Məhkəmə qərarları › İş №2(102)-1171/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1171/2020

10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1171/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh MMC vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-ci il tarixli, 2(103)12723/2019 saylı qərardadından Cavabdeh MMC kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-12723/2019 saylı qərardadı ilə (hakimlər F.Ş.Talışinsk i sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və Z.Ə.Əliyev) Cavabdeh MMC mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair vəsatəti təmin edilməyib. Cavabdeh MMC qərardaddan kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC qarşı “pul tələbinə dair” ilk iddia ərizəsi, həmçinin Cavabdeh MMC İddiaçı qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş pulun qaytarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia ərizəsi rədd edilib. Tərəflər ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri veriblər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi qismən- 2017-ci ilin son 6 ayına görə icarə haqqının ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilib, həmin hissədə iddia tələbi təmin edilərək, icarə haqqına görə 18.000 manat pulun Cavabdeh MMC tutulub İddiaçı ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən, Cavabdeh MMC apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması qət edilib. Tərəflər ayrı-ayrılıqda qətnamədən kassasiya şikayətləri veriblər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(102)-2788/2019 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilk iddia ərizəsinin təmin olunmaya n hissəsində ləğv edilib, mülki iş həmin hissədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb, qalan hissədə qətnamə dəyişdirilmədən, Cavabdeh MMC kassasiya şikayəti təmin edilmədən saxlanılıb. İşə yenidən apellyasiya qaydasında baxılarkən, Cavabdeh MMC nümayəndəsi və vəkili xx yazılı vəsatətlə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə və hüquq münasibətinin xarakterinə görə hazırki işə ümumi məhkəmədə baxılmalı olmamasını, məhkəmə aidiyyəti qaydasında inzibati-iqtisadi məhkəmədə baxılmalı olmasını və bu halın qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilməsini göstərib, hazırki işin məhkəmə aidiyyəti qaydasında baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilmə sini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual normaların tələblərini pozaraq, hazırki mübahisə üzrə mülki işin məhkəmə aidiyyətini düzgün müəyyən etməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh MMC nümayəndəsi və vəkili xx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh MMC nümayəndəsi və vəkili Kənan Əliyevin izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi m ülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsinə dair Cavabdeh MMC nümayəndəsi və vəkili Kənan Əliyevin vəsatətini rədd edərkən, tərəflər arasındakı müqavilənin sahibkarlıq məqsədi ilə bağlanmamasına, məhkəmə aidiyyətinin dəyişdirilməsi üçün əsasların olmamasına, digər mülki iş üzrə qəbul edilmiş kassasiya instansiyası məhkəməsinin qərarında əks edilmiş hüquqi istinadların kassasiya instansiyası məhkəməsi tərəfindən təftiş edilmiş və qanuni qüvvəyə minmiş qərarı olan hazırki mülki iş üzrə məcburi səciyyə daşımamasına istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 24-32, 420-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsini n gəldyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual normaların tələblərini pozaraq iş üzrə düzgün olmayan qərardad qəbul etmişdir. Belə ki, qanuni qüvvəyə minmiş Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə müəyyən olunur ki, İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxsdir, Cavabdeh MMC isə hüququ şəxsdir və hazırki mübahisə onların sahibkarlıq fəaliyyətləri ilə bağlı yaranmışdır. Bu fakt mülki iş materialları, o cümlədən işdə iştirak edən şəxslərin özlərinin izahatları ilə də inkar olunmur. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya mə hkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Sadalanan prosessual normaların mənasına görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması yolverilməzdir. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Sadalanan prosessual normaların mənasına görə, məhkəmə aidiyyəti dedikdə- mülki hüquq münasibətlərindən irəli gələn mübahisənin və ya digər hüquqi işin ümumi və ya kommersiya məhkəməsinin səlahiyyətinə aid olması başa düşülür. İşlərin kommesiya məhkəmələrinin yurisdiksiyasına aid edilməsinin əsas meyarlarından biri hüquq münasibətlərinin xarakteri, digəri isə mübahisənin yarandığı hüquq münasibətinin subyektiv tərkibi ilə bağlıdır. Bura ya hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aiddir. Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyekti hesab edilir ki, o hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş olsun. Nəzərə alınmalıdır ki, mübahisə o, vaxt kommersiya məhkəmələrinin yurisdiksiyasına aid edilə bilər ki, mübahisə bilavasitə şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmış olsun. Hazırki halda isə, İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirməsi və onun qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusuna malik olması mülki iş materialları il ə istisna olunmur və hazırki mübahisə bilavasitə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini pozaraq, iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətinin xarakterini, həmçinin tərəflər arasında bundan əvvəlki mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə baxılıb hüquqi qiymət verilməsini nəzərə almadan və Cavabdeh MMC nümayəndəsi və vəkili xx mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair vəsatətini təmin etməməklə əslində məhkəmə aidiyyəti qaydalarını pozmuşdur. Halbuki, sadalanan prosessual normaların mənasına görə, sonradan başqa məhkəməyə aid olsa da, mülki işə mahiyyəti üzrə həmin məhkəmədə o, vaxt baxıla bilər ki, həmin mülki iş aidiyyət qaydalarına riayət etməklə məhkəmənin icraatına qəbul edilmiş olsun. Hazırki halda bu hal istisna olunur. Çünki, mülki iş əvvəldən aidiyyət qaydalarına riayət edilmədən ümumi məhkəmənin icraatına qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Beləliklə, kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan prosessual normaların tələblərini əsas tutub, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh MMC kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-ci il tarixli, 2(103)-12723/2019 saylı qərardadı ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar