Məhkəmə qərarları › İş №2(102)-1169/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1169/2020

19.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1169/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-10772/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim V.İ.Həsənov, iş № 2(008)-4929/2018) İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması, faizlərin v ə mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov, T.S.Səmədov və İ.S.Şirinov, iş № 2(103)1365/2019) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: S.F.Hacıyev, Q.A.Əsgərov və E.R.Vəliyeva, iş № 2(102)3928/2019) iddiaçının kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar apellyasiya qaydasın da baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Eyvazov, K.H.Əkbərov və F.Ş.Talışınski) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin olunub Cavabdeh 110.000 ABŞ dolları məbləğində borcun, 8700 ABŞ dolları məbləğində faizin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin halları: xx xxxxx 2016-cı il tarixdə tərəflər arasında kredit müqaviləsi bağlanmış və müqaviləyə görə İddiaçı tərəfindən Cavabdeh 6 ay müddətinə qaytarmaq şərti ilə 110.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclu Cavabdeh öhdəliklərinin təminatı kimi X2 məxs us Bakı şəhəri, N-ci məhəllədə yerləşən 63 və 64 saylı mənzillər ipoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələri notariusda təsdiq olunsa da iddiaçının ipoteka hüququ dövlət qeydiyyatına alınmamışdır. 2018-ci ilin may ayında borc verən İddiaçı kredit müqaviləsində müəyyən olunmuş müddətin bitməsinə baxmayaraq Cavabdeh borcun qaytarılması ilə əlaqədar öhdəliyini icra etməməsini əsas göstərməklə cavabdehdən borca görə 110.000 ABŞ dollarının, Mərkəzi Bankın illik uçot dərəcəsinə uyğun olaraq 80.000 ABŞ dollarının və mənəvi zərərə görə 50.000 ABŞ dollarının tutulmasına, həmin məbləğdən 87.500 manatın ipoteka qoyulmuş 63 saylı mənzilə yönəldilərək həmin mənzilə onun mülkiyyət hüququnun tanınmasına və göstərilən mənzillərə dair onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışların veri lməsinin Dövlət Reyestr Xidmətinə həvalə edilməsinə, həmin məbləğin 126.400 manatın 64 saylı mənzilə yönəldilməklə göstərilən mənzilə onun mülkiyyət hüququnun tanınmasına və mənzilə dair onun adına Çıxarışın verilməsinin Dövlət Reyestr Xidmətinə həvalə edilməsinə, qalan 195.000 manatın cavabdehin əmlakına yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək iddiaçı tərəfindən kredit müqaviləsini bağlamağa məcbur edilməsini, əslində isə ona hər hansı bir məbləğdə borcun verilməməsini və Mülki Məcəllənin 337-ci maddəsinə əsasən həmin əqdin əhəmiyyətsiz əqd olmasını, lakin işə baxan məhkəmənin həmin hallara düzgün qiymət vermədən nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından gö rünür ki, iddiaçı cavabdehə borc verməsini, müəyyən olunmuş müddətdə qaytarılmamasını əsas göstərməklə hazırkı tələblə məhkəməyə müraciət etmiş, cavabdeh isə borc müqaviləsini bağlamaqla iddiaçı tərəfindən məcbur edilməsini, əslində isə müqavilədə göstərilən pul məbləğinin ona verilməməsini bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tələbini təsdiq edən sübut kimi onunla cavabdeh arasında notariatda təsdiq edilmiş kredit müqaviləsinə əsaslanmışdır. Həmin müqavilədən görünür ki, iddiaçı həqiqətən də cavabdehə 6 ay müddətinə qaytarmaq şərti ilə 110.000 ABŞ dolları məbləğində kredit vermiş və müəyyən olunduğu kimi cavabdeh tə rəfindən həmin borc indiyə kimi iddiaçıya qaytarılmamışdır. Kredit müqaviləsi tərəflərin bilavasitə iştirakı ilə bağlanmış, müqavilə onlar tərəfindən imzalanmış və müqavilədə cavabdeh orda göstərilən pul məbləğini almasını təsdiq etmişdir. Lakin Cavabdeh iddiaçı tərəfindən kredit müqaviləsini bağlamağa məcbur edilməsini və orada göstərilən kreditin ona verilməməklə müqavilənin formal xarakter daşımasını iddia etsə də məhkəməyə bunu təsdiq edə biləcək heç bir sübut təqdim etməmişdir. Göstərilən vəziyyətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 385.1, 425, 442, 448.1-ci maddələrinə əsaslanıb iddianı kredit borcunun və Mülki Məcəllənin 449cu maddəsinə əsasən ona hesablanmış faizlərin tutulmasına dair hissədə əsaslı sayaraq təmin etməkdə haqlı olduğundan, kollegiya həmin hissədə m əhkəmə kollegiyasının gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, mübahisə həmin hissədə düzgün həll edilmişdir. Kollegiya işin yuxarıda göstərilən hallarına əsasən qətnaməni qanuni və əsaslı sayır, hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar