Məhkəmə qərarları › İş №2(102)-1165/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1165/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1165/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh və X3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1165/21 (Açar sözlər: ipotekanın ilkin satış qiyməti kimi likvid qiymət götürülməlidir.) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi əmanətlərin sığortalanması fondunun cavabdehlər Cavabdeh və X3 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi t ələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-52/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 16 faiz ödəmək şərti ilə 103300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin təmini üsulu kimi X ilə bağlanmış ipoteka müqaviləsinə əsasən “HOW0 ZZ3317N3867W” yük markalı, buraxılış ili 2011-ci il olan, 99BJ*** və 99BJ*** dövlət nömrə nişanlı avtomobillər İddiaçı ASC-nin xeyri nə ipoteka ilə yüklü edilmişdir. Borcalan müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün hazırkı mübahisə başlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiаçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi əmanətlərin sığortalanması Fondu cavabdehlər Cavabdeh və X3 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbi hаqqındа iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək cavabdehlər Cavabdeh və X1 müştərək qaydada Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 27179,45 manat əsas borc, 1358,93 manat faiz borc, 8765,25 manat dəbbə pulu olmaqla, cəmi 37303,63 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus “HOW0 ZZ3317N3867W” yük markalı, buraxılış ili 2011-ci il olan, 99BJ*** və 99BJ*** dövlət nömrə nişanlı avtomobillərə yönəldilməsi, həmin avtomobillərin hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiаçı tələbini оnunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 16 faiz ödəmək şərti ilə 103.300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin təmini üsulu kimi Məmmədov Sabir Vaqif oğlu ilə bağlanmış ipoteka müqaviləsinə əsasən “HOW0 ZZ3317N3867W” yük markalı, buraxılış ili 2011-ci il olan,99BJ*** və 99BJ*** dövlət nömrə nişanlı avtomobillər İddiaçı ASC-nin xeyrinə ipoteka yüklü edilmişdir. Həmçinin kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq X4 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüş və həmin kredit müqaviləsi üzrə olan öhdəliyə görə borclu ilə birgə məsuliyyət daşıyır. Hazırda cavabdehin banka 27179,45 manat əsas borc,1358,93 manat faiz borc, 8765,25 manat dəbbə pulu olmaqla, cəmi 37303,63 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(014)-495/2018 nömrəli qətnaməsi ilə (hakim Famil Nəsibov) iddia qismən təmin edilmiş, Cavabdeh və X1 müştərək qaydada Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 27179,45 manat əsas borc,1358,93 manat faiz borc, 20 manat dəbbə borcu və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 28588,38 manatın (iyirmi səkkiz min beş yüz səksən səkkiz manat otuz səkkiz qəpik) tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus “HOW0 ZZ3317N3867W” yük markalı, buraxılış ili 2011-ci il olan, 99BJ*** və 99BJ*** dövlət nömrə nişanlı avtomobillərə yönəldilməsi, “HOW0 ZZ3317N3867W” yük markalı, buraxılış ili 2011-ci il olan, 99BJ*** və 99BJ*** dövlət nömrə nişanlı avtomobillərin açıq hərrac yolu ilə satılması, sаtışdаn əldə edilən pul vəsаitinin Cavabdeh və X2 Ləğv prosesində olan İddiaçı ASC-yə оlаn bоrcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 298.1, 298.2, 317.1, 317.2, 319.1, 442, 445.1-445.3, 448, 449.4, 472.1, 472.2, 739.1, 741, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 34.1, 41.1-ci maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) xx xxxx 2020-ci il tarixli, 2(107)-52/2020 nömrəli qətnaməsi ilə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(014)495/2018 nömrəli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilərək, xx xxxxxx 2012-ci il tarixli ipoteka müqavilələri üzrə ipoteka qoyulmuş, “HOW0 ZZ3317N3867W” yük markalı, 2011-ci il buraxılışlı, 99BJ*** və 99BJ*** dövlət nömrə nişanlı avtomobillərin hər birinin ayrı-ayrılıqda ilkin satış qiyməti 55000 (əlli beş min) manat müəyyən müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılaraq, aparılmış ekspertiza tədqiqatın dəyəri olan 245 (iki yüz qırx beş) manat cavabdehlər Cavabdeh və X1 alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qətnaməni ilkin satış qiyməti ilə bağlı dəyişdirərkən Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 295, 298.1, 298.2, 317.1, 317.2, 319.1, 385.1, 442, 445.1, 445.2.1, 445.3, 448, 449.4, 462.1, 467, 472.1, 472.2, 739.1 və 741-ci maddələrinə, Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 26.1.3, 33, 34.1 və 41.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Qət namədən hər iki tərəf kassasiya şikayəti vermişdir. İddiaçının kassasiya şikayətinin dəlilləri ipoteka ilə yüklü edilmiş əmslakların ilkin satış qiyməti ilə bağlı olmuşdur. Kasasiya şikayətini onunla əsaslandırmışdır ki, əmlakın ilkin satış qiymətinin müəyyən olunmasında sübut kimi istifadə edilən ekspert rəyi apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı tərəf olan Banka təqdim olunmadığından, tərəflərin ekspert rəyinə münasibətlərini bildirmələrinə şərait olmamışdır. İpoteka predmeti olan əmlaka canlı baxış keçirilmədən ekspert tərəfindən qiymətin qoyulması əsassızdır. Bundan başqa, ekspert xx.xx.2020-ci il tarixli, 9/73 saylı rəyində əmlakın likvid qiymətini deyil, bazar qiymətini müəyyən etmişdir. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işə yenidən baxı lması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya məhkəməsi işin düzgün həllinə nail olmaq üçün məhkəmə mühasibatlıq ekspertizasını təyin etməli olduğu halda etməmiş, məhkəmə iclasında onun iştirakı təmin olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmal arına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İpoteka haqqında Qanun: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun istinad edilən 1.0.9-cu maddəsinin məzmunundan göründüyü kimi ipoteka predmetinin ilkin satış qiymətinin anlayışının verilməsi zamanı onun həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi aydın şəkildə qeyd edilmişd ir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx xxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsinin tələbləri baxımından verilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli təqdimatı əsasında ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə baxmış və müəyyən edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi baxımından ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.1., Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası ilk növbədə iddiaçının kassasiya şikayəti ilə bağlı dəyərl əndirmə aparır. İpoteka ilə yüklü edilmiş əmlaklar “HOW0 ZZ3317N3867W” yük markalı, 2011-ci il buraxılışlı, 99BJ*** və 99BJ*** dövlət nömrə nişanlı avtomaşınlardır. İddiaçı düzgün olaraq qeyd edir ki, həmin avtomaşınlar 2011-ci ildən istifadə olunur və onların qiymətinin müəyyən edilməsi üçün avtomaşınlara baxış keçirilməsi əhəmiyyət kəsb edirdi. İş üzrə rəy vermiş ekspert avtomaşınlara baxış keçirmədən, onların hazırkı texniki vəziyyətini öyrənmədən rəy vermişdir (mülki iş, səhifə 189. rəy). Rəydən görünür ki, qiymətlər internet məlumatlarına və ekspert praktikası məlumatlarına əsasən verilmişdir. Belə rəy mülki prosessual qanunvericiliyin tələbləri baxımından mötəbər sübut hesab oluna bilməz. Ona görə ki, uzun müddət ağır işlərdə istifadə olunan texnikanın real vəziyyətini, heç olmasa üm umi real vəziyyətini öyrənmədən müəyyən edilmiş qiymət reallığı əks etdirməyəcək. Əvvəla, 1-ci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəf apellyasiya şikayəti verdi və ekspertizanın keçirilməsini həmin tərəf tələb etdiyi üçün avtomaşınları ekspertə təqdim etmək vəzifəsi onların üzərinə düşürdü. Bundan başqa, avtomaşınlar onların istifadəsində olduğu üçün hər bir halda əmlakları ekspertə təqdim etmək onların vəzifəsinə aiddir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, əmlakların ilkin satış qiymətinin hazırkı bazar qiyməti ilə müəyyən edilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üç ün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun istinad edilən 1.0.9-cu maddəsinin məzmunundan göründüyü kimi ipoteka predmetinin ilkin satış qiymətinin anlayışının verilməsi zamanı onun həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi aydın şəkildə qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx xxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsinin tələbləri baxımından verilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli təqdimatı əsasında ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə baxmış və müəyyən edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi baxımından ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri əsaslıdır. Cavabdehin dəlilləri ilə bağlı: Cavabdehin şikayətinin dəlilləri iş materialları ilə təkzib olunur. Şikayətdə borcun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilmədiyi qeyd edilsə də, işdən görünür ki, borcun məbləğini müəyyən etmək üçün məhz cavabdehlərin vəsatəti ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və rəy alı nmışdır (mülki iş səhifə 146-147). Ekspert rəyi ilə borcun məbləği qətnamə ilə müəyyən edilmiş məbləğdən artıq müəyyən edilmişdir. Eyni zamanda həmin mülki iş cavabdehlərin şikayəti əsasında 1 il 2 ay müddətdə apellyasiya baxışında olmuş, dəfələrlə onların vəsatəti əsasında ekspertizalar (məhkəməmühasibatlıq, məhkəmə-əmtəəşünaslıq) keçirilmiş, məhkəmə iclasları təyin edilmişdir. Ona görə məhkəmə iclaslarında onların iştiraklarının təmin olunmaması barədə dəlilləri tamamilə əsassızdır. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehin kassasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv Prosesində Olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlər in Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-52/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ipotekanın ilkin satış qiyməti hissəsində ləğv edilsin. İş həmin hissədə baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Qətnamə ona aid hissədə dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar