Məhkəmə qərarları › İş №2(102)-1168/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1168/2021

28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1168/2021 28.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1168/21 (Açar sözlər: pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1612/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağı dakıları müəyyən etdi: İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi və iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək Cavabdeh1 12700 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 və qardaşı Cavabdeh2 ilə tanışlığı olduğundan 2014-cü ilin noyabr ayının 15-də ondan borca 3300 manat pul istəmiş və o, həmin pulu vermişdir. Cavabdeh həmin borcu 2015-ci ilin noyabr ayınadək qaytarmağı öhdəsinə götürmüşdür. 3300 manat borc pulun geri qaytarılmasına cavabdehin özü və qardaşı Cavabdeh2 iştirakı ilə akt rəsmiləşdirilmiş və hər üçü tərəfindən imzaları ilə təsdiqlənmişdir. Bundan sonra xx xxxxxx 2014-cü il tarixdə yenidən cavabdehə 1700 manat borc pul vermişdir. O, həmin pulu cavabdehə paltar alveri edib əvvəlki borc ilə birlikdə cəmi 5000 manat pulu qaytarmaq şərti ilə vermişdir. Cavabdeh həmin pulu xx xxxx 2015-ci il tarixdə qaytaracağına söz versə də buna əməl etməmişdir. Daha sonra cavabdeh ona pulunun batacağını deyərək ondan yenidən borc pul istəmişdir. Cavabdeh ona ot çalınan vaxt olduğundan traktor üçün 4500 manat, ot çalan aqreqat üçün isə 700 manat pul verməsini istəmişdir. O, əvvəlki pulunun batacağından qorxub ot çalmaq üçün traktor almağa 4500 manat, ot çalan aqreqat üçün 700 manat, cəmi 5200 manat pulu cavabdehə vermişdir. Həmin pulun verilməsinə görə akt tərtib edilmişdir. Dördüncü dəfə cavabdeh xx xxxxxx 2015-ci il tarixdə onun yanına gəlib işlərinin gətirmədiyini bildirərək özünü sınamaq üçün fındıq alveri ilə məşğul olmaq istədiyin i bildirmiş və ondan 2500 manat pul istəmişdir. Ondan bu dəfə də ona şans verməsini xahiş etmiş və o, sonuncuya verdiyi pulun batacağından qorxaraq yenidən ona 2500 manat pulu vermişdir. Bu barədə aralarında akt tərtib edilmiş və onlar imzaları ilə təsdiq etmişlər. Beləliklə o cavabdehə 12700 manat pul vermişdir. Lakin, hal-hazıradək cavabdeh onu aldadaraq ondan borc aldığı 12700 manat pulu qaytarmamışdır. Bu səbəbdən də, göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Zaqatala rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov, iş № 2(033)-457/2020) iddia qismən təmin edilmiş, Zaqatala rayonunun Muğanlı kəndində yaşayan Cavabdeh1 8700 (s əkkiz min yeddi yüz) manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində Cavabdeh1 və Cavabdeh2 qarşı tələb irəli sürdüyünü göstərmiş, lakin məhkəmə iclasında tələbini dəqiqləşdirərək ancaq Cavabdeh1 münasibətdə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında sübutlar araşdırılarkən tələbdə göstərilən 12700 manatın hər hansı hissəsnin Cavabdeh2 tərəfindən alınmaması təsdiqini tapmış, müəyyən olunmuşdur ki, sonuncu iş üzrə tərəflər arasında pulun verilməsini təsdiq etmək üçün şahid kimi aktı imzalamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Cavabdeh2 qarşı tələbdən imtina etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi Cavabdeh2 tərəfindən iş materiallarında olan aktların onun tərəfindən imza edilməməsi və bununla bağlı ekspertizanın təyin olunmasına dair vəsatətinə münasibət bildirərək hesab etmişdir ki, aktlardakı imzaların Cavabdeh2 məxsus olub-olmaması iş üçün heç bir əhəmiyyət kəsb etmir. İş üzrə cavabdeh aktlardakı imzaların onun olduğunu bildirmiş, Cavabdeh1 imzalarını mübahisələndirməmişdir. Cavabdeh2 münasibətdə isə o artıq iş üzrə tərəf olmadığından və imzanın mübahisələndirilməsi ilə bağlı nəticənin bu və ya digər formada mübahisənin həllinə təsir göstərmədiyindən birinci instansiya məhkəməsi vəsatətin təmin olunmasına zərurət olmaması nəticəsinə gəlmiş, eyni zamanda vəsatəti məhkəmə baxışını lüzumsuz uzadılması kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 2017-ci ildə iddiaçı məhkəməyə ərizə ilə müraci ət edərək cavabdehdən borc pulun alınmasına köməklik göstərilməsini xahiş etmiş, iş materiallarında olan, məhkəmənin xx xxxx 2017-ci il tarixli 1218 saylı məktubu ilə iddiaçıya pul tələbi ilə bağlı məhkəmədə iddia qaldırması, belə olduğu təqdirdə yekun qərarın çıxarılmasının mümkünlüyü izah edilmişdir. İddiaçı eyni zamanda həmin vaxtlarda hazırkı iş üzrə cavabdeh və digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, Zaqatala rayon Polis Şöbəsinin baş müstəntiqi tərəfindən müraciət araşdırılaraq iş materiallarına əlavə edilmiş HK/1-301 nömrəli material üzrə xx xxxx 2017-ci il tarixli cinayət işi başlanmasnın rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarla mülki iddia qaydasında Zaqatala rayon məhkəməsinə müraciət etmək hüququnun olması İddiaçı izah edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfindən ayrı-ayrı vaxtlarda cəmi dörd dəfə olmaqla cavabdehə borc pul verilmişdir. Belə ki, xx xxxxxx 2014cü il tarixli iş üzrə tərəflərin imzaladığı aktın əsli ilə müəyyən edilir ki, həmin akt əsasında iddiaçı tərəfindən cavabdehə 3000 (üç min) manat borc pul verilmişdir. Bundan sonra, yəni xx xxxxxx 2014-cü il tarixli hər iki tərəfin imzası ilə təsdiq edilmiş aktdan göründüyü kimi həmin vaxt iddiaçı tərəfindən cavabdehə 1700 manat borc verilmiş, borc məbləği həmin vaxta 5000 manat olmuşdur. Hansı ki, işin bu faktiki halını cavabdeh Zaqatala rayon Polis Şöbəsində verdiyi izahatında birbaşa təsdiq etmişdir. Bundan sonra isə xx xxxxx 2015-ci il tarixli tərəflərin imzaladığı aktda müəyyən olunur ki, iddiaçı həmin vaxt traktor və otçalan aqreqat almaq üçün cavabdehə 5200 manat borc pul vermiş və borc məbləği 10200 manat olmuşdur. Bundan sonra isə xx xxxxxx 2015-ci il tarixli sonuncu tərəflərin öz imzaları ilə təsdiq etdikləri iş materiallarında olan aktdan görünür ki, həmin vaxt fındıq alveri etmək üçün iddiaçı tərəfindən cavabdehə 2500 manat borc olaraq verilmiş, yekunda tərəflər arasında yazılı formada tərtib edilmiş borc məbləğinə dair iddiaçı tərəfindən təqdim edilmiş sübutlar (aktlar) əsasında borc məbləğinin cəmi 12700 manat olması təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında təsdiq edilmiş 12700 manat borcun cavabdeh tərəfindən qaytarılması ilə bağlı sübutlar araşdırılarkən müəyyən olunmuşdur ki, iş üzrə şahid Ramazan Daşdəmirov tərəfindən iş materialla rında olan alqısatqı müqaviləsi əsasında iddiaçıya torpaq sahəsinin satışı müqabilində verilməli 30xx xxxxxxxx 2000 manat Ramazanın cavabdehə olan borcunun əvəzi kimi razılaşdırılmışdır. Ramazan Daşdəmirov torpaq sahəsini satmaqda Məcidə olan 2000 manatı ödəmiş olmuş, sonuncu ilə həmin məbləğin iddiaçıya olan borcdan çıxılmasına razılaşmışlar. İşin bu faktiki halı iş materiallarına əlavə edilmiş rədd materiallaında (səh 31-32) olan Ramazan Daşdəmiovun izahatı ilə təsdiqini tapır. Beləliklə, 12700 manat borc məbləğindən 2000 manatın cavabdeh tərəfindən iddiaçıya ödənilməsi məhkəmə iclasında təsdiq edilmiş, iddiaçı həmin məbləği mübahisələndirməmişdir. Eyni zamanda Cavabdeh1 2016-cı ilin oktyabr ayında iddiaçıya 1000 manatı verdiyini rədd materiallarındakı izahatında (səhifə 25, 40-cı sətr ) və məhkəmə iclasında həmin 1000 manat iddiaçı tərəfindən qəbul edilməsi iddiaçının özünün imzası ilə təsdiq edilmiş (rədd materialların səhifə 20, arxa üzü) yazılı qeydi ilə təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə iclasında iş üzrə İddiaçı daha 1000 manatın 2017-ci ilin iyul ayında cavabdeh tərəfindən ödənildiyini bildirmiş, cavabdeh sözügedən pulun həmin vaxt verildiyini təsdiq edərək mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsidə mübahisə predmeti olan 12700 manat borc məbləğindən 4000 manatın qaytarılması məhkəmə iclasında təsdiqini tapmış və işin bu faktiki halını tərəflər mübahisələndirməmişlər. Birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqinə dair vəsatətinin təmin edilməsini əsaslı hesab etməmişdir. Belə ki, borcun verilməsi ilə bağlı aktlarda borc məbl əğinin 2015-ci ilin sonunadək ödənilməsi nəzərdə tutulsa da cavabdeh tərəfindən 2016 və 2017-ci illərdə borcun qaytarılması ilə bağlı ödənişlər edilmişdir. Axırıncı 10xx xxxxx 2017-ci ilin iyul ayında verilmiş, iddiaçının tələbi ilə bağlı iddia ərizəsi xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olduğu təqdirdə isə iddia müddətinin tətbiqini xahiş etməkdə cavabdeh haqlı olmamışdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbay can Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Res publikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-in 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada b ağlanır. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şükürov (sədrlik edən və məruzəçi), A.Eyvazov və R.Əliyev, iş № 2(107)-1612/2020) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-457/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli akta əsasən 3300 manat pulu, xx xxxxxx 2014-cü il tarixli akta əsasən 1700 manat pulu, xx x xxxxx 2014-cü il tarixli akta əsasən ot çalımı sezonunda traktor almaq üçün 4500 manat və ot çalan aqreqat almaq üçün 700 manat, cəmi 5200 manat pulu, xx xxxxxx 2015-ci il tarixli akta əsasən 2500 manat olmaqla cəmi 12700 manat pulu İddiaçı Cavabdeh1 2015-ci ilin sonunadək qaytarmaq şərti ilə borc vermişdir. İddiaçı tərəfindən borcun qaytarılmasına kömək olunması məqsədi ilə xx xxx 2017-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi M.Quliyevə, Azərbaycan Respublikası Prokrorluğunun Baş Prokuroru Z.Qaralova, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Zaqatala rayon şöbəsinə, Azərbaycan Respublikası Prokrorluğunun Zaqatala rayon prokuroru Ə.Abdullayevə, Azərbaycan Respublikası DİN-nin Zaqatala rayon Polis şöbəsinin rəisi Polis polkovniki A.Ələkbərov a şikayət ərizəsi yazmışdır. Bundan əlavə Zaqatala RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi polis mayoru X1 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2017-ci il tarixli qərarından görünür ki, İddiaçı şikayət ərizəsi əsasında Cavabdeh1 barəsində toplanmış HK/1-301 nömrəli material üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki iddia qaydasında aidiyyatı üzrə Zaqatala Rayon Məhkəməsinə müraciət etməsi izah edilmişdir. Daha sonra işdə olan Zaqatala Rayon Məhkəməsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2017-ci il tarixli məktubdan aydın olur ki, sonuncuya Cavabdeh1 verdiyi pul məbləğinin məhkəmə qaydasında alınması üçün ona məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Ape lyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin hazırkı tələblə bağlı iddia müddətinin keçməsi ilə bağlı vəsatəti əsaslı deyil. Çünki, iddiaçı aidiyyatı üzrə məhkəmədə iddia qaldırmasada, verdiyi pulun qaytarılmasına köməklik göstərilməsi ilə bağlı müxtəlif dövlət orqanlarına müraciət etmiş, onlardan yardış istəmiş və bununla da verdiyi pulun cavabdehə bağışlamadığını, ondan tələb etdiyini bəyan etmişdir. Bu baxımdan da kollegiya hazırkı işə müqavilə tələbləri üzrə iddia iddia müddətinin tətbiqindən imtina edir. Digər tərəfdən nəzərə alsaq ki, iddiaçının 79 yaşı var və sonuncu verdiyi pulun qaytarılması üsulunu məhz müxtəlif dövlət orqanlarına müraciət etməkdə görmüşdür. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi il ə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-ini n 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 433.3-çü maddəsində qeyd edilir ki, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. MM-in 529.3-cü maddəsinə görə isə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sü buta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)1612/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Cavabdeh kasasiya şikayətində dəlil olaraq göstərmişdir ki, «.. əslində iddiaçının ona iş görmək və xidmət göstərmək üçün verdiyi cəmi 12700 manat borc pul olmamış, görülmüş iş və xidmətlərə, əmlak alqı- satqısı ilə əlaqədar xərclənmiş və hal hazırda iddiaçıya heç bir borcum yoxdur.». «… iddiaçı məhkəməyə özünün saxta şəkildə tərtib etdiyi və bizim əvəzimizə də saxta imzalar ataraq 4 ədəd akt tərtib edərək məhkəməni aldatmış, bizim xəttşünslıq ekspertiza tələbimizə dair vəsatəti təmin etməmişlər.» b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı işin baxılmasının başqa vaxta keçirilməsinə dair iki vəsatətlə məhkəməyə müraciət etmiş və həmin vəsatətin təmin olunması üçün əsaslar olmamışdır. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) m üəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh1 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi «.. əslində iddiaçının ona iş görmək və xidmət göstərm ək üçün verdiyi cəmi 12700 manat borc pul olmamış, görülmüş iş və xidmətlərə, əmlak alqı-satqısı ilə əlaqədar xərclənmiş və hal hazırda iddiaçıya heç bir borcum yoxdur.». «… iddiaçı məhkəməyə özünün saxta şəkildə tərtib etdiyi və bizim əvəzimizə də saxta imzalar ataraq 4 ədəd akt tərtib edərək məhkəməni aldatmış, bizim xəttşünslıq ekspertiza tələbimizə dair vəsatəti təmin etməmişlər.» Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin göstərdikləri ilə bağlı apellyasiya məhkəməsi zəruri araşdırma aparmış, cavabdehin özünün məhkəmə iclasında verdiyi izahatla tələb olunan pulun borcla bağlı olması, onlar arasında həmin münasibətdə başqa münasibətin (xidmət, iş, alqı-satqı) olmaması, borc məbləğinin cəminin 12700 manat olması, həmin məbləğin 4000 manatının qaytarılması, sonuncu məbləğin isə 1000 ma nat olmaqla 2017-ci ilin iyul ayında qaytarılmasını müəyyən etmiş və həm iddianın məcburi tələb etmə müddətinin ötürülməməsi, həm də borc məbləğinin tam olaraq qaytarılmasının yazılı sübutlara təsdiq olunmaması nəticəsinə gəlmişdir. Məhkəməyə təqdim olunmuş sübutların məcmusu ilə borc sənədində olan imzaların iddiaçı və cavabdehə aid olmamasını təsdiq edən heç bir möhtəbər sübut olmamışdır. Belə olan halda isə müvafiq olaraq məhkəmələr xəttşünaslıq ekspetizasının təyin olunmasına lüzüm görməmişlər. MM-in 529.3-cü maddəsinə görə isə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılma sına dair” xx xxxx 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntular ına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1612/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar