Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1164/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun qaytarılması, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gəələn tələblər üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)-148/2023 nömrəli 23 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki iş ə 7 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı ilə Cavabdeh arasında imzalanmış və Bakı şəhəri, 5 saylı Asan xidmət mərkəzində notariat kontorunun xüsusi notariusunda təsdiqlənmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən “Borc verən” “Borc alana” 18000 (on səkkiz min) ABŞ dolları məbləğində borc pul verməyi, “Borc alan” isə krediti xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
2. Cavabdeh xx.xx.2023-cü il tarixli qəbzinin məzmununa əsasən, İddiaçı olan borcundan xx.xx.2023-cü il tarixdə 500 manat ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra –iddiaçı) Cavabdeh(bundan sonr a-cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30.100 (otuz min yüz) manat alınaraq hal-hazırki (18000 ABŞ dollarının məzənnəsi ilə) ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırmışdır ki, tərəflər 5 saylı Bakı Asan Xidmət mərkəzində xx.xx.2018-ci il tarixdə kredit müqaviləsini bağlamışdırlar. Müqavilənin 1-ci bəndinə əsasən borc verən, yəni cavabdehə 18000 (on səkkiz min) ABŞ dollar məbləğində (hal-hazırki məzənnə ilə) pul borc verdiyini, Müqavilənin 2-ci bəndinə əsasən borc alan krediti xx.xx.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürdüyünü qeyd olunmuşdur. Lakin, təəssüf ki, cavabdeh bu müddət ərzində ona olan borcundan yalnız 500 manatını xx.xx.2023-cü il tarixdə ödədiyini, onun hər dəfə müxtəlif bəhan ələrlə borcunu ödəməkdən yayındığını, odur ki, məhkəməyə müraciət etməli olduğunu bildirmişdir.
5. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 izahatında göstərmişdir ki, borc müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə bitir, həmin vaxtdan iddia müddətinin axımının başlanması qbul edildikdə iddiaçı iddlia müddətini ötürmüşdür. Bu əsasla iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir.
6. Şərur Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, e-2(110)-422/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası rədd edilmişdir.
7. Məhkəmə iddia müddətinin tətbiqinə dair cavabdehin vəsatəti ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə bitdiyindən kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması ilə əlaqədar iş üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edildiyindən iddia müddətinin axımı 02 aprel 2019-cu tarixdən başlamış və 02 aprel 2022-ci il tarixində başa çatmışdır. İddiaçı isə cavabdehə qarşı iddianı 06 aprel 2023-cü il tarixdə, yəni iddia müddəti başa çatdıqdan təqribən 1 ildən artıq bir müddət keçdikdən sonra qaldırmışdır.
8. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixdə iddiaçıya olan borcundan 500 manat ödəməsi iddia müddətinin axımının kəsilməsinə səbəb olmamışdır. Çünki həmin ödəmə iddia müddəti başa çatdıqdan sonr a olmiuşdur ki, bu da iddia müddətinin axımını kəsmir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2, 373.2, 375.1, 375.2, 376, 377.2, 385.1, 386.1, 442, 445.2.1 və 739.1ci, Mülki Prossesual Məcəllləsinin 14.2, 77.1, 2147.4 və 218.3-cü maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Qətnamədən iddiaçı apellyasiya şikayət i verərək Şərur Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, e-2(110)-422/2023 nömrəli qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)148/2023 nömrəli 23 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.K.Allahverdiyevın sədrliyi və məruzəsi ilə, hakimlər V.G.Kuimova və M.D.Allahverdiyevdən ibarət tərkibdə) İddiaçı аpеllyаsiyа şikаyəti təmin еdilməmiş, Şərur Rayon Məhkəməsinin 03 avqust 2023cü il tarixli, e-2(110)-422/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddia müddəti 02 aprel 2022-ci ildə bitdikdən 11 ay 17 gün sonra, yəni 20 mart 2023cü il tarixdə 50 0 manat məbləğində cavabdehin borcu ödəməsinə dair iddiaçının yazılı qeyd təqdim etməsi iddia müddətinin axımının kəsilməsinə əsas olan hal hesab edilə bilməz.
13. Həmçinin məhkəmə qeyd etmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni borcun ödənişləri ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Belə ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir.
14. Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların arad an qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir.
15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 372.1, 372.2,373.2, 374.2, 375.1, 375.2, 377.1, 377.2, 380.1 və 380.2-ci, MPM-in 14.2, 77.1, 88, 217.1, 217.3 və 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılm asını xahiş etmişdir.
17. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı müqaviləyə əsasən əvəz almadığından bu müqavilə borc müqaviləsi hesab oluna bilməz, bu müqavilə Əvəzsiz istifadə müqaviləsidir. Müqavilədə iddiaçının pulu hansı müddətə verməsi göstərilməyib, deməli iddiaçı istədiyi vaxt-amma pulu verdiyi günün sabahısı yox, 02 aprel 2019-cu ildən sonra istənilən vaxt tələb edə bilərdi.
18. Bundan əlavə, 20 mart 2023-cü ildə iddiaçı cavabdehdən pulun geri qaytarılmasını tələb edib (o vaxtadək pulun geri tələb edilməsini təsdiq edən sübut iş materiallarında yoxdur). Cavabdehin nümayəndəsi-vəkili izahatında, özü də etiraf edib ki, həmin yazını cavabdeh özü yazıb, özü imzalayıb, “öz başından eləmək məqsədilə”... deməli, cavabdeh bilirdi ki, həmin tarixə iddiaçı qarşısında öhdəliyi var.
19. Belə ki, iddia müddətinin axımı 20 mart 2023-cü il tarixdə başlanmışdır, iddiaçı 2023-cü ildə pulun geri qaytarılması iddiası ilə məhkəməyə müraciət etdikdə iddia müddəti 20 mart 2026-cı ilədək qüvvədə idi.
20. İddiaçı öz mövqeyini 135.1, 324.5, 385, 404.1, 732 və 736.1-ci maddələri ilə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 372.1 Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
25. Maddə 372.2 Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət idd ia müddəti sayılır.
26. Maddə 373.2 Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
27. Maddə 373.3 Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
28. Maddə 375.1 Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
29. Maddə 375.2 Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikl əri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayəti ndə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üz rə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
39. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşm ış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən t ələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
42. Yuxarıda gö stərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)-148/2023 nömrəli 23 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.