Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1164/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC “ xkının cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh15, Cavabdeh16, Cavabdeh9, Cavabdeh10, Cavabdeh14, Cavabdeh13, Cavabdeh12, Cavabdeh11, Cavabdeh5 və Cavabdeh8 Əsədullah qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və ipotekaya yönəldilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 01 iyul 2020-ci il tarixli qətnaməsindən Cavab deh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 06 may 2015-ci il tarixli, **********18615 nömrəli kredit müqaviləsinə əsasən, ASC “ xk tərəfindən Cavabdeh3 48 ay müddətə, illik 18 faiz dərəcəsi olmaqla 24.000 ABŞ dolları məbləğində kredit verilmiş və tərəflər ödəniş qrafiki üzrə borcun hissə-hissə qaytarılması barədə razılaşmışlar. Bank, müqavilə öhdəliyini icra edərək, kredit məbləğini cavabdehə vermişdir.
2. Eyni tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus Xünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki X yardımçı sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edərək ASC “ xkın tələb hüququna təminat vermişdir.
3. Buna baxmayaraq, cava bdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehlərə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ASC “ xk 02.02.2017-ci ildə iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək (iddia tələbinin həcmi artırılmışdır), 21.091,24 ABŞ dolları əsas borc, 8038,16 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 1690,48 ABŞ dolları məbləğində penya - cəmi 30.819,88 ABŞ dolları və 19 fevral 2018-ci i l tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş cəmi 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat məbləğin birinci cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın ikinci cavabdehə məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətində cavabdehlər fərdi yaşayış evini tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-3) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlərə xəbərdarlıq olunmasına baxmayaraq onlar, müqavilə öhdəliklərinin icrasını gecikdirmişlər. Ona görə də tələbdə göstərilən borc tutulmalı və ipoteka predmetinə yönəldilməlidir.
6. Cavabdeh3 birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, cərimə borcu yüksək miqdarda hesablanmışdır. O, kredit müqaviləsi üzrə əsas borc və faiz borcu məbləğinin ödənilm əsindən imtina etmir və həmin borc yaxın vaxtlarda onun özü tərəfindən hissə-hissə ödəniləcəkdir. Lakin hesab edir ki, iddiaçı tərəfindən cərimə həddən artıq yüksək miqdarda hesablanmışdır.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 də iddia tələbini qismən etiraf etdiklərini bildirmişlər və Cavabdeh3 izahatının məzmununa uyğun izahat vermişlər. 8. “Roveks Konmark” Konsaltinq şirkətinin 150318 XB nömrəli, 17 fevral 2015-ci il tarixli hesabatına əsasən, İsmayıllı şəhəri, H.B.ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230,5 kv.m fərdi yaşayış evinin bazar dəyəri 45.000 manat, likvid dəyəri isə 40.000 manat məbləğində müəyyən edilmişdir. 9. “Əmlak Bazarı İştirakçıları” İB-nin 130/05-17/E-11-V nömrəli, 25 may 2017-ci il tarixli rəyinə əsasən, İsmayıllı şəhəri, H.B.ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230,5 kv.m ümumi, 119 kv.m yaşayış və 111,5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin real bazar dəyəri 52.000 manat məbləğində müəyyən olunmuşdur. 10. “Daşınmaz Əmlakın Əlaqələndirməsi və Qiymətləndirmə Xidməti MMC-nin 26 nömrəli, 15 yanvar 2018-ci il tarixli Texniki-Qiymətləndirmə rəyinə əsasən, İsmayıllı şəhəri, H.B.ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230,5 kv.m ümumi, 119 kv.m yaşayış və 111,5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin real bazar dəyəri 101.850 manat məbləğində müəyyən olunmuşdur.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21733 nömrəli, 18 yanvar 2018-ci il tarixli mühasibatlıq ekspertizası üzrə rəyinə əsasən, Cavabdeh3 13 yanvar 2017-ci il tarixinə banka 21.091,24 ABŞ dolları əsas, 3862,09 ABŞ dolları faiz borcu və 343,39 ABŞ dolları cərimə cəmi borcu 25.296,72 ABŞ dolları məbləğində müəyyən olunmuşdur.
12. İsmayıllı Rayon Məhkəməsinin (hakim R.Şirinov) 30 aprel 2018-ci il tarixli, C nömrəli qətnaməsi ilə iddia tələbinin kredit borcunun tutulmasına dair hissəsi qismən təmin edilmiş, Cavabdeh3 iddiaçı ASC “ xkının xeyrinə həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 21091,24 ABŞ dolları əsas borc, 8038,16 ABŞ dolları faiz borcu, 100.00 ABŞ dolları penya olmaqla cəmi – 29.229 (iyirmi doqquz min iki yüz iyirmi doqquz) ABŞ dolları 40 sent məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30,00 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 (on yeddi) manat məbləğinin tutulması, 29.229 (iyirmi doqquz min iki yüz iyirmi doqquz) ABŞ dolları 40 sent məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30,00 manatın, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 (on yeddi) manat məbləğinin ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 5 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi, 119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satılması, ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 101850.00 (yüz bir min səkkiz yüz əlli) manat müəyyən olun ması, ipoteka predmetinin satışından əldə olunan vəsait həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 29.229 (iyirmi doqquz min iki yüz iyirmi doqquz) ABŞ dolları 40 sent məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30,00 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 (on yeddi) manat məbləğinin ödənilməsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi açıq hər racda satıldıqdan sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6, Cavabdeh7, Cavabdeh15, Cavabdeh16, Cavabdeh9, Cavabdeh10, Cavabdeh14, Cavabdeh13, Cavabdeh12, Cavabdeh11, Cavabdeh5 və Cavabdeh8 Əsədullah qızı fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, iddia tələbinin 06 may 2015-ci il tarixli **********18615 nömrəli kredit müqaviləsi üzrə 19.02.2018-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinədək əsas borc məbləğinə illik 18 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və illik 15 % dərəcəsi ilə hesablanan penyanın ipoteka predmeti hesabına iddiaçının xeyrinə tutulmasına dair hissədə rədd edilməsi qə t edilmişdir.
13. Məhkəmə iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər öhdəliklərinin icrasını gecikdirmişlər və iddiaçının təmin edilmiş tələbləri müqavilə öhdəliklərinə dair normalar çərçivəsində əsaslıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Apellyasiya baxışında ipoteka predmetinin ilkin satış qiymətinə dair mübahisə nəzərə alınmaqla yenidən qiymətləndirmələr keçirilmişdir. 15. “xxxx” MMC-nin 0646/19/XB nömrəli, 14 oktyabr 2019-cu il tarixli hesabatına əsasən, İsmayıllı şəhəri, H.B.ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin X yardımçı sahədən ibarət fərdi yaşayış evinin real bazar dəyəri 55.000 manat məbləğində müəyyən olunmuşdur. 16. “xxxx” MMC-nin 31 may 2020-ci il tarixli, 05 nömrəli rəyə əsasən, İsm ayıllı şəhəri, H.B.ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi ilə birlikdə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan bazar dəyəri 62.000 manat məbləğində müəyyən olunmuşdur.
17. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) 01 iyul 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı xxxxnın nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, X nömrəli qətnaməsi dəyişdirilməsi, 06 may 2015-ci il tarixli, **********8615/ip nömrəli ipоtekа müqаviləsinə uyğun оlаrаq ipоtekа qоyulmuş, Cavabdeh2 məxsus olan, İsmayıllı şəhəri H.B.ünva n 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 62.000 (altmış iki min) manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, qiymətləndirmənin xidmət haqqı kimi 200 (iki yüz) manat Cavabdeh2 alınaraq Azərbаycаn Respublikаsı Respublika Xammal və Əmtəə Birjası «xxxx» MMC-yə verilməsi qət edilmişdir.
18. Məhkəmə «xxxx» MMC tərəfindən verilmiş 31 may 2020-ci il tarixli 05 nömrəli rəyi mötəbər sübut kimi qəbul edərək mövqeyini belə əsaslandırmışdır ki, həmin rəydə göstərilən qiymət reallığa daha uyğun gəldiyindən, ipoteka predmeti olan, Cavabdeh2 məxsus olan, X sahədən ibarət fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 62.000 (altmış iki min) manat müəyyən edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh3 kassasiya şikayəti verərək qətnamənin ləğv, kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun birinci instansiya məhkəməsinə müraciət olunan tarixə uyğun hesablanması və sonradan qanunsuz olaraq əlavə hesablanmış faiz borclarının silinməsi, hesablanmış cərimənin ləğv edilməsi, ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 Behdud oğluna məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 6 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və 230.5 kv. m ümumi, 119 kv.m yaşayış sahəsi olan 6 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymə tinin birinci instansiya məhkəməsinin qətnaməsində olduğu kimi, yəni 101.850 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən məhkəməyə iddia tələbi ilə tərəflərdən biri müraciət etdikdə bütün hərəkətlər məhkəmə çəkişmələri bitənədək (məhkəmənin qərarı qanuni qüvvəyə minənədək) dayandırılır. Cavabdeh3 münasibətdə həm əsas borc üzrə ödənişlər, həm də faizlərin ödənişi dayandırılmalı idi. Lakin nə birinci instansiya məhkəməsində, nə də apellyasiya məhkəməsində bu hala qiymət verilməmiş, hətta məhkəmə araşdırmalarının aparıldığı müddətdə qarşı tərəfin iddia tələbinin həcminin artırılmasına dair ərizəsinə əsasən faiz borcuna təqribən 5000 ABŞ dolları əlavə hesablanmışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin başqa yaşayış yerinin olmadığını, H.B.ünvan 6 ünvanında 4 ailənin yaşadığını, cavabdehlərdən X3 05 mart 2009-cu il, Cavabdeh14 22 sentyabr 2010-cu il 2010-cu il, Cavabdeh13 22 iyul 2014-cü il, Cavabdeh9 29 sentyabr 2003-cü il, Cavabdeh11 29 aprel 2008-ci il, X1 08 avqust 2011-ci il təvəllüdlü olmasını, yəni azyaşlı olmalarını, yaşayış yerini itirmək təhlükəsi qarşısında qalmalarını, ümumiyyətlə, cavabdehlərin başqa yaşayış yerinin olmadığını nəzərə almamışdır. Beləliklə, birinci və apellyasiya instansiya məhkəmələri dolların məzənnəsinin artmasını, cavabdehlərin borcu ödəməkdə davam etdiklərini, faizlərin və penyanın həddindən artıq şişirdilməsini, ölkədə koronavirus infeksiyasının yayılması ilə əlaqədar işsizliyin yaranmasını, iş yerlərinin bağlanması nı, cavabdehlərin başqa yaşayış yerinin olmamasını, cavabdehlərin əksəriyyətinin azyaşlı, yəni 7-14 arası yaş həddində olmasını, onların cavabdeh qismində qoyulmasının qanunazidd olmasını nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi rəylərdə olan kəskin ziddiyyətləri nəzərə almamış, əlavə və yaxud kompleks məhkəmə tikintitexniki ekspertizası təyin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
23. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
24. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu:
25. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış ( likvid) qiymətidir.
26. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
27. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir.
28. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 77.1. Hər b ir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 403.1.Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
31. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Məhkəmə kollegiyası, qətnaməni ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə yoxlamışdır. Kollegiya vurğulayır ki, Cavabdeh3, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyi üçün apellyasiya inst ansiyası tərəfindən qətnamənin qüvvəsində saxlanılmış hissələri ilə bağlı kassasiya şikayəti verə bilməz (§ 30). Çünki, iddianın həmin hissələri ilə bağlı Cavabdeh3 apellyasiya məhkəməsində rədd edilmiş tələbləri mövcud deyil. Odur ki, ipoteka predmetinin ilkin satış qiymətindən başqa kassasiya şikayətinin digər dəlilləri hazırkı kassasiya baxışının predmetini təşkil etmir.
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassa siya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğu n olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
36. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, Cavabdeh3 bankdan aldığı kredit borcunu vaxtında qaytarmadığı üçün tutulan borcun ipoteka predmetinə yönəldilməsi qət edilmiş və həmin predmetin ilkin satış qiyməti müəyyən olunmuşdur. Bu xüsusatla bağlı mübahisə olduğu ndan iş üzrə dəfələrlə qiymətləndirmə ekspertizaları keçirilmişdir. Apellyasiya məhkəməsi həmin qiymətə dair həm iddiaçının, həm cavabdehin dəlillərini, həm də işdəki digər hesabatları birlikdə qiymətləndirməklə “xxxx” MMC-nin 31 may 2020-ci il tarixli, 05 nömrəli rəyi üzrə verilmiş 62.000 manat məbləği əsas götürmüşdür. Bu qənaət işin faktiki halı ilə bağlı olduğu üçün kassasiya instansiyası məhkəməsi həmin xüsusat üzrə hər hansı araşdırma aparmır. Hüquq normalarının tətbiqi baxımından isə apellyasiya məhkəməsinin səhvə yol verməsi aşkar edilmir. Odur ki, kassasiya şikayətinin bu məsələ ilə bağlı dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
37. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə də yişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 01 iyul 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.