Məhkəmə qərarları › İş №2(102)-1163/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-1163/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1163/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası nın 2024-cü il 23 dekabr tarixli 2(103)-6538/2024 nömrəli qətnaməsindən Cavabdeh2 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyrimümkün hesab edilməlidir. Belə ki, MPM-in 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. İş materiallarından müəyyən edilir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (bundan sonra - birinci instansiya məhkəməsi) müraciət edərək, 19.224,95 manat əsas borc, 3.256,78 manat faiz borcu və 930,75 manat cərimə olmaqla, cəmi 23.412,48 manat pul vəsaitinin və ödənilmiş 160,24 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 2024-cü il 24 sentyabr tarixli e-2(002)-2725/2024 nömrəli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia qismən təmin edilmiş, 19.224,95 manat əsas borc, 3.256,78 manat faiz və 93 manat cərimə olmaqla, cəmi 22.574,73 manat pul vəsaiti, ödənilmiş 160,24 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi olan 157,72 manatının cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi q ət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2024-cü il 23 dekabr tarixli 2(103)-6538/2024 nömrəli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Səadət Səlimova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən Cavabdeh2 kassasiya şikayəti vermişdir. İşdən göründüyü kimi Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Bu hal isə di gər Cavabdeh2 kasssiya şikayəti vermək hüququnu istisna edir. Çünki MPM-in 403.1-ci maddəsinə əsasən, bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Nəzərə alınmalıdır ki, apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, birincisi, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. İkincisi, apellyasiya şikayətini vermiş şəxs işin apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “mə hkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. Hazırki iş üzrə müəyyən edilir ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin 2024cü il 24 sentyabr tarixli e-2(002)-2725/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti versə də digər Cavabdeh2 həmin qətnamədən ümumiyyətlə apellyasiya şikayəti verməmişdir. Sözü gedən qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermədiyinə görə, həmin qətnamə üzrə onun apellyasiya araşdırmasının predmetini təşkil edəcək hər hansı dəlili olmamışdır. Bu vəziyyət, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh2 münasibətdə tələbinin təmin edilməməsi kimi hüquqi nəticənin olmadığını ehtiva edir və onun həmin qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur. MPM-in 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apel lyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.1 və 408.3cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 23 dekabr tarixli 2(103)-6538/2024 nömrəli qətnaməsindən Cavabdeh2 verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar