Məhkəmə qərarları › İş №2(102)-1168/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1168/2020

24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1168/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “xxxx” Firmasının nümayəndəsi X2, vəkili Vəkil1 və Cavabdeh vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*****/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Tağıy ev) xx.xx.2019-cu il tarixli, 2(006)-****/2019 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” Firmasının Cavabdeh qarşı “borc, dəbbə pulu və dövlət rüsumunun tutulması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Kərimli, İ.Xəlilov, Ə.Qasımov) xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” Firması tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-****/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddianın qismən təmin edilərək, Cavabdeh 49726 manat əsas borc, 500 manat dəbbə pulu olmaqla, cəmi 50226 manat pulun tutulub iddiaçı “xxxx” Firmasına ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumu nun 28 manat hissəsinin və apelyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “xxxx” Firması Cavabdeh qarşı “borc, dəbbə pulu və dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilə öhdəliyinə görə yaranmış 49726 manatın, 3670.32 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun alınıb “xxxx” Firmasına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil2 ka ssasiya şikayətini onunla əsaslandırmışlar ki, iddia tələbi ilə iddia ərizəsinə əlavə edilmiş sənədlər bir-birini tamamlamır, iddia tələbində qeyd olunan işin halları sənədlərlə öz təsdiqini tapmır. İddia ərizəsinə iddia tələbini əsaslandıran sənəd kimi yalnız iddiaçının təsis sənədləri və xx.xx.2016-cı il tarixli borc müqaviləsinin surəti və iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli, ***** nömrəli pretenziya məktubu əlavə edilmişdir. Hətta iddia ərizəsinə və pretenziya məktubuna nəzər saldıqda müəyyən olunur ki, iddiaçının iddia tələbində göstərdiyi məbləğ ilə pretenziya məktubunda göstərdiyi məbləğ arasında fərq mövcuddur. Qeyd edilən sənədləri borcun verilməsini və mövcud olmasını təsdiq edən sənəd hesab etmək olmaz. Həmçinin xx.xx.2016-cı il tarixli müqavilə notariat qaydasında təsdi qlənməmişdir və imza edən şəxsin həmin dövrdə qeyd edilən müqaviləni iddiaçı təşkilatın adından imzalamaq səlahiyyətinin olub-olmaması (ümumiyyətlə həmin müqavilə cavabdehin yanında imzalanmamışdır, hətta müqavilədəki imza ilə etibarnamə və pretenziya məktubunda olan imzalara nəzər saldıqda həmin imzaların eyni şəxs tərəfindən icra olunması da inkar olunur) göstərilməmişdir. Müqavilənin 5.3-cü bəndinə əsasən, müqavilə notarial qaydada təsdiqlənməli idi. Lakin müqavilə notarial qaydada təsdiqlənməmişdir. Həmçinin iddia ərizəsində qeyd edilən borc məbləğinin və dəbbə pulunun hansı tarixdən yaranması və nə qədər malın verilməsi nəticəsində yaranması (hansı tarixdə, hansı həcmdə, hansı çeşiddə, hansı qiymətlə cavabdehə verməsini və bunu təsdiq edən sənədləri) təsdiq olunmur. Halbuki xx.xx.2016 cı il tarixli borc müqaviləsinin 2.6-cı bəndinin şərtinə əsasən, borcun verilmə tarixi borcalanın məxaric orderi verilməsi tarixi hesab olunur. Lakin iddia ərizəsində iddiaçı tərəfindən məxaric orderinin əslinin və ya təsdiq edilmiş surətlərinin mövcudluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, apelyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri b arədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” Firmasının nümayəndəsi X3 və vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı münasibətləri olmuş, bu münasibətlər borc müqaviləsi ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun olaraq müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra et mədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Cavabdeh iddia ərizəsinə yazılı etirazda iddiaçı firmaya borclu olmasını vurğulamış, yalnız müqavilənin tərtibi və tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi zamanı yol verilmiş boşluqlara istinad etmişdir. Məhkəmə ic lasında cavabdeh tərəf müqavilənin cavabdeh tərəfindən imzalanmasını etiraf etmiş, lakin müqavilənin bağlanmasından ötən müddət ərzində müqavilənin etibarsızlığı barədə iddia qaldırmamış, müqaviləni nə üçün imzalamasını izah edə bilməmiş, müqavilə bağlamağa məcbur edildiyi halda hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Müqavilənin notarial qaydada təsdiq olunmaması barədə cavabdeh tərəfin dəlili ilə əlaqədar apelyasiya kollegiyası qeyd etmişdir ki, tərəflər arasında münasibətlər borc müqaviləsi kimi rəsmiləşdirilsə də, əslində bu münasibətlər nisyə alqı-satqıdan irəli gələn münasibətlər olmuşdur. Buna görə də bu münasibətlər borc müqaviləsi kimi notarial qaydada rəsmiləşdirilə bilməzdi. Müqavilənin 2.6-cı bəndində nəzərdə tutulmuş kassa məxaric orderinin olmamasını iddiaçı tərəf nisy ə alqı-satqı və tərəflər arasında qarşılıqlı etimada əsaslanan münasibətlərlə əlaqələndirmişdir. Apellyasiya kollegiyası hesab etmişdir ki, kassa məxaric orderinin olmaması tərəflər arasında alqı-satqıdan irəli gələn münasibətlərin olmasını istisna etmir. Belə ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Apellyasiya kollegiyası hesab et mişdir ki, iddiaçı sübut edə bilmişdir ki, nisyə alqısatqı nəticəsində cavabdehin iddiaçıya 49726 manat borcu yaranmışdır. Mülki Məcəllənin 467.1-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi, qanunverici tənasübsüz surətdə yüksək dəbbə pulunun məhkəmə tərəfindən azaldılması imkanını nəzərdə tutmuşdur və qanunvericinin qeyd olunan mövqeyini nəzərə alan apelyasiya kollegiyası işin faktiki hallarını və cavabdehin maddi vəziyyətini nəzərə alaraq iddiaçının tələb etdiyi dəbbə pulunun azaldılaraq 500 manat məbləğində müəyyən edilməsini işin hallarına, borclunun və kreditorun həm əmlak, həm də bütün əsaslı məna felərinə uyğun və ədalətli hesab etmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin hazırki dəlilləri cavabdeh tərəfindən apelyasiya baxışı zamanı dəlil olaraq irəli sürülmüş, apelyasiya kollegiyası haqlı olaraq tərəflər arasında nisyə alqı-satqı münasibətlərinin yaranmasını, həmin münasibətlər üzrə cavabdehin icra edilməmiş öhdəliyinin mövcudluğunu müəyyən etmişdir. Apellyasiya kollegiyasının qeyd etdiyi kimi, tərəflər arasında müqavilə bağlanarkən və həmin müqavilə münasibətlərinə hüquqi qiymət verilərkən müqavilənin təkcə hərfi mənasına görə qiymət verilməli deyildir. Kassasiya yoxlaması zamanı apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosess ual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar