Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1164/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, X5, Cavabdeh3 və Yusifova XXXna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1164/22 (Açar sözlər: maneələrin aradan qaldırılması) Bakı şəhəri, 01 mart 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1892/2021 nömrəli, 12.10.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kass asiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən 7810 və 9191 inventar nömrəli fərdi yaşayış evləri X2 tam mülkiyyətindədir. X4 01 yanvar 2013-cü il tarixdə vəfat etmiş, Şəki regional "ASAN" xidmət mərkəzində notariat ofisi tərəfindən onun yeganə vərəsəsi İddiaçı vərəsəlik işi açılmışdır. Şəki Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2(075)-810/2021 nömrəli qətnaməsi ilə (hakim P.Hacıyev) ərizə təmin edilmiş, İddiaçı mərhum atası X3 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evləri üzərində mirasın qəbul edilməsi hüquqi faktının müəyyən edilməsi qət edilmişdir.
2. İddiaçı atasından qalmış miras əmlakların daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarış verilməsi ü çün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə müraciət etmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi çıxarışın verilməsindən imtina etmişdir ki, İdarənin səlahiyyətli şəxsləri torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının aparılması məqsədilə çıxarışın tərtib edilməsi üçün həmin əmlaklara naturada baxış keçirilməsi və müayinə-ölçü işlərinin aparılması üçün həmin əraziyə getsələr də, həmin əmlakın qapısı cavabdehlər tərəfindən açılmamış, müayinə-ölçü işlərinin aparılması mümkün olmamışdır. İddiaçı cavabdehlər tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması üçün hazırki mübahisəyə başlamış dır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında cavabdehlər Cavabdeh4 Əvvəl qızı və Cavabdeh2 tərəfindən bağlanmış qapının açılması və həmin ünvanda müvafiq sənədləşmələrinin (ölçmə işlərinin) aparılması üçün ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin əməkdaşlarına yarana biləcək maneəçiliyin törədilməsinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Əvvəl qızına qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Şəki Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(075)-1291/2021 nömrəli qətnaməsi ilə (hakim P.Hacıyev) iddia təmin edilmiş, ünvan 2 ünvanında Cavabdeh4 və Cavabdeh2 tərəfindən bağlanmış çöl-həyət, ev qapıları açıl sın və mərhum X1 miras qalmış fərdi yaşayış evləri üzərində ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsinin nümayəndələri tərəfindən müayinə-ölçü işlərinin aparılmasına yaradılan maneələr Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qadağan edilməsi qət edilmişdir.
5. Məhkəmə hesab etmişdir ki, İddiaçı mərhum X2 yeganə birinci növbə vərəsəsidir. Həmçinin, iddiaçının mübahisə predmeti olan fərdi yaşayış evləri üzərində mirası qəbul etməsi müəyyən edilmişdir. Odur ki, iddiaçının əmlakdan istifadə etməsinə maneəçilik törədilməsi yolverilməzdir. Bu səbəbdən də iddiaçı fərdi yaşayış evlərinin qapılarının açılmaqla, həmin əmlaklar üzərində ölçmə işlərinin aparılmasına yaradılan maneələrin cavabdehlərə qadağan olunmasını tələb etməkdə haqlıdır.
6. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 152.1, 157.2, 157.4, 158.4, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 22.2, 5.1, 10.2.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
7. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1892/2021 nömrəli, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şükürov (sədrlik edən və məruzəçi), A.Eyvazov və G.Abbasov) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(075)-1291/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
10. Qətnamədən Cavabdeh2 kassasiya şikay əti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, evə dair mülkiyyət hüquqlarını təsdiq edən hər hansı bir sənəd mülki işin materiallarında olmadığı halda, məhkəmələr mülkiyyət hüquqlarına dair hüquq normalarını tətbiq etməklə yanlış nəticəyə gəlmişdir. Həmçinin, iş materiallarında İddiaçı X2 vərəsəsi olmasını təsdiq edən vərəsəlik hüququna dair şəhadətnamə yoxdur. Belə olan halda, iddiaçının hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azə
13. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz
14. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
15. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
16. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçiril ir.
17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyin i, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
27. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara ist inad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
30. Göründüyü kimi, kassasiya şikayətinin iki dəlili vardır:
1. İddiaçının mülkiyyət hüququnu təsdiq edən sənədi yoxdur,
2. İddiaçının vərəsəlik şəhadətnaməsi olmadığından hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur.
31. İddiaçının hazırki iddia tələbini irəli sürməkdə məqsədi məhz mülkiyyət hüququna dair sənəd əldə etmək olmuşdur. Mülkiyyət sənədləri olduğu təqdirdə iddiaçının hazırki iddia tələbini irəli sürməsinə zərurət olmazdı. Eyni zamanda iddiaçının atasından miras qalmış evi yeganə vərəsə kimi qəbul etməsinə dair qanuni qüvvəsini al mış məhkəmə qətnaməsi mövcuddur. Mülki qanunvericiliyin tələblərinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (MM-nin 1255-ci maddəsi). Ona görə kassasiya şikayətinin ilk dəlili əsassızdır.
32. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlilinə münasibətdə qeyd edir ki, İddiaçı mərhum atasına məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evləri üzərində mirasın qəbul edilməsi hüquqi faktı iş materiallarında (mülki iş, səhifə 16-17) Şəki Rayon Məhkəməsinin 2(075)-810/2021 nömrəli, 18.05.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunmuşdur. Ona görə iddiaçının məhkəməyə müraciət etməsi üçün vərəsəlik şəhadətnaməsinin olması zəruri şərt deyil.
33. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri formaldır, apel lyasiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin ed ilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1892/2021 nömrəli, 12.10.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova