Məhkəmə qərarları › İş №2(102)-117/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-117/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-117/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: fərdi yaşayış evinin alınması və təmiri üçün verilmiş pulun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, Əzizova (Qarayeva) Elnarə Çingiz qızı və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evinin alınması və təmiri üçün verilmiş pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-102/2023 saylı, 22 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 22 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı1, İddiaçı2 və İddiaçı3, sonnucu ilə Cavabdeh nişanlı olduqları zaman ünvan 1 ünvanında yerləşən 46 saylı mənzili əldə etdiklərini, cavabdehlə aralarında olan razılaşmaya əsasən, İddiaçı1 qızı İddiaçı3 cehizi əvəzində evin təmirini üzərinə götürdüyünü və təmirə ümumilikdə 18000 manat xərc çəkdiyini, mənzilin ilkin ödənişi olan 5000 manat və aylıq ödənişləri İddiaçı3 və Cavabdeh tərəfindən bərabər ödənildiyini, İddiaçı2 öz adına kredit götürərək evin ödənişlərinə sərf etdiyini, evin təmiri başa çatdıqdan sonra İddiaçı3 Cavabdehlə birlikdə uzun müddət həmin evdə yaşadıqla rını, sonradan xasiyyətlərində olan uyğunsuzluq səbəbindən ayrıldıqlarını və aralarında olan nikahın məhkəmə qətnaməsinə əsasən pozulduğunu, Cavabdeh İddiaçı3 və onun uşağını həmin evdən çıxartdığını, buna görə də mənzilin alınmasına və təmirinə görə çəkilmiş xərclərin əvəzini tələb edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1, Əzizova (Qarayeva) Elnarə Çingiz qızı və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evinin alınması və təmiri üçün verilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Masazır qəsəbəsi, Qurtuluş 93, ev 8/46 ünvanda yerləşən mənzilin alınmasına sərf olunmuş, ilkin ödəniş üçün verilmiş 2500 manatın Əzizova (Qarayeva) Elnarə Çingiz qızının və İddiaçı2 xeyrinə, fə rdi yaşayış evinin tikintisi üçün verilmiş 18000 manatın İddiaçı1 xeyrinə, mənəvi zərərə görə 10000 manatın Əzizova (Qarayeva) Elnarə Çingiz qızının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçılar işin yuxarıda qeyd olunan faktiki hallarından çıxış etməklə tələbini onunla əsaslandırmışdır ki, İddiaçı3 Cavabdeh ilə nişanlı olduğu zaman ünvan 2 ünvanında yerləşən 46 saylı mənzili əldə etmişlər. Tərəflər arasında olan razılaşmaya əsasən, İddiaçı3 atası İddiaçı1 cehizin əvəzində evin təmirini üzərinə götürmüş və təmirə ümumilikdə 18000 manat məbləğində xərc çəkmişdir. Mənzilin ilkin ödənişi olan 5000 manat pul və aylıq ödənişləri İddiaçı3 və Cavabdeh tərəfindən bərabər ödənilmişdir. Bundan başqa İddiaçı3 anası İddiaçı2 adına kredit götürülərək evin ödənişlərinə sər f edilmişdir. Evin təmiri başa çatdıqdan sonra İddiaçı3 Cavabdehlə birlikdə uzun müddət həmin evdə yaşamışlar. Sonradan xasiyyətlərində olan uyğunsuzluq səbəbindən ayrılmışlar və aralarına olan nikah Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli qətnaməsinə əsəsən pozulmuşdur. Cavabdeh İddiaçı3 və uşağına həmin evda yaşamağa imkan verməmiş və onları evdən çıxartmışdır.

4. Birinci instansiya məhkəməsində iştirak edən iddiaçı X2 idianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Ramiz Quliyev iddianın əsassız olduğunu qeyd edərək iddianın təmin olunmamasını xahiş etnişdir.

6. Tovuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(062)164/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Nofəl Mustafayev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 15947 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb İddiaçı1 verilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı3 Cavabdeh ilə 21 iyun 2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahlarından 30 iyun 2016-cı il tarixdə Esmanur adlı uşaqları anadan olmuşdur, daha sonra aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh isə mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən 46 saylı mənzili 2010-cu ildə əldə etmişdir. İddiaçılar həmin mənzilin satın alınmasında 2500 manat, təmiri işlərinin görülməsində 18000 manat məbləğində xərc çəkmələrini iddia etsələr də, məhkəmə iclasında mənzilin təmiri xərc inə İddiaçı1 tərəfindən 4000 və 1200 manat, təmir aparılması üçün tikinti materiallarının alınmasına isə 10747 manat olmaqla ümumilikdə 15947 manat məbləğində xərc çəkməsinə dair sübut təqdim edə bilmişlər, iddia tələbinin qalan hissələrinə dair məhkəməyə heç bir sübutlar təqdim edilməmişdir. İddiaçılar tərəfindən məhkəməyə şahid ifadələri kimi təqdim olunmuş notarial qaydada təsdiqlnmiş ərizələri isə məhkəmə iclasında həmin şəxslər şahid qismində dindirilmədiyindən və həmin ifadələr məhkəmə iclas zalında səsləndirilmədiyindən mötəbər sübut kimi qəbul edilməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 1097.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4 və 222.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Ramiz Quliyev apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

10. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-2593/2021 saylı, 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Azər Bayramov - sədrlik edən və məruzəçi, Rəşad Mamedov, Əlizamin Abdullayev) apellyasiya şikayəti qismən təmin edilərək, Tovuz Rayon Məhkəməsinin 2(062)-164/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilmişdir.

11. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirlən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır.

12. Belə ki, iş materiallarına əsasən iddaçı İddiaçı3 ilə Cavabdeh xx.xx.2013-cü ildə nikah rəsmi qeydə alınmaqla evlənmişlər. Mübahisəli ünvan 3 ünvanında yerləşən 46 saylı mənzil isə Abşeron rayon İH-nin 18 sentyabr 2012-ci il tarixli, 2234 saylı orderi ilə Cavabdeh adına qeydə alınmışdır. Göründüyü kimi mübahisəli mənzil tərəflər nikaha daxil olmamışdan əvvəl cavabdehin adma qeydə alınmışdır. Ona görə də, iddiaçıl arın mənzilə ilkin ödəniş etmələri, mənzilin təmir xərclərini çəkmələrinə dair göstərdikləri xüsusatlar inandırıcı deyildir. Digər tərəfdən Cavabdeh İddiaçı1 və qeyrilərinə ona məxsus mənzildə təmir işlərinin aparılmasına dair tapşırıq verməsi və bununla bağlı tərəflər arasında hər hansı öhdəlik münasibətlərinin yaranması iş materialları ilə müəyyən edilməmişdir.

13. Həmçinin məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan qətnamələrdən görünür ki, Abşeron Rayon Məhkəməsində, sonradan apellyasiya və kassasiya icraatı qaydasında iddiaçı tərəfindən hazırda mübahisələndirilən evə köçürülmə və evdən çıxarılma tələblərinə baxılmış, bu zaman tələb fərqli olsa da, lakin mübahisənin predmetini ünvan 1 ünvanında yerləşən 46 saylı mənzil təşkil etmişdir. İddiaçı E.Qarayeva həmin məhkəmə mübahisəsi üzrə keçirilmiş məhkəmə proseslərində evin ilkin ödənişinin və təmir xərclərinin atasının çəkməsi ilə bağlı heç bir izahat verməmiş, hazırda mübahisləndirdiyi tələbini daha da əsaslandıracaq heç bİr dəlil irəli sürməmişdir.

14. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci insansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən iddiaçılar tərəfindən verilmiş qaimə-fakturaları əsas götürsə də, araşdırılmalar zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş qaimə-fakturalar qanunvericiliklə nüəyyən edilmiş hesabat blanklarının tərtibi və tətbiqi qaydalarına, forma və rekvizitlərə cavab vermir. Belə ki, sözügedən qaimə-faturaların hansı tarixdə verilməsi, nömrəsi, kim tərəfindən verilməsi və kimə təqdim edilməsi, hüquqi şəxsin möhürü ilə təsdiq edilməsi kimi qaydalara cavab vermir. Ona görə də, həmin qaimə-fakturalar mötəbər sübut kimi qəbul edilə bilməz. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. İddiaçılar İddiaçı1, Əzizova (Qarayeva) Elnarə Çingiz qızı və İddiaçı2 (vəkilləri X3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, Cavabdeh 15947 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb İddiaçı1 ödənilməsi hissəsində iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər; məruzəçi - M.Əhmədova,Ə.Əliev və İ.Xəlilov) 2(102)-6508/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qərarı ilə iddiaçılar tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiya sının 2(104)-2593/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

17. Ali Məhkəmə hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd etməsi barədə qənaətini tərəflər arasında müqavilənin mövcud olmaması, şahid ifadələrinin digər sübutlarla tamamlanmaması və məhkəməyə sübut kimi təqdim edilmiş qaimə fakturaların bu tip sənədlər üçün olan formaya uyğun olmaması ilə əsaslandırmışdır.

18. Apellyasiya məhkəməsi tərəflər arasında müqavilə mövcud olmamasına istinad etsə də, nəzərə almamışdır ki, iddiaçılar cavabdeh tərəflə aralarında olan razılaşma əsasında, yəni cehiz əşyalarının verilməsi əvəzinə mənzilin təmir edilməsi barədə razılıq əsasında cavabdehə məxsus mənzilin t əmir edilməsini öhdələrinə götürmələrini əsas gətirib mənzilin təmirinə çəkilmiş xərcin ödənilməsini tələb etmişlər. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış iddiaya etiraz ərizəsindən (səh 73) də görünür ki, cavabdeh mənzilin iddiaçılardan Elnarə ilə nişanlı olduğu zaman təmir edildiyini göstərmişdir.

19. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qaimə fakturaların zəruri formaya uğyun olmaması əsası ilə sübut kimi qəbul edilməməsi barədə apellyasiya məhkəməsinin qənaəti yanlış olmuşdur. Belə ki, işdən də göründüyü kimi, təmir işlərinin həyata keçirilməsi üçün satın alınmış ləvazimat və digər əşyaların əldə edilməsi proseduru hər hansı hüquqi şəxslər arasında baş verməmişdir ki, külli miqdarda əşya, əmlak alqı-satqısı baş versin ki, həmin qaimə fakturaların müəyyən formaya cavab verməsi tələb olunsun. Görünən və bəlli olan hal odur ki, vətəndaş mənzil təmiri üçün müxtəlif pərakəndə satış obyektlərindən məhdud sayda təmir üçün əşyalar satın almış və bunun üçün də hər hansı xüsusi formada qaimə faktura tələb etməsinə zərurət görməmişdir.Ona görə də qaimə fakturaların sübut kimi nəzərə alınmaması əsaslı hesab edilə bilməz. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) X1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. İşə yenidən apellyasiya qaydasında baxılarkən ünvan 1 ünvanında yerl əşən 46 saylı mənzildə 2012-ci ildə aparılmış təmir-bərpa işlərinin köhnəlmə (amortizasiya) dərəcəsinin həddinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və qərardad icra olunması üçün Məhkəmə Ekspertizsı Mərkəzinə göndərilmişdir. Lakin həmin Mərkəzin 05 may 2023-cü il tarixli məktubu ilə köhnəlmə (amortizasiya) dərəcəsinin müəyyən edilməsinə dair metodika olmaması əsası ilə rəy verilməsindən imtina olunmuşdur.

22. Gəncə Apellyasiya instansiyası məhkəməsinin 2(104)-102/2023 saylı, 22 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İ.Həsənov (sədrlik edən və məruzəçi), A.Hüseynzadə və L.Süleymanov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş,Tovuz Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(062)-164/2021 nömrəli qətnaməsi yoxlan ılan hissədə, yəni “Cavabdeh 15947 (on beş min doqquz yüz qırx yeddi) manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb İddiaçı1 verilməsi” hissədə dəyişdirilmədən saxlanılmış, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab etmişdir ki, işin mübahisə olunan tərəfi mənzilin təmirinə görə sərf edilmiş vəsaitin məbləği, həmçinin həmin vəsaitin Cavabdeh və ya İddiaçı1 tərəfindən sərf edilməsinin müəyyən olunmasından ibarətdir. Çünki Cavabdeh şikayətində göstərmişdir ki, mənzilin təmirinə çəkilmiş xərc məhz onun vəsaiti hesabına olmuşdur. Belə ki, özünün və ailə üzvlərinin vəsaiti hesabına mübahisəli mənzili təmir etdirmişdir.

24. Buna münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh mənzilin təmir xərclərinə sərf edilmiş vəsaitin ona aid olmasını bildirsə də, bununla bağlı məhəməyə sübut təqdim etməmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, bütün günü işdə olduğuna görə təmir işlərinə nəzarəti İddiaçı1 həyata keçirtmişdir. İş üzrə dindirilmiş şahidlər də öz növbəsində bildirmişlər ki, Cavabdeh mənzilin təmir işləri görülən ərəfədə cəmi bir-iki dəfə həmin mənzilə gəlmişdir. Təmir üçün sərf edilən tikinti materialları İddiaçı1 tərəfindən alınmışdır.

25. Apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsi yoxlanılan hissədə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı mübasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

26. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2 və 386.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.3 və 217.3cü maddələri lə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir.

28. Şikayət iddia ərizəsinə etiraz və apellyasiya şikayətləri ilə eyni dəlillərə əsaslandırılmış, əlavə olaraq qeyd edilmşidir ki, məhkəmə tərfləri təqdim etdikləri sübutlara tam və hərətərfli baxmamış, çəkişmə prinsipini pozmuş, məhkəmə iclasında şahid kimi dindirilməmiş şəxslərin ifadələrini yalnız onların no tarial qaydada təsdiqlənmiş ərizələrinə əsasən sübut kimi qəbul etmiş, mənzilin təmirinin nikahdan əvvəl olması, təmirə çəkilmiş xərclərin yalnız ona aid olmasını nəzərə almamışdır. Həmçinin İddiaçı3 özüqüq cehiz əşyalarını mənzildən çıxaran zaman qəsdən mənzilə ziyan vurmuş, bu səbəbdən mənzili yendən təmir etməyə məcbur olmiuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. İddiaçı3 nümayəndəsi və vəkili kassasiya şikayətinə qarşı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

30. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

31. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf ö z tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilmə si şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Apellyasiya instansiyası məhkəməsində işə iddianın təmin olunması hissədə baxılması nəzərə alınmaqla hazırkı kassasiya şikayətində apellyasiya instansiyası m əhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələrində baxılan zaman, iddiaya etirazda və apellyasiya şikayətində irəli sürülmüş, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan ap ellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

42. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normal arı düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-102/2023 nömrəli iş üzrə 22 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar