dəyərində, 6 ədəd (1 ədədi 20 manat) kündə podnosları 120 manat dəyərində, kamera dəsti 800 manat dəyərində, 1 ədəd elektrik sacı 70 manat dəyərində, havalandırma sistemi 150 manat dəyərində, 1 ədəd kassa aparatı 450 manat dəyərində qiymətləndirilmişdir. 13. 24 sentyabr 2021-ci i l tarixli, 7E-3572 reyestr nömrəli etibarnaməyə əsasən, Cavabdeh həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməkiə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, miras qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, Azərbaycan Respublikasının bütün banklarında, onların filial və şöbələrində onu tam salahiyyətli nümayəndəsi kimi təmsil etməyi və bütün bank əməliyyatlarını aparmağı (mədaxil, məxaric, köçürmə), adına hesab açmağı, hesaba pul qoymağı, hesabdan pul götürməyi, hesabdan hesaba pul köçürməyi, hesabları bağlamağı, adına olan hesablar üzərində sərəncam verməyi, hesablardan çıxarış almağı, depozit faizlərini almağı və yenidən banka qoymağı, əvəzindən plastik kartları almağı, kartlardan istifadə etməyi, kartların müddəti bitdikdə müddəti artırmağı, pin kodları götürməyi, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, qiymətli kağızları, eləcə də sənədləri almağı, qiymətli və digər hər cür məktubları və baratları almağı, Azərbaycan Respublikasının bütün dövlət və qeyri-dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarında, "Asan Xidmət” Mərkəzlərində, Notariat ofislərində, Azərbaycan Respublikası Əml ak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində təmsil etməyi, Çıxarış, Texniki Pasport, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın (Forma 1) almağı, "Azəriqaz” İstehsalat Birliyində, "xxxx" ASC-də “Azərişıq" ASC-də təmsil etməyi, sayğac quraşdırmaq, kommunal xərcləri ödəməyi, əvəzindən sənədləşmə işlərini aparmağı, lazımi sənədləri və ya arayışları toplamağı və təqdim etməyi, ona çatası sənədləri və ya arayışları almağı, işləri aparmağı, əvəzindən ərizə verməyi, imza etməyi, rüsumları ödəməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperti za Mərkəzinin 12 mart 2024-cü il tarixli, 3-16-16/2-10/9099-9/9271 saylı rəyindən görünür ki, Bərdə rayonu Kətəlparaq kəndi ərazisində yerləşən “Gülüm təndirxanası” üzrə aparılmış təmir və yenidənqurma işlərinin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri 22122 (iyirmi iki min bir yüz iyirmi iki) manat məbləğində olduğu müəyyən olunur. Hər hansı avadanlıq təqdim edilmədiyindən, avadanlıqların qiymətləndirilməsinə dair tədqiqat aparılmamışdır.

15. Bərdə Rayon Məhkəməsinin 2(021)-236/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Gündüz Abbasov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh tikinti işlərinə görə 22122 manat, alınmış və quraşdırılmış avadanlıqların dəyəri olan 5820 manat, borc aldığı 5000 manat olmaqla, cəmi 32942 manat məbləğində pulun alınaraq İddiaçı verilmə si, Cavabdeh 189,37 manat məbləğndə dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir.

16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının Bərdə rayonu Kətəlparaq kəndində cavabdehin və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş “Gülüm təndirxanası” sexinin tikintisinə görə 22122 manat, təndirxanaya avadanlıqların alınması və quraşdılması üçün isə 5820 manat məbləğində pul xərcləməsi işin gerçək halları, o cümlədən məhkəmə iclasında araşdırılmış mötəbər sübutlarla tamamilə təsdiq olunur. İddiaçı öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyi icra etməyərək iddiaçını təndirxanadan uzaqlaşdırmışdır.

17. Cavabdeh iddiaçıdan 5000 manat məbləğində borc pul aldığını etiraf etdiyindən və iddianın qeyd olunan hissə sində mübahisə olmadığından iddia tələbi həmin hissədə təmin olunmalıdır.

18. İddia tələbinin 2023-cü ilin oktyabr ayından 2024-cü ilin may ayınadək hesablanmaqla hər ay üçün icarə haqqı kimi əldə etdiyi puldan 500 manat tələbi hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı qeyd olunan tələblə bağlı məhkəməyə mötəbər sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.

19. Cavabdeh məhkəməyə göndərdiyi iddia ərizəsinə etirazda iddiaçıdan 5000 (beş min) manat məbləğində borc pul aldığını etiraf etmiş, lakin borcunu qaytara bilmədiyi üçün özünə məxsus təndirxananı iddiaçıya 2 il müddətinə icarəyə verdiyini və iddaçı ilə icarə pulu hesabına borcun silinməsi barədə razılığa gəldiklərini bildirmişdir. Qeyd olunmalıdır ki, cavabdehin iddiaçıdan 5000 manat məbləğində bor c pul alması özünün etirafı ilə sübut olunsa da, borcunu qaytara bilmədiyi üçün özünə məxsus təndirxananı iddiaçıya icarəyə verməsi və iddaçı ilə icarə pulu hesabına borcun silinməsi barədə razılığa gəldikləri barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.

20. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 329.2, 329.3, 739.1, 739.2, 739.3, 385, 425, 427.1-427.4, 442 və 445.2.1-ci, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunmaması barədə yeni qətnamə çıxarılması xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla ə saslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarına istinad etsə də, apellyasiya şikayətinin 7-ci paraqrafında qeyd edilən məsələlərə görə sübutlara düzgün qiymət verməmiş və nəticədə düzgün qərara gəlməyərək, maddi hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə borc kimi qəbul etdiyi 5000 manatın alınması hissəsində təmin edərkən yalnız cavabdehin məhkəməyə təqdim etdiyi etirazda borc barədə göstərdiklərini etiraf kimi qəbul etmiş və bununla bağlı əlavə araşdırma aparmamışdı. Hesab etmişdir ki, bu yanaşma yanlışdır. Belə ki, cavabdeh yazdığı ərizədə qeyd etmişdir ki, o, iddiaçıdan borca 5000 manat pul istəmiş, iddiacı ona qısa müddətə qaytarmaq şərti 5000 manat vermiş, sonra maddi imkanı zəyiflədiyi üçün iddiaçıya olan borcu qaytara bilməmiş və məhz bu səbəbə görə də, özünə məxsus tə ndirxananı borcun əvəzi kimi iddiaçıya vermişdir ki, o, 2 il müddətində oranı işlətsin, həm borca verdiyi pulunu götürsün, həm də, əlavə qazancı olsun. Bununla bağlı iddiaçı özü də etiraf etmişdir ki, həqiqətən təndirxananı o, bu müddət ərzində işlətmişdir. Sadəcə 2 il keçəndən sonra iddiaçıdan təndirxananı təhvil verilməsi tələb ediləndə o, oranı təhvil vermək istəməmiş və bu iddia ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa məhkəmə iddianın bu hissəsini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsaslanmışdır. Hesab edir ki, məhkəmə normanın tələbini pozmuşdu. Belə ki, maddədə qeyd edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləs i yazılı formada bağlanılmalıdır. Göründüyü kimi, qanunvericilik bir mənalı olaraq borc müqaviləsinin predmeti 3000 manatdan artıq olduğu halda müqavilənin yazılı formada bağlanmasını məcburi hesab etmişdir ki, tərəflərin arasında yazılı formada müqavilə bağlanmamışdır. İddia tələbinin təmin edilən digər hissələri, yəni avadanlıq və təmir işləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən öz üzərinə götürdüyü öhdəliyi icra etmiş və təndirxananı inşa edərək, avadanlıqlar quraşdırmış, cavabdeh isə iddiaçı ilə aralarında olan razılaşmanın şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bu hal məhkəmə iclasında mötəbər sübutlarla öz təsdiqini tapmışdı. Əvvala bununla bağlı tərəflərin arasında belə bir razılaşmanın olmasını iddiaçıda n başqa heç kim göstərmir. İşin həqiqi halları isə ondan ibarətdir ki, cavabdeh həmin obyekti oğlanlarının Rusiyada Federasiyasından göndərdiyi pullar əsasında tikdirməyə başlamış, sonradan məhz cavabdehdən əlavə olaraq 5000 manat pul almış, həmin puluda da, tikintiyə xərc etmiş və sonradan pulu qaytara bilmədiyi ücün borc əvəzi olaraq təndirxananı 2 il müddətinə iddiaçıya işlətməyə vermişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməli, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hazırkı iş üzrə ciddi prossesual pozuntulara yol vermişdi. İlk növbədə məhkəmə çəkişmə prinsipini pozmuş və işə cavabdehin iştirakı olmadan baxmış, şahidləri bir tərəfli dindirmişdi. Belə ki, cavabdeh son məhkəmə prossesindən əvvəl məhkəməyə teleqram vuraraq xəstə olmasını və məhkəməni təxirə salmasını xahiş etmişdir. Lakin məhkəmə heç bir araşdırma aparmadan işə baxıb qətnamə qəbul etm işdir. Qeyd etmişdir ki, şahidlər də, həmin prossesdə dindirilmişlər. Bundan başqa cavabdeh məhkəməyə vəsatət verərək həmin obyektdə işləyən ustaların şahid qismində dindirilməsini xahiş etsə də, məhkəmə buna şərait yaratmamışdı. Bu səbəbdən də həmin şahidlərin apellyasiya baxışında dindirilməsini xahiş etmişdir.

23. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1721/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Mustafa Mustafayev (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Rəhman Muradov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi alınmış və quraşdırılmış avadanlıqların dəyəri olan 5820 manat” hissəsində dəyişdirilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, alınmış və quraşdırılmış 150 manat dəyərində 1 ədəd təndir, 1000 manat dəyərində 1 ədəd təndir (adnapornu), 800 manat dəyərində kamera dəsti, 150 manat dəyərində havalandırma sistemindən ibarət avadanlıqların dəyəri 2100 manat olmaqla cəmi 29222 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

24. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, tərəflər arasında olan razılaşmaya əsasən cavabdeh özünün və ailə üzvlərinin mülkiyyətində olan Bərdə rayonu Kətəlparaq kəndi ərazisində yerləşən torpaq sahəsinin 0.2 ha hissəsini iddiaçıya satmağı öz üzərinə götürmüşdür. Bunun üçün cavabdeh iddiaçıdan 5000 manat pul almış və sənədləşdimə işlərinin aparılması üçün cavabdeh tərəfindən iddiaçıya etibarnamə də, verilmişdir. İddiaçı 2021-ci ilin sent yabr ayından başlayaraq cavabdehin və ailə üzvlərinin mülkiyyətində olan Bərdə rayonu Kətəlparaq kəndi ərazisində yerləşən torpaq sahəsinin 0.2 ha hissəsində öz vəsaiti hesabına təndirxana inşa etmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, mübahisəli torpaq sahəsini geri tələb etmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 5000 manat borc müqavilsənin tərəflərin arasında yazılı formada bağlanmaması və həmin əqdin etibarsız olması ilə bağlı qeyd etmişdir ki, cavabdeh etirazında iddiaçıdan 5000 manat borc aldığını, həmin borcun əvəzinə obyektini iki il müddətinə icarəyə verdiyini qeyd etmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi cavabdehin iddiaçıdan 5000 manat almasının təsdiqini tapdığını qeyd etmişdir.

26. Həmçinin apellyasiya şikayətində qeyd edilir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilən digər hissələri, yəni avadanlıq və təmir işləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən öz üzərinə götürdüyü öhdəliyi icra etmiş və təndirxananı inşa edərək, avadanlıqlar quraşdırmış, cavabdeh isə iddiaçı ilə aralarında olan razılaşmanın şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bu hal məhkəmə iclasında mötəbər sübutlarla öz təsdiqini tapmışdı. Əvvəla bununla bağlı tərəflərin arasında belə bir razılaşmanın olmasını iddiaçıdan başqa heç kim göstərmir. İşin həqiqi halları isə ondan ibarətdir ki, cavabdeh həmin obyekti oğlanlarının Rusiyada Federasiyasından göndərdiyi pullar əsasında tikdirməyə başlamış, sonradan məhz cavabdehdən əlavə olaraq 5000 manat pu l almış, həmin puluda da, tikintiyə xərcləmiş və sonradan pulu qaytara bilmədiyi üçün borc əvəzi olaraq təndirxananı 2 il müddətinə iddiaçıya işlətməyə vermişdir. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, cavabdeh aldığı 5000 manat borcun müqabilində təndirxananı 2 illik müddətə iddiaçının istifadəsinə verdiyini və bununla bağlı iddiaçıya etibarnamə verdiyini qeyd edir. İş materiallarında olan 7E-3572 reyestr nömrəli etibarnamədən görünür ki, etibarnamə 24 sentyabr 2021-ci il tarixində verilmişdir. Məhkəmə baxışı zamanı tərəflərin vəsatəti əsasında dindirilmiş şahidlər təndirxananın tikintisinə 2021-ci ilin sentyabr ayında başlanıldığı, oktyabr ayında isə tikintinin yekunlaşdığını bildirmişlər və tərəflər bu halı mübahisələndirməmişlər. Cavabdeh isə mübahisəli təndirxananın həmin tarixdən əvvəl mövcud olmasına dair sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıdan borc aldığını, borcu qaytara bilmədiyi üçün istifadəsində olan təndirxananı iki il müddətinə iddiaçının istifadəsinə verdiyini və iddiaçıya bununla bağlı etibarnamə də, verdiyini qeyd etsə də, mübahisləndirilən təndirxananın etibarnamənin verildiyi tarixdə hələ inşa edilmədiyi iş materialları ilə təsdiqini tapmışdır. Bu da, məhkəmə kollegiyasına cavabdehin izahatının qeyri-səmimi olması nəticəsinə gəlməyə əsas verir. Həmçinin cavabdeh birinci instansiya məhkəməsində şahidlərin dindirilməsi barədə vəsatətində mübahisələndirilən təndirxananın hər ay gəlirinin 1500-2000 manat olmasını qeyd etmişdir. Mübahisəli təndirxananın gəlirinin hər ay 1500-2000 manat təşkil etməsi ha lında cavabdehin 5000 manat borcun əvəzində təndirxananı iddiaçıya iki il müddətində icarəyə verməsi inandırıcı deyildir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin çəkişmə prinsipini pozmasına dair dəlilləri ilə bağlı qeyd etmişdir ki, iş materiallarından görünür ki, cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmış, hətta teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasının başqa vaxta təxirə alınmasını xahiş etmişdir. Lakin buna baxmayaraq həmin vaxt səhhətində hər hası problemin olmasına dair heç bir sübut təqdim edə bilməmişdir. Bu baxımdan kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlilini də əsassız hesab edir.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə tam razılaşmasa da, birinci instansiya məhkəmə sinin alınmış və quraşdırılmış avadanlıqların dəyəri olan 5820 manat cavabdehdən alınıb iddiaçıya ödənilməsi ilə bağlı gəldiyi nəticə ilə də, tam razılaşmadığını qeyd edərək göstərmişdir ki, birinci instansiya məhkəməsi 1300 manat dəyərində 1 ədəd xəmir qarışdıran, 150 manat dəyərində 1 ədəd təndir, 1000 manat dəyərində 1 ədəd təndir (adnapornu), 350 manat dəyərində 1 ədəd stol (nejafika), 150 manat dəyərində 1 ədəd peraşki bişirən aparat, 200 manat dəyərində 1 ədəd peraşki stolu, 80 manat dəyərində 1 ədəd elektron tərəzi, 400 manat dəyərində çörək vitrini, 600 manat dəyərində 1 ədəd soyuducu, 120 manat dəyərində 6 ədəd (1 ədədi 20 manat) kündə podnosları, 800 manat dəyərində kamera dəsti, 70 manat dəyərində 1 ədəd elektrik sacı, 150 manat dəyərində havalandırma sistemi, 450 manat dəyərind ə 1 ədəd kassa aparatının dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsi nəticəsinə gəlmişdir. Halbuki, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, 1300 manat dəyərində 1 ədəd xəmir qarışdıran, 350 manat dəyərində 1 ədəd stol (nejafika), 150 manat dəyərində 1 ədəd peraşki bişirən aparat, 200 manat dəyərində 1 ədəd peraşki stolu, 80 manat dəyərində 1 ədəd elektron tərəzi, 400 manat dəyərində çörək vitrini, 600 manat dəyərində 1 ədəd soyuducu, 120 manat dəyərində 6 ədəd (1 ədədi 20 manat) kün də podnosları, 70 manat dəyərində 1 ədəd elektrik sacı, 450 manat dəyərində 1 ədəd kassa aparatı əmlaka zərər yetirmədən ondan ayrıla bilən yaxşılaşdırmalara aid olduğundan həmin əmlakların dəyərinin alınıb verilməsi hissəsində azaldımalı, 150 manat dəyərində 1 ədəd təndir, 1000 manat dəyərində 1 ədəd təndir (adnapornu), 800 manat dəyərində kamera dəsti, 150 manat dəyərində havalandırma sistemi dəyəri cavabdehdən alınıb iddiaçıya verilməlidir.

29. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)236/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qətnaməsi “alınmış və quraşdırılmış avadanlıqların dəyəri olan 5820 (beş min səkkiz yüz iyirmi) manat” hissəsində dəyişdirilməli və həmin hi ssədə iddia tələbi qismən təmin edilməlidir.

30. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.7, 337.1, 337.3, 337.5, 385.1, 425, 427, 442, 443.1, 448.1, 448.4, 600.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh (vəkil- Nümayəndə2 İnqilab oğlu) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1721/2024 saylı qətnaməsini ləgv edib, işə yenidən təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

32. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 739, 324, 329, 385, 425.1, 42 7, 442, 445.2.1-ci maddələrinə istinad erdilərək qeyd edilmişdir ki, məhkəmə həmin maddi hüquq normalarınna istinad etsə də, kassasiya şikayətinin 6-cı paraqrafında qeyd edilən məsələlərə görə yəni sübutlara düzgün qiymət verməmiş və nəticədə düzgün qərara gəlməyərək, adı çəkilən maddi hüquq normalarının tələblərini pozmuşdu. Məhkəmə öhdəliklə bağlı maddi hüquq normalarına istinad etsə də nəzərə almamışdı ki, tərəflərin arasında hər hansı bir müqavilə olmamış və bu səbəbdən də cavabdehin iddiaçı qarşısında hər hansı bir öhdəliyi yaranmamamışdı. Əvvəla məkəmənin borc kimi qəbul etdiyi 5000 manatın alınması ilə bağlı aşağıdakıları qeyd etmək istəyir ki, birinci instansiya məhkəməsi iddia tələbinin həmin hissəsində təmin edərkən yalnız cavabdehin məhkəməyə təqdim etdiyi etirazda borc barədə g östərdiklərini etiraf kimi qəbul etmiş və bununla bağlı əlavə araşdırma aparmamışdı. Bununla bağlı tərəflərindən verilən apellyasiya şikayətinin də dəlili məhz bundan olmuşdu. Lakin apellyasiya məhkəməsi də bu istiqamətdə hec bir araşdırma aparmamışdı. Hesab edir bu yanaşma yanlışdır. Belə ki, cavabdeh yazdığı ərizədə qeyd etmişdi ki, o iddiacıdan borca 5000 manat pul istəmiş iddiacı ona qısa müddətə qaytarmaq şərti 5000 manat vermiş, sonra maddi imkanı zəyiflədiyi üçün iddiaçıya olan borcu qaytara bilməmiş və məhz bu səbəbə görə də özünə məxsus təndirxananı borcun əvəzi kimi iddiçıya vermişdi ki, o 2 il müddətində oranı işlətsin, həm borca verdiyi pulunu götürsün həm də əlavə qazancı olsun. Bununla bağlı iddiçı özü də etiraf etmişdi ki, həqiqətən təndirxananı o bu müddət ərzində işlətmişd i. Sadəcə 2 il keçəndən sonra iddiaçıdan təndirxananı təhvil verilməsi tələb ediləndə o oranı təhvil vermək istəməmiş və bu iddia ilə məhkəməyə müraciət etmişdi. Bundan başqa məhkəmə iddianın bu hissəsini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsaslanmışdı. Məhkəmə həmin maddi normanın tələbini pozmuşdu. Belə ki, həmin maddədə qeyd edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Göründüyü kimi qanunvericilik bir mənalı olaraq borc müqaviləsinin predmeti 3000 manatdan artıq olduğu halda müqavilənin yazılı formada bağlanmasını məcburi hesab edir ki, tərəflərin arasında yazılı formada müqavilə bağ lanmamışdı. İddia tələbinin təmin edilən digər hissələri yəni avadanlıq və təmir işləri ilə bağlı aşağıdakıları qeyd etmək istəyir ki, məhkəmə həmin hissədə iddianı təmin edərkən ona əsaslanmışdı ki, iddiaçı cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən öz üzərinə götürdüyü öhdəliyi icra etmiş və təndirxananı inşa edərək, avadanlıqlar quraşdırmış, cavabdeh isə iddiaçı ilə aralarında olan razılaşmanın şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bu hal məhkəmə iclasında mötəbər sübutlarla öz təsdiqini tapmışdı. Demək olar ki, apellyasiya məhkəməsi də həmin mövqe ilə razılaşmışdı. Əvvala bununla bağlı qeyd etmək istəyir ki, tərəflərin arasında belə bir razılaşmanın olmasını iddiaçıdan başqa hec kim göstərmir. İşin həqiqi halları barədə yuxarıda qeyd olunanlara əlavə olaraq qeyd etmək istəyir ki, cavabdeh həmin obyekti oğlanlarının Rusiya Federasiyasından göndərdiyi pullar əsasında tikdirməyə başlamış, sonradan məhz cavabdehdən əlavə olaraq 5000 manat pul almış, həmin pulu da tikintiyə xərc etmiş və sonradan pulu qaytara bilmədiyi ücün borc əvəzi olaraq təndirxananı 2 il müddətinə iddiaçıya işlətməyə vermişdi.

33. Hazrki iş üzrə isə hesab edir ki, məhkəmənin dəymiş ziyanla bağlı gəlmiş olduğu nəticə hər hansı bir sübuta əsaslanmamış, işdə olan sübutlara düzgün qiymət verməmişdir. Hesab edirlər ki,apellyasiya məhkəməsi sübutlara düzgün qiymət verməmiş və nəticədə prossesual hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmədə şahid qismində ifadə verən usta X17 göstərmişdir ki, o Kamilin yəni cavabdehin sifarişi ilə hamam işi görmüşdür. 2021 ilin sonunda çör ək sexinə beton tökmüşdür. Kamil hörgü işini də, ondan xahiş etsə də, vaxtı olmadığı üçün hörgü işini İngilisə vermişdir və hörgü işini İngilis görmüşdür. Hörgüdən başqa bütün işi o, görmüşdür. 2 usta 3 fəhlə işləmişlər. Təhvil veriləndə ona pulu Elməddin (Mosu) və Kamil kişi vermişdir. Səmədlə pul danışmamışdır. Ümumilikdə işçilərə nə qədər pul verdiyini xatırlamır. İngilisə 800 manat pul vermişdir. Tikinti materiallarını Qurban (Kamilin qardaşı) gətirmişdir. Kafelin kvadratını 5 manata vurmuşdur və 250 manat pul almışdır. Kafel almağa mağazaya Qurbanla getmişdir. Sarılıxalçalı kafel olmuşdur. Bircə kafeli o, özü alıb, 40 kv.m. Sonra dam örtüyü vurmuşdur. Materialı almaq üçün Qurban və Kamillə getmişdir. Ancaq pulu kimin verdiyini bilməmişdir. Həmcinin dindirilən digər şahid X13 göstərmiş dir ki, Kamili tanıyır. Çörək sexində o da, işləmişdir. Hörgüdən başqa digər işləri onlar görmüşlər. Kamil Əsəddən xahiş etmişdir ki, iş var gedək işləyək. Suvaq, elektrik, emulsiya, metlak və damörtüyü işi görmüşlər. Qiyməti o, danışmamışdır. Metlakı vuranda 3 fəhlə, o və Səməd olmuşdur. Metlakı 4 günə vurmuşlar. Lambirini o və fəhləsi vurmuşdur. Göründüyü kimi həmin şahidlərin ifadələri cavabdehin dediklərinin bir təsdiqidir, lakin məhkəmə bunlara düzgün qiymət verməmişdi. Ümumiyətlə hesab edirlər ki, məhkəmə əsasən iddiaçı tərəfindən dindirilən şahidlərin ifadələrini təhrif etmiş, onların ifadələrində bir çox ziddiyətli məqamlar olmasına baxmayaraq bunlara qiymət verməmişdir. Əmindir ki məhkəmə kollegiyası məhkəmə prossesinin video görüntüsünə baxış kecirsə dedikləri öz təsdiqini tapaca q.

34. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının MPM-in 9, 14.1, 14.2, 77.1-ci maddələrinə də istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

36. Maddə Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

37. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

38. Mad də 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

39. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

40. Maddə 385.1. Öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüqu qu vardır.

41. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

42. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

43. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

44. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 45. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

46. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəli yin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.

47. Maddə 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.

48. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

49. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

50. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzər inə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

51. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

52. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kredito r məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

53. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

62. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

63. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ol a bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

64. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

65. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin möv qeyi

66. Məhkəmə kollegiyası bildirir ki, cavabdeh kassasiya məhkəməsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin 10 yanvar 2025-ci il tarixli məktubunu və Bərdə rayon PŞ-nin İB-nin müstəntiqinin “,əxsi cinayət məsuliyyətindən azad etməklə cinayət təqibi icraatına citam verilməsi haqqında” 26 avqust 2024-cü il tarixli qərar göndərsə də, kassasiya məhkəməsi yeni sübutları qəbul etmir və onlara hüquqi qiymət vermir. Azərbaycan Respublikasının MPM-in 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

67. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanıla n hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya məhkəməsində şahid kimi dindirilmiş X17 və X6 ifadələrinə düzgün qiymət vermədiyi barədə dəlili ilə razılaşmır.

69. Belə ki, Azərbaycan Respublikasının MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana q ədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 104.6-cı maddəsinə əsasən şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adı nı və yaşadığı yeri göstərməyə borcludur.

70. Lakin iş üzrə cavabdeh tərəfin Azərbaycan Respublikasının MPM-in göstərilən maddələrinin tələbinə riayət etməklə şahidlərin dindirilməsi barədə müvafiq vəsatət verdiyi iş materialları ilə təsdiqlənmir. Həmçinin iş materialları ilə işdə iştirak edən hər hansı bir şəxsin də şahidin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmaqla vəsatət verdiyi də təsdiqlənmir. Apellyasiya məhkəməsində yeni sübutların qəbul edilməsi qaydası MPM-in 372-ci maddəsində müəyyənləşdirilmişdir.Həmin maddədə göstərilən qaydaya riayət edilmədən dindirilmiş şahidin ifadəsinin sübut kimi qəbul edilməsi prosessual hüquq normasının pozuntusu olardı. Göstərilənlərə əsasən də apellyasiya məhkəməsi tərəfində n kassasiya şikayətində göstərilən ifadələri sübut kimi qəbul etməyərək prosessual hüquq normasının tələbini pozmamışdır.

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərilmidir ki, Mülki Prosessual Məcəllənin 371 və 372.2-ci maddələrində apellyasiya instansiyasına yeni və əlavə faktların və sübutların təqdim olunmasına dair ciddi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Bu sübutların təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir: - işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut edilməsi. Yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanılmasına dair vəsatət vermiş şəxsin üzərinə düşür; - yeni və əlavə sübutların yoxlanılmasına dair vəsatətin subyekti işdə iştirak edən istənilən şəxs, onun nümayəndəsi, həmçinin mübahisələndirilən aktla hüquqlarına toxunulan, yəni, apellyasiya şikayətilə müraciət etmiş şəxs ola bilər; - yeni və əlavə sübutlar aidiyyət və mümkünlük tələblərinə cavab verməlidirlər. Əgər sübutlar işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə uyğun olaraq mümkünsüzdürlərsə onlar qəbul oluna bilməzlər; - apellyasiya məhkəməsinin sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzrlü hesab etməsi.

72. Konstitusiya Məhkəməsini n Plenumu göstərilən qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının qanunverici tərəfindən məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq tərəf bu və ya digər formada iddia qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfi öz mövqeyinin müdafiəsi üçün daha çox imkan verən məhkəmə instansiyasında – birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instan siya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.

73. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi yoxlanılan hissə üzrə prosessual hüquq normalarının tələbinə uyğun olaraq toplanmış sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası həmin hissədə apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

74. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillə rinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri yoxlanılan hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

75. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 dekabr 2024-cü il tarixli 2(104)-1721/2024 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi anda

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar