Məhkəmə qərarları › İş №2(102)-1172/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1172/2019

25.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1172/2019 25.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1172/2019 25 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.10.2018-ci il tarixli, 2(103)-2874/2018 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim L.Talıbova) 07.11.2017-ci il ta rixli, 2(011)1290/2017 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” KB ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı “kreditin, krediti faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair ilk iddiası qismən təmin edilərək, Cavabdeh1 22.11.2011-ci il tarixli, ******** saylı kredit müqaviləsinin çərçivəsində bağlanmış 19.05.2015-ci il tarixli, ******** saylı əlavə kredit müqaviləsi üzrə 3724.60 ABŞ dolları əsas borc, 980.78 ABŞ dolları faiz borcu və gecikdirməyə görə 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 5205.38 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun “xxxx” KB ASC-nin xeyrinə tutulması, Cavabdeh2 məxsus Bakı şəhəri, ********** rayonu, X7 küçəsində yerləşən ******** saylı evin 168 saylı mənzilinin ilkin satış qiymətinin 90000 manat müəyyən edilməsi, tələbin ipotekaya qoyulmuş Cavabdeh2 məxsus olan Bakı şəhəri, ********* rayonu, X7 küçəsində yerləşən ******** saylı evin 168 saylı mənzilinə yönəldilməsi, Bakı şəhəri, ********* rayonu, X7 küçəsində yerləşən ******** saylı evin 168 saylı mənzilin açıq hərracda satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun “xxxx” KB ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh2, Cavabdeh3 və X1 Bakı şəhəri, ******** rayonu, X7 küçəsində yerləşən ******** saylı evin 168 saylı mənzili satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmaları, ilk iddia üzrə ca vabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh “xxxx” KB ASC-nə və üçüncü şəxs Cavabdeh1 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin ipoteka qeydiyyatının ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri 50 manatın Cavabdeh1 və X4 birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 250 manatın Cavabdeh1 və X4 birgə qaydada tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Həsənov, V.Baxışova, N.Cəfərov) 02.10.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməyərək, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07.11.2017-ci il tarixli, 2(011)1290/2017 nömrəli qətnam əsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı “xxxx” KB ASC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı “kreditin, krediti faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 06.01.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı “xxxx” KB ASCnin xeyrinə 22.11.2011-ci il tarixli, ********** saylı kredit müqaviləsinin çərçivəsində bağlanmış 19.05.2015-ci il tarixli, ******** saylı əlavə kredit müqaviləsi üzrə 3724.34 ABŞ dolları əsas borc, 905.55 ABŞ dolları faiz bor cu və gecikdirməyə görə 6842.49 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11472.38 ABŞ dolları borcun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kmi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipotekaya qoyulmuş Cavabdeh2 məxsus olan Bakı şəhəri, ******* rayonu, X7 küçəsində yerləşən ******** saylı evin **** saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və satışdan əldə oulnmuş ul vəsaiti hesabına Cavabdeh1 19.05.2015-ci il tarixli, ******** saylı əlavə kredit müqaviləsi üzrə 11472.38 ABŞ dolları borcunun, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu kimi ödənilmiş 30 manatın, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmə t haqqı kmi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 72000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, ******** rayonu, X7 küçəsində yerləşən ******** saylı evin **** saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X1 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh “xxxx” KB ASC-nə və üçüncü şəxs Cavabdeh1 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin ipoteka qeydiyyatının ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” KB ASC-nin X5, Cavabdeh2, Cavabd eh3 və X2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair iddia ərizəsində tələbin Bakı şəhəri, ******** rayonu, X7 küçəsində yerləşən ******** saylı evin **** saylı mənzilinə yönəldilməsi hissəsi və Cavabdeh2, Cavabdeh3 və X3 hissəsində təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, 19.05.2015-ci il tarixli, ******** saylı kredit müqaviləsi müstəqil müqavilədir və bu müqavilə üzrə kredit ABŞ dolları ilə ayrılmış və bu müqavilənin təminatı olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh2 b u kredit müqaviləsi üzrə mülki hüquqi münasibətə daxil olmamışdır və onun bu müqavilədən xəbəri olmasına dair iddiaçı tərəfindən məhkəmə instansiyalarına hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh1 ilə bağlanmış 22.11.2011-ci il tarixli, ******** saylı Əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə 42000 manat məbləğində kredit verilmiş və digər Cavabdeh2 həmin kredit müqaviləsi üzrə Bakı şəhəri, ****** rayonu, X7 küçəsində yerləşən ******** saylı evin 168 saylı mənzilini ipoteka ilə yüklü etmişdir. Həmin müqavilə üzrə Cavabdeh1 bank qarşısında öhdəliyini icra etmişdir. 19.05.2015-ci il tarixli, ******** saylı kredit müqaviləsi üzrə isə Cavabdeh2 əmlakını bank qarşısında ipoteka ilə yüklü etməmiş və onun həmin müqavilədən xəbəri olmamışdır. Bu barədə Cavabdeh2 hər iki instans iya məhkəməsində bildirmiş, lakin bu fakta əhəmiyyət verilməmişdir. Bundan əlavə, 19.05.2015-ci il tarixli, ******** saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinə nisbətdə faiz və cərimə borcu düzgün hesablanmamışdır. Ümumilikdə iddiaçının müqavilələrində qeyri-müəyyənliklər çoxdur. Bütün qeyd edilənlər göstərir ki, məhkəmələr 22.11.2011-ci il tarixli, ******** saylı Əsas kredit müqaviləsi ilə 22.11.2011-ci il tarixli İpoteka müqaviləsinin 19.05.2015-ci il tarixlıi Əlavə kredit müqaviləsi arasında bağlılığa hər hansı hüquqi qiymət verə bilməmişdir. 22.11.2011-ci il tarixli, ******** saylı Əsas kredit müqaviləsində kredit xətti manatla, 19.05.2015-ci il tarixli kredit müqaviləsində isə kredit xətti ABŞ dolları ilə açılmışdır ki, bu cür hallara Azərbaycan Respublikası Konstitusiya Məhkə məsinin 31.05.2018-ci il tarixli Qərarında münasibət bildirilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.10.2018-ci il tarixli, 2(103)-2874/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçı “xxxx” KB ASC, Cavabdeh1 vəkili Vəkil, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərib, məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 02.10.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməyərək, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07.11.2017-ci il tarixli, 2(011)-1290/2017 nömrəli qətnaməsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 22.11.2011-ci il tarixli ******** saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 19.05.2015-ci il tarixli, ******** saylı əlavə kredit xətti müqaviləsinə əsasən ona illik 26 faiz ödəmək şərtilə 12 ay müddətinə 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin tərəflər arasında bağlanmış 22.11.2011-ci il tarix li ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən ******** saylı evin 168 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 20.09.2017-ci il tarixli, 17401 saylı ekspert rəyindən məlum olur ki, 19.05.2015-ci il tarixli, ******** saylıəlavə kredit xətti və bank hesabı müqaviləsinə əsasən Cavabdeh1 “xxxx” KB ASC-yə olan borcu 4705,38 ABŞ dolları məbləğində müəyyən edilir; əsas borc üzrə 3724,60 ABŞ dolları, faiz borcu üzrə 980,78 ABŞ dollar. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çək inməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulm ası və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Mübahisənin müəyyən olunmuş hallarından göründüyü kimi tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn müqavilə-hüquq münasibətləri yaranmışdır. Birinci instansiya məhkəməsi də məhz həmin müqavilə münasibətlərinə uyğun olaraq yaranmış kredit borcunun tutulması və bunun təmin edilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsinə dair tələbi əsaslı olaraq təmin etmişdir. Belə ki, borcalan Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq ödənişlər etməli olduğu halda müəyyən miqdar ödənişlər etsə də, r azılaşdırılmış müddətdə və qaydada tam ödənişlər etməmiş, bununla da iddiaçının müqavilədən irəli gələn tələb kimi vurulmuş zərərin əvəzinin ödənilməsi ilə yanaşı tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmək hüququ da yaranmışdır. Cavаbdehlər Cavabdeh2 və Cavabdeh1 şikayətlərində göstərdikləri dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfin ekspert rəyi ilə razı olmaması həmin ekspert rəyinin həqiqətə uyğun olmaması qənaətinə gəlinməsi üçün əsas deyildir. Hər bir halda ekspert ona təqdim edilmiş mühasibat sənədləri əsasında tədqiqatı aparılmış və cavabdehin borcunun məbləğini müəyyən etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin hər hansı şərti faiz borcunun tamamilə silinməsi və ya hər hansı əsas olmadan azaldılmasını mümkün etmir. Cərimə məbləği ilə bağlı iddianın tam olaraq rədd edilməsinə dair apelyasiya şikayətinin dəlillərinə münasibətdə bildirilməlidir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq borc məbləğini və tərəflərin qarşılıqlı olaraq mənafeyini nəzərə alaraq ağlabatan məbləğdə cərimənin azaldılması nəticəsinə gəlmişdir. Bundan daha az məbləğdə cərimənin müəyyən edilməsi və ya cərimənin tamamilə rədd edilməsi iddiaçının mənafeyinə əhəmiyyətli dərəcədə zərər vurulmasına şərait yaratmış olar. Nəzərə alınmalıdır ki, cavabdeh borc öhdəliyini müqavilə bağlandıqdan sonra uzun müddət icra etməmiş və kredit məbləğində istifadə etmişdir. Belə olan halda isə cərimənin hesablanması labüd olmuşdur. Baş vermiş devalvasiya cavabdehin öhdəliyinin icrasından azad edilməsi əsası kimi qəbul edilə bilməz. Hər bir halda cavabdehə kredit gö türən anda valyutanın dəyərinin hər an dəyişə biləcəyi məlum olmuşdur. Buna baxmayaraq o, baş verəcək dəyişikliklə bağlı riski öz üzərinə götürərək kreditdən istifadə etmiş, lakin şərtləşdirilmiş vaxtda onun icrasını təmin etməmişdir. Qarşılıqlı iddianın təmin edilməməsinə dair apelyasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, cavabdehlər qəbul edirlər ki, ipoteka müqaviləsini ipoteka predmetinin mülkiyyətçisi rəsmiləşdirmiş və qarşılıqlı razılıq əsasında bağlanmışdır. İpoteka müqaviləsi bağlanarkən onun təmin edəcəyi öhdəliyin şərtləri həmin müqaviləyə daxil edilmişdir. Müqavilənin bağlanmasından sonra yaranmş hallar isə müqavilənin etibarsızlığının əsası kimi qəbul oluna bilməz. Bağlanmış ipoteka müqaviləsi etibarlı müqavilədir və tərəflərin iradə ifadələrini tam ola raq özündə əks etdirir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kredit müqaviləsi tərəflərinin kredit xətt müqaviləsinin şərtlərindən kənara çıxan müqavilə bağlamaları özlüyündə ipoteka müqaviləsinin etibarsızlığı əsası kimi qəbul oluna bilməz. Kassasiya şikayətinin dəlillərinə gəlincə, şikayətin dəlillərindən olan ipoteka predmeti olan mənzilin yalnız 22.11.2011-ci il tarixli, ******** saylı Əsas kredit müqaviləsi üzrə ipoteka yüklü edildiyi,19.05.2015-ci il tarixli, ******** saylı əlavə kredit xətti müqaviləsi üzrə isə cavabdehin göstərilən mənzilini bank qarşısında ipoteka ilə yüklü etmək öhdəliyini götürmədiyi barədə dəlilə kassasiya kollegiya münasibət bildirərək göstərir ki, bu dəlilin əsasının olmaması 22.11.2011-ci il tarixli, 22Bİ10/11 saylı ipoteka müqaviləsinin 1.1, 1.2 və 1.3-cü bəndləri ilə müəyyən edilmişdir. Belə ki, həmin müqavilənin 1.1-ci bəndlərinə əsasən, ipoteka qoyan müqavilənin 1.2-ci maddəsinə nəzərdə tutulmuş Əsas Kredit Müqaviləsi üzrə və Əsas Kredt müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin təminatı olaraq Cavabdeh2 özünə məxsus Bakı şəhəri, ********** rayonu, X8 küçəsində yerləşən ******** saylı evin ***** saylı mənzili ipoteka saxlayana ipoteka qoyur. Müqavilənin 1.2-ci bəndinə əsasən ipoteka saxlayanla borc alan arasında bağlanmış 22.11.2011-ci il tarixli, ******** saylı Əsas Kredit müqaviləsinə görə borcverən borcalana 42000 manat məbləğində 60 ay müddətinə 22.11.2016-cı il tarixədək Əsas Kredit müqaviləsi çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanma qla kredit verir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş ipoteka predmeti Əsas Kredit müqaviləsi üzrə və Əsas Kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin icrasının təmini üsuludur. Kassasiya şikayətinin digər dəlili olan faiz və cərimə borcunun əsas borca nisbətdə düzgün hesablanmadığı barədə dəlilin əsassızlığı isə apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə ilə aydın şəkildə yuxarıda göstərilən qaydada müəyyən və izah edilmişdir. Odur ki, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın il iddianın qismən təmin edilməsi, qar şılıqlı iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, formal xarakter daşıyır və həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.10.2018-ci il tarixli, 2(103)2874/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar