Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3928/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübaiz qızının katibliyi ilə, İddiaçı və onun vəkili ***nın, Cavabdeh vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.02.2019-cu il tarixli, 2(103)-1365/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim V.İ.Həsənov) 03 sentyabr 2018-ci il tarixli, 2(008)-4929/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.C.Kazımov, T.S.Səmədov və İ.S.Şirinov) 08.02.2019-cu il tarixli, 2(103)-1365/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.02.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 110.000 ABŞ dolları əsas borcun, 80.000 ABŞ dolları faizlərin, 50.000 ABŞ dollar mənəvi zərərin, cəmi manatla məzənnəsi 408.000 manat təşkil edən, 240.000 ABŞ dolla rının tutulub ona verilməsi, həmin məbləğdən 87.500 manatın ünvan 2də yerləşən 63 saylı, sahəsi 87.5 kv.m, dəyəri 87500 manat olan mənzilə yönəldilməsi, mənzilə onun mülkiyyət hüququnun tanınması, onun adına dövlət reyestrindən çıxarış verilməsini, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi, həmin məbləğdən 126.400 manatın ünvan 2də yerləşən 64 saylı, sahəsi 126.4 kv.m dəyəri 126400 manat təşkil edən mənzilə yönəldilməsi, həmin mənzilə onun mülkiyyət hüququnun tanınması, adına mənzilə dair çıxarış verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi, qalan 195.000 manatın Cavabdeh əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul e dilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.02.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, kredit müqaviləsində nəzərdə tutulan məbləğin həqiqətən də cavabdehə təqdim edilməsi kredit müqaviləsi və ipoteka müqaviləsi ilə təsdiqlənir. Tərəflər arasında notariat qaydasında təsdiq edilmiş müqavilə olmasa idi borcun qəbzlə təsdiq edilməsi tələb edilə bilərdi. Eyni zamanda, məhkəmənin ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınmaması barədə gəldiyi nəticə də işin hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 54 saylı N otariat Kontorunun 16 aprel 2016-cı il tarixli, x/n-13 nömrəli məktubu ilə İddiaçı ilə X2 və borcalan Cavabdeh arasında bağlanmış 16.04.2016-cı il tarixdə Bakı şəhəri 54 saylı notariat kontorunda 3M-152 nömrə ilə qeydə alınaraq ipoteka müqaviləsi təsdiqlənmiş və əmlakın ipoteka (girov) qoyulması ilə əlaqədar qeydiyyat aparılması Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı vəkilinin dediklərinə uyğun izahat verdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili *** kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 08.02.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işi n hallarından göründüyü kimi, 16 aprel 2016-cı il tarixli kredit müqaviləsi üzrə, borc verən İddiaçı borc alan Cavabdeh 110000 (bir yüz on mn) ABŞ dolları məbləğində pul borc verir. Borc alan krediti 16 oktyabr 2016-cı il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. 16 aprel 2016-cı il tarixli ipoteka müqaviləsi ilə X2 mülkiyyətində olan *** saylı mənzili kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. 16 aprel 2016-cı il tarixli ipoteka müqaviləsi ilə X2 mülkiyyətində olan *** saylı mənzili kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli sorğusu na cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 16 yanvar 2019-cu il tarixli məktubunda qeyd etmişdir ki, X1 məxsus ünvan 1 ünvanında yerləşən *** və *** saylı mənzillərin üzərində İddiaçı xeyrinə ipoteka yüklülüyü aşkar edilməmişdir, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 01 fevral 2019-cu il tarixli sorğusuna cavab olaraq Bakı şəhəri 54 saylı Notariat Ofisinin 05 fevral 2019-cu il tarixli məktubunda qeyd edilir ki, 2016-cı ilin qüvvədə olan qanunvericiliyinə uyğun olaraq borcun verilməsində notariusun iştirakı tələb edilmədiyi üçün kredit müqaviləsi tərəflərin iradə ifadəsinə uyğun olaraq rəsmiləşdirilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən aşağıdakıları qeyd etmişdir. A zərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 307.6-cı və 307.7-ci maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 309.1.-cı maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Məcəlləsinin 385.1-ci m addəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsi nə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. "İpoteka haqqında" Qanunun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. "İpoteka haqqında" Qanunun 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. "İpoteka haqqında" Qanunun 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipot eka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu qanunun 11.3cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab edilir. "İpoteka haqqında" Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasınd an ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında notarial qaydada təsdiq olunmuş kredit və ipoteka müqavilələri bağlanmış və bu faktı tərəflərin heç biri inkar etmir. İşin mübahisəli halı isə kredit müqaviləsində nəzərdə tutulan məbləği iddiaçının həqiqətən də cavabdehə təqdim edib-etməməsi ilə bağlıdır. Belə olan vəziyyətdə, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək mövcud borcun etirafı yaxud borc(kredit) müqavilələri adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlə r. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul məbləğini almadığını, yaxud hazırki işdə olduğu kimi kredit müqaviləsini aralarında yarancaq işgüzar münasibətlərin təminatı kimi bağladıqlarını bəyan edirlər. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd e tmişdir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Hazırki iş üzrə tərəflər arasında həqiqətən kredit müqaviləsi bağlansa da cavabdeh həmin müqavilə üzrə iddiaçının ona hər hansı bir məbləğdə pul vermədiyini bəyan edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli qərarında göstərmşdir ki,... Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. Kredit müqaviləsində nəzərdə tutulan məbləği həqiqətən də cavabdehə təqdim etməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Bununla yanaşı, həm kredit müqaviləsinin, həm də Bakı şəhəri 54 saylı Notariat Ofisinin 05 fevral 2019-cu il tarixli məktubunun məzmununda da, müqavilədə göstərilən məbləğin bank vasitəsilə yaxud notariusun (yanında) iştirakı ilə cavabdehə verilməsi təsdiq olunmur. Bundan əlavə, iddiaçının nümayəndəsi və vəkili apellyasiya baxışı zamanı izahatında iddiaçının tələbə olduğunu, p ulu cavabdehə əslində iddiaçının atasının verdiyini, tərəflər arasında işgüzar münasibətlər deyil, tanışlıq olduğunu bildirmişdir. Göründüyü kimi, bu hal da iddiaçının cavabdehə qeyd olunan kredit müqaviləsi üzrə hər hansı bir məbləğdə pul vermədiyini açıq-aşkar təsdiq edir. Göstərilənlərlə yanaşı, ipoteka müqavilələri üzrə də ünvan 2 ünvanında yerləşən 63 və 64 saylı mənzillərin üzərində İddiaçı xeyrinə ipoteka yüklülüyünün olmaması, yəni ipoteka müqavilələrinin dövlət qeydiyyatına alınmaması da, həm kredit müqaviləsinin, həm də ipoteka müqavilələrinin formal bağlandığına dəlalət edir. Kasassiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaəti prosessual hüquq normalarının tələblərinə zidd hesab edir. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməs inin gəldiyi nəticə və əsaslandırması ilə razılaşarkən, kredit müqaviləsinin nortarial qaydada bağlanmasını, həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı vasitəsi kimi notarial qaydada ipoteka müqaviləsinin bağlanmasına, habelə cavabdeh tərəfin iddiaçı ilə həqiqətən işgüzar münasibətlərin mövcudluğunu nəzərə almadan, habelə sübutetmə yükünü tərəflər arasında düzgün müəyyən etmədən, aşağıdakı prosessual hüquq normalarının pozuntusuna yol verməklə iş üzrə düzgün olmayan subyektiv ehtimallarına əsaslanan qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardn istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual normalardan göründüyü kimi, iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilməmişdir. Belə ki, tərəflər arasında notarial qaydada borcun verilməsinə dair müqavilə, habelə həmin müqavilə üzrə götürülmüş öhdəliklərin tə mini məqsədilə notarial qadada ipoteka müqaviləsinin bağlandığı, ipoteka müqaviləsinin 3.3-cü bəndində təmin edilən öhdəliyin ölçüsünün illik 0 faiz dərəcəsi ilə veriləcək deyil, məhz verilmiş 110.000 ABŞ dolları məbləğində borcdan ibarət olmasını qeyd edildiyi, bununla yanaşı cavabdehin özünün də açıq - aydın şəkildə etirazında (i.v.34) aralarında birgə biznes fəaliyyətinin həyata keçirilməsi üzrə vəsait qoyuluşu ilə bağlı münasibətlərin və ondan irəli gələn mübahisənin olmasının bildirildiyi halda, sübutetmə yükü apellyasiya instansiya məhkəməsinin müəyyən etdiyi kimi borcun verilməsinin iddiaçı tərəfindən sübuta yetirilməsi şəklində deyil, əksinə etirazının əsasını təşkil edən hal kimi borcun verilməməsi üzrə sübutetmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Bununla yanaşı kassasiya kol legiyası qeyd edir ki, ipoteka predmeti üzrə yüklülüyün qeydə alınmaması özü-özlüyündə əsas öhdəliyin mövcudluğunu şübhə altına almayaraq, gələcəkdə borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsinin qarşısını alan hal kimi qiymətləndirilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.2-ci maddəsinə əsasən öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əs as öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur; 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Bu baxımdan kassasiya kollegiyası kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsaslı hesab edir. Odur ki, iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qeyd edilə n halların araşdrılması zərurəti olduğundan, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş mübahisələndirilən hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya kollegiyası qeyd edir ki, işə yenidən baxılan zaman sübutetmə yükü ilə bağlı qed edilən göstərişlər nəzərə alınmaqla qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.02.2019-cu il tarixli, 2(103)1365/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3928/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3928/2019
03.06.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver