Məhkəmə qərarları › İş №2(102)-4780/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4780/2020

22.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4780/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun və mənəvi zərərin tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, mülkiyyət hüququnun tanınması” barədə ilk, Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Ə.Səmədov) xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, İddiaçı xeyrinə Cavabdeh 30.000 (otuz min) ABŞ dolları əsas, 9000 (doqquz min) ABŞ dolları faiz borcu, 39.000 (otuz doqquz min) ABŞ dolları məbləğində kredit borcu (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manat hissəsinin əvəzinin tutularaq ödənilməsi, tələbin X3 məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllədə yerləşən, 106 saylı, sahəsi 140,2 kv.m. olan mənzilə yönəldilməsi, evin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməsi və ilkin iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən X.Cəmilova, hakimlər İ.Xəlilov və İ.Kərimli) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin qismən, “İddiaçı xeyrinə Cavabdeh 9000 ABŞ dolları məbləğində faiz borcunun tutulması” hissəsində ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin olunması, Cavabdeh İddiaçı xeyrinə tutulmalı faiz borcunun məbləğinin 3000 ABŞ dolları məbləğində (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) müəyyən edilməsi, qətnamənin m übahisələndirildiyi qalan hissələrdə, yəni cavabdehdən əsas kredit borcunun tutulması və qarşılıqlı iddianın rədd edildiyi hissələrdə dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 202 0-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və “iddia tələbinin həcminin azaldılması” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 30.000 ABŞ dollar əsas borcun tutulması, tutmanın xüsusi mülkiyyət hüququ əsasında X3 məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllədə yerləşən, 106 saylı, sahəsi 140,2 kv.m. olan mənzilinə yönəldilməsi, mənzilə onun mülkiyyət hüququnun tanınması, onun adına dövlət reyestrindən çıxarış verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəs inə həvalə edilməsi, cavabdehdən onun xeyrinə 30.000 ABŞ dolları məbləğində faizlərin, 40.000 ABŞ dolları mənəvi zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qəbul etdiyi qətnaməni işin aşağıda qeyd edilən halları ilə əsaslandırmışdır. İş materiallarından görünür ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə xx.xx.2016-cı il tarixədək qaytarmaq şərtilə 30.000 ABŞ dolları məbləğində borc vermişdir. İpoteka saxlayan İddiaçı ilə ipoteka qoyan X4 və borclu Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi ilə qeyd edilən borcun təminatı olaraq Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllədə yerləşən, 106 saylı, sahəsi 140,2 kv.m., dəyəri 100.000 manat olan mənzili ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsini işin müəyyən edilmiş hallarına tətbiq etməklə borclunun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən öhdəliyin icra edilməməsi ded ikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edi lmədiyi bütün hallar üçün cavabdehdir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi kredit borcu üzrə yaranmış faiz borcunun məbləğinə münasibətdə Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad edərək cavabdehin pul vəsaitinin qanunsuz şəkildə saxlayaraq ondan faydalanması, bunun nəticəsində isə iddiaçının həmin pul vəsaitindən fayda götürmənin hüquqi cəhətdən təmin edilmiş imkanlarından məhrum olması nəticəsinə gələn birinci instansiya məhkəməsi ilə razılaşmayaraq iddiaçının əlavə faiz borcunun tutulması ilə bağlı tələbinin qanuni əsasının Mülki Məcəllənin 445.7-ci maddəsi olmasını göstərməklə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə ki, hazırki işdə iddiaçı tərəfindən Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faiz borcunun tutulması üçün əsas verən h allar sübuta yetirilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əlavə faiz borcunun tutulması ilə bağlı tələbinin qanuni əsası Mülki Məcəllənin 445.7-ci maddəsinə söykənir. Belə ki, həmin maddənin tələbinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən is tifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İşdən görünür ki, iddiaçı cavabdehdən ona ödənilməli olan 30000 ABŞ dolları əsas borc tələb edir. Həmin məbləğ gecikdirilmiş vaxt üçün, yəni müqavilə müddətinin sonundan xx.xx.2016-cı il tarixdən iddiaçının tələb etdiyi iki il üzrə, yəni xx.xx.2018-ci il tarixə qədər illik beş faiz dərəcəsi ilə faiz məbləği hesablanaraq 3000 ABŞ dolları (30000 ABŞ dolları x illik 5% = 1500 ABŞ dolları x 2 il = 3000 ABŞ dolları) təşkil edir. Əqdin etbarsızlığı barədə qarşılıqlı iddia ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəl lə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göst ərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olm alı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına q arşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Cavabdehin istinad etdiyi kimi, yəni müqavilə bağlanan zaman tərəflərdən birinin digərinə pul vəsaitini verməsinin notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməli olması barədə dəlili ilə bağlı qeyd olunmalıdır ki, bu barədə müddəa xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanan dövrdə qüvvədə olmamışdır. Başqa sözlə, mübahisələndirilən müqavilə bağlanan zaman göstərilən şərtə əməl olunması ilə bağlı qanunvericiliyin tələbi olmamışdır. Belə ki, sözügedən müddəa “Notariat haqqında” Qanunun 74-cü ma ddəsinə xx xxxxxx 2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən əlavə edilmişdi. Həmin maddəyə olunmuş dəyişikliyə görə, daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Odur ki, hazırki işdə ilk iddia üzrə cavabdehin mübahisələndirdiyi müqavilə xx.xx.2016-cı il tarixdə bağlanan zaman notarius qanunvericilikdə belə bir tələb olmadığına görə pul vəsaitinin depozit hesab vasitəsilə ödənilməsini və ya onun yanında real olaraq verilməsini tələb edə bilməzdi. Bu ndan əlavə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Həmin müddəa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 38-ci bəndində də öz əksini tapmışdır. Qeyd olunmalıdır ki, sözügedən maddi hüquq nor malarında nəzərdə tutulan “notariusun yoxlaması” belə əqdin bağlanması zamanı bir tərəfin pul vəsaitini digər tərəfə notariusun yanında verməsi kimi başa düşülməməli, həmin yoxlama notarius tərəfindən əqd bağlanılarkən tərəflərin həmin əqdi bağlamaqda həqiqi niyyətlərinin olub-olmamasını, yəni iradə ifadələrinin yoxlanılmasını ehtiva edir. Beləliklə, hazırkı işdə mübahisələndirilən kredit müqaviləsinin etibarsızlığı üçün “əqdin etibarsızlığı”nı nəzərdə tutan meyarlar müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi bu hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan m addi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar