Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1169/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) 28.03.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5856/2021 nömrəli, 21 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra-iddiaçı) 1985-1998-ci illərdə Bakı şəhər Ticarət Departamentinin Yasamal rayon meyvə-tərəvəz Ticarət bazasının müdiri vəzifəsində işləmişdir. 1995-ci ilin avqustunda Ticarət Departamentinə yeni təyin olunmuş rəis Faiq Məmmədov onun işdən çıxarılmamağı üçün ondan 5000 ABŞ dolları tələb etmişdir, lakin həmin vaxt pulu olmadığına görə 1992-ci ildə alınmış Bakı şəhəri Nərimanov rayonu Leninqrad prospektində (hazırda Xuluflu küçəsi) 1 otaqlı mənzili satıb həmin pulu 3500 manatını Faiq Məmmədova vermişdir. 2. 1998-ci ilin may-iyun aylarında Faiq Məmmədovun barəsində cinayət işi başlanmış, lakin həmin vaxt Faiq Məmmədov ölkədən qaçmışdı və yalnız 2010-cu ildə X4 Federasiyasında həbs olunmuşdur. Faiq Məmmədov isə 2010-cu ildə həbs olunmuşdur. Faiq Məmmədovun vəkili və qardaşı tərəfindən ona 55.000 ABŞ dolları və 20.000 manat dəymiş ziyan ödənilmişdir. Həmin pullar ona Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində prokuror İlham Məmmədovun iştirakı ilə verilmiş və iddiaçı da o pulları həmin vaxt onunla birlikdə olan və bacısı olduğu üçün etibar etdiyi cavabdehin əl çantasına yerləşdirmişdir. 1 otaqlı mənzili 1995-ci ildə satarkən cavabdeh anası ilə birlikdə anasına məxsus ünvan 1 ünvanında 3 otaqlı mənzildə yaşamışdır.
3. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş 80302 nömrəli cinayət işi üzrə tərtib edilmiş 01 mart 2011-ci il tarixli protokoldan görünür ki, «Cavabdeh və onun qardaşı İddiaçı 1995-ci ilin iyul ayında Bakı şəhəri, F.Xoyski küçəsi, ev 121»A», 24 saylı mənzilin 3200 ABŞ dollarına sa taraq üstündə özlərində olan 300 ABŞ dollarını da əlavə etməklə, cəmi 3500 ABŞ dolları məbləğində pulu işdən çıxarılmaması üçün İddiaçı 1995-ci ilin avqust ayında aparıb Bakı şəhər İcra Hakimiyyəti Başçısının sabiq müavini X1 verməsini iddia etmələri barədə müxtəlif dövlət orqanlarına şikayətləri ilə əlaqədar Faiq Məmmədovun qardaşı…hal-hazırda isə İddiaçı, Cavabdeh və onun anası Şərqiyyə Xəlilovanın istədikləri …bir otaqlı, əla təmirli, hər bir şəraiti olan mənzilin alınması üçün həmin mənzilin dəyəri olan 55000 ABŞ dolları, habelə uzun illər kirayədə yaşadıqlarına, evlərini satarkən əşyalarını yığdıqları qeyri-yaşayış sahəsində əmlaklarının köhnəlib, xarab olub, yararsız hala düşdüyünü əsas gətirərək həmin məbləğdən əlavə tələb olunan 20000 manat məbləğində pul…onlara təqdim edildi. İddi açı, Cavabdeh təqdim olunan pulu götürərək bildirdilər ki, Faiq Məmmədovun qohumları tərəfindən ödənilən 55000 ABŞ dolları, həmçinin ev əşyalarının xarab olmasına, kirayədə yaşamalarına görə tələb etdikləri 20000 manat məbləğində pulu tam olaraq aldılar.».
4. Nərimanov rayonu Leninqrad prospekti (hazırda Xuluflu küçəsi) ünvanında yerləşən 1 otaqlı mənzil İddiaçı (bundan sonra iddiaçı) kiçik qardaşı Bəbək Xəlilovun mülkiyyətində olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 55.000 ABŞ dolları və 20.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd e dilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçının saxlamaq üçün verdiyi pulları cavabdeh mənimsəmiş və öz şəxsi maraqlarına sərf edərək ünvan 3 ünvanında 2 otaqlı mənzili əşyaları ilə birlikdə almış, daha sonra həmin mənzil plana düşmüş və MTK tərəfindən alınaraq cavabdeh 2 otaqlı və əlavə olaraq 1 otaqlı mənzillər verilmişdir. Hazırda cavabdeh həmin mənzillərə sahiblənmiş və orada tək yaşamaqdadır. Beləliklə cavabdeh vurulmuş ziyana görə Faiq Məmmədov tərəfindən ona ödənilmiş 55.000 ABŞ dolları və 20.000 manat pulu mənimsəmiş və həmin pulları bu günədək iddiaçıya qaytarmamışdır. Şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində araşdırılma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 sentyabr 2021-ci il ta rixli qərar çıxarılaraq mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.
7. Cavabdeh iddiaya etiraz edərək izahatlarında göstərmişlər ki, Nərimanov rayonu Leninqrad prospekti (hazırda Xuluflu küçəsi) ünvanında yerləşən 1 otaqlı mənzil tərəflərin kiçik qardaşının adına olmuş, iddiaçının işində problemləri, yəni işdən çıxarılmaması üçün 1995-ci ildə işlədiyi Ticarət Departamentinin rəisi Faiq Məmmədova rüşvət verilməsi üçün satılmış, həmin rəisi barəsində cinayət işinin istintaqı zamanı həmin mənzilin əvəzi olaraq onlara 55000 ABŞ dolları və mənzilin satılması səbəbindən anası ilə birlikdə 15 il kirayədə yaşadıqları, cehiz əşyalarının da köçmə zamanı yararsız hala düşməsi nəzərə alınaraq 20000 manat pul verilmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çı xarılmasını xahiş etmişlər.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-1329/2022 nömrəli iş üzrə 26 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia qismən təmin edilərək, cavabdehdən 27.500 (iyirmi yeddi min) ABŞ dolları (qətnamənin icra olunduğu tarixdə ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Azərbaycan manatı ilə məzənnəsi ilə), 10.000 (on min) manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 315 (üç yüz on beş) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 55.000 ABŞ dolları və 20.000 manat məbləği hər iki tərəfə onlara dəymiş zərərin, onlara məxsus olmuş və sat ılmış mənzilin əvəzi, kirayə haqlarının əvəzi və məişət əşyalarının yararsız hala düşməsi ilə əlaqədar dəyərlərinin əvəzi olaraq verilmişdir. İddiaçı satılmış mənzilin onun vəsaiti hesabına alınmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə satılmış mənzildə olmuş məişət əşyalarının, ona məxsus olmasını, onun cehizi olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, tədqiq edilmiş sübutlarla iddia olunan pul vəsaitinin hər iki tərəfə dəymiş zərərin əvəzi olaraq verilməsi müəyyən edildiyindən iddiaçı həmin vəsaitin yalnız yarısını tələb edə bilər.
10. Cavabdehin nümayəndəsinin iddiaçının tələbinə iddia müddətinin tətbiq olunması ilə bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4.-cü maddəsinə əsa sən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Pul vəsaitləri də əmlak olduğundan və əmlak tələblərinə iddia müddəti şamil edilmədiyindən hazırkı tələb də əmlak tələbi olduğundan iddia müddəti tətbiq edilə bilməz.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 135.1, 135.2, 152.1, 157.2, 384.0.4.-cü maddələrinə, istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissədə ləğv edilərək, iddianın tam rədd edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində 1992-c i ildə aldığı mənzili satdığını və sonradan başına müəyyən hadisələrin gəldiyini bilmişdir. İddia ərizəsindən də görünür ki, iddiaçının həmin mənzilə heç bir aidiyyatı yoxdur. Belə ki, əvvəla həmin mənzil iddiaçıya məxsus olsa idi onun həmin mənzilin ünvanı barədə məlumatı olardı. Lakin göründüyü kimi iddiaçı iddia ərizəsində belə həmin mənzilin ünvanı haqqında dəqiq məlumat verə bilməmişdir. Eyni zamanda iddiaçı mənzili 1992-ci ildə aldığı bildirsə də apellyasiya şikayətinə əlavə edilən sübutdan da görünür ki, həmin mənzil 1993-cü ildə alınmışdır. Bu isə bir daha sübut edir ki, iddiaçının həmin mənzilə heç bir aidiyyatı yoxdur. Məhkəmə araşdırması zamanı iddiaçının ona məxsus olmasını iddia etdiyi pulun ümumiyyətlə ona aidiyyatı olmamasının müəyyən edilməsinə baxmayaraq məhkəmə bu fakta heç bir əhəmiyyət verməmişdir. Belə ki, iddiaçının iddia ərizəsində satıb pulunu Faiq Məmmədova verməsini iddia etdiyi mənzil əslində X2 mülkiyyətində olmuşdur. O həmin mənzili sataraq pulunu iddiaçıya vermişdir. İddiaçı cinayət işində ona görə zərərçəkmiş şəxs kimi tanınmışdır ki, qardaşı X2 mənzilini sataraq iddiaçıya verdiyi pulu Faiq Məmmədova o vermişdir. Həmin pul qardaşı X2 mülkiyyətində olan mənzilin dəyərinin əvəzi olaraq qaytarılmışdır və iddiaçıya heç bir aidiyyatı yoxdur. İddiaçı özü də məhkəmə prossesi zamanı həmin mənzilin X2 mülkiyyətində olmasını qəbul etsə də həmin mənzilin pulunun onun tərəfindən ödənildiyini bildirmişdir. Lakin iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qətnamədə özü də bu fakta istinad etmişdir. Həmçinin məhkəmə araşdırmas ı zamanı iddiaçının tələb etdiyi 20000 (iyirmi min) manat məbləğində pulun da ona heç bir aidiyyatının olmaması müəyyən edilmiş və iddiaçı da öz ifadəsində həmin pulun anası və cavabdehin cehiz əşyalarının xarab olmasına və kirayədə qaldığına görə verildiyini təsdiq etmişdir. Lakin buna baxmayaraq məhkəmə iddianın həmin hissəsini də qismən təmin etmişdir. Əgər həmin pul məbləği iddiaçıya məxsus olsa idi iddiaçı çoxdan cavabdehə qarşı tələb irəli sürərdi. Bu isə bir daha sübut edir ki, iddiaçının həmin pul vəsaitinə heç bir aidiyyatı yoxdur. Ona görə də hazırkı iş üzrə iddiaçının ümumiyyətlə belə bir iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5856/2022 nömrəli iş üzrə 21 oktyabr 2 022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov və Vahid Sadıqov) ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı şəhər, Nərimanov rayonu, X6 küçəsi, ev 121A ünvanında yerləşən 20 saylı mənzil xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək X2 mülkiyyətində olmuşdur. Sözügedən mənzil heç vaxt İddiaçı mülkiyyətində olmamışdır. Mübahisəli mənzil heç vaxt İddiaçı mülkiyyətində olmadığından, onun həmin əmlaka dair hər hansı bir hüququ yoxdur. İddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olmaması səbəbindən, həmçinin sözügedən mənzilin onun vəsaiti hesabına alınması sübut edilmədiyindən, həmin əmlaka heç bi r hüququnun olmadığı halda həmin mənzilin satılmasından əldə edilmiş pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair iddia tələbində haqlı olmamışdır. Başqa sözlə, həmin mənzil heç bir əsasla İddiaçı aid olmadığı halda onun həmin mənzilin satışından əldə edilmiş pulun ona ödənilməsi tələbi əsassızdır və təmin edilə bilməz.
16. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab etmişdir ki, iddiaçının cinayət işi üzrə icraat zamanı zərərəçəkmiş şəxs kimi tanınması və daha sonra dəymiş zərərin ona ödənilməsi, sözügedən mənzilin vaxtilə onun vəsaiti hesabına alınmasına dair nəticəyə gəlməyə əsas vermir. Belə ki, iddiaçı və cavabdeh vaxtilə Məmmədov Faiq adlı şəxsə pul verdiyinə görə zərərçəkmiş şəxs kimi tanınmışlar və həmin məbləğin mənbəyinin (haradan və kimdən əldə edilməsi) müəyyən edilməs i cinayət işi üzrə icraat zamanı hər hansı əhəmiyyət kəsb etmirdi.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 178.1-ci, Cinayət Prosessual Məcəllənin 87.1-ci maddələrinə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007- ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti iddiaçının iddia ərizəsi ilə eynilik təşkil etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlillər
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 21. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 22. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşın a və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə
23. Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
24. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Cinayət Prosessual Məcəllə
25. Maddə 87.1 Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə bi rbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. 26. “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə y aranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyət li olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv ed ilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyas ı məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhər, Nərimanov rayonu, X6 küçəsi, ev 121A ünvanında yerləşən 20 saylı mənzil xx.xx.1993-cü il tarixindən xx.xx.1995ci il tarixinədək X2 mülkiyyətində olmuşdur. Sözügedən mənzil heç vaxt İddiaçı mülkiyyətində olmamışdır. Mübahisəli mənzil heç vaxt İddiaçı m ülkiyyətində olmadığından, onun həmin əmlaka dair hər hansı bir hüququ yoxdur. İddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olmaması səbəbindən, həmçinin sözügedən mənzilin onun vəsaiti hesabına alınması sübut edilmədiyindən, həmin əmlaka heç bir hüququnun olmadığı halda həmin mənzilin satılmasından əldə edilmiş pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair iddia tələbində haqlı olmamışdır.
38. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfi ndən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-585 6/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.