Məhkəmə qərarları › İş №2(102)-117/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-117/2020

10.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-117/2020 10.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-532/2019 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-5682/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim V.Y.Ruvinov) İddiaçı BOKT ASC Cavabdeh qar şı “kredit müqaviləsi üzrə borcun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması” barədə iddiası qismən təmin edilərək, tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, cavabdehdən xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, xx xxxxx 2018-ci il tarixə yaranmış əsas kredit borcu üzrə əsas borca görə 24.347,70 ABŞ dolları, faiz borcuna görə 12.781,57 ABŞ dolları, hesablanmış dəbbə puluna görə 50 ABŞ dolları, cəmi 37.179,27 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata verilməsi, tutmanın cavabdehə məxsus olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, 122 saylı evin 4-cü mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına kredit borcunu n ödənilməsi, qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-532/2019 saylı qətnaməsi ilə (hakimlər A.Ə.Abbasov sədrlik edən, məruzəçi, Ş.R.Abasov və T.Cavabdeh) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi cavabdehdən 24.347,70 ABŞ dolları əsas, 12.781,57 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilib, cavabdehdən əsas borca görə 24.287,85 ABŞ dolları, faiz borcuna görə 11.996,69 ABŞ dollarının tutulub iddiaçı təşkilata ödənilməsi və ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 54.000 manat müəyyən edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən s axlanılması qət edilib. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, cavabdehdən xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx xxxxx 2018-ci il tarixə yaranmış əsas borca görə 24.347,70 ABŞ dolları, faiz borcuna görə 12.781,57 ABŞ dolları, hesablanmış dəbbə puluna görə 14.756 ABŞ dolları olmaqla, cəmi 51.885,27 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın cavabdehə məxsus olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, 122-saylı evin, 4-cü mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi və mənzil satıldıqd an sonra bir ay müddətində cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhvə nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı BOKT ASC, Cavabdeh vəkili xx məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab edib. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağı dakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini əsas və faiz borcunun tutulması hissəsində dəyişdirib, ipoteka predmetinin ilkin satış qiymətini 54.000 manat məbləğində müəyyən edib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə, sonuncunun iddiaçı təşkilata olan əsas və faiz borcunun düzgün hesablanmamasına, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 421.2, 462.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı təşkilat tərəfindən cavabdehə 60 ay müddətinə, illik 28 faizlə 28.000 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, cavabdehin mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, 122 saylı evin 4-cü mənzili iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü edilib. İpoteka müqaviləsində ipoteka predmetinin ilkin satış qiyməti 45.000 manat məbləğində müəyyən edilib. İddiaçı təşkilatın maliyyə arayışına görə, sözügedən kredit müqaviləsi üzrə cavabdehin iddiaçı təşkilata xx xxxxx 2018-ci il tarixə əsas borcu 24.347,7 ABŞ dol ları, faiz borcu 12781,57 ABŞ doları, cərimə borcu 14.756 ABŞ dolları, cəmi 51.885,27 ABŞ dolları təşkil edir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini, işə əlavə edilmiş sübutları araşdırıb, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini təfsir edib, işin faktiki hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, cavabdeh özünün risk dairəsinə daxil olan öhdəliklərini, yəni kredit müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Mülki Məcəllənin 421.2-ci maddəsinin tələbi baxımından da tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşıb düzgün ola raq qeyd etmişdir ki, iddiaçı təşkilat cavabdehdən sözügedən kredit müqaviləsi üzrə əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Çünki tərəflər arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Mülki Məcəllə ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar mövcud deyil. Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi cavabdehin risk dairəsinə daxil olduğu üçün, o, bu öhdəliklərini icra etməməyə görə iddiaçı təşkilat qarşısında cavabdehlik daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla belə, apellyasiya instansiyası m əhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, işə əlavə edilmiş maliyyə arayışına görə, cavabdehin xx xxxxx 2018-ci il tarixə iddiaçı təşkilata ödənilməmiş 24.347,70 ABŞ dolları əsas, 12.781,57 ABŞ dolları faiz borcu vardır. Eləcə də işə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli ekspert rəyinə görə, cavabdehin kredit müqaviləsi üzrə xx xxxxx 2018-ci il tarixə iddiaçı təşkilata ödənilməmiş 24.287,85 ABŞ dolları əsas, 11.996,69 ABŞ dolları faiz borcu vardır. Göründüyü kimi, ekspert rəyinə görə kredit müqaviləsi üzrə cavabdehin xx xxxxx 2018-ci il tarixə ödənilməmiş əsas borcu 24.287,85 ABŞ dolları, faiz borcu 11.996,69 ABŞ dolları təşkil edir ki, bu da müvafiq olaraq əsas və faiz borcunun iddia ərizəsində olan məbləğindən azdır. Ona görə də, apellyasiya instansiyası məhkəməsi xx xxx 2019-cu il tarixli ekspert rəyinə əsaslanaraq, belə nəticəyə gəlmişdir ki, cavabdehdən iddia tələbində qeyd edildiyi kimi müvafiq olaraq əsas borc üzrə 24.347,70 ABŞ dolları, faiz borcu üzrə 12.781,57 ABŞ dolları deyil, əsas borc üzrə 24.287,85 ABŞ dolları, faiz borcu üzrə 11.996,69 ABŞ dolları məbləğində pul tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda iddiaçı təşkilatın arqumentləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti də müəyyən edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə ipoteka predmeti olan mənzilin ilkin satış qiymətini müəyyən etməmişdir. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməlidir. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddia ərizəsində ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən olunması barədə tələb olmasa da, MPM-nin 218.3-cü maddəsinə görə, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Eləcə də “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsi ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması g östərilmişdir. Buna görə də iddia ərizəsində ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması barədə tələb olmadığı halda belə, qeyd olunan qanunvericilik normalarının tələbi baxımından, bu, müəyyən edilməlidir. İpoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ipoteka müqaviləsində mənzilin dəyəri 45.000 manat müəyyən edilmişdir. Lakin, cavabdeh bu qiymətlə razılaşmadığı üçün ipoteka predmeti yenidən qiymətləndirlmişdir. İşə əlavə edilmiş “xxxx” MMC xx xxxx 2019-cu il tarixli qiymətləndirici rəyinə görə, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 122 saylı evin, 4-cü mənzilinin xx xxxx 2019-cu il tarixə bazar dəyəri 54.000 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, ipoteka predmetinin qiymətlən dirilməsi ilə bağlı iki dəfə rəy alınmış və hər iki ekspert rəy ilə ipoteka predmeti olan mənzilin bazar qiymətinin 54.000 manat məbləğində olduğu müəyyən edilmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə əsaslanaraq, haqlı olaraq belə qənaətə gəlmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti 54.000 manat məbləğində müəyyən edilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, kredit müqaviləsi üzrə cavabdehin iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş əsas və faiz borcu nun olması və sair, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 54.000 manat məbləğində müəyyən edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmış və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, əsas və faiz borcunun düzgün hesablanmamasını, ipoteka pred metinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsini və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və etirazının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPMnin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən h alları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sü butlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassas iya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-532/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar